• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bağırsağınız SAAT KİMİ işləyəcək SADƏ VASİTƏ
Rusiyada qətli Moskva və Bakının “arasını vuran ölkə” törədib?
"Qiyamət radiostansiyası" yenə sirli mesaj yaydı: Bu sözü ötürdü
Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL
Rusiyanın Azərbaycana qarşı 5 “silahı” – Bunlara diqqət etməliyik
Barmaqların masajı möcüzələr yaradır. Qədim yapon təbabətinin sirləri
ABŞ-dan ağır zərbə: Kiyevin planı pozuldu
Bursada zəlzələ oldu, İstanbulda da hiss edildi
İnsultun 3 növü – Necə bilməli?
Kəşfiyyat məlumatı sızdırıldı: Rusiya 700 minlik ordu ilə ildırımsürətli hücuma keçəcək
Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir
Səhər acqarına şokolad yeyənlərin nəzərinə!
Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?
ABŞ İrana yenə HÜCUM EDƏCƏK? - ŞOK ÇAĞIRIŞ
Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...
Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır
İsrail müdafiə naziri: Yəmənlə İranla olduğu kimi davranacağıq
Rusiya-Azərbaycan gərginliyi… - BMT-dən açıqlama
100 il yaşamağın sirri - Bu 4 qidanı dərhal həyatınızdan çıxarın
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Saçların tökülməsi, düzgün baxım, saçların uzadılması, keratin... - Trixoloqla MÜSAHİBƏ

Müsahibə

29-07-2020, 18:29

Saçların tökülməsi, düzgün baxım, saçların uzadılması, keratin... - Trixoloqla MÜSAHİBƏ


“Saç insanın ən təbii aksessuarıdır”- deyirlər. Bir tərəfdən də bu təbii aksesuar insanların yaralı yeri, əhəmiyyətli problemlərindən biridir.

Yaşından aslı olmayaraq, saçın tökülməsi istənilən şəxsdə narahatlıq yaradır. Xüsusilə gənclər bunu daha ağır qəbul edirlər.

Saç tökülməsinin səbəbləri, saça mənfi təsir edən məsələlər barədə həkim-trixoloq Gültəkin Abdullayeva Modern.az-a ətraflı müsahibə verib.

- Saçı tökülən insan ilkin olaraq nə etməlidir, ümumiyyətlə, bu prosesin konkret səbəbləri varmı?

- Bəzən saç genetik səbəbdən tökülür, amma insanlar bunu başqa hadisələrlə əlaqələndirməyə başlayırlar. İlk növbədə saç tökülməsi problemi olan adam həkimə müraciət etməlidir. Elələri də olur ki, həkimə müraciət etmədən əvvəl mezoterapiya edən mütəxəssisə üz tuturlar. Həmin mütəxəssis bəzi hallarda kömək edə bilsə də, əksər hallarda müalicənin təsiri olmur, əksinə vaxt uzanır. Mezoterapistdən də lazımi köməyi ala bilməyəndə həkimə müraciət edirlər.

Bu yanaşma düzgün deyil. İlk olaraq trixoloji diaqnostikadan keçmək lazımdır. Çünki bəzən olur ki, insanlar külli miqdarda pul töküb müxtəlif klinikalarda analizlər verirlər. Halbuki həmin analizlər səbəbin aydınlaşdırılması üçün önəmli olmur. Trixonoloji diaqnostika isə pasientə hansı analizlərin verilməsinin lazım olduğunu göstərir. Əgər analiz verilən nahiyələrdə problem olarsa, o istiqamətdə müalicə aparılır və saç tökülməsinin qarşısını almaq mümkün olur.

- Qəbul etdiyimiz ağrıkəsicilərin, dərmanların saçlarımız üçün mənfi təsiri ola bilər?

- Elə hal olur ki, pasient təlaşla müraciət edir ki, saçım səbəbsiz yerə tökülür. 3-4 ay əvvəl hər hansı xəstəlik yaşadığını, qəbul etdiyi dərmanların ona mənfi təsirini unudur. Xüsusilə qadınların hormonal problemlərlə bağlı qəbul etdiyi dərmanların bəziləri anında, bəziləri də tədricən öz mənfi təsirini göstərir.

Əgər xəstənin hər hansı orqanı ilə əlaqədar saç tökülürsə, o zaman həmin o orqanın müalicəsi saç tökülməsinin müalicəsi ilə eyni zamanda davam etdirilir.

- Neçə yaşdan sonra saçların tökülməsi normaldır?

- 35 yaşdan sonra saçların bölünmə, artma keyiyyəti azalmağa doğru gedir. Lakin androgenetik tökülmə var ki, bu da özünü 15-16 yaşında cinsi hormonlar ifraz olunmağa başlayan zaman göstərə bilər.

Ona görə də tökülmə ilə əlaqədar konkret bir yaş demək olmur. Lakin saçı gur və heç bir problemi olmayan insanda belə 35 yaşdan sonra saç tökülməyə və daha gec uzanmağa başlayır.

Saçın tökülməsi genetik cəhətdən də ola bilər. Əgər ananın saçı hər hansı səsəblə tökülübsə, bu, gələcəkdə uşaqda və ya qadının nəvəsində özünü göstərə bilər. Ümumiyyətlə, genetika elə bir anlayışdır ki, onun övladda, yoxsa nəvə-nəticələrdə, hansı nəsildə özünü göstərəcəyi bəlli deyil. Genetik səbəbdən dolayı saçın gələcəkdə tökülüb tökülməyəcəyini uşağın 15-16 yaşı olanda bilmək olur.

- Saçlarmızın tökülməsi kimi problemimizin olduğunu nə vaxt bilə bilərik, yəni nə qədər tük töküldükdə?

- Saçın tökülməsini tökülən tükün miqdarı ilə yox, saçda yaranan seyrəlmə ilə bilmək olar. Bəzən elə hal olur ki, pasientin saçından 3-5 tel düşür, lakin narahat olur. Bəzi insanlar da olur ki, saçı darayarkən çox tökülsə də, bunu problem etmirlər. Buna da səbəb birinci şəxslərdə artıq 3-5 tüklə seyrəkliyin yaranması, ikinci qrupda isə tökülməyə rəğmən saçda fərqin olmamasıdır.

Buna görə də saçın tökülməsi zamanı dərinin görünməsi, seyrəlmənin müşahidə olunduğu bir vaxtda həkimə müraciət etmək lazımdır.

Ümumiyyətlə, saçı xeyli miqdarda tökülən, lakin sonradan bərpa olunan insanların saç tökülməsi ilə bağlı həkimə müraciət etməsinə heç bir ehtiyac yoxdur.

- Qadınlar son zamanlar keratinlə saçlarını düzləşdirirlər və ya qaynaq edirlər, buna münasibətiniz necədir?

- Keratinlə saç düzləşdirmək, qaynaq həm saçı tökür, həm də uzanmasına mane olur.

Keratinlə saç düzləşdirən ustalar işlərini tərif edib deyirlər ki, proseduru həyata keçirərkən istifadə edilən məhsulun tərkibi ziyanlı deyil, vitamin var. Lakin saçın strukturunu dəyişən kimyəvi maddə necə ziyansız ola bilər? Hansı ki, o maddə buruq saçı tamamilə düz edir. Tərkibində nə qədər vitamin olsa da, kimyəvi maddələrsiz bu cür proseduru yerinə yetirmək mümkünsüz olar. Həmin maddələr də hamıya bir cür təsir edir. Elə insanlar var ki, saçları çox güclü olur və ziyan az dəyir. Lakin demək olar ki, əksər hallarda saçda mənfi təsirlərin çox olması ilə üzləşirik.

Qaynaq isə saçın çəkisini olduğundan daha ağır edir ki, bu da tökülmə və ya saçın çox gec uzanması ilə nəticələnir.

Ciddi ehtiyac olmadığı halda bəylərə də saç əkilməsi məsləhət deyil. Əgər bir yerə cərrahi müdaxilə olunursa, qan dövranının pozğunluğu və s. kimi problemlərin müşahidə olunması normal haldır. Lakin saç örtüyünü heç bir vasitə ilə bərpa etmək mümkün deyilsə, cərrahi müdaxilənin müsbət tərəfini, yəni görüntünü əsas götürmək lazımdır.

Lakin 25 yaşdan aşağı kişilərdə, yəni saç örtüyü tam zədələnməmiş şəxslərdə müalicə ilə daha müsbət nəticə əldə etmək olar, nəninki cərrahi müdaxilə ilə.

- Fəsil dəyişkənliyi, stress saçlarımızı tökə bilər?

- Fəsil dəyişkənliyi saç tökülməsinə səbəb ola bilər. Xüsusilə payızda, avqust-sentyabr aylarında saçı tökülənlərin sayı artır. İnsanlar da var ki, qış aylarında düzgün qidalanmır. Belə olan halda yaz aylarında həmin şəxslərdə saç tökülməsi müşahidə oluna bilir.

İnsan əhval-ruhiyyəsinin də saça xüsusi təsiri var. Ümumiyyətlə, stress mənşəli saç tökülməsi hallarına tez-tez rast gəlirik. Bu cür mənşəli tökülmə digər səbəblərdən dolayı saç tökülmələri içərisində ən ağırıdır. Bu hal necə baş verir? Orqanizmdə olan bütün orqanlar kimi baş dərisinin də sinir və damar təchizatı var. Stress zamanı saç dərisində xüsusi maddələr əmələ gəlir ki, bu da saçların ətrafında yığışaraq ümumi saçın fəaliyyətini pozur. Hansısa güclü stress keçirmiş və ya psixoloji gərginlik vəziyyətində olan insanların saçında təbii olaraq hər zaman problem yaranır.

- Dieta saxlayanda çəki itiririk, eyni zamanda da saçlarımızı. Bunun səbəbi nədir?

- Dieta saxlamaq qadınları formada saxlasa da, saçlarına mənfi təsir edir. Dietaların da müxtəlif növü var. Həkimlər tərəfindən müəyyən olunan dietaların bir çoxu orqanizmə ziyan verməsə də, saçlara mənfi təsir göstərir.

Dietoloqa müraciət edən şəxs tez bir zamanda nəticə gözləyir. Hər nə qədər sağlam diet olsa da, qısa müddət ərzində 7-8 kiloqramın itirilməsi orqanizm üçün stressdir. Belə olan halda insan orqanizmi başlayır qida maddələrini qənaət rejiminə keçirməyə. Qənaət rejimi nədir? Diet halına keçərkən artıq insan bədəni müşahidə edir ki, əvvəl qəbul olunan qidaya nisbətdə hazırda qəbul olunan qidanın miqdarı daha azdır. Orqanizm elə başa düşmür ki, insan bunu bilərəkdən edir. O, elə anlayır ki, insan xəstədir, ya da qida maddəsi çatışmır və başlayır qənaət rejiminə.

Saç ikinci dərəcəli orqandır. Orqanizm də ilk növbədə həyati vacib orqanları qida ilə təmin edir, ikinci dərəcəli üzvlər qidalanmır. Belə olan halda da saç tökülməyə başlayır.

Elə hal da olur ki, qadınlar tam savadsız şəkildə dieta edirlər. Yəni həftə ərzində heç nə yemirlər və yalnız bir meyvə və ya tərəvəzlə davamlı qidalanırlar. Təbii ki, bu da qidalı maddələrin çatışmadığı bir bədəndə saç probleminin yaranmasına gətirib çıxarır.

- Ümumiyyətlə, hansı qidalar saçlarımıza xeyirdir və ya əksinə?

- Saç üçün vacib olan və tamamilə ziyanlı olan qidalar var. Əvvəl saça müsbət təsir göstərən qidalardan danışım. Birinci növbədə zülallı məhsulları qeyd edərdim ki, bura da ət, toyuq, balıq və paxlalı bitkilər daxildir.

Yaxşı olardı ki, yağlardan “Omeqa 3”, zeytun yağı heyvani yağlara nisbətən daha çox istifadə edilsin. Bundan başqa, bütün meyvə və tərəvəzlər saça müsbət təsir göstərir.

Bu sadaladıqlarımın içərisində ən xeyirliləri zeytun yağı, qoz, fındıq və badamdır.

Saça ziyan edən qidalara gəldikdə isə onu deyim ki, bütün kimyəvi tərkibli qidalar saça mənfi təsir göstərir. Kimyəvi tərkibli məhsullar dedikdə xüsusilə “fast food” məhsullarını vurğulamaq istərdim. Bu tip qidaların hamısı saça hədsiz dərəcədə ziyandır. Bundan əlavə, çox karbohidratlı məmulatlardan, unlu qidalardan, şirin içkilərdən uzaq olmaq lazımdır.

- Mühit dəyişkənliyi necə, bizə, daha doğrusu saçlarımıza əks təsir göstərə bilər?

- “Mühit dəyişkənliyindən dolayı saçım töküldü”- deyən pasientlər bizə çox müraciət edir. El arasında belə bir deyim var “suyumu dəyişdim”. Saç tökülməsini də bəzən rayondan şəhərə və ya əksinə gedən insanlar bu məsələ ilə əlaqələndirirlər. Lakin onu deyim ki, mühit dəyişikliyinin saç tökülməsinə səbəb olacağı barədə elmi əsas yoxdur.

- Saçlarımızı xına ilə, yoxsa adi rənglərlə boyasaq, yaxşı olar ?

- Hazırda saç rənglənməs ilə bağlı qadınlara məsləhət verməkdə çətinlik çəkirəm. Ona görə ki, bazar çox zəngindir və çeşid çoxdur. Hətta xınanın belə təbiliyi barədə fikrim yoxdur. Saçları rəngləmədən gəzmək də mümkün deyil. Çalışmaq lazımdır ki, daha keyfiyyətli və brend olan məhsulları istifadə edək.

- Saç uzanması ilə bağlı müsbət nəticə əldə etmək hər zaman mümkündür?

- Bəzən qadınlar saç uzanmasını tezləşdirmək üçün həkimə müraciət edirlər, lakin nəticə əldə edə bilmirlər. Elə xanımlar var ki, doğuşdan saçları çox gec uzanır. Bunu hər hansı həkim və ya müalicə üsulu həll edə bilməz. Çünki qadının genetikası əvvəldən belədir. Lakin saçı əvvəllər tez uzanan sonradan problem yaşayan və tez uzanmasını istəyən xanımlarda müalicə üsulu ilə uğurlu nəticə əldə etmək mümkündür. Hardasa 3 ay ərzində aparılan müalicə proseduru öz müsbət təsirini göstərir.

- Hamiləlik müddətində saçlarının yaxşı inkişaf etdiyini deyən qadınlar doğuşdan sonra saç tökülməsi kimi problem yaşayırlar. Bunun səbəbi nədir, əvvəlki saçlar zamanla bərpa oluna bilir, ya yox?

- Xalq arasında belə bir deyim var, “uşaq anasının üzünə güləndə saçı tökülür”. Hətta elə xəstələrimiz olub ki, öz övladına müəyyən müddət çox yaxın getməyib ki, birdən üzünə gülər, saçı tökülər.

Hamiləlik müddətində saç çox yaxşı inkişaf edir. Çünki dölün böyüməsi üçün qadın hormonları hamiləlik müddətində çox yüksəyə qalxır. Artıq uşaq dünyaya gələndən sonra yavaş-yavaş hormonal fon aşağı düşür. Belə olanda saç güclü şəkildə tökülməyə başlayır. Bayaq dediyim məsəl də bundan qaynaqlanır.

Övladını dünyaya gətirən ana 3-4 aydan sonra saç tökülməsi problemi yaşayır. Uşaq da ananın 3-4 aylığında tanıdığı üçün belə bir məsəl uydurublar. Lakin qadınlarımız narahat olmasın. Çünki uşağın 1 yaşı tamam olanadək saç tökülməsinin qarşısı amamilə alınır və saç əvvəlki formasına qayıdır.

- Saçımızı gün ərzində neçə dəfə daramalıyıq?

- Gün ərzində saçları mütləq bir dəfə daramaq lazımdır. Bəzi hallarda saçı tökülən insanlar daraq istifadəsindən daha çox tökülmə olar deyə çəkinirlər. Lakin bir saç tökülməyə başlayıbsa, artıq daraqdan imtina etməklə onun qarşısını almaq olmur. Daraqdan istifadə saç üçün xeyirlidir. Qan dövranı yaxşılaşdırır, başın dərisi masaj olunur. Lakin xeyirdir deyə gün ərzində bir neçə dəfə daramaq şərt deyil. Xanımlara onu məsləhət görərdim ki, saçlarını hörsünlər. Xüsusilə yatarkən saçları hörmək onların zədə almasının qarşısını alır.


Sağlamolun.az

Oxunub: 696
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

11-11-2019, 17:37

Saçlarım niyə tökülür? 5 BİLMƏDİYİNİZ SƏBƏB

Maraqlı

28-04-2019, 11:13

Körpələrin saçı niyə tökülür?

Gözəllik və təbabət

7-02-2019, 10:42

Saçların tökülməsi və onun səbəbləri

Araşdırma / Maraqlı

17-01-2019, 03:04

Mən keçəlləşirəm?! Sadə testlə yoxlayın

Gözəllik və təbabət

10-01-2019, 00:49

Saçların vəziyyəti hansı xəstəliklərə işarə edir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bağırsağınız SAAT KİMİ işləyəcək SADƏ VASİTƏ
Rusiyada qətli Moskva və Bakının “arasını vuran ölkə” törədib?
"Qiyamət radiostansiyası" yenə sirli mesaj yaydı: Bu sözü ötürdü
Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL
Rusiyanın Azərbaycana qarşı 5 “silahı” – Bunlara diqqət etməliyik
Barmaqların masajı möcüzələr yaradır. Qədim yapon təbabətinin sirləri
Son xəbərlər
  • Dünən, 21:17
    Bağırsağınız SAAT KİMİ işləyəcək SADƏ VASİTƏ
  • Dünən, 20:08
    Rusiyada qətli Moskva və Bakının “arasını vuran ölkə” törədib?
  • Dünən, 19:24
    "Qiyamət radiostansiyası" yenə sirli mesaj yaydı: Bu sözü ötürdü
  • Dünən, 18:16
    Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL
  • Dünən, 17:31
    Rusiyanın Azərbaycana qarşı 5 “silahı” – Bunlara diqqət etməliyik
  • Dünən, 15:31
    Barmaqların masajı möcüzələr yaradır. Qədim yapon təbabətinin sirləri
  • Dünən, 14:15
    ABŞ-dan ağır zərbə: Kiyevin planı pozuldu
  • Dünən, 13:38
    Bursada zəlzələ oldu, İstanbulda da hiss edildi
  • Dünən, 12:36
    İnsultun 3 növü – Necə bilməli?
  • Dünən, 11:09
    Kəşfiyyat məlumatı sızdırıldı: Rusiya 700 minlik ordu ilə ildırımsürətli hücuma keçəcək
  • Dünən, 10:37
    Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir
  • Dünən, 09:14
    Səhər acqarına şokolad yeyənlərin nəzərinə!
  • 1-07-2025, 22:40
    Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
  • 1-07-2025, 21:32
    Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?
  • 1-07-2025, 20:32
    ABŞ İrana yenə HÜCUM EDƏCƏK? - ŞOK ÇAĞIRIŞ
  • 1-07-2025, 19:18
    Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...
  • 1-07-2025, 18:18
    Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır
  • 1-07-2025, 17:22
    İsrail müdafiə naziri: Yəmənlə İranla olduğu kimi davranacağıq
  • 1-07-2025, 16:00
    Rusiya-Azərbaycan gərginliyi… - BMT-dən açıqlama
  • 1-07-2025, 15:30
    100 il yaşamağın sirri - Bu 4 qidanı dərhal həyatınızdan çıxarın
  • 1-07-2025, 13:50
    İsrail Qəzzanı yenə vurdu: 95 ölü
  • 1-07-2025, 12:34
    Nazik və tökülən saçlar - Gündə 1 ovuc bu qidadan yeyin
  • 1-07-2025, 11:08
    Moskvanın Bakıya hücumunun əsas səbəbləri - Zəngəzur dəhlizində nə baş verdi?
  • 1-07-2025, 10:16
    Azərbaycanlılar üçün yeni təhlükə – Ya ölkədən çıxmayın, ya da…
  • 1-07-2025, 09:07
    Qanda yağı, xolesterolu azaldan bitki çayları
  • 30-06-2025, 22:23
    Güclü ordu, güclü dövlət – Təhdidlərə qarşı sükut deyil, güc danışır
  • 30-06-2025, 21:14
    Qanda şəkər neçə olmalıdır ki, uzun yaşaya bilək?
  • 30-06-2025, 20:44
    ABŞ-dan mesaj: İsrail və Yunanıstandan da reaksiya gəldi – Növbəti ölkə Türkiyədir
  • 30-06-2025, 19:16
    Duyğusal yükdən necə azad olaq? - Psixoloqdan praktiki məsləhətlər
  • 30-06-2025, 18:28
    Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə