• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
Xəstə bağırsaqların 6 əlaməti
Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
7 ölkə İranla savaşa girir? - Ekspert
Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
Yaddaşı gücləndirən meyvələr
İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq
İran ABŞ-a qarşı yeni planı işə saldı – İki ölkəyə hücumun pərdəarxası
Stomatoloq açıqladı: Bu diş problemləri irsi ola bilər
Avropa İttifaqı Rusiya idmanının əsas rəsmilərinə sanksiya tətbiq etdi
"Şimal Axını"nın partladılmasını kimin sifariş etdiyi bəlli oldu
Arıqlamaq istəyənlərə şad xəbər: Bu məhsullar çəki atmağa kömək edir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ayılanda özünü qanlı vannanın içində, böyrəyi çıxarılmış halda görüb...

Səhiyyə

13-05-2019, 22:43

Ayılanda özünü qanlı vannanın içində, böyrəyi çıxarılmış halda görüb...

Azərbaycanda ölmüş şəxslərdən götürülmüş orqanların transplantasiyasına icazə veriləcək.

"İnsan orqanlarının və toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin hazırlanmasında iştirak edən cərrah-transplantoloq, Mərkəzi Gömrük Hospitalının şöbə müdiri Mircəlal Kazımi Sputnik Azərbaycan-a açıqlamasında bunun hansı şərtlərdə mümkün olacağını açıqlayıb.

"İnsan orqanlarının və toxumalarının transplantasiyası haqqında" qanun Azərbaycanda hələ 1999-cu ildə qəbul olunub. 20 il ərzində o, kardinal dəyişikliklərə məruz qalmayıb. 2008-ci ildən başlayaraq xaricdə təhsil almış yerli həkim-cərrahlar fəal şəkildə orqanların transplantasiyasını həyata keçirməyə başlayıblar. Bu gün Kazıminin rəhbərliyi altında həkim komandası tərəfindən böyrək və qaraciyər köçürülməsi ilə bağlı 700-dən çox əməliyyat keçirilib. Bu sahədə təcrübənin artması ilə yanaşı, donor orqanlarının çatızmazlığı ilə bağlı bir sıra problemlər yaranmağa başlayıb. Məsələ ondadır ki, ölkədə mövcud olan qanunvericiliyə görə, pasientə yalnız yaxın qohumlarının orqanlarını köçürməyə icazə verilir. Qanunun bu maddəsi donor axtarışını ciddi surətdə məhdudlaşdırır və kimlərinsə həyatına başa gəlir.

Bununla əlaqədar olaraq, transplantoloqlar qanuna pasientlərə orqanları qohumlardan deyil, ölmüş donorlardan nəql etmək praktikasına başlamaq barədə dəyişikliyi təklif ediblər.

"Ayrı-ayrı ölkələrdə ölənlərin orqanlarının alınması ilə bağlı müxtəlif qanunlar var. Bu, bu və ya digər xalqların mental xüsusiyyətlərinə, qanun və adət-törələrinə görə dəyişir. Bizim qanunvericilik variantımızda təklif etmişik ki, sağlığında öz orqanlarının başqasına köçürülməsinə rəsmən icazə vermiş şəxlərin orqanları onlar öləndən sonra pasientlərə nəql edilsin. İnsanların istəyi yalnız o zaman yerinə yetirilə bilər ki, onların ölümündən sonra yaxın qohumları bu arzunun əleyhinə getməsinlər. Dünya praktikasında elə hallar var ki, insanın orqanı həkimlər onun beyninin öldüyünə qərar verəndən sonra icazəsiz olaraq çıxarılır. Düşünürəm ki, bizim qanunvericiliyə təklif etdiyimiz variant daha uyğundur" - deyə Kazımi bildirib.

Bu yenilik qanunda bir sıra əlavə dəyişikliklərin edilməsi zərurətini yaradacaq. Məsələn, donorların reyestrini yaratmaq, beyin ölümünü təsdiqləmək üçün həkimlərin konsuliumunu toplamaq və s. lazımdır.

Yıxıldım, oyanıb gördüm ki, böyrəyim yoxdur

Kazıminin sözlərinə görə, artıq uzun illərdir Bakıda qara transplantasiya mafiyasının tüğyan elədiyi barədə mif dolaşır.

"Belə şayiələr gəzir ki, kimsə barda qızla tanış olub, sonra spirtli içki içiblər və ayılanda özünü qanlı vannanın içində, böyrəyi çıxarılmış halda görüb. Bu nağıldır və sizə niyəsini də deyəcəyəm. Bu gün Azərbaycanda orqan transplantasiyası ilə məşğul olan yeganə yer bizim mərkəzdir. Başqası yoxdur" - həkim deyib.

Onun dediyinə görə, bu sahədə mütəxəssislər də elə çox deyil. Qara transplantoloqlar üçün xəstəxana divarlarının xaricində lazımi şərait ümumiyyətlə yoxdur. Azərbaycanda böyrəkköçürmə təcrübəsi 1972-ci ildən mövcuddur. Həmin ildə ilk dəfə Mirməmməd Cavadzadə böyrəkköçürmə əməliyyatı edib. Sonra ölkədə analoji cərrahiyyə əməliyyatları keçirməyi dayandırıblar. Azərbaycan müstəqillik əldə edəndən sonra, 2000-ci ildə xarici həkim qrupu azərbaycanlı cərrah Kamal Abdullayevin rəhbərliyi altında 21 böyrəkköçürmə əməliyyatı keçirib. Bundan sonra bu əməliyyatlara ara verilib. Bu, gözlənilən idi, çünki qonaq həkimlər öz ölkələrinə qayıtmışdılar.

Yalnız 2008-ci ildə Azərbaycanda yenidən bu cür əməliyyatları keçirməyə başlayıblar. Artıq Azərbaycanda bu sahədə xaricdə təhsil almış gənc mütəxəssislər çalışır. Məhz Kazımi ilk dəfə Azərbaycanda böyrəkköçürmə əməliyyatını həyata keçirib.

O qeyd edib ki, orqanın alınması prosedurunun özü cərrahiyyə əməliyyatından daha çətindir. Onu elə vəziyyətdə almaq lazımdır ki, bütün damarlar qorunub saxlanmış olsun. Cərrahlar mikroskop altında işləyir. Peşəkar tibb təhsili almamış adam bunu edə bilməz. Orqan elə şəkildə çıxarılmalıdır ki, o gələcəkdə işləyə bilsin.

"Vaxtilə KİV yazırdı ki, bir çoxları orqanları morqlardan və yeni məzarlardan çıxarır. Bu, mümkün deyil. Əgər qan dövranı 30 dəqiqə ərzində dayansa, orqanlar çürüməyə başlayır və bundan sonra heç kəs onlardan istifadə edə bilməz" - deyə həkim bildirib.

Kazımi hesab edir ki, bu cür söhbətlər orqanların vəsiyyət edilməsinə neqativ təsir göstərir. İnsanlar son məqamda dələduzların qurbanı olmaqdan qorxurlar.

Ölü donorlar dirilərdən daha çoxdur

Artıq qeyd etdiyimiz kimi, donor orqanlarının tapılması prosesi olduqca çətindir. Ölməkdə olan donora xüsusi yanaşma tələb edilir. Tərkibində reanimatoloqlar, nevropatoloqlar, neyrocərrahlar və kardioloqlar olan həkim konsiliumu beynin ölümünü təsdiq etməlidir. Bu, elə bir vəziyyətdir ki, pasient yaşayır, amma beyni artıq ölmüş olur. Beynin ölümü geri dönüşü olmayan prosesdir. Prosedura görə, beynin ölümü təsdiqlənəndən sonra orqanların mühafizəsi üçün donora xüsusi preparatlar yeridilir. Sonra həkimlər ölən şəxsin qohumları ilə görüşərək yalnız onların razılığını alandan sonra orqanları çıxara bilərlər. Bu, çox uzun prosesdir. Ona görə də orqanları oğurlamaq mümkün deyil.

"Müxtəlif ölkələrdə beynin ölməsi müxtəlif cür müəyyənləşdirilir. Haradasa MRT (maqnit-rezonans tomoqrafiya) edirlər, yaxud dopler, kompüter tomoqrafiyasından və s. istifadə edirlər. İndiyə qədər beyin öldükdən sonra yaşayan insan olmayıb. Beynin ölməsi ilə ürək döyüntüsünün dayanması başqa-başqa şeylərdir. Bəzi adamlar fikirləşirlər ki, adam öləndə ürəyi dayanır. Bizim xəstəxanada hər gün bir neçə ürək əməliyyatı keçirilir. 90% halda ürəyin fəaliyyətini dayandırmaq və xəstəni bir saatlıq süni qan dövranı aparatına qoşmaq lazım gəlir. Sonra ürəyin döyüntüsü bərpa edilir. Yəni ki, insana ölüm ürəyin dayanması ilə gəlmir" - deyə həkim bildirib.

Bütün bunlar 2018-ci ildə Milli Məclisə təqdim edilmiş qanuna dəyişikliklərdə əksini tapıb. Bu dəyişikliklərin qəbulu ürəyin, ağ ciyərlərin, bağırsaqların, mədəaltı vəzinin transplantasiyası əməliyyatlarının tətbiqinə yeni təkan verəcək.

Oxunub: 996
Paylaş:
Digər xəbərlər

Səhiyyə

13-03-2019, 11:48

Eyni şəxs bir dəfədən artıq donor ola bilməyəcək

Manşet / Gündəm / Müsahibə

23-01-2019, 01:33

Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır

Səhiyyə / Müsahibə

19-12-2018, 00:39

Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır

Manşet / Gündəm / Xəbərlər

2-05-2018, 11:45

Təhsillə bağlı yeni qanun hazırlanır

Manşet / Gündəm / Xəbərlər

15-03-2018, 08:37

Azərbaycanda insan orqanı alverçisi yaxalandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
Xəstə bağırsaqların 6 əlaməti
Son xəbərlər
  • Dünən, 22:07
    Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
  • Dünən, 21:30
    Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
  • Dünən, 20:46
    Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
  • Dünən, 19:19
    Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
  • Dünən, 18:17
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • Dünən, 15:23
    Xəstə bağırsaqların 6 əlaməti
  • Dünən, 14:45
    Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
  • Dünən, 13:13
    İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
  • Dünən, 12:44
    Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
  • Dünən, 11:23
    7 ölkə İranla savaşa girir? - Ekspert
  • Dünən, 11:21
    Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
  • Dünən, 09:02
    Yaddaşı gücləndirən meyvələr
  • 24-07-2026, 22:27
    İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
  • 24-07-2026, 21:49
    Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
  • 24-07-2026, 20:11
    Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq
  • 24-07-2026, 19:31
    İran ABŞ-a qarşı yeni planı işə saldı – İki ölkəyə hücumun pərdəarxası
  • 24-07-2026, 18:38
    Stomatoloq açıqladı: Bu diş problemləri irsi ola bilər
  • 24-07-2026, 17:16
    Avropa İttifaqı Rusiya idmanının əsas rəsmilərinə sanksiya tətbiq etdi
  • 24-07-2026, 16:05
    "Şimal Axını"nın partladılmasını kimin sifariş etdiyi bəlli oldu
  • 24-07-2026, 15:22
    Arıqlamaq istəyənlərə şad xəbər: Bu məhsullar çəki atmağa kömək edir
  • 24-07-2026, 14:33
    Lavrov Rubioya Trampla bağlı nə verib?
  • 24-07-2026, 13:05
    Gözlənilən qərar verildi – Netanyahu bu tarixdə ABŞ-a gedəcək
  • 24-07-2026, 12:10
    Hepatoloq: Hepatit C 3 aya tam müalicə olunur
  • 24-07-2026, 11:26
    91 millət vəkili istefa verdi - CHP-də nə baş verir?
  • 24-07-2026, 10:42
    ABŞ-ın "S-400" "QIRMIZI XƏTTİ" - Dövlət Departamenti Trampın sözünü yerə salır
  • 24-07-2026, 09:09
    Bu qidalar kalsiumla daha ZƏNGİNDİR
  • 23-07-2026, 21:41
    10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
  • 23-07-2026, 18:02
    Dalağı müalicə etməyin ən sadə TƏBİİ YOLLARI
  • 23-07-2026, 15:04
    Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
  • 23-07-2026, 12:38
    Əgər badımcan yeyirsinizsə... - Faydalı, yoxsa zərərli?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə