“Rayonlara gediş-gəliş hələlik gündəlikdə yoxdur”.
Anons.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Amma daxili uçuşların bərpası gündəmdədir. İyunun 15-dən daxili uçuşların həyata keçirilməsinə başlanılacaq. Dediyimiz kimi daxili uçuşlar ilkin olaraq Naxçıvandan başlanılacaq”, - o bildirib.