• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
Xameneinin müşaviri Azərbaycanı hədələdi
ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
"COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kişilərə XƏBƏRDARLIQ: Qadın kollektivində işləmək qadınlaşma yaradır - MÜSAHİBƏ

Müsahibə

8-02-2020, 21:19

Kişilərə XƏBƏRDARLIQ: Qadın kollektivində işləmək qadınlaşma yaradır - MÜSAHİBƏ


Çox vaxt insanlar elə düşünürlər ki, qadınların çox olduğu ortamlarda işləyən kişilərin xarakterlərində incələşmə olur. Hətta iş, məişət zəminində xanımlarla çox ünsiyyətdə olan kişilərdə cinsi zəifliyinin yarandığı düşünənlər də az deyil.

Milli.Az bildirir ki, mövzu ətrafında psixoloq Aytən Ələkbərova Modern.az-ın suallarını cavablayıb.

- Aytən xanım, doğurdan da kişilər xanımların çox olduğu ortamda çalışanda xaraktercə zəif olur və onlarda cinsi zəiflik yaranır?

- Qadınların çox çalışdığı sahələrdə, məktəblərdə və səhiyyədə çalışan kişilərin xarakterinin dəyişdiyi kimi düşüncələr var. Yəni, qadınlar ayda bir dəfə menstrusaiya zamanı halsız olanda, ağrılar hiss edəndə kişilər artıq bunu başa düşürlər. Lakin bu o demək deyil ki, belə kişilərdə hər hansı zəiflik yaranır. Əksinə, bu cür vəziyyəti anlayan kişilərdə fərqli bir mədəniyyət formalaşır, mədəni formada tərbiyə olunurlar. Onlar evdə həyat yoldaşları ilə münasibətlərində daha az gərginlik yaşayırlar. Artıq bir qadın kollektivində işləyən kişi qadını nəyin incitdiyini bildiyindən o səhvləri etmir. Belə kişilərdə cisni zəifliyin olması ilə doğru deyil, bu fərdə görə dəyişən bir məsələdir.

- Bəzi kişilər xanımlarla çox ünsiyyətdə olan həmcinslərini daha zəif hesab edir. Bu nə ilə əlaqədardır?

- Əksər hüquq mühafizə orqanlarının işçiləri bir qədər kobud olduqları üçün xanımlarının iş mühitindəki kişilərin xarakterini bəyənmirlər. Yəni belə deyək, onları xaraktercə daha zəif hesab edib, evdə öz hökmranlıqlarını nümayiş etdirmək istəyirlər. Qadınların çox olduğu yerdə çalışan bəylər daha kübar olduğu üçün bunun əksinə, kişlərlə daha çox işləyən bəylər daha sərt, kobud olur. Və işin maraqlı tərəfi də budur ki, onlar kübar olmağı, bəylərin mədəni davranışını zəiflik hesab edib, evdə daha sərt görünmək istəyirlər. Xanımların çox olduğu yerdə çalışan bəylər artıq oturub-durmaqlarına, danışıqlarına xüsusi fikir verirlər. Hətta mədəniyyətsiz xanımın yanında belə bu bəylər etikadan kənara çıxmır, özlərini cilovalamağı bacarırlar.

- Aytən xanım, qadın-kişi münasibətlərini toxunmuşkən, bəzi hallarda yaş fərqi çox olmasına baxmayaraq insanlar yenidən sevməyə başlayır. Bu nə ilə əlaqədardır? Yəni insan kəskin yaş fərqinə rəğmən sevə bilər?

- Çox nadir hallarda olur ki, 40-yaşdan sonra həqiqi sevgi yaransın, həmin adamları qınamaq olmaz, o yaşda insan öz ruhunun adamını tapır. Artıq 35-40 yaşdan sonra, ikinci şəxsiyyət dövrü başlayır. Nadir hallarda insanlar bu yaşda yenidən dərin hisslərlə sevə bilirlər. Buna el arasında "ikinci bahar" da deyirlər. Hazırki dövrdə yeniyetmələrdə sevgi 14-15 yaşlarından başlayır, başlayan kimi də sönməyə doğru addımlayır. Çünki bu şəxslər daha çox duyğuları ilə qərar verir və məntiqi bir kənara qoyurlar. Yeniyetmə öz bədənində gedən dəyişiklilərə uyğun sevgi ilə hisslərini ayırd edə bilmir və münasibət qurmağa çalışır. Artıq sevgi adlandırdığı hiss onda evlənmək istəyi yaradır. Erkən yaşda da evlənəndən sonra artıq məntiqi təfəkkür ortaya çıxır və cütlüklər arasında anlaşılmazlıq yaranır. Belə şəxslər kamillik dövründə adi bir baxışdan, virtual münasibətdən, ya da ki, elə iş ortamında hansısa şəxsi bəyənərək, daha ağıllı hesab edərək ona vurulur. Bu zaman da həmin adam elə düşünür ki, sevdiyi şəxsdən ayrı qala bilməz, pis olar və s. Bu cür vəziyyətlərin yaranması da ailə dağılmalarına, boşanmalara gətirib çıxarır. Lakin kimsə bu şəxslərə mənfi yanaşmalı deyil. Çünki öz ruhuna uyğun biri ilə ailə qurmayan şəxslər nə vaxtsa öz xasiyyətinə uyğun birinə ehtiyac duyur. Ona görə də ailə qurmamışdan qabaq diqqətli olmaq lazımdır.

- Bəs, bu sevgi nədən qaynaqlanır? İstəyin yaranması cinsiyyətə görə dəyişirmi?

- Gənc xanımlar yaşlı kişilərə qarşılarında "rezin kukla" istəmədikləri üçün vurulurlar.Yaşlı qadınlar gənc oğlanları, yaşlı kişilər də gənc xanımları ona görə sevir ki, onlar daha təbii olur. Gənc qızların yaşlı kişilərə olan marağı isə onların xarakter etibarilə daha bitkin, belə deyək, ağıllı olması ilə əlaqədardır. Çünki qadınlar qulaqları ilə sevir, kişilər isə gözləri ilə. Yəni qadınlar qarşılarında "rezin kukla" istəmirlər. Onlar gələcəyi düşünərək övladlarına daha ağıllı, məsuliyyətli bir ata istəyirlər. Statistik məlumatlar götərir ki, yaş fərqi çox olan insanlar bir yerdə daha çox xoşbəxt ola bilirlər.Əvvəllər dədə-babadan da qoca kişilər özlərində yaşca xeyli kiçik xanımlarla evlənirdilər. Sonradan təhsil sistemi yarandıqdan sonra artıq gənclərin biri-birləri ilə ünsiyyətinin, izdivacının daha uyğun olduğunu düşündülər. Lakin araşdırmalar da onu götərir ki, yaş fərqininin önəmi yoxdur. Yəni həmyaşıd cütlüklər də, yaş fərqi çox olan şəxslər də bir yerdə xoşbəxt ola bilərlər. Amma onu da deyim ki, gec ailə qurmuş bəylər bəzən qadının ancaq maddi ehtiyacıını ödəyə bilirlər. Yəni onlar artıq qadını sırf maddiyat üzərindən xoşbəxt edirlər və sevgi ehtiyacını ödəyə bilmirlər. Kişilər düşünür ki, qadına nə lazımdır ki, geyim, evə ərzaq və s. Amma belə kişilər gənc xanımın ehtiyac duyduğu birinci şeyin sevgi və qayğı olduğunu unudurlar.

- Bəzən düşünürlər ki, kişi bir qadını istəyirsə mütləq onunla cinsi əlaqəyə girməyə tələsir və sonra da qadına maraq ölür. Xanımların bu düşüncəsi nə dərəcədə həqiqətə uyğundur?

- Kişilərin bir xanımı əldə etmək istəyi uzun zaman aldığından, yəni belə deyək, xanımı razı salmaq, onda sevgi yaratmaq uzun vaxt tələb etdiyindən artıq qadınlar kişi ilə münasibətə başlayanda elə düşünürlər ki, onlara qarşı maraq itib. Lakin bu hal heç də belə deyil. Sadəcə kişilər əvvəlki kimi canfəşanlıq etmirlər, bu qədər. Bir kişinin qadına olan marağı sırf cinsi istəkdən irəli gələn məsələ deyil. Sadəcə qadınlar münasibət yarandıqdan sonra kişilərdən daha çox diqqət, qayğı tələb edir ki, kişilər də münasibətin əvvəlində olan bu diqqəti qaytara bilmir.

Oxunub: 865
Paylaş:
Digər xəbərlər

Maraqlı

12-11-2019, 22:42

Kişilər bu qidaları az yeməlidir - Cinsi zəiflik yaradır

Araşdırma / Maraqlı

27-12-2018, 01:10

Bu qan qrupu olan kişilərdə CİNSİ ZƏİFLİYİN riski azdır

Araşdırma

29-11-2018, 01:56

Hansı xəstəliklər kişilər və qadınlar arasında daha çox yayılıb. MARAQLI FAKTLAR

Maraqlı

3-01-2019, 02:52

Səhər tezdən cinsi istək – Niyə yalnız kişilərdə baş verir?

---

11-09-2018, 22:36

KİŞİLƏR NİYƏ XƏYANƏT EDİR...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Son xəbərlər
  • Dünən, 22:38
    Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
  • Dünən, 21:14
    Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
  • Dünən, 20:16
    ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
  • Dünən, 19:41
    Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
  • Dünən, 18:22
    Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
  • Dünən, 17:09
    Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
  • Dünən, 16:28
    Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
  • Dünən, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • Dünən, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • Dünən, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • Dünən, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • Dünən, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • Dünən, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • Dünən, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • 3-02-2026, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • 3-02-2026, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • 3-02-2026, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
  • 3-02-2026, 19:30
    Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
  • 3-02-2026, 18:25
    Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
  • 3-02-2026, 17:35
    Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
  • 3-02-2026, 16:04
    Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
  • 3-02-2026, 15:08
    Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
  • 3-02-2026, 14:48
    ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
  • 3-02-2026, 13:14
    Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
  • 3-02-2026, 12:37
    Bu içkilər yaddaşı möhkəmləndirir
  • 3-02-2026, 11:52
    Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
  • 3-02-2026, 10:26
    HƏMAS açıqladı: Qəzzanı təhvil verməyə hazırıq
  • 3-02-2026, 09:03
    Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?
  • 2-02-2026, 22:22
    Qışın ortasında BÜRCLƏRİ nə gözləyir?
  • 2-02-2026, 21:04
    Soyuqdan ginekoloji xəstəliklər yaranır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə