• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
Putindən inanılmaz: Sona yaxınlaşırıq!
Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Diş çürüməsindən qoruyan qida
“Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Anesteziyadan hansı fəsadlarına görə qorxulur?

Səhiyyə

5-10-2021, 21:34

Anesteziyadan hansı fəsadlarına görə qorxulur?


"Anesteziya yaddaşımı pozub", "Anesteziya əsəblərimi korlayıb, yaddaşım itib", "Anesteziya ömrümdən ən az 5 ilimi alıb", "Ürəyim zəifləyib" və s. kimi cümlələri əməliyyat keçirmiş insanlardan eşitmişik. Amma o insanlardan heç biri ağrının sağlamlığa çox, hətta lap çox təsir edə biləcəyini, ona dözməyin mümkünsüzlüyünü qeyd etmir.

Anesteziya nə deməkdir?

Anesteziya süni şəkildə yaranan və geri dönmə qabiliyyəti ilə xarakterizə olunan şüur itkisidir. Anesteziya zamanı xəstənin ağrı hissi ilə əlaqəli əzabları aradan götürülərək əməliyyat idarə olunur. Bu, sinir sisteminin tam bir depressiyasıdır. İnsan nəfəs alma qabiliyyətini itirir, buna görə də süni ventilyasiya tələb olunur. Anestezioloq insanın fərdi xüsusiyyətlərinə əsaslanaraq optimal dərman dozası seçərək proseduru icra edir. Lokal (yerli) anesteziyada bədənin yalnız müəyyən hissəsinin həssaslığı itmiş our. Çox vaxt əməliyyat olunacaq insan əməliyyatdan daha artıq anesteziyadan narahatlıq hiss edir. Bu narahatlıqlar anesteziya haqqında bir çox şaiyə, şərh, yalnış bilgiyə görə yaranır. Anesteziyanın insan orqanizminə necə təsir etməsini araşdıracağıq.

Anestezioloqun müdaxiləsi əməliyyat zamanı xəstəni ağrıdan azad etmək, həm də narahatlıq olmadan normal və şüursuz vəziyyətinə keçməyi təmin etmək məqsədi daşıyır.

Alimlərin araşdırmalarına görə, ümumi anesteziyadan sonra əksər hallarda bulantı, qusma, boğaz və baş ağrısı, orientasiya itkisi, yüngül konvulsiv sindromlar, qaşınma, titrəmə, bel və kürək ağrısı, əzələ ağrıları qeyd olunur və qısa müddətdən sonra keçib gedir. Daha uzun müddət (bir neçə ayadək) davam edə bilən əlamətlərə panik atak, yaddaşın itirilməsi, nəbz sayının dəyişməsi, böyrək və qaraciyərin işində yaranan pozulma aid edilir. Bütün bu fəsadlar əməliyyatdan bir il sonra yox olur. Yəni bir çox insanların anesteziydan uzun illər əzab çəkdiyi və anesteziyanın onun sağlamlığına hələ də mənfi təsir etdiyi fikirlər özünü doğrultmur. Belə qərəzli fikirlər monoanesteziya illərindən qalmışdır. Daha doğrusu, xloroform istifadəsindən sonra yaranmışdır. Hazırda anesteziya çox komponentlidir. Yəni bir neçə dərman fərqli məqsədlər üçün istifadə olunur. Ağrıkəsici effekt analgetiklər, əzələ yumşalması üçün miorelaksantlar, yuxu üçün hipnotiklər tətbiq edilir.

Anesteziyadan sonrakı dövr haqqında bilməli olduqlarımız

Ağrı
Ümumi anesteziya bitdikdən sonra əməliyyat nahiyəsində ağrı hiss etmək mümkündür. Müasir tibb protokollarına görə belə halda xəstəyə mütləq şəkildə ağrıkəsicilər təyin olunur.

Bulantı
Anesteziyanın çox yayılmış bir nəticəsidir, təxminən 30% xəstələrdə rast gəlir. Bulantı riskini azaltmağa kömək edəcək bir neçə ipucu: əməliyyatdan sonrakı ilk saatlarda aktivlik etməməli, sonra bir qədər oturaraq ayağa qalxılmalıdır;
əməliyyatdan dərhal sonra su və qida qəbulundan çəkinilməlidir;
təsirli bir ağrıkəsici istifadəsi vacibdir, çünki şiddətli ağrı bulantıya səbəb ola bilər;
yavaş nəfəs alıb-vermə bulantı hissini azalda bilər.

Boğaz ağrısı

Anesteziyadan oyanma mərhələsində intubasiya borusu xoşagəlməz bir narahatlıq və boğaz ağrısına səbəb ola bilər. Sakit olmaq, düzgün nəfəs almaq və anestezioloqun bütün göstərişlərinə əməl etmək lazımdır. Danışarkən və ya udqunanda boğazda bir neçə saat diskomfort qala bilər. Bəzən iki günədək çəkir. Əgər keçməzsə, həkimlə əlaqə saxlamaq gərəkir. Boğaz ağrısı yalnız anesteziyanın təsiridir.

Titrəmə
Əməlyyatdan sonra yaranan titrəmə çox rast gəlinən əlamətlərdəndir. Orqanizm üçün təhlükə yaratmasa da, ümumi narahatlığa səbəb olur. Təxminən 20-30 dəq. davam edir. Belə titrəmələr epidural və spinal anesteziyadan sonra da müşahidə oluna bilər. Ayaqaltı isidicilər, isti örtüklə tez aradan qalxır.

Hissi pozğunluq

Anesteziya zamanı sinirlərin yataqlarında sıxılması mümkün olduğundan hissi pozulmaya gətirib çıxara bilər. Spinal və ya epidural anesteziya altında edilən əməliyyatdan sonra bir neçə saat ərzində ayaqlar duyğu hissini itirəcək. Hətta sidik kisəsinin boşalması da çətinləşərsə, sidik kateterinə ehtiyac duyulur.

Başgicəllənmə

Anestetiklərin qalıq təsiri qan təzyiqində bir qədər azalma şəklində özünü göstərə bilər. Əlavə olaraq əməliyyatdan sonra o qədər də nadir olmayan susuzlaşma müşahidə edilir. Nəticədə başgicəllənmə, zəiflik yaranır. Maye itkisi bərpa olunduqca keçib gedir.

Başağrısı
Başağrısına səbəb ola biləcək bir çox səbəb var. Bunlar anesteziyanın özü, xəstənin narahatlığı üçün istifadə olunan dərmanlardır. Çox vaxt başağrısı anesteziyadan bir neçə saat sonra keçir və ağrıkəsicilər tərəfindən aradan qaldırılır. Şiddətli başağrısı spinal və epidural anesteziyadan sonra yaranan bir ağırlaşmadır. Bu səbəbdən belə anesteziya keçirmiş insanlara 24 saatdan tez ayağa qalxmamaq məsləhət görülür və yataq istirahəti tələb olunur.

Qaşıntı

Anesteziyada istifadə olunan dərmanların yan təsiri olaraq meydana çıxır. Allergik reaksiya da hesab oluna bilər. Həkim məsləhəti ilə aradan qalxır.

Əzələ ağrıları
Çox zaman gənc kişilərdə rast gəlir, anesteziya zamanı istifadə olunan əzələ yumşaldıcıların yan təsiri kimi meydana çıxır, simmetrik ağrılar olur, əsasən, boyun, çiyin, qarının üst hissəsində müşahidə edilir və əməliyyatdan təxminən 2-3 gün sonra keçir.

Hansı yanaşı tədbirlər görülür?

Nazoqastral (burun-mədə) boru
Bəzi əməliyyatlarda mədə-bağırsaq traktının möhtəviyyatını boşaltmaq üçün zondlardan istifadə olunur. Bu zəruri bir tədbirdir və bu prosedurun əhəmiyyətini anlamaq lazımdır. Mədə borusu əməliyyatdan sonrakı qusmanın qarşısını almağa kömək edir. Boğaz ağrısı və diskomfort mümkündür.

Drenaj
Drenaj-yaralardan, boşluqlardan təbii və irinli, yaxud digər patoloji ifrazatların xaricə axması üçün yerləşdirilir. Müalicənin bir hissəsidir.

Sidik kateteri - lazım olan hallarda sidik kisəsini boşaltmağı asanlaşdırmaq üçün qoyulur.

Əməliyyatdan sonra reanimasiya
Əməliyyatın növündən, şiddətindən asılı olaraq reanimasiya şöbəsində müşahidə tələb oluna bilər.

Gələk anesteziyadan sonra yarana bilən yaddaş, diqqət pozulmasına. Anesteziyadan sonra yaranan bu problem xəstələri çox narahat edir. Nə zaman düzələcəyi, nə qədər davam edəcəyi barədə suallar verirlər.Bir qayda olaraq, anestezioloqlar bu suallara cavab verə bilməyəcəklər. Daha çox ürək əməliyyatlarından sonra yaranan yaddaş, idrak problemləri ilk həftədə 25%, 3 aydan sonra 10% insanlarda qalıcı olur. Elm adamları anesteziya zamanı beynin oksigen verilməsində onun dəyişiklər yaratdığına inandıqlarını söyləyirlər. Müvəqqəti oksigen aclığı məlum problemlərə yol açır. Bəzi neyrocərrahların təcrübələrinə əsasən demək olar ki, belə potensial xəstələr qorxmamalı, yaranan fəsadları aradan qaldırmaq, itirilmiş funksiyaları bərpa etmək üçün kifayət qədər vasitələr mövcud olduğunu bilməlidir.

Ən vacib məsələ anesteziya riskləri və əməliyyat həcmi nəzərə alınmaqla doğru həkim, tibb işçisi komandası seçilməlidir ki, mümkün ağırlaşmaların qarşısı alına bilsin.

Oxunub: 690
Paylaş:
Digər xəbərlər

Səhiyyə

5-06-2021, 12:24

Ümumi anesteziya haqqında miflər

Səhiyyə

7-03-2020, 11:30

Narkoz insanda xərçəng yarada bilər - Azərbaycanlı həkim dəhşətli FAKTLARI AÇDI

Səhiyyə

24-01-2020, 12:51

Hamilə qadınların nəzərinə! Epidural anesteziya daha təhlükəsiz olub

Xəbərlər

8-04-2023, 20:37

Narkoz insanda xərçəng yarada bilər - Azərbaycanlı həkim dəhşətli FAKTLARI AÇDI

Səhiyyə

6-10-2018, 20:33

Keysəriyyə əməliyyatı necə keçirilir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
Putindən inanılmaz: Sona yaxınlaşırıq!
Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
Son xəbərlər
  • Bu gün, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • Bu gün, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • Bu gün, 12:46
    Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
  • Bu gün, 11:32
    Putindən inanılmaz: Sona yaxınlaşırıq!
  • Bu gün, 10:24
    Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
  • Bu gün, 09:00
    Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
  • Dünən, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • Dünən, 20:26
    Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
  • Dünən, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • Dünən, 17:49
    Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
  • Dünən, 16:34
    Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
  • Dünən, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • Dünən, 14:05
    İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
  • Dünən, 13:44
    Sentyabrda hava necə olacaq? - Proqnoz
  • Dünən, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • Dünən, 11:38
    “Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
  • Dünən, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • Dünən, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • 30-08-2026, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • 30-08-2026, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • 30-08-2026, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • 30-08-2026, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • 30-08-2026, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • 30-08-2026, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • 30-08-2026, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • 30-08-2026, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • 30-08-2026, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • 30-08-2026, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • 30-08-2026, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • 30-08-2026, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə