Rusiyada koronavirusa yoluxanların sayı üç milyonu keçib.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.
Gün ərzində 29 258 yeni yoluxma aşkar olunub, bununla da ümumi yoluxanların sayı 3 021 964-ə çatıb.
Virusdan sutkada 567 ölüm qeydə alınıb. Bütün pandemiya dövründə ölkədə ölənlərin sayı 54 226 olub.