Ermənistanın paytaxtı Yerevanda atışma olub. Oxu24.com xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb. “Shamshyan.com” bildirib ki, atışma paytaxtda bir neçə ay əvvəl törədilmiş qətllə bağlıdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqatçılar ərazidə atıcı silahların xeyli sayda gilizlərini, güllə, qan izlərini aşkarlayıblar.