İstanbulda qeyri-adi hadisə yaşanıb.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, lunatik olduğu bilinən 16 yaşlı gənc yuxuda gəzərkən 4-cü mərtəbədən yıxılıb. O park halında olan avtomobilə çırpılıb. Daha sonra qaçaraq qonşu mənzilə pəncərədən girən gənc orada oyanıb.
Xəstəxanaya aparılan yaralının xoşbəxtlikdən həyati təhlükəsi olmayıb. Həmin hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb: