• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: DYP -ə yeni cərimə səlahiyyəti VERİLDİ

Xəbərlər

11-07-2020, 13:53

SON DƏQİQƏ: DYP -ə yeni cərimə səlahiyyəti VERİLDİ


Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlı Prezidentin imzaladığı Fərmanı şərh edib.
Ə.Hüseynov "Qafqazinfo”ya bildirib ki, ötən gün imzalanmış Fərmanla Bakı şəhərinin ərazisində parklanmaların təşkili, idarə edilməsi səlahiyyəti yenə də istisnasız olaraq Bakı Nəqliyyat Agentliyinə məxsusdur : "Bakı şəhərinin bütün inzibati ərazisində məsələn, Pirallahı qəsəbəsindən tutmuş Ələtə qədər olan sahədə parklanmaların təşkili Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Dayanma-durma qaydalarının və parklanma qaydalarının pozulmasına nəzarət və qaydaları pozmuş sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi səlahiyyəti 2018-ci ilin iyul ayında Prezidentin Fərmanıyla Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə verilmişdi. Dünən imzalanmış Fərmanla Dövlət Yol Polisinə də bu qaydalara nəzarət səlahiyyəti verildi. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi iki hissədən ibarətdir.

Yəni, 346.1 (dayanma və ya durma qaydalarını pozmağa görə) 346.2 (ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə) qaydalarının pozulmasına Daxili İşlər Nazirliyi də nəzarət edə biləcək.

Fərmanda qeyd olunub ki, bu qurumlardan hansı tez xətanı aşkar etsə, o sürücünü məsuliyyətə cəlb edəcək. Məcəllənin 346-1-ci maddəsində isə beş bənd var. Orada 346-1.1 və 346-1.5 -ci maddələrə əsasən məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də müstəsna olaraq Bakı Nəqliyyat Agentliyinə aiddir. Dövlət Yol Polisi buna görə məsuliyyətə cəlb edə bilməz. Çünki bu maddələr elə də işlək maddələr deyil. Biri ödənişli park yerlərində ödəniş etmədən dayanmadır. Digər bənd isə 24 saatdan artıq parklanma yerində dayanmaqla bağlıdır. Bu hallar praktikada demək olar ki tətbiq olunmur. 346-1.2 ( Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə);

346-1.3 ( Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə) və 346-1.4 (Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə) bəndlər üzrə səlahiyyətlər yenə də bölündü. Bu bəndlər üzrə həm Dövlət Yol Polisi, həm də Bakı Nəqliyyat Agentliyi sürücüləri inzibati məsuliyyətə cəlb edə bilər”.

Sual yaranır ki, eyni sürücünü eyni yerdə dayanma-durma qaydalarının pozulmasına görə qurumların ikisi də məsuliyyətə cəlb edə bilərmi?

Ekspert bildirib ki, qanun buna yol vermir: "Bir inzibati xətaya görə bir dəfə məsuliyyətə cəlbedilmə var. Fərmanda da qeyd olunub ki, həm Daxili İşlər Nazirliyi, həm Bakı Nəqliyyat Agentliyi elə bir sistem yaratmalıdır ki, eyni şəxsin eyni xətaya görə hər iki qurum tərəfindən məsuliyyətə cəlb edilməsi baş verməsin. Yəqin ki, bu da mərkəzləşdirilmiş informasiya sistemi, onların bir-biriylə operativ əlaqəsiylə tənzimlənəcək.

Sürücülər bilsinlər ki, dayanma-durma qaydalarının pozulduğu hallarda evakuasiya üzrə səlahiyyətlər də bölünüb. Sürücü dayanma-durma qaydalarını pozub tıxac yaranmasına səbəb olarsa, digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə maneə yaradırsa, bu qurumlardan hansı bunları aşkar edəcəksə, evakuasiya da həmin orqan həyata keçirəcək.

Oxunub: 1 575
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-05-2020, 13:43

Sürücülər bu qayda pozuntusuna görə cərimə EDİLMƏYƏCƏK - AÇIQLAMA

Xəbərlər

28-04-2020, 18:45

Cərimələr bərpa edilir - BNA-dan sürücülərə XƏBƏRDARLIQ

Manşet / Gündəm / Xəbərlər

8-07-2018, 09:37

Bundan sonra evakuasiyanı polis etməyəcək - Yenilik

Manşet / Xəbərlər

28-06-2018, 10:41

Prezidentdən Bakı ilə bağlı mühüm - SƏRƏNCAM

Manşet / Gündəm / Xəbərlər

23-04-2018, 07:26

Oqtay Şirəliyev bu vəzifəli şəxslərlə bağlı əmr imzaladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Son xəbərlər
  • Bu gün, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • Bu gün, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • Dünən, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • Dünən, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • Dünən, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • Dünən, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • Dünən, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Dünən, 17:04
    Asiyada yeni müharibə başlayır
  • Dünən, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • Dünən, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • Dünən, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • Dünən, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • Dünən, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Dünən, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • Dünən, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • Dünən, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • 31-07-2026, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • 31-07-2026, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • 31-07-2026, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • 31-07-2026, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • 31-07-2026, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • 31-07-2026, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • 31-07-2026, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • 31-07-2026, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • 31-07-2026, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • 31-07-2026, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • 31-07-2026, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • 31-07-2026, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • 31-07-2026, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • 31-07-2026, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə