• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Qərib vətən, binlər yaşa” – Himnimizin sözlərinin fərqli versiyası

Mədəniyyət

20-01-2024, 21:02

“Qərib vətən, binlər yaşa” – Himnimizin sözlərinin fərqli versiyası



Bu gün Rusiyanın Bakıda törətdiyi 20 Yanvar qətliamının ildönümüdür. 1990-cı ildə tankları ilə ölkəmizə girən rus qoşunları yüzlərlə vətəndaşımızı öldürdü, 1920-ci ildən etibarən başlayan qırğınların, repressiyanın sonuncu dalğasını həyata keçirdi. Bu hadisə şər imperiyasının özünün də sonu oldu. “İttifaq” adlanan işğalçı dövlət yerlə-yeksan oldu, Azərbaycan müstəqilliyini bərpa etdi.

Azərbaycan dövlət marşında belə bir ifadə var: “Minlərcə gənc qurban oldu, sinən hərbə meydan oldu!”. Həqiqətən də, çar Rusiyasının dağılmasından sonra Leninin göstərişi ilə Bakıda və ətraf yerlərdə törədilən Mart Soyqırımından 20 Yanvar qətliamına qədər Azərbaycan gəncliyi müstəqillik uğrunda qan tökdü, şəhid oldu, yurdumuzun çox yerləri darmadağın oldu. Birinci Qarabağ savaşında da gənclərimiz canlarından keçdilər, düşmən ələ keçirdiyi torpaqlarımızı xarabazara çevirdi. Vaxtilə Şaumyan demişdi ki, “onlar müstəqil Azərbaycan istəyirdilər, biz isə xarabazar verdik”.

Şükür ki, artıq bunlar geridə qaldı. 2020-2023-cü illərdə Azərbaycan yenə də minlərlə gəncinin qanı bahasına işğaldakı torpaqlarını azad etdi, himnimiz artıq Xankəndidə də səsləndirilir.

20 Yanvarın ildönümü ərəfəsində Ankarada yaşayan dəyərli tarixçimiz Qiyas Şüküroğlu mənə maraqlı bir material göndərdi. Bu materialda Azərbaycan dövlət himninin sözləri fərqli şəkildə idi. Müstəqillikdən bu yana himnimizlə bağlı müxtəlif iddialar səslənsə də, yazılar yazılsa da, müəllifinin kim olması ilə bağlı konkret mövqe ortaya qoyulmayıb. Çünki Cümhuriyyət dövründə bir kitabçada çap olunan himnin sözlərinin altında sadəcə “Cəmo bəy” yazılıb. Ona görə də bəziləri bu imzanın Cümhuriyyət dövründə müəllim işləyən şamaxılı Cəmo bəy Cəbrayılbəyliyə aid olduğunu düşünür. Digərləri isə “Cəmo” adının “Cavad Əhməd Məhəmmədəli oğlu” olduğunu yazırlar. Mühacirətdə çıxan broşuralarda himnin mətni verilsə də, müəllifinin kim olduğu yazılmayıb. Halbuki mühacirlər bu məsələni daha dəqiq bilərdilər, amma nədənsə bu barədə heç bir qeyd yazmayıblar. Halbuki Əhməd Cavadın bir çox şeirləri mühacirət mətbuatından sağlığında dərc olunub, buna görə də bədxahları Bakıda onu tənqid ediblər. M. Rəsulzadə də məcbur olaraq izahat verib ki, bu şeirlər Cavadın bolşeviklərin işğalından öncə yazdığı əsərləridir.

Şübhəsiz ki, himnimizin sözlərinin Əhməd Cavada aid olduğu artıq qəbul olunub, dəqiq bir mənbə ortaya qoyulmadıqca, digər adlar sadəcə versiya olaraq qalacaqdır.

Maraqlıdır ki, himnimizin sözləri mühacirətdə çıxan broşuralarda və Türkiyədə çap edilən bəzi marş kitablarında kiçik nüanslar xaric, demək olar ki, eynidir. Amma Qiyas bəyin “Öz dilek” adlı jurnaldan əldə etdiyi mətn xeyli fərqlidir. Jurnalın 28 təşrini-əvvəl (oktyabr) 1341-ci ildə (1925) çıxan 22-ci sayında əski əlifbada verilmiş “Azərbaycan marşı” bu şəkildədir:

“Azərbaycan, Azərbaycan

Ey qəhrəman övladı vətənin

Səndən ötrü can verməyə cümlə hazırız

Ay, yıldız bayrağınla məsud yaşa

Binlərcə gənc qurban oldu

Sinən hərbə meydan oldu

Hüquq üçün gedən əfrad

Hərə bir pəhləvan oldu

Sən imişsən gülüstan

Sənə bir çün məhəbbət

Namusunu hifz etməyə

Bayrağını yüksəltməyə

Binlərcə gənc müştaqıdır

Şanlı vətən, binlər yaşa!

Yüksəlmişdi ay-yıldızlı bayrağın

Qafqaziya dağlarının başına

Səkkiz dişli yıldızınla hilalın sənin

Kölgə salmış mavi rəngli “Bəhri-Xəzərə”

Göz bəbəyi tək süzəriz səni

Düşmən pəncəsində alarız səni

Binlərcə gənc qurban oldu

Gözəl yerlər viran oldu

Tökülən şu al qanlardan

Dağlar, daşlar əlvan oldu

Qara geydi gəlinlər

Ağlar qaldı annələr

Rəhm qıl göz yaşına

Yetmiş gələ fəryadıma

Yabancı qanlı pəncələr

Altında inliyor gənclər

Səbir et yaxındır xilasın

Qərib vətən, binlər yaşa”.

Göründüyü kimi mətnin sözləri xeyli fərqlidir, sanki sonradan əlavə olunub. Marş jurnalın 1925-ci il sayında dərc olunduğu üçün, bəlkə də, mühacirlərdən kimsə mətnin sonuna işğalı ifadə edən sözlər artırıb və bu şəkildə təqdim edib.

Oxunub: 903
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-04-2023, 17:39

SON DƏQİQƏ: Hərbi qulluqçularımız ŞƏHİD OLDU - Yaralılar da var

Xəbərlər

17-11-2021, 11:42

Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbçisi şəhid oldu, 10 nəfər yaralandı — SİYAHI

Xəbərlər

16-08-2020, 14:34

Bakıda gənc qız eyvandan yıxılıb öldü

Xəbərlər

28-04-2020, 19:53

Bakıda faciəvi hadisə - 14 yaşlı oğlan öldü

Xəbərlər

11-03-2019, 11:14

Bakıda atanın diqqətsizliyindən 3 yaşlı qızı öldü

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Son xəbərlər
  • Dünən, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • Dünən, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • Dünən, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • Dünən, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • Dünən, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • Dünən, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • Dünən, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • Dünən, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • Dünən, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
  • 4-09-2026, 10:19
    İranda silahlı qarşıdurma: ölənlər var
  • 4-09-2026, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • 3-09-2026, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • 3-09-2026, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • 3-09-2026, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • 3-09-2026, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • 3-09-2026, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • 3-09-2026, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • 3-09-2026, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə