• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İran mühasirəyə alınır - Təvəssüli
Kişilər mütləq bu 5 qidadan yeməlidir, yoxsa... - Uroloqdan açıqlama
Sabah hava KƏSKİN PİSLƏŞƏCƏK
İlk çağırış edildi: Bu ərazi Türkiyəyə birləşdirilir?
10 dəqiqəyə şəkəri salan 2 manatlıq vasitə
Yaponiyada İLK: hökumət ona həvalə edilir
Oğlu qucağında maşın sürən ata qəza törətdi, övladı öldü
Antidepressant təsirli ən ucuz tərəvəz
Tənbəl insanların 10 ortaq xüsusiyyəti - Psixoloqların izahı
Qadınlarda bioloji yaşı cavanlaşdıran amil
İsrail hərbçiləri buradan çıxır, Azərbaycan Ordusu daxil olur – KİV
Yağış yağacaq, külək əsəcək – Sabahın havası
Bu bitki təbii ağrıkəsicidir
Xocavənddə mina partladı: yaralanan var
NATO iki ölkədə təlimlərə başladı
Hər gün bir kök yeyin - İnanılmaz faydaları
AZAL təyyarəsinin qəza enişi etməsi ilə bağlı rəsmi açıqlama
Ankara Putin-Tramp görüşündən nə gözləyir?
Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı
Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu il itirdiyimiz MƏŞHURLAR

Mədəniyyət

14-12-2021, 18:45

Bu il itirdiyimiz MƏŞHURLAR


Geridə qoyduğumuz ildə xeyli sənət adamlarını, tanınmış şəxsləri itirdik. Dünyasını dəyişənlərin çoxunun ölüm səbəbi isə koronavirusdur. Hətta Azərbaycanda builki qədər tanınmış şəxsin vəfat etməsi görünməmiş hal idi.

Bu il vəfat edən tanınmışların siyahısı:

Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bu ilin 20 mayında dünyasını dəyişib. T. Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca mayın 5-də dünyasını dəyişib. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdu. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş, şeirlərinə musiqi bəstələnmişdi ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). 85 yaşında vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn olunub.

Kinorejissor, Xalq artisti, professor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra bu il iyunun 9-da vəfat edib. R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Xalq artisti Arif Quliyev bu il koronavirus səbəbindən mayın 7-də dünyasını dəyişib. Mərhum sənətkar 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir. Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Yalçın Rzazadə də bu il aramızdan köçənlərdəndir. Məşhur Azərbaycan müğənnisi, Xalq artisti Yalçın Rzazadə bu ilin 22 fevralında dünyasını dəyişib. O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub. Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib.

Azərbaycan kinorejissoru, ssenaristi, SSR Xalq artisti Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. İnfark keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqub Zurufçu koronavirusdan vəfat edib. Müğənni 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Ayrılıq mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəlib. Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.

Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli yanvarın 4-də dünyasını dəyişib. N. Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdu. Azərbaycan estradasındakı minlərlə mahnının müəllifidir. Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Müğənni, Əməkdar artist Baloğlan Əşrəfov 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib. O, 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdu. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. 26 aprel 2021-ci ildə 69 yaşında Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Məşhur müğənnisi Səyyad Əlizadə də koronavirusdan vəfat edənlər arasındadır. Məşhur müğənni 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, "Bəyaz gecələr", "Gül ki" mahnıları ilə xalqın sevgisini qazanıb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında COVID-19 xəstəliyindən vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.

Xalq artisti Səməd Səmədov 24 iyul 2021-ci ildə sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov "Toylar Kralı" adını qazanıb. Ona bu adı estradasının korifeyi Mirzə Babayev verib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.

Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat hadisəsi nətisində dünyadan köçüb. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan “Reyhan”, "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of dədə" Azərbaycan tamaşaçıları tərəfindən sevilib.

Azərbaycanın məşhur gitara ifaçısı Rafiq Hüseynov(Rəmiş) aprelin 5-də vəfat edib. O 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. 2008-ci ildə "Əməkdar artist", 2014-cü ildə "Xalq artisti" fəxri adına layiq görülüb. 76 yaşlı Xalq artistinin ölüm səbəbinin koronavirus olduğu bildirilib.

