• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Ermənistan Azərbaycandan qaz almaq istəyir
İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Əl titrəməsinin 5 səbəbi
İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaqlarda anadangəlmə ürək qüsurlarının səbəbləri nələrdir? - MÜSAHİBƏ

Müsahibə

31-05-2022, 19:32

Uşaqlarda anadangəlmə ürək qüsurlarının səbəbləri nələrdir? - MÜSAHİBƏ



“Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası uşağın həyatı üçün kritik önəm kəsb edir”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq kardiocərrahı Elnur Həsənov müsahibəsi zamanı deyib.

Oxu.Az sözügedən müsahibəni təqdim edir:

- Elnur müəllim, uşaqların ürək qüsurlu doğulmasında genetika və valideynlərin pis vərdişləri nə qədər rol oynayır?

- Anadangəlmə ürək qüsuru olan ananın ürək qüsurlu uşaq dünyaya gətirməsi ehtimalı 50 faizin üzərindədir. Bu, anada artıq olan qüsurlu genlərin bir araya gəlməsi və dölün inkişafı zamanı bir sıra faktorların təsiri nəticəsində olur. Anadangəlmə ürək qüsurlarının yaranmasına həm genetik faktorlar, həm də hamiləlik dövründə bəzi anaların pis vərdişləri səbəb ola bilər. Ürək damar sisteminin formalaşmasında embriogenezin ilk 8 həftəsi önəmli əhəmiyyət kəsb edir.

Bundan əlavə, valideynlərdə və ya qohumlarda anadangəlmə ürək xəstəliyinin olması, yaxın qohum evlilikləri, anada şəkərli diabet, hamiləlik dövründə spirtli içki və siqaret istifadəsi, ananın radiasiyaya məruz qalması körpədə bir sıra ürək qüsurlarının yaranmasına səbəb olur.

- Uşaqlarda ürəyin qəfil dayanması halları nədən yaranır?

- Ürək nahiyəsinə alınan zərbələr, ağır allergik reaksiyalar, ciddi astmatik status və boğulmalar, anadangəlmə ürək qüsurları uşaqlarda ürəyin qəfləti dayanmasına səbəb ola bilər.
Kliniki olaraq qarşılaşdığımız halların çox hissəsini anadangəlmə ürək qüsurları əhatə edir. Bunlara ani ürək dayanmasına səbəb olan hallar, ürəyi qidalandıran tac damarlarda anadangəlmə anomaliyalar, aorta qapağın ciddi darlığı və mitral qapaq taylarının ciddi prolapsı aiddir.

- Anadangəlmə ürək qüsurları olan uşaqlarda neçə yaşında ürək əməliyyatları həyata keçirilir?

- Anadangəlmə ürək qüsurları çox geniş diapazonu əhatə edir, ağ və göy qüsurlar olaraq təsnif olunur. Bu qüsurlar arasında erkən yaşda müdaxilə tələb edən qüsurlar göy qüsurlar qrupunda təsnif olunan xəstəliklərdir (Fallo tetradası, trikuspid qapaq atreziyası, böyük damarların transpozisiyası və ya yerdəyişməsi). Cərrahi yanaşma xəstənin vəziyyətindən və qüsurun ağırlığından asılı olaraq dəyişir. Göy qüsurlar çox hallarda həyatın ilk aylarında cərrahi müdaxilə tələb edir. Ağ qüsurlar isə qulaqcıqarası çəpərin qüsuru, mədəcik arası çəpər qüsuru və digərləri qüsurun simptomatikasından asılı olaraq müxtəlif vaxtlarda əməliyyat tələb edir.

- Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası necə aparılır?

- Anadangəlmə ürək qüsurlarının müalicəsi kompleks şəkildə aparılır. Bura medikamentoz müalicə, bəzi hallarda intervension müdaxilə (X-ray endovaskulyar üsul, yəni təsirlənmiş orqana daxilolmalar damarlar vasitəsilə həyata keçirilir), çox hallarda isə cərrahi müdaxilə aiddir.

Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası uşağın həyatı üçün kritik önəm kəsb edir. Uşaq doğulduğu anda göyərmə, tənəffüs pozğunluqları, xüsusilə də oksigen saturasiyasının ölçülməsi və bu göstəricinin aşağı olanda ürək qüsurundan şübhələnmək olar.

Uşaq ilk günlərindən daha çox ana ilə təmasda olur. Ona görə də anada körpənin ürək qüsurlu olması ilə bağlı bəzi şübhələr yarana bilər. Buraya uşağın zəif qidalanması və sakit vəziyyətdə göyərməsi, tənəffüs pozğunluqları, çəki artmaması, gecə tərləmələri aiddir.

- Hansı idman növləri anadangəlmə ürək qüsurlu uşaqlar üçün tövsiyə olunmur?

- Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar bir çox hallarda cərrahi müdaxilə olunmazsa, yaşıdlarından inkişaf barəsində geri qalır. Nəticədə fiziki güc tələb edən oyunlar və idman növləri ilə məşğul olmaları məsləhət görülmür.

Oxunub: 803
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-11-2021, 17:44

Azərbaycanda yeni doğulan hər 1000 uşağın 7-8-i ürək qüsurlu olur

Səhiyyə

20-11-2021, 17:13

Azərbaycanda yeni doğulan hər 1000 uşağın 7-8-i ürək qüsurlu olur

Araşdırma

22-08-2020, 23:21

Anadangəlmə ürək qüsuru ilə ana olmaq mümkündürmü?

Səhiyyə

24-02-2019, 20:17

Anadangəlmə ürək qüsurları

Klinika

19-09-2018, 23:31

Fetal exokardioqrafiya

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Son xəbərlər
  • Bu gün, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • Bu gün, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • Bu gün, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • Bu gün, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • Bu gün, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • Bu gün, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • Bu gün, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • Bu gün, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • Dünən, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • Dünən, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • Dünən, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • Dünən, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • Dünən, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
  • 11-08-2026, 18:52
    Əl titrəməsinin 5 səbəbi
  • 11-08-2026, 17:20
    İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
  • 11-08-2026, 16:16
    Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
  • 11-08-2026, 15:29
    Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
  • 11-08-2026, 14:11
    “Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
  • 11-08-2026, 13:35
    ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
  • 11-08-2026, 12:15
    Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
  • 11-08-2026, 11:43
    Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
  • 11-08-2026, 10:48
    Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
  • 11-08-2026, 09:06
    Səhər yeməyində protein çatışmazlığı aclıq hissini artıra bilər
  • 10-08-2026, 22:23
    Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
  • 10-08-2026, 21:38
    Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
  • 10-08-2026, 20:31
    Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə