• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
Yayda hər gün ayaqyalın gəzin – Həkim
Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı
Kremli gözləyən qorxunc ssenari: ölkə parçalanır? – Böyük güclərin planı…
Yaxın zamanda Rusiya və Ukrayna sülh imzalayacaq – Tramp gözlənilməz vəd verdi
Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
100 manatlıq əsginas yenilənir: köhnə pulların taleyi necə olacaq? – RƏSMİ CAVAB
Seçkilərdən sonra Paşinyan ilk xarici səfərini niyə Rusiyaya etdi? – Mikaelyan sirləri açdı
Ağızda diabeti göstərən 7 əlamət - DİQQƏT EDİN
Avropa ABŞ-sız böyük savaşa hazırlaşır
Sərhəddə təxribat, casusluq – Belarus müharibəyə sürüklənir?
Spirtli içkilərdən sonra QARACİYƏRİ bərpa edən MƏHSULLAR
İsrail ilk dəfə BƏƏ-yə "Dəmir Qübbə" sistemi verdiyini təsdiqləyib
NATO-nun sonsuza qədər mövcud olacağına heç kim zəmanət verə bilməz - Stoltenberq
Hansı hallarda ağrıkəsici qəbul etmək təhlükəlidir?
Beş aylıq fasilədən sonra dəniz ticarətini bərpa etdilər
Dünyadan gizlədilən 89 milyardlıq sənəd, insanlığı gözləyən dəhşət iddiası – Nə baş verir?
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Rusiya və Çin birgə hərbi təlimlərə başlayır
Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sadıqzadə Toğrul Seyid Hüseyn oğlu

Mədəniyyət

13-12-2018, 12:35

Sadıqzadə Toğrul Seyid Hüseyn oğlu
Sadıqzadə Toğrul Seyid Hüseyn oğlu
Toğrul Sadıqzadə 1926-cı ildə Bakıda, İçərişəhərdə, Azərbaycanın tanınmış yazıçısı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində dünyaya gəlib. Valideynləri 1937-ci ildə repressiya olunublar. Ata-anasının vaxtsız ölümü uşağın qəlbində ömürlük qüssə və tənhalıq hissi yaradıb. İllər keçsə də, bu mənəvi yara sağalmayıb, ailəsinin çəkdiyi iztirablar və əziyyətlər onun yaradıcılığına bəlkə də güclü təkan verib.
1949-cu ildə o, Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib. Böyük Vətən müharibəsi başlayanda təhsilini dayandırıb. 14 yaşlı yeniyetmə neft mədənlərində işləyib. "Xalq düşməni” damğası onu ali təhsil almaq imkanından məhrum etmişdi. Lakin buna baxmayaraq 1950-ci ildə tərcümeyi-halında bu faktı göstərmədən o, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya institutunun rəssamlıq fakültəsinə daxil olur. Qəbul imtahanları üçün çəkdiyi rəsm və kompozisiyalar yaxşı nümunə kimi uzun illər institutun auditoriyalarında divardan asılı qalır. Rəssam bir il sonra o dövrün ən nüfuzlu rəssamlıq məktəbi sayılan Surikov adına instituta müvəffəqiyyətlə imtahan verib qəbul olunur. Lakin eyni vaxtda iki institutda təhsil almağı ona qadağan etdiklərindən Toğrul Saıqzadə bir il sonra Bakıya qayıdır və bir peşəkar rəssam kimi onun doğma vətəndə böyük sənət yolu başlayır.
Portretlər, Füzulinin "Leyli və Məcnun” poemasına çəkdiyi miniatürlər ona geniş şöhrət qazandırır. 1951-ci ildə Respublika, Ümumittifaq və Beynəlxalq sərgilərdə iştirak edir. 1954-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olur.
Həmin illərdə Toğrul Sadıqzadə səyahət etmək arzusuna düşür. Dünyanın ucsuz-bucaqsızlığı onu özünə cəlb edir. Əlcəzairə, Tunisə, Misirə səfərlər bir-birini əvəzləyir. Yunanıstanın qədim abidələrinə heyranlığını gizlədə bilmir. Parisin təkrarsız gözəlliyinə, İtaliyanın memarlıq abidələrinə məftun olur. Brodvey küçəsinin gecə həyatını seyr edir, Havananın sahillərini gəzir. Onun 50-ci illərdə yaratdığı əsərlərdə bu qeyri-adi təəssüratlar öz əksini tapıb. Özünəməxsus xüsusiyyətləri ilə seçilən ”Qabes şəhərindən olan tunisli”, "Səhra qızları” və "Antik dağıntılar” tablolarındakı qızılı rəng qumlu səhraların sarımtıl ləpələri ilə səsləşir. Mənzərələrində boz-çiskin yağışlar Parisin damlarına çiləyir.
Toğrul Sadıqzadə 1963-cü ildə yaradıcılıq səfəri ilə Yaponiyaya gedir. Qədim adət-ənənələrin müasirliyə qarışdığı, texnokratik cəmiyyət əlamətlərinin ənənəvi həyat tərzi ilə tam ahəng təşkil etdiyi ölkə rəssamın təxəyyülünə güclü təsir edir. Yaponiya haqqında, şəhərləri, məbədləri haqqında silsilə tablolar yaradır. Xirosimanın, dərddən, çarəsizlikdən sarsılmış insanların faciəsi fırça ustasının qəlbini ağrıdır. Onun "Xirosima” triptixində, "Qara Əjdaha”, "Ölmə!” rəngkarlıq əsərlərində mövzunun dramatizmi inandırıcı, təsirli boyalarla əks olunub. Rəssam 70-ci illərdə daha çox portret janrına meyl göstərib: əsərlərindəki realizm insan qəlbinin öyrənilməsində sanki əsl sənətkar üçün zərif alətə çevrilir. Bu sürətlər qalereyasını rəssamın qızlarının, dostlarının, müasir yazıçı və şairlərin, Azərbaycan mədəniyyətini şöhrətləndirən tarixi şəxsiyyətlərin portretləri bəziyir. Azərbaycan xalqının mənəvi ideallarının daşıyıcıları olan Nəsimini, Nəimini, Füzulini, Babəki, Üzeyir Hacıbəyovu, Müslüm Maqomayevi, eləcə də atası Seyid Hüseyni – gözəllik, alicənablıq, harmoniya aləmini öz dünyasında yşadir. Bu aləmdə riyakarlığa və yaltaqlığa yer yoxdur. O, portretlərini ürəkdən, səmimiyyətlə yaradır, naturanı daxildən öyrənməyə cəhd edir, şəxsiyyətin psixoloji həyatının rəngarəngliyini açıb göstərməyə çalışır. Əsərlərində ən bəsit, sadə mövzu bədii reallıq tapır, estetik cəhətdən dərk olunur. Çünki onun sənətkar gözü qarşılaşdığı hər bir şeyi gözəllik baxımından süzgəcdən keçirir.
O, həyatının son illərində tez-tez mənzərə janrına üz tuturdu. Doğma təbiət motivləri, ürəkdən sevdiyi Xəzər, anadan olduğu, böyüyüb boya-başa çatdığı şəhər onu bir yaradıcı kimi daha çox maraqlandırırdı. Dəniz, qayalar, şahə qalxan dalğalar üzərindəki ağ köpüklər.... Bütün bunları həyəcanla çəkir, elə bil nəyisə, qürub çağını, ona çox tanış olan, lakin gözünün önündə cildini dəyişən sahil boyunu, get-gedə suyun altında qalan qayaların cizgilərini çəkməyə gecikəcəyindən qorxurdu. Qorxurdu ki, cansız kətan üzərinə ilhamla köçürdüyü bu təbiət lövhələrini rənglərin dili ilə canlandırmaq bir də ona nəsib olmaya .... Dəniz dəyişdikcə sahilin, qayaların, ətraf mühitin rəngi də dəyişirdi.
Dəyişməyən, əbədiyyətə qovuşan yalnız sənətkarların nəsillərə yadigar qoyub getdiyi gözəl, parlaq sənət əsərləridir....

Gülarə Sadıqzadə, sənətşünas

[/b][b]

Oxunub: 1 946
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

11-09-2018, 07:38

Mehriban Əliyeva

Manşet / Bioqrafiya

8-07-2018, 09:02

Azərbaycan və Rusiya rəssamı

Manşet / Bioqrafiya

18-05-2018, 08:49

Professor Nəcəfov Adil Məşədi Yusif oğlu

Manşet / Bioqrafiya

8-05-2018, 08:11

Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov

Bioqrafiya

24-04-2018, 15:51

Salih Salihov — tibb elmləri doktoru

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
Yayda hər gün ayaqyalın gəzin – Həkim
Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı
Kremli gözləyən qorxunc ssenari: ölkə parçalanır? – Böyük güclərin planı…
Yaxın zamanda Rusiya və Ukrayna sülh imzalayacaq – Tramp gözlənilməz vəd verdi
Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
Son xəbərlər
  • Bu gün, 09:07
    Şaftalının faydaları nələrdir, neçə kaloridir?
  • Dünən, 22:42
    Yayda hər gün ayaqyalın gəzin – Həkim
  • Dünən, 21:14
    Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı
  • Dünən, 20:50
    Kremli gözləyən qorxunc ssenari: ölkə parçalanır? – Böyük güclərin planı…
  • Dünən, 19:13
    Yaxın zamanda Rusiya və Ukrayna sülh imzalayacaq – Tramp gözlənilməz vəd verdi
  • Dünən, 18:02
    Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
  • Dünən, 17:06
    100 manatlıq əsginas yenilənir: köhnə pulların taleyi necə olacaq? – RƏSMİ CAVAB
  • Dünən, 16:35
    Seçkilərdən sonra Paşinyan ilk xarici səfərini niyə Rusiyaya etdi? – Mikaelyan sirləri açdı
  • Dünən, 15:20
    Ağızda diabeti göstərən 7 əlamət - DİQQƏT EDİN
  • Dünən, 14:36
    Avropa ABŞ-sız böyük savaşa hazırlaşır
  • Dünən, 13:53
    Sərhəddə təxribat, casusluq – Belarus müharibəyə sürüklənir?
  • Dünən, 12:22
    Spirtli içkilərdən sonra QARACİYƏRİ bərpa edən MƏHSULLAR
  • Dünən, 11:46
    İsrail ilk dəfə BƏƏ-yə "Dəmir Qübbə" sistemi verdiyini təsdiqləyib
  • Dünən, 10:25
    NATO-nun sonsuza qədər mövcud olacağına heç kim zəmanət verə bilməz - Stoltenberq
  • Dünən, 09:10
    Hansı hallarda ağrıkəsici qəbul etmək təhlükəlidir?
  • 5-07-2026, 20:35
    Beş aylıq fasilədən sonra dəniz ticarətini bərpa etdilər
  • 5-07-2026, 19:28
    Dünyadan gizlədilən 89 milyardlıq sənəd, insanlığı gözləyən dəhşət iddiası – Nə baş verir?
  • 5-07-2026, 18:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • 5-07-2026, 17:09
    Rusiya və Çin birgə hərbi təlimlərə başlayır
  • 5-07-2026, 16:41
    Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili
  • 5-07-2026, 15:08
    Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər
  • 5-07-2026, 14:37
    Buna imkan verməyəcəyik - Orban
  • 5-07-2026, 13:03
    Yeddi "OPEC+" ölkəsi razılığa gəldi
  • 5-07-2026, 12:19
    Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI
  • 5-07-2026, 11:57
    Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
  • 5-07-2026, 10:19
    Əgər Zelenski Rusiyaya gəlməyə hazırdırsa, biz də... - Kreml
  • 5-07-2026, 09:05
    Emboliya nədir?
  • 4-07-2026, 22:00
    Günvurma əlamətləri və ilk yardım
  • 4-07-2026, 21:28
    Xərçəngin riskini minimuma azaldan 10 QIZIL QAYDA
  • 4-07-2026, 20:41
    "Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə