Böyük Britaniya alimləri xərçəng əleyhinə yeni vaksinin yoxlanmasına başlayıblar.
Xərçəng xəstələrində immun sistemi zəifləmiş olur. Yeni vaksin isə immun sisteminin fəaliyyətini aktivləşdirməyə imkan verəcək.
MedicalXpress xəbər verir ki, artıq vaksin 2 xəstəyə yeridilib. Bu xəstələrdən biri 35-yaşlı Kelli Potterdir. 2015-ci ildə bu qadında uşaqlıq boynu xərçənginin 4-cu mərhələsi aşkar olunub. Şiş qaraciyərə və ağciyərə metastazlar verib. Artıq qadına 1-ci vaksin vurulub. Gələcəkdə 7 vaksin vurulmalıdır.
Alimlər ümid edirlər ki, gələcəkdə bu yeni vaksin istənilən mərhələdə olan istənilən xərçəng növünü müalicə edəcək.