• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Payız yaxınlaşır: Qripdən necə qorunaq?
Dörd gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Qan qatıdırsa, səhərlər qəhvə əvəzinə nə içməli?
Breket Seçərkən Nələrə Diqqət Edilməlidir?
10 sentyabra hazırlıq görülür: 80 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək
HƏMAS-dan etiraf: “Terror aktını biz törətmişik”
Gündə 2 alma – İnsultdan xilas edəcək
İran sərhədçiləri əfqan qaçqınları güllələdi: ölənlər var
Üçüncü Dünya Müharibəsi başladı – Maduro ELAN ETDİ
Qadınlarda Polikistik Over Sindromu: Əlamətləri və Təbii Yolla İdarə edilməsi
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…
Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
Öd durğunluğu neçə günə qaraciyəri “öldürür”?
Nepalda 1500 məhbus həbsxanadan qaçdı
Sülh sazişinin paraflanması... - Prezident
Arıqlamağa kömək edən 4 bitki çayı
Beş BÜRC kasıblığın daşını atır: Birdən-birə varlanacaqlar
Bu içkilər saç tökülməsini sürətləndirir
Dünyanın gizli xəzinəsi: Yerin nüvəsinin yaxınlığında gizlənir və ABŞ onu çıxarmaq istəyir
15 sentyabrda dərslər təxirə salınacaq? - RƏSMİ CAVAB
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Firəngiz Rüstəmova daha çox rast gəlinən QADIN XƏSTƏLİKLƏRİNDƏN DANIŞDI+FOTOLAR

Müsahibə / Klinika

18-03-2020, 12:21

Firəngiz Rüstəmova daha çox rast gəlinən QADIN XƏSTƏLİKLƏRİNDƏN DANIŞDI+FOTOLAR


Millixəbər.az saytının sizləri tibbi maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikasının müsahibi mama-ginekoloq Firəngiz Rüstəmova.

–Qadın sağlamlığı dedikdə nə nəzərdə tutulur?

– Qadın sağlamlığı çox geniş bir anlamdır. Belə ki, qadın sağlamlığı deyildikdə yalnız qadın cinsiyyət sferasındakı xəstəliklər deyil, ümumi bədənin-qan xəstəlikləri, böyrək və sidikçıxarıcı yolların, sistem xəstəlikləri, endokrin xəstəlikləri və s. dolayı yolla qadın cisiyyət sferasında da normadan kənar hallar və tsikl pozuntuları, hamiləlik, fəsadlı hamiləlik, hətta sonsuzluq problemlərinə səbəb ola bilər. Amma təcrübə və müşahidələr göstərir ki, xanımlar ginekoloqa requlyar olaraq müraciət etmirlər və ya hansı problemlər yarandıqda müraciət etmələrini bilmirlər.

–Bəs Qadın sağlamlığına xəstəliklərdən əlavə hansısa bir kənar təsirin olması da mümkündürmü?

-Əlbəttə. Məsələn: stress, yuxusuzluq, zərərli adətlər, depressiyalar, ağır fiziki iş və digər səbəblər menstrual tsikl pozuntularına gətirib çıxara bilər.

– Bayaq dediniz ki, bəlkə də qadınlar bilmirlər nə zaman ginekoloqa müraciət edə bilər. Aydınlaşdıra bilərsizmi hamiləlik və kəskin xəstəliklər olmadan da həkimə müraciət etməyin hansı səbəbləri ola bilər?

– Məsələn- ağrılı və gur menstruasiyalar, süd vəzlərində tsikliki ağrılar, kontakt qanaxmalar, yetkinlik yaşında olan və özünü praktik sağlam olaraq hiss edən, ərdə olmasına baxmayaraq, lakin bir il müddətində hamilə qalmamağın özü belə həkimə müraciət etməyə səbəbdir.
–Qadın nə qədər vaxtdan bir ginekoloqa müraciət etməlidir?

-Əgər heç bir şikayəti yoxdursa ildə bir dəfə və yaşından asılı olmayaraq. Əgər artıq hər hansı problem vardırsa o zaman ildə iki dəfə.

–Hansı xəstəliklər ildə ən azı iki dəfə müayinə olunmalıdır?

– Uşaqlığın mioması, genital endometrioz, uşaqlıq boynunun eroziyası və ya ektopiyası kimi xəstəliklər aşkar olunan qadınlar requlyar olaraq ginekoloq müayinəsində olmalıdır.

– Uşaqlığın miomasından söz açmışkən doktor bu cür problemi olan xanımlar mütləq əməliyyat olnmalıdırmı, onlar hamilə qala bilirlərmi?

– Əgər qadında uşaqlığın mioması varsa bu o demək deyil ki, həkimin seçimi mütləq cərrahi əməliyyat olunmalıdır. Ölçüsü 3-4 sm böyük olmayan, miomanın sayına və yerləşməsinə görə hamiləliyin baş verməsinə, gedişatına və doğuşa maneçiliyi olmaya bilər. Əməliyyat isə ölçüsü 4 sm-dən artıq, submukoz və dopplerometriya zamanı qan damarları ilə zəngin olan, qanaxmalarla müşayiət olunan və il ərzində nəzərə çarpacaq dərəcədə inkişaf edən miomatoz düyünlər zamanı məsləhət görülür.

–Ən sıx rast gəlinən qadın xəstəlikləri hansılardır?

–Daha çox rast gəlinən qadın xəstəliklərindən iltihabi xəstəlikləri, uşaqlıq qanaxmalarını, süd vəzi xəstəliklərini göstərmək olar. Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri kliniki ginekologiyada daha aktual problemlərdən olub reproduktiv funksiyanın və əmək qabiliyyətinin pozulmasına səbəb ola bilir.
Belə ki, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri 25-70% hallarda sonsuzluğa və digər qadınlarla müqayisədə 5 dəfə artıq boru hamiləliyinə səbəb olur. Belə iltihabi xəstəliklərdə xlamidiya, qonorreya, kiçik çanaq orqanlarının vərəmi kimi xəstəliklərini göstərmək olar. Süni abortlar həm süd vəzi problemlərinin, həm də kiçik çanaqda digər xəstəliklərin yaranmasında rol oynayır. Ona görə də ginekoloqunuzla məsləhətləşərək hər hansı uyğun bir kontraseptiv vasitə seçmək daha məqsədəuyğundur.

Ultrasəs müayinəsinin qadın xəstəlikləri zamanı düzgün diaqnozun qoyulmasında hər hansı bir yardımı varmı?

Əlbəttə. USM həm ziyansızdır, əlçatandır, həm də diaqnozun dəqiqləşdirilməsində həkimə və pasiyentə yardım edən müayinə üsullarından biridir.
Məsələn: süd vəzinin bəd xassəli xəstəliklərinin daha erkən aşkarlanmasında USM və onun dopplerometriya, elastoqrafiya funksiyaları vasitəsilə diaqnozun dəqiqləşdirilməsi mümkündür (burada lazımi qan müayinələri də nəzərə alınmalıdır). Bu isə xəstəliyin gedişatının düzgün kontrolu, müalicəsinin və sağalmasının isə 94%-ə qədər yüksəlməsi deməkdir. Xanımlara onu da demək istəyərdim ki, 35 yaşdan yuxarı olanlar onkoloji xəstəliklərin pofilaktikası məqsədilə süd vəzlərinin müayinəsi tövsiyyə edilir.
Ən çox yayılan qadın xəstəliklərindən olan uşaqlıq boynu xərçənginin diqqətdə saxlanılması məqsədilə 30 yaşdan yuxarı xanımlar hər 3 ildən bir sitoloji skrininq edilməlidir.
Kolposkopiya, sitoloji və molekulyar-bioloji tədqiqatlar göstərir ki, uşaqlıq boynunun xərçəngönü xəstəliklərindən olan ektopiyanın (u/b eroziyası) yaranmasında ən başlıca səbəb insan papillomavirusudur.

Bəzi xəstəliklər vardır ki, müəyyən bir xəstəlik fonunda qadınlarda bir çox nəzərə çarpan şikayətlər olur və əsas xəstəlik kölgədə qalır. O xəstəliklrdən biri də HİPOTİREOZDUR. Məsələn qalxanvari vəzin funksiyasının azalması qadının reproduktiv sisteminə təsir edir:amenoreya, oliqoopsomenoreya, hiperprolaktinemiya, qalaktoreya, bədən çəkisinin artması kimi dəyişikliklər yaradır. Bu isə öz növbəsində sonsuzluğa gətirib çıxarır. Əgər qadınlar hipotiteozun aşağıda göstərilən kliniki əlamətlərin bir neçəsini özlərində hiss edirlərsə mütləq həkimə müraciət etməlidirlər.
Hipotireozun kliniki şəkli:

– Yuxululuq.
– Tormozlanma .
– Yaddaşın pisləşməsi.
– Paresteziyalar (əldə, ayaqda, dildə və s. uyuşma, qarışqa gəzmək hissi kimi şikayətlər).
– Depressiv vəziyyət.
– Əzələ ağrıları.
– Təngnəfəslik.
– Fiziki gərginliyin pis təsir etməsi.
– Kardialgiyalar.
– Saçların tez sınması, saçların və qaşların tökülməsi.
– Dərinin solğun və sarıya çalması.
– Üzün ödemli olması.
– Bəzən ətrafların ödemli olması .
– Üz cizgizlərinin kobudlaşması.
– Dodaqların və dilin böyüməsi.
– Xorultu.
– İştahanın azalması.
– Meteorizm.
– Qəbizlik.
– Ürəkbulanma.
– Qanaxmaya meyillik.
– Sonsuzluq.
– Libidonun enməsi.
-Menstrual tsiklin oliqoopsomenoreya və ya amenoreya tipli pozulması.
– Artralgiya.
– Bədən çəkisinin artması.
– Üşümək.
Fiziki əlamətləri isə aşağıdakılardır:
-Dəridə quruluq.
-Bradifreniya (düşüncənin zəifləməsi).
-Sinir əzələ reflekslərinin zəifləməsi.
-Polineyropatiya.
-Deliriy (ağılsızlıq).
-Taxikardiya ilə müşayiət edilən panik atak.
-Bradikardiya.
-Kardiomeqaliya.
-Hidroperikard.
-Ürək çatmamazlığı.
-Hipotoniya.
-Hepatomeqaliya.
-Qalaktoreya.
-Hiperprolaktinemik hipoqonadizm.
-Yumurtalıqların ikincili polikistozu.
-Piylənmə.
– Hipotermiya.
Qalxanabənzər vəzi xəstəlikləri qadınların reproduktiv yaş dövründə ən çox yayılmış endokrin patologiyadır. Sonsuzluqdan əziyyət çəkən qadınların 2-34%-də qalxanabənzər vəzin funksiyasının azalması diaqnozu təsdiq olunmuşdur.
İşlədiyim illər ərzində gördüyüm reallıqlardan biri odur ki, vaxtında həkimə müracət edən pasiyentlər daha tez sağalmış və istər reproduktiv, istərsə də iş qabiliyyətini saxlaya bilmişlər. Ona görə də tövsiyə edərdim ki, özünüzə qarşı diqqətli olun və vaxtında qadın həkiminizə müraciət edin.
Sağlam qadın sağlam nəsil, sağlam ailə və gözəllik deməkdir!

Ailəhəkimi klinikasının mama-ginekoloqu Firəngiz Rüstəmova.

Firəngiz Rüstəmova daha çox rast gəlinən QADIN XƏSTƏLİKLƏRİNDƏN DANIŞDI+FOTOLAR
Firəngiz Rüstəmova daha çox rast gəlinən QADIN XƏSTƏLİKLƏRİNDƏN DANIŞDI+FOTOLAR

Oxunub: 5 833
Paylaş:
Digər xəbərlər

Səhiyyə

5-09-2019, 10:17

Uşaqlıqdan kənar hamiləklə bağlı olan bəzi yalnış fikirlər

Səhiyyə

16-05-2019, 13:10

Qadın xəstəliklərinə işarə edən 6 əlamət

Səhiyyə

21-02-2019, 12:12

Uşaqlıqdan kənar hamiləlik

Manşet / Gündəm / Səhiyyə

6-01-2019, 17:27

Ginekologiya

Manşet / Səhiyyə

28-07-2018, 09:53

Qadın sonsuzluğunun profilaktikası

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Payız yaxınlaşır: Qripdən necə qorunaq?
Dörd gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Qan qatıdırsa, səhərlər qəhvə əvəzinə nə içməli?
Breket Seçərkən Nələrə Diqqət Edilməlidir?
10 sentyabra hazırlıq görülür: 80 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək
HƏMAS-dan etiraf: “Terror aktını biz törətmişik”
Son xəbərlər
  • Bu gün, 12:41
    Payız yaxınlaşır: Qripdən necə qorunaq?
  • Bu gün, 10:26
    Dörd gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 09:13
    Qan qatıdırsa, səhərlər qəhvə əvəzinə nə içməli?
  • Dünən, 21:15
    Breket Seçərkən Nələrə Diqqət Edilməlidir?
  • Dünən, 20:20
    10 sentyabra hazırlıq görülür: 80 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək
  • Dünən, 19:06
    HƏMAS-dan etiraf: “Terror aktını biz törətmişik”
  • Dünən, 18:28
    Gündə 2 alma – İnsultdan xilas edəcək
  • Dünən, 17:33
    İran sərhədçiləri əfqan qaçqınları güllələdi: ölənlər var
  • Dünən, 16:45
    Üçüncü Dünya Müharibəsi başladı – Maduro ELAN ETDİ
  • Dünən, 15:09
    Qadınlarda Polikistik Over Sindromu: Əlamətləri və Təbii Yolla İdarə edilməsi
  • Dünən, 14:28
    Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…
  • Dünən, 13:29
    Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
  • Dünən, 12:30
    Öd durğunluğu neçə günə qaraciyəri “öldürür”?
  • Dünən, 11:41
    Nepalda 1500 məhbus həbsxanadan qaçdı
  • Dünən, 10:22
    Sülh sazişinin paraflanması... - Prezident
  • Dünən, 09:03
    Arıqlamağa kömək edən 4 bitki çayı
  • 8-09-2025, 22:10
    Beş BÜRC kasıblığın daşını atır: Birdən-birə varlanacaqlar
  • 8-09-2025, 21:32
    Bu içkilər saç tökülməsini sürətləndirir
  • 8-09-2025, 20:20
    Dünyanın gizli xəzinəsi: Yerin nüvəsinin yaxınlığında gizlənir və ABŞ onu çıxarmaq istəyir
  • 8-09-2025, 19:13
    15 sentyabrda dərslər təxirə salınacaq? - RƏSMİ CAVAB
  • 8-09-2025, 18:45
    Manqonun Faydaları və Zərərləri Nələrdir?
  • 8-09-2025, 17:25
    Tokayevdən gözlənilməz təklif: Qazaxıstanda ciddi dəyişiklik başlayır
  • 8-09-2025, 17:02
    Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma – CHP ləğv edilir?
  • 8-09-2025, 15:37
    Anevrizma nədir, əlamətləri və müalicəsi necə olur?
  • 8-09-2025, 14:49
    Bu müharibə ilə Avropa sınaqdan keçir - General
  • 8-09-2025, 13:16
    “Kiyev işğaldakı torpaqlarını belə azad edəcək” – Ukraynanın Türkiyədəki səfiri ilə EKSKLÜZİV MÜSAHİBƏ
  • 8-09-2025, 12:04
    Bir həftə yalnız qarpız yesək nə olar?
  • 8-09-2025, 11:21
    Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər
  • 8-09-2025, 10:32
    İranla bağlı xəbərdarlıq: Rəsmilər hərəkətə keçdi
  • 8-09-2025, 09:13
    Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə