• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Rusiya-Ukrayna müharibəsində “Milad atəşkəsi”: Mayami görüşünün gündəliyi belədir - MÜSAHİBƏ
Hospitalda əsgərin ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA
Qanda dəmiri artıran məhsullar açıqlandı
Azərbaycanın Ermənistana nə qədər dizel göndərdiyi açıqlandı
Türkiyəyə qarşı 3 ölkənin hazırladığı hərbi platformanın arxitekturası: Detallar bəlli oldu
Ölümə aparan arıqlama üsulu - Ağciyər deşilə bilər
Bermud adalarında müəmmalı struktur tapıldı: Sirr açılır?
İnsultdan 1 həftə əvvəl hansı işarələr olur?
İranda Zəngəzur təşvişi başladı – Azərbaycana risk varmı?
Moskvadan “sürpriz” gözlənti: Bakıda geri sayım başladı – 8 gün sonra…
"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."
Putindən müharibə təhdidi: Hərbi əməliyyata əl atacağıq
Maduro devrilə bilər, borcumuzu tələb edin - İranlı siyasətçi
Bu ədviyyatın şəkəri saldığı sübut olundu
Netanyahudan iddialı sözlər: Uğursuz olsaydıq, ABŞ olmazdı
Macarıstan Ermənistana silah qadağasını ləğv etdi
Ayaqlarda tromblar - Necə bilinir?
Avropa İttifaqı Tailand və Kamboca münaqişəsi ilə bağlı qərar verdi
Ərdoğandan Putinə xəbərdarlıq: 3 türk ölkəsinə görə “mübarizə” başladı
Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaqlarda özünəqapanma

Səhiyyə

28-02-2019, 15:15

Uşaqlarda özünəqapanma

Son zamanlarda cəmiyyətdə geniş yayılmış problemlərdən biri də özünəqapanmadır.

Ailehekimiklinikasi.az psixotest.az-a istinadən xəbər verir ki, istənilən yaş dövründə olan insanlar üçün xarakterik olsa da, uşaqlarda rast gəlmə tezliyi daha intensivdir. Gündəlik həyatda təsirinə məruz qaldığımız sosioloji və psixoloji amillər özünəqapanmanı daha da sürətləndirir. Hazırki dövrdə bu problem ən aktual mövzular içərisindədir və getdikcə gəncləşməkdədir. Özünəqapanma probleminin yaranma səbəblərini və ona təsir göstərən amilləri vaxtında müəyyən etməklə aradan qaldırmaq mümkündür.

NƏDİR ÖZÜNƏQAPANMA?

Özünəqapanma insanın ətrafındakılarla emosional kontaktın zəifləməsi şəklində təzahür edən davranış formasıdır. Bu zaman insan öz problemlerini kimsəylə bölüşmək istəmir, ona üz verən çətinlikləri tək başına həll etməyə cəhd göstərir ki, bu da çox zaman uğursuzluqla nəticələnməklə yanaşı, dost seçimində tərəddüdlər, ən ağır formada isə ailə üzvləri və cəmiyyətdəki digər insanlarla ünsiyyətin minimuma enməsi şəklində müşahidə olunur. Ümumi davranışların dəyişilməsi, əhval-ruhiyyənin tam səmimiyyətlə biruzə verilməməsi, qarşı tərərflə emosional kontaktın zəifləməsi özünəqapanma problemini şərtləndirən amillər sırasındadır.

BƏS ÖZÜNƏQAPANMAYA SƏBƏB OLAN ƏSAS AMİLLƏR HANSILARDIR?

Özünəqapanmanın formalaşmasına həm psixoloji, həm də sosioloji amillər təsir göstərir.

1.Özgüvənin aşağı salınması. Uşağın ailə daxilində daim danlanması, əsassız təhqirlərə məruz qalması onda özünə inamsızlığın yaranmasına səbəb olur ki, bu da özünəqapanmaya gətirib çıxarır. Adətən valideynlər evin ilk uşağını yaşından asılı olmayaraq “böyük uşaq” adlandırırlar. Tez-tez “sən böyüksən bu işi belə görməlisən, “bunu düz etmədin böyüklər belə etməz” kimi sözlərdən istifadə edirlər. Bu yanaşmalar uşaqda elə düşüncə formalaşdırır ki, sanki o heç nəyi bacarmır,qabiliyyəti yoxdur, heç bir işin öhdəsindən gələ bilmir. Məhz bu düşüncə uşaqda utanmağa, ailə üzvlərindən kənarlaşmağa əsas verir. Uşaq onu istəyənin səmimiyyətinə o vaxt inanır ki, o istəyi dərk edir. O dərk etdiyini o vaxt “ qanuniləşdirir” ki, onu əməllə yoxlayır. Demək uşaqlar davranışlara daha həssasdırlar. Bu səbəbdən onlara sevgimizi yalnız sözlə deyil, əməllərlə göstərməliyik. Ailəsi tərəfindən təmənnasız sevildiyini bilən uşaq özünüqiymətləndirmədə çətinlik çəkmir, özgüvəni yüksək olur və belə hallarda uşaqda özünəqapanma davranışı azalır.

2. Uşağımın dostları kimlərdir? Ən önəmli məsələlərdən biri də budur ki, uşağın dost çevrəsi sağlam olsun. Düzgün dost seçilməməsi, çətinliklərini bölüşəcəyi birinin olmaması uşağı cəmiyyətdən daha da uzaqlaşdırır. Bu proses böyüklərdə də özünü doğruldur. İnsanın yaşantıları onun düşüncələrini formalaşdırır. Müəyyən müddət sonra insan yaşadıqları ilə yüklənir və problemlərini özünə yaxın biri ilə bölüşmək istəyir. Bu səbəbdən ətrafımızda güvənə biləcəyimiz, bizi başa düşən birinə ehtiyac duyuruq. Uşaqlar da həmçinin. Əgər uşaq ətrafında etibar edəcəyi birini tapmazsa, onu başa düşən biri olmazsa bu zaman bütün hisslərini gizlətməyə çalışacaq, fikirlərini bölüşməyəcək, qərar qəbul etmədə çətinliklər meydana çıxacaq ki, bu da özünəqapanmaya səbəb olur.

3.Virtual aləmə nə dərəcədə bağlıdır? Son zamanlarda uşaqların əksəriyyətində rast gəlinən internet asılılığı özünəqapanmanın formalaşmasına gətirib çıxaran amillər sırasındadır. Uşaqların günün yarıdan çoxunu kompüterin qarşısında keçirməsi virtual aləmə hədsiz bağlılıq, telefondan aşırı istifadə real ünsiyyəti minimuma endirib, özünəqapanmanı maksimum səviyyəyə çatdırır. Valideynlərin üzərinə düşən vəzifə uşağın internetdən istifadəsi müddətinə nəzarət etməkdir.

ÖZÜNƏQAPANMANIN ARADAN QALDIRILMA YOLLARI

İlk öncə valideyn uşaqla dostluq münasibəti qurmalıdır. Çünki, uşaqda özümüzə qarşı güvən duyğusu yaratmaq onun mənəvi sferasına daxil olmaqda əsas addımlardandır. Onun uğurlarını qiymətləndirməli, uğursuzluq zamanı isə tənbeh etmək yerinə nöqsanlarının aradan qaldırılmasında birgə səy göstərilməlidir. Ailə daxilində valideynlər uşaqla mövqeyinə görə yox yaşına görə davranmalıdırlar. Valideyn bunu bilməlidir ki, uşaq ailədə ilk övlad olsa da nəticə etibarilə uşaqdır. Ona tez-tez “böyüksən” deyib yaşına uyğun davranmasına sədd çəkmək olmaz. Xüsusilə uşağın dost çevrəsinə diqqət yetirilməlidir. Onu başqaları ilə müqayisə edib, konflikt yaratmaq əvəzinə, uşağın sahib olduğu bacarıqları həyata keçirməsinə imkan yaradılmalıdır. Uşağın sosiallaşma prosesində ləngiməsinin qarşısını almaq üçün internetə aşırı bağlılığı aradan götürməliyik. Bu zaman ailədə normal ünsiyyətə qoşulması, fikir yürütməsi üçün şərait yaratmalı, vaxtının çox hissəsini kompüterin qarşısında keçirməsinin qarşısını almalıyıq. Valideyn uşağın həyat tərzinə, yaşantılarına diqqət yetirməli, istənilən çətinlik anında uşağa dəstək olmalı, problemlərini bölüşməsinə şərait yaratmalıdır.

Oxunub: 912
Paylaş:
Digər xəbərlər

Araşdırma

26-02-2019, 17:20

Uşaqlarda nitq ləngiməsinin səbəbləri

Maraqlı

21-02-2019, 19:15

Yuxunun uşaqlara təsiri

Araşdırma

12-01-2019, 00:12

Kardioloq-cərrah: Bu uşaqlarda ürək qüsurlarına daha çox rast gəlinir

Manşet / Gündəm / Səhiyyə

27-11-2018, 01:46

Valideynlərin qorxduğu diaqnoz - Disbakterioz nədir?

Manşet / Gündəm / Səhiyyə

28-10-2018, 05:19

Uşaqlarda və yeniyetmələrdə baş ağrısı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Rusiya-Ukrayna müharibəsində “Milad atəşkəsi”: Mayami görüşünün gündəliyi belədir - MÜSAHİBƏ
Hospitalda əsgərin ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA
Qanda dəmiri artıran məhsullar açıqlandı
Azərbaycanın Ermənistana nə qədər dizel göndərdiyi açıqlandı
Türkiyəyə qarşı 3 ölkənin hazırladığı hərbi platformanın arxitekturası: Detallar bəlli oldu
Ölümə aparan arıqlama üsulu - Ağciyər deşilə bilər
Son xəbərlər
  • Bu gün, 14:32
    Rusiya-Ukrayna müharibəsində “Milad atəşkəsi”: Mayami görüşünün gündəliyi belədir - MÜSAHİBƏ
  • Bu gün, 13:01
    Hospitalda əsgərin ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA
  • Bu gün, 12:30
    Qanda dəmiri artıran məhsullar açıqlandı
  • Bu gün, 11:29
    Azərbaycanın Ermənistana nə qədər dizel göndərdiyi açıqlandı
  • Bu gün, 10:55
    Türkiyəyə qarşı 3 ölkənin hazırladığı hərbi platformanın arxitekturası: Detallar bəlli oldu
  • Bu gün, 09:08
    Ölümə aparan arıqlama üsulu - Ağciyər deşilə bilər
  • Dünən, 22:45
    Bermud adalarında müəmmalı struktur tapıldı: Sirr açılır?
  • Dünən, 21:51
    İnsultdan 1 həftə əvvəl hansı işarələr olur?
  • Dünən, 20:07
    İranda Zəngəzur təşvişi başladı – Azərbaycana risk varmı?
  • Dünən, 19:25
    Moskvadan “sürpriz” gözlənti: Bakıda geri sayım başladı – 8 gün sonra…
  • Dünən, 18:23
    "Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."
  • Dünən, 17:23
    Putindən müharibə təhdidi: Hərbi əməliyyata əl atacağıq
  • Dünən, 16:42
    Maduro devrilə bilər, borcumuzu tələb edin - İranlı siyasətçi
  • Dünən, 15:10
    Bu ədviyyatın şəkəri saldığı sübut olundu
  • Dünən, 14:37
    Netanyahudan iddialı sözlər: Uğursuz olsaydıq, ABŞ olmazdı
  • Dünən, 13:20
    Macarıstan Ermənistana silah qadağasını ləğv etdi
  • Dünən, 12:12
    Ayaqlarda tromblar - Necə bilinir?
  • Dünən, 11:12
    Avropa İttifaqı Tailand və Kamboca münaqişəsi ilə bağlı qərar verdi
  • Dünən, 10:31
    Ərdoğandan Putinə xəbərdarlıq: 3 türk ölkəsinə görə “mübarizə” başladı
  • Dünən, 09:00
    Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz
  • 16-12-2025, 22:46
    Telefonu tək əllə istifadə etmək barmaqlara necə zərər verir?
  • 16-12-2025, 21:23
    Alimlər osteoartrit üçün kök hüceyrələr əsasında yeni dərman hazırlayıblar
  • 16-12-2025, 20:03
    Türkiyənin "Qəzəb"i Fransanı dəhşətə gətirdi: Hətta poladı da əridə bilər
  • 16-12-2025, 19:15
    Ermənistan Göyçənin bu hissəsini Azərbaycana verir: İrəvanda ara qarışdı
  • 16-12-2025, 18:29
    Burun axması ürəyə zərər verir? - Kardioloqdan açıqlama
  • 16-12-2025, 17:47
    Rusiya Ukraynadan beş bölgəni istəyir: Güzəşt olmayacaq
  • 16-12-2025, 16:04
    Azərbaycanda elektron siqaret qadağan edilir
  • 16-12-2025, 15:25
    Möhkəm sümüklər üçün vacib məsləhətlər - 35 yaşdan sonra
  • 16-12-2025, 14:09
    İranda Zəngəzur qarşıdurması: Xameneinin müşaviri niyə hərəkətə keçdi?
  • 16-12-2025, 13:30
    Ukraynaya vaxt verildi: Ya təklifi qəbul et, ya da...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə