Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, amma bu halın aşkarlanması istisna edilmir.
"Əgər kimsə bundan şübhə edirsə, dərisində əlamətlər varsa, özünü təcrid etməli və həkimə müraciət olunmalıdır", - deyə ekspert qeyd edib.