• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yuxunun uşaqlara təsiri

Maraqlı

21-02-2019, 19:15

Yuxunun uşaqlara təsiri

Körpənin yuxusu insan orqanizmində baş verən ən çətin fizioloji ritmlərdən sayıla bilər.

Çağalarda yuxunun düzgün ritmləri, yani yuxu və oyaq qalma proseslərinin növbələşməsi tədricən qurulur. 2 və 4 aylar arası uşaqların yuxu strukturunda vacib dəyişikliklər baş verir. 2-ci aydan 6-cı aya kimi uşaqlarda yuxu və oyaqqalma proseslərinin sirkad ritmi formalaşır. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir.

Yuxu insan orqanizmində təbii, mütəmadi və vacib olan hallardan sayılır. Yuxu orqanizmdə baş verən digər proseslər kimi hormonlar və yüksək aktiv maddələr vasitəsi ilə idarə olunur. Belə ki, gecə vaxti melatonin hormonu ən yüksək dərəcəyə çatır və insanın yuxulamağına və dərin yuxuya getməsinə səbəb olur. Digər maddələr isə oyanma proseslərinə, yuxunun dərin və yüngül fazalarının dəyişməsinə təsir edir.

İnsanlar həyatının 1/3 hissəsi yuxuda keçirir. Uşaqlıq dövründə yuxunun vacibliyini xüsusilə vurğulamaq lazımdır. Çağa gün ərzində təqribən 18 saat, bir yaşlı uşaqlarda isə bu rəqəm azalaraq təqribən 13 saat təşkil etməlidir. Maraqlısı budur ki, bu qanunauyğunluq məməlilərdə də müşahidə olunur: erkən uşaqlıq dövrü minimal fiziki fəaliyyət və daha çox yuxu müddəti ilə, böyüdükcə isə aktivliyin artması və yuxu müddətinin qısalması ilə xarakterizə olunur.

Amerika alimlərinin tədqiqatlarına görə, valideynlərin 3/4-ü uşaqlarında gecə yuxu pozuntularının əmələ gəlməsindən şikayətlənməsinə baxmayaraq, bu ailələrdən yalnız 10-14%-i tibbi və psixoloji yardıma müraciət etdiyi bildirilir. Təəssüflər olsun ki, valideynlər yuxu pozuntularının bir gün keçib gedəcəyini zənn edərək və ya hansı həkimə müraciət etdiklərini bilməyərək özləri pis-yaxşı mövcud yuxu problemlərini həll etməyə çalışırlar. Cədvəldə verilən rəqəmlər əsasında uşaqlarda və yeniyetmələrdə real yuxu müddətinin tövsiyyə olunan yuxu müddətindən qat-qat fərqləndiyi görünür.

Uşaqlıq zamanı yuxu müddətinin azalması son bir neçə onilliklər ərzində daha çox ölkələrdə müşahidə olunur. Yuxu çatışmazlığının uşaqların davranışına təsir göstərdiyi sübut edilibdir. Belə ki, Fin alimlərinin son tədqiqatlarında yuxu çatışmazlığı müşahidə olunan uşaqlarda davranış problemləri, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) daha çox rast gəldiyi məlum oldu.

Helsinki Universiteti və Finlandiya Milli Sağlamlıq İnstitutunun alimləri yuxu çatışmazlığının uşaqların davranışına və hərəkətlərinə təsirini və eyni zamanda diqqət çatışmazlığı və hiperaktivlik sindromunun əmələ gəlmə səbəblərini araşdırdılar. Tədqiqatda 6 yaşından 15 yaşa kimi 146 qız və 134 oğlan iştirak etmişdi. Uşaqların yuxusu haqqında məlumat valideynlərdən və “Aktiqraf” cihazı vasitəsi ilə yuxunun monitorinqinin keçirilməsi nəticəsində əldə edilmişdir. Cihazın göstəricilərinə əsaslanaraq, yuxusu 7,7 saat təşkil edən uşaqlar impulsivliyi və hiperaktivliyi yoxlayan psixoloji testlərdə yüksək ballar toplamışdılar. Diqqət çatışmazlığı və hiperaktivlik sindromunun (DÇHS) təzahür formaları da bu uşaqlarda daha çox qeyd olunmuşdu. Statistik təhlilin göstəriciləri yuxu müddətinin qısa olmasının uşaqların impulsivliyinə və hiperaktivliyinə təsir edən vacib amil kimi qeyd olunmuşdu.

Yuxunun qısa müddətliyi davranış və hərəkətlərin pozğunluğuna gətirdiyini nəzərə alaraq uşaqlara normal yuxu müddətini təmin etmək lazımdır.
Digər tədqiqatlar birinci il körpələrdə yuxu ilə əlaqədar yaranan problemlərin böyüdükdən sonra da çox vaxt rast gəldiyini göstərirlər. Belə ki, Avstraliyada 3-4 yaş arası uşaqların (156 uşaq) müayinəsi keçirildi. Bu uşaqlar körpəlikdə, 8-10 aylıq olduqları zaman yuxuya getmə və yuxu ilə əlaqədar müxtəlif problemlərlə üzləşmişdilər. Müayinədən keçən uşaqların 32%-da yuxu ilə bağlı problemlər hələ də yaşanmaqdadır. Psixoloqların rəyinə görə, onlarda eyni zamanda aqressiv davranış və somatik xəstəliklər də müşahidə olunurdu. Bu göstəricilər körpələrin ilk illərində 1/3 hallarda yuxu pozğunluqlarının daha böyük yaşlarda da davam edəcəyini göstərir. Bu səbəbdən mütəxəssislər valideynlərə aşağıdakı məsləhətləri verirlər:

- Övladlarınızın yuxusuna önəm verin.
- Körpənin yuxusunun davamlı və keyfiyyətli olmasını təmin edin.
- Uşağın öz yaşına görə oyaqqalma və yuxu müddətini öyrənin.
- Uşağın yuxu mədəniyyəti sizin davranışlarınızdan asılıdır.
- Yuxu körpənin qidalanması ilə bağlıdır. Sağlam qidalanmaya diqqət verin.
- Uşaqların yorğunluq əlamətlərini ötürməyin.
- Hər gün eyni vaxtda yatızdırmağı bir qayda edin. Rejimə öyrəşən uşaqlar daha məsuliyyətli olur.
- Uşaqlıqdan yuxuya diqqət verin ki, böyüdükdə onunla bağlı digər problemlərə səbəb olmasın.

KÖRPƏNİN QİDALANMASI İLƏ YUXUNUN NƏ ƏLAQƏSİ VAR?

Yuxuya təsir edən amillər kimi qida və ətraf mühiti qeyd etmək olar. Ətraf mühit amillərinə ev şəraiti (axşam saatlarında evdə sakitliyi təmin etmək, həddindən artıq uşaqları fəallaşdırmamaq, oyanıqlığa səbəb olan müsbət və mənfi emosiyalardan çəkinmək), gündüz saatlarında aktiv fəaliyyətlə məşğul olmaq, axşamlar isə daha sakit şərait yaratmaq aiddir.

Son zamanlar qidanın insan yuxusuna təsiri fəal araşdırılır, xüsusilə erkən yaşlarda. Bildiyimizə görə, müəyyən qida maddələri yuxunun sirkad ritm proseslərində iştirak edirlər. Bu maddələrə triptofan (əvəzolunmaz amin turşusu), karbohidratlar və müəyyən nukleotidlər aiddir.

Triptofan aminoturşusu ana südündə öz əvəzolunmaz yerini tutur. Lakin onun ana südündə miqdarı gün ərzində müxtəlif olur. Ən çox onun miqdarı gecə zamanı artaraq səhərə yaxın azalır. Tədqiqatlar ana südündə olan və süni qida alan uşaqların yuxusunda müəyyən fərqlərin olduğunu qeyd edirlər. Bu fərqlər uşaqların davranışı və yuxunun keyfiyyəti ilə əlaqədardır.

Prof. Dr. Derya Akaydın Aldemirin “Serotonin və insan sağlığı” yazısında triptofan hormonuna önəm verilərək “eyni zamanda yüksək sakitləşdirici təsirə sahibdir” qeyd olunur. “Triptofanla zəngin ana südü ilə bəslənən uşaqlarda yuxulama-oyanma dövründə yaxşılaşma qeyd olunmuşdu”.

Bu səbəbdən süni qida alan uşaqların gecə zamanı normal yuxu almaları üçün triptofan və digər maddələri cəmləşdirən yeni “gecə süni qidaları” hazırlandı. Bu cür süni qidalar axşam zamanı verildiyi üçün uşaqların normal yuxuya getmələrini təmin edirlər.
Ana südündə olan uşaqların buna ehtiyacı qalmır. Uca Yaradan tərəfindən orqanizmdə qurulmuş mükəmməl yuxu mexanizmi körpələrin ilk aylarda ana südünü almaq və ana ilə sıx təmasda olması üçün fəaliyyət göstərir. Uşaqların ilk ay dönəmi “təməl etibar” dövrü də adlandırılır. Bu zaman çağanın həyata alışma və inamın formalaşdığı bir dövrdür. Körpələrin gecə zamanı bir neçə dəfə oyanmaları və ana südü ilə qidalanmaları ana südün artmasına, güvənlik və rahatlıq hisslərinin formalaşmasına və onları şirin yuxuya aparan lazımi miqdarda yuxu hormonlarının almağı ilə bağlıdır. Beləliklə körpənin üç əsas ehtiyacı olan qidalanma, yuxu və ana ilə təması ödənilir.

Gecə südündə daha çox triptofan olduğu üçün əmizdirən analara süd sağdıqları və saxladıqları qabların üzərində nəinki tarixi, eyni zamanda saatıda qeyd etmək məsləhət görülür. Belə tədbirlər uşaqda yuxu pozuntularının qarşını alacaq.

Triptofan insan bədənində melatonina çevrilir. Qeyd etdiyimiz kimi melatonin insanın yuxuya getməsinə təsir edir. Kristina Sançez və kolleqalarının keçirdiyi tədqiqata görə triptofanla yanaşı bəzi nukleotidlərdə (5-UMP, 5-AMP və 5- GMP) yuxulama və sirkad ritmlərin qurulma prosesində iştirak edirlər. Bu nukleotidlər ana südünün tərkibində yer alaraq, öz mühüm rolunu oynayırlar. Sual yarana bilər, bu nukleotidlərin miqdarı gün ərzində dəyişirmi?

Bu suala cavab vermək üçün tədqiqatçılar 30 qadının günün müxtəlif saatlarında sağılmış südlərini tibbi təhlil üçün araşdırmışdılar. Nukleotidlərin miqdarı ana südündə həqiqətən dəyişmişdi. Belə ki, sakitləşdirici təsirə malik olan 5-UMP-nın miqdarı ən çox gecənin ortasında təyin edilmişdi. Yuxlamağa səbəb olan 5-AMP isə ana südündə gecənin ilk saatlarında müşahidə olunmuşdu.

Bütün bu tədqiqatlar nəticəsində alınan məlumatlar ana südünün nəinki uşaqlara əvəzolunmaz qida olduğunu, eyni zamanda onların yuxularının rahat qurulmasında böyük rolunu göstərir.

Müəllif: Gülarə Rüstəmova,
Əmizdirmə məsləhətçisi
Vib.az

Oxunub: 1 155
Paylaş:
Digər xəbərlər

Araşdırma / Maraqlı

3-02-2019, 03:20

6 saatdan az yatmayın! Sağlamlığınızı itirə bilərsiniz!

Səhiyyə

7-10-2018, 15:08

Sizi hər gün 8 saat yatmağa sövq edəcək 5 vacib səbəb – Yuxu xərçəngin qalxanı imiş

Maraqlı

2-10-2018, 16:07

Uşaqlarda yuxu pozğunluğu

Manşet / Maraqlı

23-08-2018, 11:14

Məlumata görə yuxu insanın gözəl olmasına təsir edir

Manşet / Səhiyyə

6-06-2018, 07:50

Yuxunun insan orqanizminə, sağlamlığına müsbət təsiri sübut olunmuşdur

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Son xəbərlər
  • Bu gün, 15:18
    Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
  • Bu gün, 12:55
    Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
  • Bu gün, 11:32
    ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
  • Bu gün, 10:24
    İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
  • Bu gün, 09:08
    Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
  • Dünən, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • Dünən, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • Dünən, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • Dünən, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • Dünən, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • Dünən, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • Dünən, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • Dünən, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • Dünən, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • Dünən, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • Dünən, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Dünən, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • Dünən, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • Dünən, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • 20-03-2026, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • 20-03-2026, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • 20-03-2026, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • 20-03-2026, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • 20-03-2026, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • 20-03-2026, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • 20-03-2026, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • 20-03-2026, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • 20-03-2026, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • 20-03-2026, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə