"Gürcüstan hökuməti quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır".
Azerforum.com Report-a istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə deyib.
Onun sözlərinə görə, böyük ehtimal məhz həmin vaxt pandemiyanın üçüncü dalğası başa çatacaq: "Sərhədləri açmağı planlaşdırırıq. Bu, yaxın bir neçə həftə ərzində baş verə bilər".
Qeyd edək ki, Gürcüstan-Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş pandemiyaya görə bir ildən çoxdur dayandırılıb.