• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Gecə vaxtı qan təzyiqinin ölçülməsi çox önəmlidir” - MÜSAHİBƏ

Müsahibə

30-12-2022, 15:40

“Gecə vaxtı qan təzyiqinin ölçülməsi çox önəmlidir” - MÜSAHİBƏ


“Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq hipertoniyanın qarşısını almağa kömək edir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Fərid Əliyev qurumun rəsmi saytına hipertoniya barədə müsahibəsində deyib.

- Fərid müəllim, yüksək qan təzyiqinin səbəbi nədir və qarşısını necə almaq olar?

- Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürülən genetik amillər və həyat tərzidir. Bunların içində dəyişdirə biləcəyimiz tək amil həyat tərzidir. Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik, zərərli maddə və vərdişlərdən uzaq durmaq hipertoniyanın qarşısını almağa və ya ortaya çıxmasını gecikdirməyə kömək edir.

- Qan təzyiqi hansı yaşda necə olmalıdır?

- Əslində, qan təzyiqinin 120/80 mmHg-dan aşağı olması optimal sayılır. 120-129/80-84 mmHg arası normal, 130-130/84-89 mmHg arası yüksək normal və 140/90 mmHg-dan yüksək olması isə artıq hipertenziya sayılır. Təbii ki, rəqəmlər artdıqca hipertenziyanın şiddət dərəcəsi də artır. Yüksək qan təzyiqi 18 yaşından yuxarı olan insanlarda bu şəkildə dəyərləndirilir.

- Yüksək qan təzyiqinə zamanında müdaxilə edilməzsə, hansı ağır fəsadlar baş verə bilər?

- Yüksək qan təzyiqi olan insanların 1/3-i xəstəliklərinin fərqində deyil və ancaq bununla bağlı fəsadlar baş verəndə müraciət edir. Sistolik qan təzyiqində hər 10 mmHg artım kardiovaskulyar ölümləri 10-20 faiz artırır. Ölüm səbəblərinin başlıcası işemik insult, beyin qanaxması, miokard infarktı, böyrək çatışmazlığı və s. kimi fəsadlardır.

- 24 saatlıq qan təzyiqi monitorinqi niyə önəmlidir?

- Yüksək qan təzyiqində, sadəcə, gündüz ölçmələri kifayət deyil. Gecə vaxtı qan təzyiqinin ölçülməsi də çox önəmlidir. Belə ki, gecə qan təzyiqi yüksək olan şəxslərin insult və miokard infarktı riski digər hipertenziya xəstələrinə görə ən azı ikiqat artıqdır. Bəzi xəstələrdə isə maskalanmış hipertenziya olur ki, bu durumda həkim nəzarətində qan təzyiqi normal olduğu halda evdə qan təzyiqi yüksək olur və ya tam tərsinə, “ağ xalat” hipertenziyası adlandırdığımız durumda xəstəxanada qan təzyiqi yüksək, xəstəxana xaricində isə normal olur. Bunu nəzərə alaraq, bütün hipertenziya xəstələrində mütləq şəkildə 24 saatlıq qan təzyiqi monitorinqi icra edilməlidir.

Yuxu apnoesi durumu özəlliklə artıq çəki və qısa boynu olan xəstələrdə mütləq nəzərə alınmalıdır. Bu xəstələrdən gecə yuxuda xoruldama, gündüz yuxululuq, gün içində davamlı yorğun olub-olmadıqları soruşulmalı və lazım bilinən durumlarda polisomnoqrafiya (yuxu testi) icra olunmalıdır.

- Hipertoniyada həyat tərzi necə olmalıdır və nələrə diqqət etməliyik?

- İlkin müalicə həyat tərzinə olan müdaxilələrdən ibarət olmalıdır. Xəstənin günlük duz istifadəsi 2-5 qram arasında olmalı, spirtli içki istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalı və bədən kütlə indeksi (BKİ) normallaşdırılmalıdır. Belə ki, BKİ 20-25 kg/m2 və bel çevrəsi kişilərdə 94 santimetr, qadınlarda isə 80 santimetr civarında olmalıdır. Fiziki aktivliyə önəm verilməlidir (günlük ən azı 30 dəqiqə olmaqla, həftədə ən azı 3-5 gün dinamik fiziki məşğələlər).

Bu həyat tərzindəki müsbət dəyişikliklər ilə özəlliklə başlanğıc mərhələsində olan xəstələrdə dərman ehtiyacı ortadan qaldırıla və ya dərman dozalarının azaldılmasına köməklik edə bilər.

- Hipertoniyanın dərman müalicəsində nələrə diqqət edilməlidir?

- Hipertoniyanın dərman müalicəsində xəstəliyin növü, pasiyentin yaşı, həyat tərzi, kardiovaskulyar risk faktorları və mövcud olan yanaşı xəstəliklər nəzərə alınmalıdır.

Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertenziya Cəmiyyətinin tövsiyələrinə əsasən, dərman müalicəsinə kombinə olunmuş dərman preparatları ilə başlanması daha məqsədəuyğundur. Dərman müalicəsi başlayanda xəstəyə bəzi preparatların təsirinin gec olacağı və bəzən optimal nəticə əldə etmək üçün 2-4 həftəyə qədər zamana ehtiyac ola biləcəyi izah edilməlidir.

- Qan təzyiqinin düzgün ölçülmə qaydası necə olmalıdır?

- Qan təzyiqi xəstə sakit bir ortamda 5 dəqiqə dincəldikdən sonra oturaq vəziyyətdə ölçülməlidir. Biləkdən ölçmə aparan cihazların istifadəsi tövsiyə olunmur. Bunun əvəzinə civəli manometrlərdən və ya Avropa Hipertenziya Cəmiyyətinin tövsiyə etdiyi qoldan ölçmə aparan elektron cihazlardan istifadə olunmalıdır. Qan təzyiqi hər iki qoldan ölçülməli və sonrakı müayinələrdə eyni anda daha yüksək qan təzyiqi ölçülən qoldan istifadə olunmalıdır. Hipertoniya diaqnozunu qoymaq üçün 1-2 dəqiqə aralıqlarla aparılan ən azı 3 ölçmə və onlar arasındakı fərq 10 mmHg-dan çoxdursa, əlavə ölçmələr icra edilməlidir. Qan təzyiqi sistolik 140 mmHg, diastolik isə 90 mmHg və daha yüksəkdirsə, hipertoniya diaqnozu qoyulur.

Oxunub: 1 832
Paylaş:
Digər xəbərlər

Səhiyyə

13-10-2021, 23:58

Göz təzyiqi nədir?

Araşdırma

29-12-2020, 11:47

Yüksək qan təzyiqinin yeni təhlükəsi

Araşdırma

28-10-2020, 09:07

Göz təzyiqi nədir?

Araşdırma

2-08-2020, 16:34

Hansı qan təzyiqi normal, hansı yüksək sayılır? İZAH

Araşdırma

23-02-2020, 19:20

Hipertoniyanın qarşısını necə alaq?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Son xəbərlər
  • Bu gün, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • Dünən, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • Dünən, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • Dünən, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • Dünən, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • Dünən, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • Dünən, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • Dünən, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Dünən, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • Dünən, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • Dünən, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • 17-08-2026, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • 17-08-2026, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • 17-08-2026, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • 17-08-2026, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • 17-08-2026, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • 17-08-2026, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • 17-08-2026, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • 17-08-2026, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • 17-08-2026, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • 17-08-2026, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • 17-08-2026, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
  • 17-08-2026, 09:07
    Qocalığı gecikdirən möcüzəvi çərəzlər
  • 16-08-2026, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • 16-08-2026, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • 16-08-2026, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • 16-08-2026, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • 16-08-2026, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə