• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sağlam yuxu üçün lazım olan məhsullar...
Yaxın Şərqdə müharibə anonsu – İran niyə hazırlığa başlayıb?
Trampın Səudiyyəyə tarixi səfəri – İslam dünyasını nələr gözləyir?
Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
Modi elan etdi: Pakistana zərbələr…
PKK-nın özünü ləğvetmə qərarının şifrələri - Bundan sonra nələr olacaq?
Hansı qida hansı ruhi xəstəliyə faydalıdır?
44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
Ərdoğan PKK-nın ləğvini belə şərh etdi
İltihabı azaldır, yaşlanma prosesini ləngidir - Möcüzəvi QİDA
Ticarət müharibəsi ilə bağlı sensasion nəticə: ABŞ və Çin…
Şəkər, şirniyyat beyinə niyə lazımdır?
Oynaq ağrılarını sağaldan - Təbii RESEPT
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Ürəyə, beyinə, sümüklərə faydalı - ALLERGENSİZ QİDA
İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir
2014-cü ilin sirri açıldı: “Rusiya bu faciənin səbəbkarıdır”
Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
Stresi azaldan 10 qida - Mütləq sınayın!
ABŞ–İran danışıqlarının növbəti raundu nə vaxt olacaq?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Emosional yanma sindromu

Səhiyyə

26-11-2019, 19:17

Emosional yanma sindromu


Gündəlik həyatda buna xroniki yorğunluq, emosional yanma, yaxud sadəcə “yanma” sindromu da deyilir.

İlk əvvəl bu sindrom daha çox çalışan insanlara şamil edilirdi. Belə ki, uzun müddət fasiləsiz çalışan insanlarda bu hal zaman keçdikcə xəyal qırıqlığı, işdən soyuma, lap elə işi mexaniki həyata keçirmə, heç bir yeniliyin olmaması və s. belə hallarla özünü büruzə verirdi. Günümüzdə yanma sindromunun işçilər arasında böyük bir problem olduğu fakt kimi ortadadı. Nəticədə emosional yanma sindromu ailədaxili münasibətə, psixosomatik xəstəliklərə, alkoqol, siqaret kimi zərərli vərdişlərə, yuxusuzluq, depressiya kimi ruhi narahatlığa səbəb olur. Yenə də qeyd etmək istərdik ki, qabaq belə hallar daha çox fasiləsiz çalışan insanlarda rast gəlinirdi. Ancaq gününmüzdə biz çalışanlarla yanaşı, çalışmayan insanlarda da belə halların artmasının şahidi oluruq. Olmaya hamı gərgin iş qrafiki ilə işləyir, sadəcə bizim xəbərimiz yox?! Bəlkə iş anlayışının mahiyyəti dəyişib?! Bəlkə internetdə sadəcə, yenə də qeyd edirəm - sadəcə zaman keçirmək də işdi xəbərimiz yox?! Ola bilər. Bu, başqa bir mövzudu. Hələlik onu saxlayaq, keçək emosional yanmanın bizə necə təsir etmə prosesinə.

Yanmanın əsas xüsusiyyətləri enerji itkisi, motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət, qərarsızlıq, ruh halının tez-tez dəyişməsi, eləcə də duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə xarakterizə edilir. Duyğusal müstəvidə tükənmə insanın etdiyi işə görə özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burn-out (emosional yanma) sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə insanın əhatəsində olanlara qarşı fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranış göstərməsidir. Yanma sindromu əsasən 4 mərhələdə özünü büruzə verir. Öncəliklə onu qeyd edək ki, yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir aktdır.

Birinci mərhələ - Şövq və coşğu mərhələsi: Bu mərhələdə insanda yüksək bir ümidlilik, enerjili olma, ifrat peşə gözləntiləri müşahidə olunur. Fərd üçün çalışdığı peşə hər şeydən öndədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə qarşı zaman və enerji ayırmamağa köklənir.

İkinci mərhələ - Durğunluq mərhələsi: Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma müşahidə olunur. Çalışma prosesində qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan getdikcə narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Artıq narahat olmağa başlayır. Əvvəl çalışma şövqü digər sahələrə diqqət ayırmamağa səbəb olurdusa, bu gün həmin entuziazmla çalışa bilmir, əksinə, kənar işlərə daha çox zaman ayırır.

Üçüncü mərhələ - Maneə mərhələsi: Başqa insanlara kömək və xidmət etmək üçün işə başlayan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Davamlı bir maneəçilik duyğusu yaşayır.

Dördüncü mərhələ - Laqeydlik mərhələsi (Apatiya-süstlük): Bu mərhələdə insanda çox dərin emosional qopma, dərin inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini, gördüyü işi iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olur.

İnsanda emosional yanma vəziyyətində ortaya çıxacaq əsas simptomlar aşağıdakılardır:

- Psixofizioloji simptomlar: yorğunluq və tükənmə hissi, enerji itkisi, xroniki baş ağrıları və yuxu pozuntuları, qastrointestinal (mədə-bağırsaq problemləri) pozuntular və çəki itirmə, tənəffüs çətinliyi, psixosomatik xəstəliklər, ürək narahatlığı.

- Psixoloji simptomlar: duyğusal tükənmə, xroniki əsəbilik, tez hirslənmə, müəyyən dövrlərdə koqnitiv bacarıqlarda yaranan çətinliklər, xəyal qırıqlığı, əhval defisiti, anksiyetə (həyəcan), səbrsizlik, özünüqiymətləndirmənin aşağı düşməsi, dəyərsizlik, tənqidə qarşı həddindən artıq həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik.

- Bihevioral simptomlar: yanlışlığa yol vermə, işlərini təxirə salma və ya ertələmə, işə gec gəlmə, icazəsiz olaraq, ya da “xəstəlik” səbəbi ilə işə gəlməmə, xidməti xüsusiyyətlərdə pozulma, işdə və iş xaricindəki əlaqələrdə problem, həmkarlara və xidmət verilən şəxslərə, peşəyə və s. qarşı qeyri-ciddi davranış, işlə maraqlanmaq yerinə başqa “işlərdə” zaman keçirmə, yaxınlara, eləcə də çalışdığı işə qarşı marağın itməsi.

Səbəbləri:

Bu mövzuda aparılan araşdırmalara diqqət etdikdə görürük ki, problemi daha çox birbaşa şəxsiyyətin, fərdin özü ilə bağlayırlar. Düzdür, öncələrdə bunu təşkilati faktorla daha çox əlaqələndirirdilər, günümüzdə də belə yanaşma aktuallığını qoruyub saxlayır. Təşkilatlarda bu halın mövcudluğunu qəbul edir, aradan qaldırması istiqamətində tədbirlər görürlər. Təsadüfi deyildir ki, günümüzdə təşkilat və müəssisələr insan faktoruna, onun özünü reallaşdırmasına əvvəlki illərlə müqayisədə daha çox diqqət ayırır. Bu mövzuda digər bir yanaşma həm təşkilati, həm də fərdi problemlərin bu sindroma səbəb və yanmanın çox ölçülü kompleks fenomen olduğu ilə bağlıdır.

Burn-out (emosional yanma) sindromu işə yeni başladıqda daha çox həyəcanlı və istəkli olan şəxslərdə müşahidə edilir. Bu vəziyyət mütəxəssislər tərəfindən həmin insanların ilk həyəcanlarına daha çox enerji sərf edərək qısa müddətdə tükəndiklərinə bağlanır.

Emosional yanma sindromunun meydana gəlməsində olduqca təsirli 3 vəziyyət diqqəti çəkir:

- Rol konflikti: Bir-biriylə üst-üstə düşməyən məsuliyyətləri daşıyan insan prioritetlər qoyaraq məsuliyyətlərini sıralamaq yerinə, hər şeyi eyni səviyyədə yaxşı etməyə çalışır. Bu vəziyyətdə müəyyən müddət keçəndən sonra insanda yorğunluq yaranır və nəticədə burn-out sindromu baş verir.

- Rolun qeyri-müəyyənliyi: İşçi özü ilə bağlı mükəmməl karyera portreti çəkdiyini düşünür; amma özünə model seçəcəyi biri olmadığından bunu necə edəcəyindən əmin olmur. Bu səbəbdən faydalı olacaq heç bir şeyi bacara bilmədiyi qənaətinə qapılır.

- Həddindən artıq yüklənmə: Heç kimə "xeyr" deməyərək öhdəsindən çətinliklə gələcəyi məsuliyyətlə yüklənən şəxs nəticədə tükənmə nöqtəsinə gəlib çıxır.

Bunların xaricində iş mühitiylə əlaqədar bəzi problemlər də stressə və şəxsin özünü işdə bədbəxt hiss etməsinə səbəb olur.

Burn-out sindromunun yaranma səbəbi yalnız iş yerindəki şərtlər deyil. Bu şərtlər qədər insanın özünə aid xüsusiyyətlər də qeyd olunan sindromun ortaya çıxmasına təsir edir. Emosional yanma sindromu özündən, həyatdan və digər insanlardan gözləntiləri yüksək olan, insanlara dəyər verən, onların ehtiyaclarını qarşılamağa çalışan, işini ən yaxşı şəkildə etməyə çalışan, həyatda yüksək hədəfləri və idealları olan, gördüyü işə gəlir gətirən bir sahə olmaqla yanaşı, başqa mənalar da yükləyən, yaşadığı hər problemdə özünü günahlandırmağa və mənfi qiymətləndirməyə meylli insanlarda daha çox rast gəlinir. Həmçinin, insanın iş, ailə və sosial həyat kimi birdən çox sahədə stress yaşadan hadisə ilə qarşı-qarşıya qalması və stress yaşamağa uyğun bir şəxsiyyət quruluşuna sahib olması da bu sindromun ortaya çıxmasına şərait yaradır.

Sindromun terapiyası:

Ümumiyyətlə fərdi, təşkilati və hətta sistemdən qaynaqlanan faktorların birlikdə rol oynaması ilə ortaya çıxan yanma, bir sindrom və sistem problemi olaraq qəbul edilməlidir. Təsirli müdaxilə həm fərdi, həm də təşkilati zəmində olmalıdır. Ən vacib olan birinci növbədə sindromu yaradan faktorların aradan qaldırılması, bu, olmasa belə, erkən dövrdə diaqnoz qoyularaq sürətli müdaxilə planının tətbiq edilməsidir. Bütün hallarda problemin həlli yenə də insana dirənib qalır. O insan ki, hansı şəraitdə necə yaşamağından asılı olmayaraq həyatına rəng qatmağı bacarmalı, azından buna cəhd etməli, tutunacaq bir dəyər sistemini yaratmalıdır. Belə olan təqdirdə emosional yanma sindromu baş versə belə, insan tez bir zamanda səfərbər olub, problemi aradan qaldıra bilər. Günümüzdə tutunacaq dəyər tapmaq bir qədər çətin olsa da, cəhd etməyə dəyər. Həyata bütöv bir sistem kimi yanaşmaq lazımdı. O sistemdə bizdən yaxşı və bizdən pis durumda yaşayan insanlar olub, bundan sonra da olacaq. Necə deyərlər, baxdığımız yerdəyik.

Elnur Rüstəmov, psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbər

Ailem.az

Oxunub: 774
Paylaş:
Digər xəbərlər

Maraqlı

28-05-2019, 13:18

İşinizdən bezmisiniz?

Maraqlı

25-05-2019, 13:28

İşinizdən bezmisiniz?

Maraqlı

10-10-2018, 19:17

«Alisa xarüqələr diyarında» sindromu!

Manşet / Səhiyyə

10-08-2018, 10:25

Xroniki yorğunluq sindromu

Manşet / Gündəm / Səhiyyə

6-03-2018, 19:22

Xroniki yorğunluq.

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sağlam yuxu üçün lazım olan məhsullar...
Yaxın Şərqdə müharibə anonsu – İran niyə hazırlığa başlayıb?
Trampın Səudiyyəyə tarixi səfəri – İslam dünyasını nələr gözləyir?
Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
Modi elan etdi: Pakistana zərbələr…
PKK-nın özünü ləğvetmə qərarının şifrələri - Bundan sonra nələr olacaq?
Son xəbərlər
  • Dünən, 21:07
    Sağlam yuxu üçün lazım olan məhsullar...
  • Dünən, 20:36
    Yaxın Şərqdə müharibə anonsu – İran niyə hazırlığa başlayıb?
  • Dünən, 19:10
    Trampın Səudiyyəyə tarixi səfəri – İslam dünyasını nələr gözləyir?
  • Dünən, 18:35
    Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
  • Dünən, 17:27
    Modi elan etdi: Pakistana zərbələr…
  • Dünən, 16:14
    PKK-nın özünü ləğvetmə qərarının şifrələri - Bundan sonra nələr olacaq?
  • Dünən, 15:52
    Hansı qida hansı ruhi xəstəliyə faydalıdır?
  • Dünən, 14:30
    44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
  • Dünən, 13:06
    Ərdoğan PKK-nın ləğvini belə şərh etdi
  • Dünən, 12:30
    İltihabı azaldır, yaşlanma prosesini ləngidir - Möcüzəvi QİDA
  • Dünən, 11:01
    Ticarət müharibəsi ilə bağlı sensasion nəticə: ABŞ və Çin…
  • Dünən, 09:08
    Şəkər, şirniyyat beyinə niyə lazımdır?
  • 12-05-2025, 15:07
    Oynaq ağrılarını sağaldan - Təbii RESEPT
  • 12-05-2025, 13:17
    Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
  • 12-05-2025, 12:36
    Ürəyə, beyinə, sümüklərə faydalı - ALLERGENSİZ QİDA
  • 12-05-2025, 11:20
    İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir
  • 12-05-2025, 10:09
    2014-cü ilin sirri açıldı: “Rusiya bu faciənin səbəbkarıdır”
  • 12-05-2025, 10:02
    Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
  • 12-05-2025, 09:00
    Stresi azaldan 10 qida - Mütləq sınayın!
  • 11-05-2025, 22:41
    ABŞ–İran danışıqlarının növbəti raundu nə vaxt olacaq?
  • 11-05-2025, 21:08
    Orqanizmin dostu F vitamini
  • 11-05-2025, 20:15
    Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var… – Bolton
  • 11-05-2025, 19:28
    Savaş davam edir: Hindistan Pakistan təyyarələrini vurdu
  • 11-05-2025, 18:21
    Qaraciyərdə pozulmaların olmasına işarə edən ƏLAMƏTLƏR
  • 11-05-2025, 16:46
    Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi
  • 11-05-2025, 15:04
    Səhər yeməyindən əvvəl bu dəmləməni için. Arıqlamaq üçün sadə üsul
  • 11-05-2025, 14:46
    Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı
  • 11-05-2025, 13:08
    Yenə azaldı, yenə Gürcüstana uduzduq – Səbəb nədir?
  • 11-05-2025, 12:28
    Gündəlik vərdişlər həyatınızı qısaldır: Şok edici həqiqət
  • 11-05-2025, 11:35
    Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə