• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı
Yatarkən bu səhvə yol verməyin: Beyinə mənfi təsir edir
Ərdoğandan Netanyahuya: İşğalçı deyilik, ev sahibiyik...
Növbəti 2 gün Bakıya leysan yağacaq - Xəbərdarlıq
Çoxlarının ciddiyə almadığı bu əlamət əslində xəbərdarlıqdır - Açıqlama
Rusiyadan Zəngəzur mesajı: Buna tab gətirməyəcəyik
Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
Çiy kartof mədə xərçəngindən qoruyur?
Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
ŞOK: Bu Avropa ölkəsi Rusiya ilə müharibəyə hazırlaşır
Bu fəsildə üzünüzü müalicə etməyin, ləkələr qala bilər
ABŞ-dan Avropa ölkələrinə çağırış: Hədəf Türkiyədir?
Ermənistanda gözlənilməz gəlişmə – Paşinyanla bağlı qərar şok etdi
Dizləri, oynaqları ağrıyanlar – Bu payız meyvəsini yesin
Psixoloq uşağı telefondan uzaqlaşdırmağın yollarını açıqladı
Uzunmüddətli öskürək təhlükəli ola bilər – Bilinməyən səbəblər
Hindistanda təbii fəlakət: 15 ölü, 16 itkin
Yaxın Şərqin nəhənglərinin gözü Qarabağda – Bakı yeni mərhələyə keçir
Reflü diaqnozu: nələrə diqqət etmək lazımdır?
Çin İsraildən tələb etdi: Qəzzada əməliyyatı dayandır!
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Köp, həzm pozulması, qarın ağrıları... Pankreatitin səbəbləri və ağırlaşmaları

Xəbərlər

28-01-2020, 12:00

Köp, həzm pozulması, qarın ağrıları... Pankreatitin səbəbləri və ağırlaşmaları


Pankreatit mədəaltı vəzinin iltihabı deməkdir. Mədəaltı vəzi qarının yuxarı mərtəbəsində mədə və bağırsaqların arxasında yerləşən uzunsov zərif toxumaya malik bir orqandır.

Mədəaltı vəzin əsas vəzifəsi bağırsaqlara daxil olan qidanın parçalanması üçün 15 fərqli enzimlərin (tripsin, ximotripsin, pankreatik lipaza, pankreatik amilaza və s.) və qanda şəkərin miqdarının tənzimlənməsi kimi vacib funksiyalar həyata keçirən hormonların (insulin, qlükaqon, samotostatin, pankreatik peptidlər) ifraz edilməsidir.

Tibb.az bildirir ki, mədəaltı vəzi hüceyrələrində sintez edilən enzimlər kiçik axarlara toplanaraq Virsunq adlanan ümumi mədəaltı vəzi axarına açılır. Virsunq axarı öz növbəsində enzimləri on iki barmaq bağırsağa daşıyır. Enzimlərin sintezi mədəaltı vəzinin ekzokrin funksiyası hesab edilir. Mədəaltı vəzində sintez olunan hormonlar isə bir başa qan damarlarına keçirərək öz funksiyasını həyata keçirir. Hormonların sintezi isə mədəaltı vəzinin endokrin funksiyası adlanır.

Pankreatit kəskin və xroniki olmaqla iki formada olur. Kəskin pankreatit adətən qəflətən başlayır və günlərlə davam edə bilir. Kəskin pankreatitlərin əsasən mülayim gedişli olur (80% hallarda) və bir neçə gün ərzində aradan qalxır. Ağır gedişli kəskin pankreatitlər isə 20% hallarda qeyd olunur və ciddi ağırlaşmalara səbəb ola bilir. Bu qisim pankreatitlər zamanı ölüm göstəricisi 30%-ə çatır. Xroniki pankreatit isə xəstəni uzun zaman (illərlə) narahat edə bilir.

Əlamətləri

Kəskin pankreatitin aşağıdakı əlamətləri qeyd olunur:

- Qarının yuxarı mərtəbəsində ağrılar öncə zəif olur və getdikcə artır

- Qarında olan ağrılar belə vurur (irradiasiya edir)

- Yeməkdən sonra ağrılar daha da kəskinləşir

- Ürəkbulanma

- Qusma. Qusmadan sonra sakitləşmə qeyd olunmur.

- Bəzən qarında gərginlik qeyd olunur və ya qarının şişməsi qeyd olunur.

- Hərarətin yüksəlməsi və qaşınma

- Bəzən yuxululuq, zəiflik və baş ağrıları da qeyd edilir

Xroniki pankreatitin aşağıdakı əlamətləri qeyd olunur:

- Qarının yuxarı mərtəbəsində ağrılar. Xroniki pankreatitin təhlükəli olmasını şərtləndirən amillərdən biri ağrıların heç də həmişə olmamasıdır. Yalnız bəzi xəstələrdə ağrılar qeyd edilir. Ağrının olmaması mədəaltı vəzinin çapıqlaşması prosesinin gizli getməsi və ağırlaşmasına səbəb olur. Ağrıların olması xəstəni həkimə müraciət etməyə məcbur edir və zamanında tədbirlər görülür.

- Həzmin pozulması. Mədəaltı vəzi şirələrinin ifrazının azalması qəbul edilən qidanın həzmini pozur. Belə halda nəcisin tam formalaşmaması, yağlı və iyili olması, qarında köp kimi əlavə əlamətlər törənir.

- Səbəbsiz olaraq bədən çəkinin itirilməsi

- Yağlı və iyili nəcis

Səbəbləri

Pankreatitin, xüsusilə də kəskin pankreatitin yaranmasının əsas səbəbi onun sintez etdiyi enzimlərin vaxtından əvvəl aktivləşməsidir. Mədəaltı vəzinin unikal xüsusiyyətlərindən biri odur ki, onun ifraz etdiyi enzimlər qeyri-aktiv formada olur. Çünki onların aktiv forması çox aqressiv olur və mədəaltı vəzində aktiv olmaları onun toxumasını aşındıra bilər. Odur ki, təbiət mədəaltı vəzinə enzimlərinin qeyri-aktiv vəziyyətdə sintez etmə qabiliyyəti verib. Enzimlər yalnız bağırsağa töküldükdən sonra aktivləşir və öz unksiyasını həyata keçirməyə başlayır.

Amma kəskin pankreatit zamanı mədəaltı vəzinin enzimləri aşağıda sadalayacağımız səbəblərdə elə öz daxilində aktivləşir və onu zədələyir. Xroniki pankreatitlər zamanı təkrarlanan kəskin hallar iltihabi prosesin uzun müddət qalmasına səbəb olur. Xroniki pankreatit mədəaltı vəzi toxumasının ardan qaldırıla bilməyəcək səviyyədə zədələnməsinə və birləşdirici toxuma ilə əvəzlənməsinə gətirib çıxara bilir. Bu zaman onun həm endokrin, həm də endokrin funksiyasında pozğunluq baş verir ki, bu fərqli xəstəliklər törədir.

Pankreatitin aşağıdakı əsas səbəbləri qeyd olunur:

- Alkoqolizm. Son tədqiqatlardan biri göstərir ki, kəskin və xroniki pankreatit hallarının 44%-i xroniki alkoqol qəbulu səbəbindən yaranır.

- Öd daşı xəstəliyi. Öd daşı mədəaltı vəzi axarını sıxa və onun daxilində təzyiqi artıra bilir. Bu isə enzimlərin aktivləşərək vəzi parenximasına keçməsinə və onun iltihabını törətməyə səbəb olur. Odur ki, öd daşı xəstəliyi olan insanlar hətta ağrıları olmasa belə öd kisəsinin çıxarılması cərrahi əməliyyatını etdirməlidirlər. Xüsusilə də ölkəmizdə insanlar öd daşı xəstəliklərinin olmasını bilərək cərrahi əməliyyatdan qaçırlar. Bu hallar pankreatit riskini artırır. Hətta bir kəskin pankreatit epizodu belə xroniki pankreatitin inkişafına səbəb ola bilir.

- Qarın boşluğunda cərrahi əməliyyatın aparılması. Qarın boşluğunda aparılan əməliyyatlar zamanı mədəaltı vəzi sıxılma və ya qansızlaşma üzündən zədələnə bilir.

- Bəzi dərmanlar. Bu dərmanlara aşağıdakıları nümunə göstərmək olar: azathioprine, kortikosteroidlər, sulfonamidlər, tiazidlər, furosemid, qeyri-sterioid iltihabəleyhinə dərmanlar (aspirin, voltaren və s.), merkaptopurin, methyldopa, tetrasiklin və s.

- Endoskopik Retroqrad Xolangioqrafiya. Bu prosedura zamanı süni olaraq aktiv mədəaltı vəzi enzimləri vəzi daxilinə atıla bilir və keçici kəskin pankreatit törədir.

- Siqaret çəkmə.

- Qanda kalsiumun yüksək olması.

- Müxtəlif infeksiyalar

- Qarın travmaları

- Mədəaltı vəzinin şişləri

- Mədə və 12 barmaq bağırsaq xorası

- Vaskulitlər kimi damar patologiyaları

- Avtoimmun proses

Ağırlaşmaları

Pankreatitlər aşağıdakı ağırlaşmaları törədə bilir:

- Tənəffüs problemləri. Pankreatit zamanı baş verən kimyəvi reaksiyalar ağciyər funksiyasını poza bilir və qanda oksigenin miqdarının düşməsinə səbəb olur.

- Diabet. Mədəaltı vəzində baş verən xroniki çapıqlaşma şəkər mübadiləsində əhəmiyyətli rola malik olan İnsulin sintezinin azalması ilə nəticələnir ki, bu da birincili şəkərli diabetin əmələ gəlməsinə səbəb olur.

- İnfeksiyalar. Kəskin pankreatit mədəaltı vəzini infeksiyalrın təsirinə çox həssas edir. Qeyd edilməlidir ki, mədəaltı vəzinin iltihabi prosesinə infeksiyanın qoşulması çox təhlükəli bir hal hesab edilir və xəstənin ölümü ilə nəticələnə bilir.

- Böyrək çatışmazlığı. Kəskin pankreatit zamanı böyrəyin öz funksiyasını tam itirməsi tez-tez rast gəlinən haldır. Hətta bir çox hallarda dializə ehtiyac yaranır.

- Həzmin pozulması. Həm kəskin, həm də xroniki pankreatit bağırsaqlarda həzm prosesi üçün böyük əhəmiyyət daşıyan pankreas enzimlərinin sintezinin azalmasına səbəb olur. Bu isə öz növbəsində qida ilə daxil olan maddələrin parçalanmaması və orqanizmə daxil olduğu şəkildə də xaric olmasına gətirib çıxarır. Nəticədə qidalanmanın normal olmasına baxmayaraq çəkinin itirilməsi və arıqlama qeyd olunur.

- Pankreas xərçəngi. Uzun müddət davam edən xroniki pankreatit fonunda mədəaltı vəzində xərçəng inkişaf edə bilir.

- Yalançı sistlərin əmələ gəlməsi. Keçirilmiş kəskin pankreatit mədəaltı vəzində daxili maye ilə dolu olan sistlərin əmələ gəlməsinə səbəb olur. Böyük sistlər partlaya və infeksiyalaşa bilər ki, bu da xəstənin taleyi üçün ciddi təhlükə törədir.

Müayinə planı

Həkiminiz sizə aşağıdakı müayinələri təklif edə bilər:

- Qanın ümumi analizı

- Qanın biokimyəvi analizi (xüsusilə də pankreatik amilaza)

- Sidikdə amilaza

- Nəcisin müayinəsi

- Ultrasəs müayinəsi

- Kompüter Tomoqrafiyası

- Maqnit Rezonans Tomoqrafiyası

Müalicə

Kəskin pankreatitləin müalicəsi xəstəxana şəraitində aparılır. Bu zaman əsas məqsəd kəskin iltihabi prosesin aradan qaldırılmasıdır. Həkiminiz sizə qidalanmanın dayandırılmasını, mədənizin drenajlamasını, venadaxili mayelərin köçürülməsini, spazmolitiklərin və ağrıkəsicilərin inyeksiyasını təyin edə bilər. Adətən kəskin pankreatitləin əksəriyyəti (80%) mülayim gedişə malik olur və bir neçə gün ərzində aradan qalxır. Amma 20% hallarda xəstəliyin gedişi ağırlaşa və cərrahi əməliyyat ehtiyac yarana bilər.

Kəskin pankreatit tutmasından sonra mütləq onu törədən faktor aradan qaldırılmalıdır. Bununla gələcək pankreatit tutmalarının qarşısı alınır və prosesin xroniki xarakter almasına imkan verilmir. Məsələn, əgər pankreatitin yaranma səbəbi alkoqolizimdirsə alkoqol qəbulu ya xəstənin özünün şüuri təşəbbüsü, ya da xüsusi müalicə vasitəsilə aradan qaldırılmalıdır. Öd daşı xəstəliyi kəskin pankreatitin səbəbi rolunu oynayırsa sağalmadan bir müddət sonra öd kisəsinin çıxarılması cərrahi əməliyyatı icra edilməlidir. Əgər zamanında profilaktik tədbirlər görülərsə çox ciddi ağırlaşmalara səbəb olan xroniki pankreatitin qarşısı alınmış olar.

Kəskin pankreatit tutması olmuş insanlar öz həyat tərzlərində müəyyən dəyişikliklər etməlidirlər. Bu nöqteyi nəzərdən aşağıdakıları tövsiyyə edə bilərik:

- Alkoqol qəbulunun tam dayandırılması. Əgər bunu insanın özü edə bilmirsə həkimlərin köməyi ilə akkoqoldan aslılığı aradan qaldırmaq olar

- Siqareti tərgitmək. Əgər siqaret çəkirsinizsə tərgitməyə çalışmanız, çəkmirsinizsə başlamamanız tövsiyyə olunur.

- Az yağlı pəhriz. Az yağlı qidalara üstünlük verməniz və meyvə-tərəvəz, taxıl məhsullarından hazırlanmış yeməklər, yağsız ət qidaları tövsiyyə olunur.

- Çoxlu su için. Pankreatit zamanı dehidratasiya yəni bədənin susuzlaşması baş verə bilər. Bunun qarşısını almaq üçün çoxlu su içməniz məsləhətdir.

Oxunub: 931
Paylaş:
Digər xəbərlər

Səhiyyə

19-10-2019, 21:17

Ən təhlükəli xərçəng növü hansıdır? Ondan necə qorunmalı?

Səhiyyə

29-09-2019, 10:18

Mədəaltı vəzinin düzgün fəaliyyəti üçün FAYDALI MƏHSULLAR

Səhiyyə

21-09-2019, 23:36

Bu bitki mədəaltı vəzi xərçəngini müalicə edir

Səhiyyə

20-08-2019, 09:20

Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti - Azərbaycanda da geniş yayılıb

Manşet / Səhiyyə

9-08-2023, 14:28

Köp, həzm pozulması, qarın ağrıları... Pankreatitin səbəbləri və ağırlaşmaları

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı
Yatarkən bu səhvə yol verməyin: Beyinə mənfi təsir edir
Ərdoğandan Netanyahuya: İşğalçı deyilik, ev sahibiyik...
Növbəti 2 gün Bakıya leysan yağacaq - Xəbərdarlıq
Çoxlarının ciddiyə almadığı bu əlamət əslində xəbərdarlıqdır - Açıqlama
Rusiyadan Zəngəzur mesajı: Buna tab gətirməyəcəyik
Son xəbərlər
  • Dünən, 22:44
    Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı
  • Dünən, 21:23
    Yatarkən bu səhvə yol verməyin: Beyinə mənfi təsir edir
  • Dünən, 20:39
    Ərdoğandan Netanyahuya: İşğalçı deyilik, ev sahibiyik...
  • Dünən, 19:34
    Növbəti 2 gün Bakıya leysan yağacaq - Xəbərdarlıq
  • Dünən, 18:25
    Çoxlarının ciddiyə almadığı bu əlamət əslində xəbərdarlıqdır - Açıqlama
  • Dünən, 17:11
    Rusiyadan Zəngəzur mesajı: Buna tab gətirməyəcəyik
  • Dünən, 16:18
    Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
  • Dünən, 15:04
    Çiy kartof mədə xərçəngindən qoruyur?
  • Dünən, 14:27
    Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
  • Dünən, 13:39
    ŞOK: Bu Avropa ölkəsi Rusiya ilə müharibəyə hazırlaşır
  • Dünən, 12:45
    Bu fəsildə üzünüzü müalicə etməyin, ləkələr qala bilər
  • Dünən, 11:46
    ABŞ-dan Avropa ölkələrinə çağırış: Hədəf Türkiyədir?
  • Dünən, 10:24
    Ermənistanda gözlənilməz gəlişmə – Paşinyanla bağlı qərar şok etdi
  • Dünən, 09:08
    Dizləri, oynaqları ağrıyanlar – Bu payız meyvəsini yesin
  • 17-09-2025, 22:31
    Psixoloq uşağı telefondan uzaqlaşdırmağın yollarını açıqladı
  • 17-09-2025, 21:08
    Uzunmüddətli öskürək təhlükəli ola bilər – Bilinməyən səbəblər
  • 17-09-2025, 20:03
    Hindistanda təbii fəlakət: 15 ölü, 16 itkin
  • 17-09-2025, 19:07
    Yaxın Şərqin nəhənglərinin gözü Qarabağda – Bakı yeni mərhələyə keçir
  • 17-09-2025, 18:26
    Reflü diaqnozu: nələrə diqqət etmək lazımdır?
  • 17-09-2025, 17:31
    Çin İsraildən tələb etdi: Qəzzada əməliyyatı dayandır!
  • 17-09-2025, 16:19
    Azərbaycanda hava kəskin istiləşəcək?
  • 17-09-2025, 15:19
    Bir ayda neçə miqren tutması təhlükəlidir?
  • 17-09-2025, 14:38
    İran və Rusiyanın birgə hücumu: “düşmən mövqeyi” ələ keçirildi
  • 17-09-2025, 13:29
    AB Leyeni yola salır? - Səsvermə təyin edildi
  • 17-09-2025, 12:05
    Hər il 11 milyon insan bu xəstəlikdən ölür - Kimlər risk altındadır?
  • 17-09-2025, 11:22
    Fransa çalxalanma astanasında - “Hər şeyi bloklayaq”
  • 17-09-2025, 10:37
    Paşinyanın impiçmenti üçün layihə qəbul edildi
  • 17-09-2025, 09:07
    Səhər oyananda bu 3 şeyi etməyin! - Həkimdən məsləhətlər
  • 16-09-2025, 22:47
    İşləri həmişə tərs gətirən BÜRCƏR: bəxtsizdirlər
  • 16-09-2025, 21:23
    Ağciyər İltihabı Səbəbləri, Simptomları və Müalicəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə