• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Osteoporoz - "lal epidemiya"

Səhiyyə

1-10-2021, 11:19

Osteoporoz - "lal epidemiya"


Sümük - daim təzələnən toxumadır. Sümüklərin orqanizmdə əsas vəzifələrindən biri mineral maddələr mübadiləsidir. İnsanın bütün ömrü boyu onun skeleti daimi regenerasiyaya uğrayır, yəni sümük toxuması daimi olaraq dağılır və yeni əmələ gələn sümük toxuması ilə əvəz olunur.

Müasir məlumatlara əsasən, insan skeleti 10-15 il ərzində tam şəkildə yenilənir.

Yeniyetmə və gənc insanlarda sümüklərin əmələ gəlmə prosesi onların dağılması prosesindən üstün olur. Ona görə də onlarda sümük toxumasının sıxlığı artır. Bu proses yalnız "sümük kütləsinin zirvəsi" adlanan müəyyən bir həddə qədər davam edir ki, bu da təxminən 20-30 yaş arasında baş verir. Bundan sonra isə sümük kütləsinin tədricən itirilməsi baş verir.

Osteoporoz zamanı nəinki sümük toxuması kütləsinin itməsi, həmçinin onun daxili strukturunun da pozulması baş verir ki, bunun da nəticəsində sümüklər kövrək olur. Bu zaman hətta kiçik travmalar nəticəsində, bəzən isə travmalar olmadan da (boy ölçüsündə olan hündürlükdən yıxıldıqda, bədənin əyilməsi, çevrilməsi zamanı və s.) sümüklərdə sınıqlar baş verir. Sümük toxumasının itirilməsi nəzərə çarpmadan baş verir və buna görə də xəstəlik yalnız sümükdə sınıq baş verdikdən sonra aşkar olunur. Osteoporoz üçün xarakterik olan xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda, bazuönü sümüklərində baş verməsidir. Bu sınıqların tezliyi yaş artdıqca həm qadınlarda, həm də kişilərdə artmış olur. Ümumiyyətlə, sümük sınıqlarının 70%-nin səbəbi də məhz osteoporozdur.

Sınıqlar içərisində məhz fəqərələrin və bud sümüyü boynunun sınıqları osteoporoz xəstəliyinin ən ciddi fəsadlarından hesab olunur. Belə ki, bud sümüyü sınığı olanlar arasında travma aldıqdan sonra 1 il ərzində ölənlərin sayı 30% təşkil edir. Bu sınığa məruz qalanların 1/3-i özlərinə xidmət göstərmək qabiliyyətini itirərək digər şəxslərin daimi qulluğuna möhtac olur, 50%-ndə isə həyatın keyfiyyəti aşağı düşür.

Onurğa sütununda olan sınıqlar beldə daimi ağrıların yaranmasına, boy ölçüsünün qısalmasına, onurğanın deformasiyasına ("dulluq qozbeli") və daxili orqanların funksional pozğunluqlarına səbəb olur.

Hazırda müasir dərman preparatlarının tətbiq edilməsi, müvafiq qida rejimi, fiziki hərəkətlər və həyat tərzinə əməl edilməsi nəticəsində osteoporozu müvəffəqiyyətlə müalicə etmək və sınıqların baş verməsinin qarşısını almaq olur.

Osteoporozun risk faktorları
Əfsuslar olsun ki, heç bir adam osteoporoz xəstəliyindən sığortalanmayıb. Mütəxəssislər osteoporoz xəstəliyinə meylli olan insanların 3 risk qrupunu ayırd edirlər. Bu qrup insanlar vaxtında həkimə müraciət edib müayinədən keçməli və müalicə almalıdırlar.

- Yaşın 50-dən artıq olması.

- Qadın cinsinə mənsub olmaq. Kişilərə nisbətən qadınlarda sümük toxuması əvvəlcədən daha nazik və yüngül olur. Menopauza (klimaks) baş verdikdən sonra qadınlarda sümük toxumasının ümumi kütləsi kəskin şəkildə azalmağa başlayır. Əgər klimaks dövrü qadınlarda yaşına uyğun olmayaraq (və ya uşaqlığın və onun artımlarının xaric edilməsi əməliyyatından sonra), vaxtından daha tez baş vermişdirsə, bu halda sümük kütləsinin azalması bioloji olaraq müəyyən edilmiş vaxtdan daha tez başlayır.

- İrsi meyllilik. Əgər sizin yaxın qohumlarınızda ağır olmayan travmatik zədələnmə zamanı sümük sınıqları (xüsusən də bud sümüyünün) baş verərsə, siz öz təhlükəsizliyinizi qorumaq üçün osteoporozun profilaktik tədbirlərinə riayət etməlisiniz.

- Uzun müddət ərzində sümüklərin vəziyyətinə təsir edən qlükokortikoidlərin (prednizalon və s.), hormonların və digər dərman preparatların qəbul edilməsi.

- Revmatik (revmatoid artrit) və endokrin xəstəliklər.

- Kişilərdə kişi cinsi hormonları olan androgenlərin çatışmazlığı (hipoqonadizm).

- Zərərli adətlərin olması - aktiv şəkildə siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi.

Osteoporozun əlamətləri

Osteoporozu "lal epidemiya" adlandırırlar. Ona görə ki, əksər hallarda xəstəlik özünü heç bir əlamətlə büruzə vermir. Lakin bir sıra əlamətlər vardır ki, onlar dolayı yolla osteoporoz xəstəliyinin olmasına işarə edə bilərlər:

- 25 yaşında olan ölçüsünə nisbətən boyun 3-sm və daha artıq dərəcədə qısalması;

- Belin bir az bükülməsi, qamətin pozulması;

- Sümüklərdə və onurğa sütununda olan ağrılar;

- Dişlərin tökülməsi.
Ancaq əksər hallarda insanlar bu əlamətlərə fikir verməyərək, onları digər səbəblərlə əlaqələndirirlər. Buna görə də həkimlər yaşı 50-yə çatmış qadın və kişilərə, həmçinin risk qrupuna daxil olanlara (uşaqlığı yumurtalıqlarla birlikdə xaric edilən qadınlar, aktiv şəkildə siqaret çəkənlər, yaxın qohumlarında bud sümüyünün sınığı təsadüf edilən insanlar və s.) profilaktik olaraq sümüklərin mineral sıxlığının müayinəsindən keçmək məsləhət görülür. Bu məqsədlə xüsusi müayinə olan sümük densitometriyasından istifadə olunur!

Oxunub: 564
Paylaş:
Digər xəbərlər

Səhiyyə

24-08-2021, 11:57

Osteoporozun risk faktorları

Araşdırma

5-11-2020, 09:50

BU QİDALAR sümük əriməsinin qarşısını alır

Xəbərlər

7-07-2019, 14:30

Kofe və çaydan gələn TƏHLÜKƏ: Gündə 3-4 fincandan çox içəndə...

Gözəllik və təbabət

6-03-2023, 08:04

Yaşıl çayın yeni gözlənilməz FAYDASI

Manşet / Gündəm / Səhiyyə

17-01-2019, 02:53

Pecet xəstəliyi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
Son xəbərlər
  • Bu gün, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • Bu gün, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • Bu gün, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • Bu gün, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • Bu gün, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • Bu gün, 16:31
    Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
  • Bu gün, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Bu gün, 14:27
    ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
  • Bu gün, 14:20
    Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
  • Bu gün, 13:02
    Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
  • Bu gün, 12:29
    Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
  • Bu gün, 11:45
    Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
  • Bu gün, 10:40
    Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
  • Bu gün, 09:07
    Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
  • Dünən, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
  • Dünən, 20:54
    Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
  • Dünən, 19:26
    ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
  • Dünən, 18:11
    Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
  • Dünən, 17:40
    Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
  • Dünən, 16:35
    Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
  • Dünən, 15:03
    Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
  • Dünən, 14:29
    Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • Dünən, 13:00
    Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
  • Dünən, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • Dünən, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • Dünən, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
  • Dünən, 09:08
    Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
  • 16-06-2026, 22:09
    Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
  • 16-06-2026, 21:40
    Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
  • 16-06-2026, 20:23
    İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə