• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İnfarkt riskini azaldan amillər - təhsil, maaş, ailə...

Səhiyyə

15-10-2023, 20:41

İnfarkt riskini azaldan amillər - təhsil, maaş, ailə...


Keçən həftə "European Journal of Preventive Cardiology"adlı jurnalda bir məqalə yayımlandı.

Tədqiqat İsveç, Stokholm, Karolinska İnstitutunda aparılmışdır. Məqsəd bir dəfə ürək infarktı keçirənlərdə ikinci dəfə infarkt keçirilməsinə səbəb olan faktorları ortaya qoymaq olmuşdur.

Tədqiqat 1 il əvvəl infarkt keçirmiş 29 226 qadın və kişi üzərində aparılmışdır. Ortalama 4,1 il həkim nəzarətindən sonra iştirakçıların 2284 nəfəri (7,8%-i) ikinci dəfə infarkt, ya da insult keçirmişdir. Araşdırıb baxanda məlum olmuşdur ki; 1) boşanmış pasientlər boşanmamışlara nisbətən 18% çox,

2) maaşı yaxşı olanlar kasıblara nəzərən 35% daha az, 3) ali təhsillilər natamam orta təhsillilərə nisbətən 14% daha az infarkt, ya da insult keçirib. Yəni sadələşdirilmiş dillə desək, infarkt və insult riskini nəzərə alanda yaxşı maaşlı, ali təhsilli və evli olanlar şanslıdır.

Əvvəllər də bənzər tədqiqatlar aparılıb, bənzər nəticələr əldə edilmişdi. Yeni tədqiqatla eyni nəticələrin bir daha təsdiq olunmağı, təsadüfi olmadığını sübuta yetirir. Nəticə məntiqlidir. Boşanmaq emosional stresdir. Stresin də ürəyə, beyinə zərərli olduğunu bilirik. Tibb sürətlə inkişaf edir və mürəkkəbləşir. Xəstələrin tibbi prosedurları, müalicələri, xəstəliyin mexanizmasını qavramaqları çətinləşir. Ömür uzandıqca xronik xəstəliklər çoxalır. O xəstəliklər ki, ömür boyu dərman müalicəsi, özünə müntəzəm qulluq, diqqət tələb edir. Əks halda uzun vədədə nailiyyət əldə etmək mümkün deyil.

Yuxarıdakı tədqiqatda ali təhsil deməklə, əslində, vurğulanmaq istənən şey bilikdir, savaddır. "Müsavat" onlayn qəzetində yazılar yazmaqda bizim məqsədimiz də budur: oxucularımızın, əsasən, kardiologiya, eləcə də ümumi tibb haqqında bilik və savadını artırmaq.

Tədqiqatda gəlir səviyyəsi də vurğulanmışdır. Gözlənildiyi kimi kasıb təbəqə maddi səbəblərdən ötrü həkimə müntəzəm gedə bilməyəcək, tibbi əməliyyatlardan, prosedurlardan imtina edəcək, yaxud gecikdirəcək, keyfiyyətli dərman ala bilməyəcək və s.

Yeri gəlmişkən, 2 məsələni qeyd etmək istərdim:

1-ci məsələ. Bu yaxınlarda təsadüfən radioya qulaq asarkən, bir proqramın mövzusu belə idi: - Ailənizdə ortalama ömür neçə ildir? Dinləyicilər də zəng edib fikirlərini bildirirdilər. 3 dinləyicinin fikrinə qulaq asa bildim, üçünün də fikri ortaq idi: "Ailəmizdə babam, nənəm, filankəs uzun yaşayıb, məncə köhnə insanlar indikindən uzun yaşayırdılar". Tarix var, statistika var, heç vaxt insanlar indiki qədər uzun yaşamayıblar. Tunc dövrü, Dəmir dövründə orta ömür 26 il imiş. 1900-cü illərdə dünya üzrə ortalama 31, 1950-də 48, 2014-də 71,5 il olub.

2-ci məsələ. Bu yaxınlarda bir deputat, bir oteldə rəhmətə getdi, bir dərmanın adı hallandı. "Niyə öldü?", "Səbəb nə idi?" mən dəqiq bilmirəm. Amma "Viaqra" adı gündəmə gəlmişkən, bir məsləhət vermək istəyirəm. Ürəyin tac damar xəstəliyi olan, stenokardiyadan şikayətlənən, infarkt keçirmiş, stent taxılmış kişilər! O gün "nitroqliserin, isosorbid 5-mononitrat, isosorbid dinitrat" tərkibli nitrat preparatlarından birini içmisinizsə, "Viaqra" qəbul etməyin, çünki öldürə bilər. Əgər "Viaqra" və bənzər dərmanlardan istifadə etməyə qərar vermisinizsə, nitrat tərkibli dərmanları 24 saat əvvəlcədən dayandırın, işinizi görün, üstündən 24 saat keçəndən sonra davam edin.

Vüsal Vəliyev, kardioloq
Milli.az

Oxunub: 536
Paylaş:
Digər xəbərlər

Araşdırma

23-08-2023, 20:18

İnfarkt və insult keçirən insanlar üçün FAYDALI İÇKİLƏR

Araşdırma

6-01-2023, 23:03

Bu sadə üsul infarkt və insultun riskini 2 dəfə azaldır. Həkimsiz və dərmansız!

Səhiyyə

20-11-2023, 11:06

Hansı qan qrupunda İNFARKT riski daha yüksəkdir?

Araşdırma

16-10-2019, 06:54

Bu qan qrupunu daşıyırsınızsa infarkt riskiniz daha çoxdur - ARAŞDIRMA

Araşdırma / Maraqlı

27-01-2019, 02:01

İNFARKT, İNSULT, DEMENSİYAnın qarşısını alan ADİ MƏHSUL. Hər gün yeyin!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Son xəbərlər
  • Bu gün, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • Dünən, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • Dünən, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • Dünən, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • Dünən, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • Dünən, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • Dünən, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • Dünən, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • Dünən, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • Dünən, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • Dünən, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • Dünən, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Dünən, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Dünən, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Dünən, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 20-08-2026, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • 20-08-2026, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • 20-08-2026, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • 20-08-2026, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • 20-08-2026, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • 20-08-2026, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • 20-08-2026, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • 20-08-2026, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • 20-08-2026, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • 20-08-2026, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • 20-08-2026, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • 20-08-2026, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • 20-08-2026, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • 20-08-2026, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə