• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Atam infarkt keçirdi, mən də risk altındayam? - Genetik faktorlar və profilaktikanın rolu
Qışda edilən bu səhv ciddi problemə səbəb olur - Diqqət
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
“Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”
Şirniyyatı bu qidalarla əvəz edin, KÖKƏLMƏYƏCƏKSİNİZ
Alimlər üçlü terapiya ilə mədəaltı vəzinin şişində bir irəliləyiş əldə etdilər
Xəstəliklərin kökü bağırsaqlardan başlayır
İrandakı partlayışlarda İsrail iştirak edib?
Ukrayna müharibəsinin qalibi Çindir – Britaniyalı politoloqdan SENSASİYA
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Dünyanın düzəni dəyişir: Avropa ABŞ-a qarşı bu ölkələrlə birləşir
Xankəndidə neçə erməni yaşayır?
Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır
Netanyahu İranla bağlı gizli görüş keçirdi - Ordu əmr gözləyir
Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
Ömür uzunluğunun 2 səbəbi: genetik və...
Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
Pəncərə önünə folqa qoyun - Fərqi görün
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Pensiya yaşı 5 il azaldılır? – AÇIQLAMA

Xəbərlər

16-06-2021, 15:01

Pensiya yaşı 5 il azaldılır? – AÇIQLAMA

Azərbaycanda pensiya siyasəti ilə bağlı boşluqlar var. İllərdir müzakirəsi gedən pensiya yaşının yüksək olması yenidən cəmiyyətdə narazılıq doğurub. Millət vəkilləri də bir neçə dəfə sosial islahatlar çərçivəsində pensiya yaşının azaldılmasını təklif etsələr də, məsələyə baxılmır. Bu dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Mənsimli ilə söhbətləşdik.

Millət vəkilinin Bizim.Media-ya müsahibəsini təqdim edirik:

- Qadınların pensiya yaşının artırılması ictimaiyyətdə narazılıq yaradıb. Deputat olaraq sizin bu məsələyə mövqeyiniz necədir?

- Əksər ölkələrdə pensiya yaşı müəyyənləşdiriləndə qadınların pensiya yaşı aşağı götürülür. Məsələn, inkişaf etmiş olkələrdən biri olan Avstriyada kişilərdə orta ömür uzunluğu 82, qadınlarda isə 84 yaşdan yuxarı olduğu halda pensiya yaşı qadınlar üçün 60-dır. Bəzi ölkələrdə qadınların pensiya yaşı bundan da aşağıdır.

Məsələn, qadınlar Koreya, Malayziya, Çili, Polşa, Serbiya və sair ölkələrdə 60 yaşdan pensiyaya çıxırlar. Bu prinsip postsovet məkanına aid olan ölkələrin xeyli hissəsində də gözlənilir. Bundan əlavə qadınlar üçün pensiya yaşı Qazaxıstanda və Gürcüstanda 60, Qırğızıstanda və Moldovada 58, Belarusda və Türkmənistanda 57, Özbəkistanda isə 55-dir.

Pensiya yaşının artırılması məsələsi Milli Məclisdə müzakirə olunarkən biz bu artımın əleyhinə əsaslandırılmış çıxışlar etdik. Üstəlik təklif etmişdik ki, heç olmasa qadınların pensiya yaşı qaldırılmasın. Bu gün də həmin fikirdəyik. Pensiya yaşının 65-ə qaldırılması, bunun qadınlara da tətbiq edilməsi həm Azərbaycanın real şəraitinə, həm demoqrafik durumuna, həm də beynəlxalq praktikada tətbiq olunan qadınların pensiya yaşının kişilərdən az götürülməsi prinsipinə uyğun deyil.

- Pensiya yaşının 65 götürülməsi Azərbaycandakı orta ömür həddinə görə çox deyilmi?

- Pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir. Ona görə də bu məsələyə çox həssas və elmi cəhətdən əsaslandırılmış şəkildə yanaşmaq lazımdır.

Bəli, pensiyanın Azərbaycanda 65 yaş götürülməsi çoxdur. 65 və ondan yüksək yaş həddi əsasən orta ömür uzunluğu 80 yaşdan yuxarı, eləcə də demoqrafik qocalma göstəricisi çox olan ölkələrdə götürülür. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) göstəricisindən (80 yaş) yüksək həddə malik İsveçdə orta ömür üzunluğu kişilərdə 82, qadınlarda 84 yaş olsa da, hər ikisinin pensiya yaşı 62 götürülüb.

Dünyanın xeyli ölkəsi pensiya siyasətini Çilinin pensiya modeli əsasında qurub. Çilinin özündə orta ömür uzunluğu kişilərdə 80, qadınlarda 83 yaşdan yuxarı olmasına baxmayaraq orada pensiya yaşı qadınlar üçün 60-dır. Postsovet məkanına aid olan ölkələrin əksəriyyətində orta ömür uzunluğu 70 yaşın ətrafında və üstündə, pensiya yaşı isə daha çox hallarda kişilər üçün 63, qadınar üçün isə 60-dır.

Yaşı 65 və ondan yuxarı olan əhali Yaponiyada -27%, İtaliyada-23%, Almaniyada-25,5 %-dir. Ona görə belə ölkələrdə pensiya yaşı da yüksəkdir. Yaşı 65 və ondan yuxarı olan pensiyaçı Azərbaycan əhalisinin 7 faizini təşkil edir. Rəsmi statistikaya görə, son 15 ildə Azərbaycanda orta ömür 2 il artaraq 73,4-dən 75,8 yaşa yüksəlib. Kişilərdə 70,8-dən 73,3 yaşa, qadınlarda 76,1 yaşdan 78 yaşa qədər artıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə isə Azərbaycanda orta ömür 71,4 yaşdır ki, bu göstəriciyə görə ölkəmiz dünyanın 183 ölkəsi arasında 114-cü yeri tutur. Əgər Azərbaycanda orta yaş həddi 70 yaşın üstündədirsə, yaşı 65 və ondan yuxarı olan insanlar 7 faizin ətrafındadırsa, o zaman pensiya yaşının 65-ə qaldırılmasının, xüsusən də bunun qadınlara şamil edilməsinin əsası yoxdur.

- Bəs, Azərbaycanda pensiya yaşının məqbul sayıla biləcək həddi nə qədər olmalıdır?

- Azərbaycanda pensiya sistemi elə qurulub ki, pensiya yaşlı nəslin bir hissəsi üçün əlçatan olmasın və pensiya almağa haqqı olan insanların bir hissəsi orta pensiyadan (bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb.

O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb) xeyli aşağı olan 130 manatlıq müavinət almaqla kifayətlənsin. Hesab edirik ki, bumeranq effekti verən çox ziyanlı və perspektivsiz bir konsepsiyadır. Hazırkı reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan üçün pensiya yaşının məqbul sayıla biləcək həddi kişilər üçün 62-63, qadınlar üçün isə 60 yaş olmalıdır.

Ağır və zərərli iş şəraitində işləyən kişilər və qadınlar üçün pensiya yaşından differensiallaşdırılma tətbiq etməklə, orta hesabla 5 il az olması məqsədəuyğundur.

- Parlamentin gündəliyində məsələ yenidən müzakirəyə çıxarıla bilərmi? Layihə yenidən işlənməli deyilmi?

- Bəli, obyektiv araşdırmalar aparıb, layihənin real vəziyyətinə uyğun yenidən işlənməsi məqsədəuyğun olardı. Çünki pensiya ilə bağlı rəsmi məlumatlar əsasında tam təsəvvür yaratmaq çətin olsa da görünən budur ki, yaşlı nəslin bir hissəsi pensiya yaşına çatmamış və ya pensiyaya çıxdıqdan bir neçə il sonra dünyasını dəyişir.

Pensiya yaşı müəyyənləşdiriləndə ölkədəki demoqrafik və iqtisadi vəziyyətlə bağlı məsələlər, örta ömür uzunluğu, yaşlı nəslin əhalinin ümumi sayındakı xüsusi çəkisi, vətəndaş pensiyaya çıxdıqdan sonra onun neçə il pensiya almaq proqnozu və s. bu kimi meyarlar əsas götürülməlidir.

Bununla belə demoqrafik qocalmaya məruz qalan ölkələr müxtəlif üsullardan istifadə edərək çalışırlar ki, daha az adam pensiya alsın və o pensiyaçıların cəmiyyətə yükü azalsın.

Postsovet məkanına aid olan ölkələrdə də bu üsuldan müəyyən dərəcədə istifadə edilməyə başlanılıb. Bu üsuldan istifadə zamanı təkcə demoqrafik qocalmaya görə deyil, bu ərazilərdə əmək haqqının aşağı olmasına görə də çalışırlar ki, yük müəyyən dərəcədə aşağı düşsün. Ölkədə xeyli ailə var ki, aylıq gəliri yalnız əlillik müavinəti və ya pensiyadan ibarətdir. Bir tərəfdən uşaqpulunun verilməməsi, digər tərəfdən isə pensiyanın əlçatan olmaması insanların bir hissəsini müxtlif yollarla saxta əlillik almaga sövq etdirir ki, ailəsinə az da olsa müəyyın məbləğdə pul gəlsin.

Təklif edirik ki, bu konsepsiya xarici ekspertləri də dəvət etməklə, əsaslı surətdə yenidən işlənsin. Pensiya yaşına yenidən baxılsın, bu yaşa çatan daha çox adamın pensiya almaq imkanı olsun. Həmçinin əksər ölkələrdə olduğu kimi bizdə də qadınların pensiya yaşı kişilərdən aşağı götürülsün.

- Azərbaycanda pensiya məbləği şəxsin aylıq minimum qidalanmasını və ehtiyaclarını ödəmir. Bu məsələ ilə bağlı təklifiniz?

- Pensiya yaşı tez-tez qaldırılan aktual məsələlər sırasındadır. Bu məsələyə dair dinləmər keçirilməsi zəruridir. Xatırladım ki, 2017-ci ildə pensiya məsələsi Milli Məclisdə müzakirə olunarkən pensiya yaşının, xüsusən də qadınlarda bu həddin azaldılması məsələsini qaldırdıq.

Bəli, o zaman əks arqument kimi bildirildi ki, müəllimlər, həkimlər pensiyaya çıxmaq istəmirlər. Əvvəla, pensiya yaşında olan bütün qadınlar müəllim və həkim deyil. Onların bir hissəsi ağır, ziyanlı və bu kimi xarakterli işlərdə çalışır. İkincisi, müəllimlər, həkimlər ona görə pensiyaya çıxmaq istəmirlər ki, aylıq gəlirlərinin çox az hissəsini pensiya şəklində alırlar. İnkişaf etmiş ölkələrdə insanların gəlirləri çox olduğundan, pensiyaya çıxanda da yüksək pensiya alırlar.

Belə insanların pensiyaya çıxandan sonra həyatlarının çox maraqlı bir mərhələsi başlayır. Azərbaycanda isə bunun əksidir və pensiyaçılar həyatlarının ən məşəqqətli mərhələsini yaşamış olurlar. Aldıqları pensiya heç minimum qıdalanmaya və yaşlı orqanizm üçün tələb olunan dərmanların belə alınmasına çatmır.

MDB ölkələrində yeni yaradılmış dəyərin orta hesabla 40 faizi, Rusiya və Belarusda bundan da çoxu, Qazaxıstanda 30 faizdən artığı əməyin ödənilməsinə yönəldilirsə, Azərbaycanda bu göstərici 20 faizin ətrafındadır.

Əmək haqqı aşağıdırsa, pensiya da aşağı olur. Əgər bizdə də əmək haqqları ölkəmizin potensial səviyyəsinə uyğun olsa və pensiyaya çıxan aylıq gəlirinin 80 faizini ala bilsə, əksəriyyət vaxtında pensiyaya çıxmaq istəyər.

Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da işin xarakteri, ağırlıq dərəcəsi və daha geniş differensiallaşdırılmış sistem tətbiq etmək olar. Bundan əlavə insanlara imkan yaratmaq lazımdır ki, orqanizm imkan vermədikdə istəyindən asılı olaraq pensiya yaşından əvvəl də pensiyaya çıxması mümkün olsun.

Alçina Amilqızı, Bizim.Media

Oxunub: 974
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-06-2021, 18:24

SON DƏQİQƏ: Qadınların pensiya yaşı 6 ay artırılır

Xəbərlər

28-01-2020, 00:37

"Xalq bizdən pensiya yaşının artırılmasını tələb edir..." - Millət vəkilindən AÇIQLAMA

Xəbərlər

15-10-2019, 14:28

Azərbaycanda pensiya yaşı belə hesablanacaq - YENİLİK - FOTO

Xəbərlər

9-06-2019, 12:29

“Pensiya yaşı 45-ə endirilir...” - Bu ölkədən nümunəvi ADDIM

---

15-12-2018, 01:31

ŞOK: Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Atam infarkt keçirdi, mən də risk altındayam? - Genetik faktorlar və profilaktikanın rolu
Qışda edilən bu səhv ciddi problemə səbəb olur - Diqqət
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
“Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”
Şirniyyatı bu qidalarla əvəz edin, KÖKƏLMƏYƏCƏKSİNİZ
Alimlər üçlü terapiya ilə mədəaltı vəzinin şişində bir irəliləyiş əldə etdilər
Son xəbərlər
  • Bu gün, 15:24
    Atam infarkt keçirdi, mən də risk altındayam? - Genetik faktorlar və profilaktikanın rolu
  • Bu gün, 12:44
    Qışda edilən bu səhv ciddi problemə səbəb olur - Diqqət
  • Bu gün, 11:27
    Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
  • Bu gün, 10:13
    “Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”
  • Bu gün, 09:10
    Şirniyyatı bu qidalarla əvəz edin, KÖKƏLMƏYƏCƏKSİNİZ
  • Dünən, 22:02
    Alimlər üçlü terapiya ilə mədəaltı vəzinin şişində bir irəliləyiş əldə etdilər
  • Dünən, 21:45
    Xəstəliklərin kökü bağırsaqlardan başlayır
  • Dünən, 20:16
    İrandakı partlayışlarda İsrail iştirak edib?
  • Dünən, 19:38
    Ukrayna müharibəsinin qalibi Çindir – Britaniyalı politoloqdan SENSASİYA
  • Dünən, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • Dünən, 17:32
    Dünyanın düzəni dəyişir: Avropa ABŞ-a qarşı bu ölkələrlə birləşir
  • Dünən, 16:11
    Xankəndidə neçə erməni yaşayır?
  • Dünən, 15:33
    Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
  • Dünən, 14:52
    İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır
  • Dünən, 13:34
    Netanyahu İranla bağlı gizli görüş keçirdi - Ordu əmr gözləyir
  • Dünən, 12:27
    Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
  • Dünən, 11:15
    Ömür uzunluğunun 2 səbəbi: genetik və...
  • Dünən, 10:21
    Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
  • Dünən, 09:11
    Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
  • 30-01-2026, 22:39
    Pəncərə önünə folqa qoyun - Fərqi görün
  • 30-01-2026, 21:33
    "İşıqda yatmaq infarkta səbəb olur"
  • 30-01-2026, 20:27
    Lavrov Türkiyə diplomatiyasını niyə təriflədi? – Tarixi müsahibənin şifrələri
  • 30-01-2026, 19:06
    “Qisas silahları” hərəkətə keçir: Müharibənin taleyi dəyişəcək
  • 30-01-2026, 18:08
    Şiddətli baş ağrılarının gizli qalan səbəbi
  • 30-01-2026, 17:24
    Azərbaycana qar fırtınası gəlir: hava kəskin soyuyacaq
  • 30-01-2026, 16:52
    ABŞ İrana nə zaman hücum edəcək? - Çin “əngəlləyir”
  • 30-01-2026, 15:30
    Qaraciyər və böyrəklər üçün ən faydalı içki
  • 30-01-2026, 14:09
    Çin ABŞ-a meydan oxuyur: Esminesləri İrana göndərdi
  • 30-01-2026, 13:47
    Məktəblərdə tarix və ədəbiyyat fənləri birləşdirilir?
  • 30-01-2026, 12:39
    Kəskin pankreatitdə yüksəkdozalı vitamin C - Sağalmanı sürətləndirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə