• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü
Böyrək xəstəliyinin gözlənilməz əlaməti aşkarlandı
Ağ Ev təsdiqlədi: Trampın Şimali Koreya ilə bağlı məqsədi...
Yunanıstanda dəhşətli yanğınlar: Ölkə AB-dən kömək istədi
Kiçik hüceyrəli AĞCİYƏR XƏRÇƏNGİ
İndicə Ərdoğanla danışdım: İkidövlətli həll... - Makron
Türkiyənin əsas hədəfi BUDUR: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
Sedasiya ilə bağlı bütün suallara cavab: Diqqətli olun!
Putinin bu sözləri Vaşinqtonu qorxuya saldı – “Dəhşətlidir”
Bir çox ölkə Qəzza zolağının bərpasına söz verib
Ona niyə ikinci beyin deyilir? Bağırsağınız barədə 7 gözlənilməz fakt
Hava ilə bağlı xəbərdarlıq: Bunlara əməl edilməlidir, yoxsa…
BÖYÜK SÖVDƏLƏŞMƏ: Türkiyə bu ölkəyə 48 döyüş təyyarəsi göndərir
İmmunitetinizi gücləndirəcək üç giləmeyvə
Xərçəng xəstəliyinin xüsusi qoxusu – Necə tanımalı?
Durduq yerə burnunuz qanayırsa... - Qorxulu xəstəliyin əlaməti ola bilər
Öskürək üçün təbii həll - Bu iki məhsulu qarışdırıb yeyin
Xərçəngdən qorunmaq üçün şəkərdən imtina etməliyik?
Artıq insanlara çip taxılmasına başlanılır
Qara istiot bu insanlara pis təsir edir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bir aya bütün Qarabağ azad ediləcək... - SENSASİON AÇIQLAMA

Xəbərlər

23-07-2020, 12:23

Bir aya bütün Qarabağ azad ediləcək... - SENSASİON AÇIQLAMA



Biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi”.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, KTMT tərəfindən, sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam:

"Ancaq bildirməliyəm ki, KTMT-yə 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda KTMT-də üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-yə yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan”.

Prezident işğalçı ölkəyə açıq çağırış edib.

Sitat: "Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.

Bu, kifayət qədər ciddi mesajdır. Hələ ki, Ermənistandan bu, təkbətək döyüş təklifinə, faktiki olaraq duelə hər hansı bir reaksiya verilməyib. Əslində reaksiyanın olması mümkünsüzdür. Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə Münhen Konfransı çərçivəsində keçirilən dueldə Azərbaycan Prezidentinə məğlub oldu. Bundan əvvəl eyni taleni Ermənistan prezidenti Serj Sərkisyan da yaşamışdı və arxa qapıdan danışıqları tərk etmişdi. Ermənistan rəhbərliyi hətta söz döyüşündə Azərbaycanla bacara bilmir, o ki qaldı meydanda üzə-üzə gəlsinlər. Pandemiya dövründə erməniləri ən çox qorxudan bu idi ki, artıq nə həmsədrlər var, nə də Anjey Kasprşik, Azərbaycan hər an sarsıdıcı zərbə endirə, ildırımsürətli hücuma keçə bilər, deyə. Tovuz təxribatı ilə Azərbaycana qabaqlayıcı zərbə endirmək istədilər, alınmadı. Təbii ki, himayədarının arxasında gizlənərək…

Dövlətimizin başçısı da açıq şəkildə İrəvana çağırış edib ki, təkbətək döyüşək, kimin güclü, kimin zəif olduğunu bütün dünya görsün.

Maraqlısı budur ki, artıq bütün sirr pərdələri götürülüb və hər kəs anlayır ki, burada Ermənistan, sadəcə, oyuncaq, maşa rolunu oynayır. Elə ABŞ Konqresində son qəbul olunan qətnamə də bunu təsdiqlədi. Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq demişdi ki, Tovuzda baş verənlər Ermənistanın boyunu aşan proseslərdir. Qardaş ölkə növbəti dəfə prinsipial mövqeyini bəyan edib.

"Ermənistanın Azərbaycana qarşı hücumları zamanı azərbaycanlı qardaşlarımızı tək buraxmadıq, buraxmayacağıq”.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 21-də Türkiyə hökumətinin cari ilin birinci yarısının yekunlarına həsr olunan geniş toplantısında səsləndirib. Dövlət başçısı deyib ki, Türkiyənin bu mövqeyi dəyişməzdir.

Bu mövqe, heç şübhəsiz, Rusiyanı neytrallaşdırmaq baxımından da olduqca əhəmiyyətlidir. Bu arada Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan növbəti dəfə işğal altındakı Azərbaycan ərazilərinə gəlib.

Xocalı canisi olan S.Sərkisyanın indiki həssas dönəmdə, Tovuz döyüşlərindən sonra gərginliyin növbəti dəfə artmaması üçün çağırışların edildiyi vaxtda Qarabağa gəlməsi növbəti təxribatdır. Lakin ənənəvi qaydada, nə həmsədrlərdən reaksiya var, nə də hansısa təşkilatlardan.

Düşmən ölkədən növbəti səfərlər gözlənilir işğal zonasına, buna isə sərt təpkinin verilməsi qaçılmaz olacaq. Beləliklə, savaş hər an Qarabağ istiqamtindən alovlana bilər. Qarabağ isə Azərbaycanın daxili məsələsidir və Ermənistanla üz-üzə qalacağıq, təbii ki, himayədarı 2016-cı ilin aprelindəki kimi, müdaxilə etməsə. O halda Qarabağı qısa müddətdə işğaldan təmizləmək olar, ekspertlərimiz belə deyir.

Politoloq Qafar Çaxmaqlı dedi ki, vaxtilə FETÖ-çuların xəyanəti nəticəsində açıqlanan planı diqqətini çəkmişdi:

"Onlar Kosmik odanın şifrələrini açıqlamışdılar. Bu şirələrdən biri 6 saat ərzində Ermənistanın Türk ordusu tərəfindən kontrol altına alınması ilə bağlı plan idi. Bunu faş eləmək FETÖ-nun xəyanəti idi. Bizə isə bir həftə lazımdır. Naxçıvandan giririk, öncə Zəngəzur, sonra İrəvanı tutub Ermənistan-Türkiyə sərhəddinə çıxırıq. Nəhayətdə, Qərbi Azərbaycandan olan insanlar bu ərazilərə köçürülür və ”çiban” kökündən təmizlənir. O halda Ermənistan çıxsın meydana!”

Q.Çaxmaqlı bildirdi ki, Ermənistandakı tarixi torpaqlarımızda əməliyyatlara başlamazdan öncə biz Qarabağdakı torpaqlarımızı təmizləməliyik:

"Bu, artıq Ermənistana aid məsələ deyil, bizim daxili işimizdir, antiterror əməliyyatları keçirməliyik. Yəni Ermənistanla müharibəyə aid deyil. Biz nə qədər qərarlı addım atsaq, Ermənistan bir o qədər təşviş keçirəcək”.

Politoloq dedi ki, Qərbi Azərbaycan İrəvan Respublikası olaraq prezidentimizin bu cəsarətini alqışlayırıq.

Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu da qazilərin Prezidentin dediklərini yüksək səviyyədə qarşıladıqlarını söylədi:

"Əla. Alqışlayırıq. Əlbəttə, konkret vaxt demək düz olmazdı. Amma uzağı 1 aya bütün Qarabağı azad edə bilərik”.

Bu yerdə qeyd edək ki, Prezidentin çağırışından sonra 50 mindən çox insan döyüşmək üçün yenidən qeydiyyata durub. Bu, xalqımızın savaşmaq və torpaqları qaytarmaq əzmindən xəbər verir. (musavat.com)

Oxunub: 2 331
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-07-2020, 12:52

SON DƏQİQƏ: Rusiyadan Azərbaycana DƏSTƏK

Xəbərlər

22-05-2019, 19:11

İlham Əliyev fərman imzaladı

Xəbərlər

23-05-2019, 19:11

İlham Əliyev fərman imzaladı

Manşet / Gündəm / Xəbərlər

4-09-2018, 11:41

Prezident: Bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər

Manşet / Gündəm / Xəbərlər

3-04-2018, 16:52

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü
Böyrək xəstəliyinin gözlənilməz əlaməti aşkarlandı
Ağ Ev təsdiqlədi: Trampın Şimali Koreya ilə bağlı məqsədi...
Yunanıstanda dəhşətli yanğınlar: Ölkə AB-dən kömək istədi
Kiçik hüceyrəli AĞCİYƏR XƏRÇƏNGİ
İndicə Ərdoğanla danışdım: İkidövlətli həll... - Makron
Son xəbərlər
  • Dünən, 22:29
    Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü
  • Dünən, 21:15
    Böyrək xəstəliyinin gözlənilməz əlaməti aşkarlandı
  • Dünən, 20:40
    Ağ Ev təsdiqlədi: Trampın Şimali Koreya ilə bağlı məqsədi...
  • Dünən, 19:21
    Yunanıstanda dəhşətli yanğınlar: Ölkə AB-dən kömək istədi
  • Dünən, 18:23
    Kiçik hüceyrəli AĞCİYƏR XƏRÇƏNGİ
  • Dünən, 17:42
    İndicə Ərdoğanla danışdım: İkidövlətli həll... - Makron
  • Dünən, 16:24
    Türkiyənin əsas hədəfi BUDUR: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
  • Dünən, 15:10
    Sedasiya ilə bağlı bütün suallara cavab: Diqqətli olun!
  • Dünən, 13:57
    Putinin bu sözləri Vaşinqtonu qorxuya saldı – “Dəhşətlidir”
  • Dünən, 13:56
    Bir çox ölkə Qəzza zolağının bərpasına söz verib
  • Dünən, 12:17
    Ona niyə ikinci beyin deyilir? Bağırsağınız barədə 7 gözlənilməz fakt
  • Dünən, 11:00
    Hava ilə bağlı xəbərdarlıq: Bunlara əməl edilməlidir, yoxsa…
  • Dünən, 10:26
    BÖYÜK SÖVDƏLƏŞMƏ: Türkiyə bu ölkəyə 48 döyüş təyyarəsi göndərir
  • Dünən, 09:08
    İmmunitetinizi gücləndirəcək üç giləmeyvə
  • 26-07-2025, 22:30
    Xərçəng xəstəliyinin xüsusi qoxusu – Necə tanımalı?
  • 26-07-2025, 21:19
    Durduq yerə burnunuz qanayırsa... - Qorxulu xəstəliyin əlaməti ola bilər
  • 26-07-2025, 20:27
    Öskürək üçün təbii həll - Bu iki məhsulu qarışdırıb yeyin
  • 26-07-2025, 19:14
    Xərçəngdən qorunmaq üçün şəkərdən imtina etməliyik?
  • 26-07-2025, 18:19
    Artıq insanlara çip taxılmasına başlanılır
  • 26-07-2025, 17:43
    Qara istiot bu insanlara pis təsir edir
  • 26-07-2025, 16:21
    Azərbaycanda buna görə insanlar süni boşanma edir, sən demə...
  • 26-07-2025, 15:15
    Sabahın havası ilə bağlı AÇIQLAMA
  • 26-07-2025, 14:06
    Yayda ən çox yeyilən salat zəhərə çevrilə bilər - DİQQƏT
  • 26-07-2025, 13:34
    Suriya, ABŞ və Fransa bu məsələdə razılığa gəldi
  • 26-07-2025, 12:43
    Osteoxondrozla bağlı HƏKİM məsləhətləri
  • 26-07-2025, 12:15
    Soyuq suyun möcüzəsi: Arıqlamaq və şəkərdən qorunmaq üçün təbii yol
  • 26-07-2025, 11:34
    Qərbi Azərbaycanda hərbi bazaya hücum: ölən və yaralanan var
  • 26-07-2025, 10:29
    Kreml Paşinyanın istəyini rədd etdi, “Bakı ilə olacaq” dedi – İrəvana qarşı yeni tapşırıq
  • 26-07-2025, 09:03
    Bu çiçək depressiyanı müalicə edir
  • 25-07-2025, 21:49
    Böyrəkləri təmizləyən 3 ƏN YAXŞI TƏRƏVƏZ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə