ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirusa qarşı "Johnson&Johnson" peyvəndi ilə tromb yaranması arasında əlaqə görmür.
"Hazırda peyvəndlərlə trombozun əlaqəsini tapmadıq və bu halları araşdırmağa və qiymətləndirməyə davam edirik", - deyə FDA-dan bildirilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmalar üçün lazım olan məlumatlar Avropa Dərman Agentliyinə (EMA) təqdim edilib.
"Johnson&Johnson" şirkətindən də vaksinasiya ilə tromboz arasında heç bir əlaqə olmadığı bildirilib.
Xatırladaq ki, ABŞ-da "Johnson&Johnson" dərman şirkətinin iki kütləvi peyvənd mərkəzi vaksinasiya olunmuş vətəndaşlarda müəyyən edilən mənfi reaksiyalar səbəbi ilə müvəqqəti bağlanıb.