• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

14 yaşlı qızın daxilindən kişi orqanları çıxaran cərrah danışdı - " Ailə qura bilər, amma...."

Səhiyyə

30-03-2019, 16:43

14 yaşlı qızın daxilindən kişi orqanları çıxaran cərrah danışdı - " Ailə qura bilər, amma...."
zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahlarının bu günlərdə etdiyi əməliyyat - 14 yaşlı qızın qarnından kişi orqanlarının çıxarılması böyük marağa səbəb olub.

Tam formalı "testikulyar feminizasiya” diaqnozu ilə klinikaya yerləşdirilən 14 yaşlı uşaq xaricdən qadın olsa da, daxili orqanları kişi cinsinə aid olub. Xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb, qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb.

Bəs, bu kimi hallara tez-tezmi təsadüf olunur? Bu problemlər nədən yaranır? Hansı əlamətlər problemin olduğundan xəbər verə bilər?

Ailehekimiklinikasi.az əməliyyatı icra edən mütəxəssislərdən biri, ATU-nun Uşaq Cərrahiyə kafedrasının tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru Vüqar Məhəmmədovun e-tibbə müsahibəsini təqdim edir:

- Vüqar həkim, indiyə qədər belə halla rastlaşıb, oxşar əməliyyat icra etmişdinizmi?

- İndiyə qədər bizim klinikada 4 belə əməliyyat olunub. Bu, məhz bu problemlə bağlı ikinci əməliyyatdır. Sadəcə, bu hallar barədə statistika yoxdur, ona görə də deyə bilmərik ki, belə xəstələr nə qədərdir. Bununla bağlı statistik araşdırma aparılmayıb. Amma son vaxtlar müayinə imkanları, diaqnostik metodların inkişafı, həkimlərin ixtisaslaşması, valideynlər arasında tibbi biliklərin artması bu kimi xəstəliklərin daha çox aşkarlanmasına səbəb olur.

- Əməliyyat etdiyiniz uşağın 14 yaşı var. Ümumiyyətlə, belə xəstələr nə zaman əməliyyat olunmalıdır?

- Bununla bağlı yanaşmalar fərqlidir. Bu uşaqda 2-3 yaşında ikitərəfli yırtıq aşkarlanıb. Əməliyyatın rahat keçirilməsi baxımından, elə o zaman, yəni uşağın 2-3 yaşı olanda əməliyyat etmək olardı. Bəzi alimlər bunun tərəfdarıdır. Bəzi alimlər isə cinsi inkişaf dövrünə qədər gözləyib, əməliyyatı o dövrdə etməyin tərəfdarıdırlar. Hər ikisinin də üstün tərəfi var.

- Valideynlər belə bir halın olub-olmamasını necə anlaya bilərlər? Yəni hansı əlamətlər əsas sayıla bilər?

- Müəyyən əlamətlərdən şübhələnmək lazımdır. Qız uşaqlarında ikitərəfli yırtıq varsa, sadəcə, bir ultrasəs müayinəsi edilməlidir. Əgər onda daxili qadın cinsiyyət orqanları deyil, daxili kişi orqanlarının olduğu aşkarlansa, deməli bu, xəstəlikdir. Xəstəlik aşkarlanan kimi xəstə ixtisaslaşmış klinikalara göndərilməlidir. Belə klinikalarda uşaq anadan olandan sonrakı dövrdə aşkarlanan bütün patologiyalarla bağlı xidmətlər göstərilir. Məhz ixtisaslaşmış klinikada problemin nə olduğu aydınlaşdırılır və valideynlərlə izah olunur ki, nə etmək lazımdır. Əgər qız uşağında yırtıq varsa, mütləq mütəxəssis tərəfindən müayinə olunmalıdır. Çünki qarında ikitərəfli yırtıq kişi cinsi orqanının inkişafı, xayaların aşağı düşməsi, o yolların açıq qalması nəticəsində də əmələ gəlir.

- Bütün cərrahlar bu əməliyyatı edə bilərmi? Bunun üçün müəyyən təcrübə tələb olunurmu?

- Bu əməliyyatı edənlər uşaq cərrahları və uroloqlarıdır. Yəni onlar etməlidir, çünki bu uşaq cərrahiyyəsinə aid problemdir. Cinsiyyət qüsurlarını uşaq cərrahları daha yaxşı bilir və düzgün istiqamət seçə bilirlər. Onlar bilir necə etmək lazımdır ki, uşağın gələcəyi üçün problem olmasın.

- Siz xaricdən qız olan uşağı əməliyyat etmisiniz, əksinə hallar da olubmu?

- Başqa bir əməliyyatımızda uşaq xaricdən oğlan idi, daxildə isə hər iki cinsə məxsus orqanları vardı, yəni həm kişi, həm qadın, həqiqi hermafroditizm idi. Həm uşaqlığı, həm yumurtalığı, həm də xayası var idi. Bu dəfə əməliyyat etdiyimiz qız uşağında isə bu, yalançı hermafroditizm idi.

- Əməliyyatda nəyi əsas götürərək dəyişiklik edirsiniz? Məsələn, əməliyyat etdiyiniz qız oğlan kimi həyatına davam edə bilərdimi?

- Bu uşaq xaricdən qız idi. Qız uşağını oğlana çevirmək daha çətindir, nəinki əksinə. Birincisi, bu uşaq 14 yaşına qədər qız kimi böyüyüb, bu çox böyük problem ola bilərdi. İkinci, qızı oğlana çevirmək üçün, bir neçə mərhələli əməliyyat lazımdır. Üçüncü, daxildə qalan orqanların bədxassəli şişə çevrilmə təhlükəsi var. Biz onu xaricə çıxarsaq bədləşmə gedəcək. Amma əməliyyat etdiyimiz uşaq xaricdən qız uşağından heç nə ilə fərqlənmir. Onlara gözəl, "tüksüz qızlar” da deyilir. Çünki qoltuqaltında və qasıqda tüklənməsi olmur. Bu qız normal qız kimi böyüyübsə, niyə əlavə problem yaradaq ki? Bu variant üçün qəbul olunan yol onun qız kimi həyatına davam etməsidir.

- Əməliyyat etdiyiniz qızın gələcək taleyi necə olacaq, ailə qura, ana ola biləcəkmi?

- Ailə qura, cinsi həyatı ola bilər, amma uşağının olma ehtimalı yoxdur. Çünki onda daxili cinsiyyət orqanları, yumurtalıq, uşaqlıq yoxdur. Daha doğrusu, bu halda ana olma ehtimalı yoxdur, gələcəkdə elmin, texnikanın necə inkişaf edəcəyini deyə bilmərik.

- Belə əməliyyatlardan sonra xəstəyə psixoloji dəstək olmalıdırmı?

- Bu uşaq qız kimi böyüyüb, psixoloji problemi yoxdur, heç özü bilmirdi ki, onda nə problem var. Bundan sonra endokrinoloq köməyi almalıdır. Cinsiyyət orqanları, süd vəzilərinin sonrakı prosesi üçün bu çox vacibdir.

- Valideynlərə tövsiyələriniz nədir?

- Uşaqları ultrasəs müayinəsi etdirməkdən çəkinməsinlər. Ultrasəs müayinəsinin uşağa heç bir ziyanı yoxdur. Bu, həkimə və xəstəyə yardımçı olan sadə müayinə metodudur. Müayinə zamanı ikitərəfli yırtıq, yaxud digər problem aşkarlansa, mütləq müvafiq mütəxəssislərə, uşaq cərrahlarına, ixtisaslaşmış klinikalara müraciət etsinlər.

Oxunub: 1 269
Paylaş:
Digər xəbərlər

Səhiyyə

6-03-2019, 19:39

2 yaşlı qızın burnundan nənəsinin dişini çıxartdılar – İNANILMAZ HADİSƏ

Xəbərlər

30-01-2019, 01:58

11 yaşlı qız uşaq doğdu - müqəssir tutulmayacaq-Şok səbəb

Manşet / Gündəm / Səhiyyə

11-01-2019, 01:05

Ödündə daş olanlara XƏBƏRDARLIQ: vaxtında əməliyyat olunmasanız...

Manşet / Gündəm / Səhiyyə

26-12-2018, 01:17

Ödündə daş olanlara XƏBƏRDARLIQ: vaxtında əməliyyat olunmasanız...

Manşet / Gündəm / Xəbərlər

21-04-2018, 10:10

Üç yaşlı uşaq hamilə anasını güllələdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Son xəbərlər
  • Dünən, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • Dünən, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • Dünən, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • Dünən, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • Dünən, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • 1-08-2026, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • 1-08-2026, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə