Çində koronavirusa yoluxaraq ölənlərin sayı 908-ə yüksəlib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Çin Sağlamlıq Komitəsinin açıqlamasında bildirilib.
Məlumata görə, ümumilikdə ölkə üzrə yeni virusa 40.1 mindən çox insan yoluxub. Onlardan 3281 nəfəri sağalaraq xəstəxanadan sərbəst buraxılıb.