İslandiyada koronavirusla mübarizə çərçivəsində qəbul edilmiş bütün daxili məhdudiyyətlər ləğv olunur.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Məhdudlaşdırıcı tədbirlər hələ ötən ilin martından tətbiq olunub. Ölkədə hazırda yetkinlik yaşına çatmış əhalinin 87 faizi koronavirus peyvəndinin ən azı bir dozasını qəbul edib, 60 faizi isə tam vaksinasiya kursundan keçib.
“Biz cəmiyyətin Rahat həyat tərzinə geri qayıdırıq”, - deyə İslandiyanın Səhiyyə naziri Svandis Svavarsdottir bildirib.