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov da dünyanı ağuşuna alan koronavirusdan 2021-ci il yanvarın 6-da vəfat edib. Mərhum hakim 1963-cü il sentyabrın 3-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov aprelin 13-də koronavirus səbəbindən dünyasını dəyişib. 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. 2013-cü ildən isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Azərbaycan Republikasının Gənclər və İdman naziri Azad Rəhimov Nyu-Yorkda müalicə aldığı xəstəxanda vəfat edib. Azad Rəhimov 1964-cü ilin 8 oktyabrında Bakı şəhərində anadan olub. 1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan Republikasının Gənclər və İdman naziri vəzifəsində olub. 2021-ci il aprelin 30-da ağciyər xərçəngindən vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub.

“Azərxalça”nın sabiq sədri Vidadi Muradov xərçəng xəstəliyindən bu il dünyasını dəyişib. O 1956-cı il martın 5-də Bərdə rayonunda anadan olub. 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsə ittihamı ilə həbs olunmuşdu. 31 oktyabrda isə səhhəti ilə əlaqədar azad edilmişdi.

Azərbaycan jurnalisti və televiziya aparıcısı Elnur Əşrəfoğlu uzun sürən müalicədən sonra 2021-ci il oktyabrın 19-da vəfat edib koronavirusdan vəfat edib. Tanınmış jurnalist 1974-cü il 19 iyunda anadan olmuşdu. 2011-ci ildə "Space TV" telekanalının idman departamentinin rəhbəri, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibinin müavini olub.

“Baku Network” Ekspert Şurasının direktoru Elxan Ələsgərov yanvarın 5-də koronavirus səbəbindən vəfat edib. E.Ələsgərov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. Qarabağ müharibəsinin iştirakçısı və Trend İnformasiya Agentliyinin baş direktor müavini olub.

Sentyabrın 8-də Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev koronavirusdan vəfat edib.

Sabiq deputat Rafael Cəbrayılov da bu ilin sentyabrında həbsxanada dünyasını dəyişib.

Aktyor, rejissor Arif Həbibi bu ilin 27 yanvarında vəfat edib. O 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli filmləri ana dilinə dubluaj və tərcümə edib. "Rüstəm Zal haqqında əfsanə", "Qırmızı çadır", "Muqli" kimi filmləri dublyaj edib.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bu ilin 30 aprelində 71 yaşında vəfat edib.

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev böyrək çatışmazlığından vəfat edib. O 1949-cu il aprelin 1-də Şahbuz rayonunda anadan olub. Azərbaycan Milli Məclisinin 1, 2 və 3-cü çağırış üzvü olub. May ayının 25-də vəfat edib./modern.az

Allah rəhmət eləsin!

Oxunub: 830
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

1-09-2021, 10:19

Pandemiya zamanı itirdiyimiz azərbaycanlı məşhurlar

Mədəniyyət

5-05-2021, 08:07

Fikrət Qoca vəfat edib

Mədəniyyət

28-04-2021, 18:18

Koronavirusdan vəfat edən azərbaycanlı məşhurlar - SİYAHI

Mədəniyyət

10-03-2021, 17:51

Azərbaycanın Xalq rəssamı vəfat edib

Manşet / Bioqrafiya

8-07-2018, 09:02

Azərbaycan və Rusiya rəssamı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İran mühasirəyə alınır - Təvəssüli
Kişilər mütləq bu 5 qidadan yeməlidir, yoxsa... - Uroloqdan açıqlama
Sabah hava KƏSKİN PİSLƏŞƏCƏK
İlk çağırış edildi: Bu ərazi Türkiyəyə birləşdirilir?
10 dəqiqəyə şəkəri salan 2 manatlıq vasitə
Yaponiyada İLK: hökumət ona həvalə edilir
Son xəbərlər
  • Bu gün, 16:57
    İran mühasirəyə alınır - Təvəssüli
  • Bu gün, 15:43
    Kişilər mütləq bu 5 qidadan yeməlidir, yoxsa... - Uroloqdan açıqlama
  • Bu gün, 14:13
    Sabah hava KƏSKİN PİSLƏŞƏCƏK
  • Bu gün, 13:46
    İlk çağırış edildi: Bu ərazi Türkiyəyə birləşdirilir?
  • Bu gün, 12:27
    10 dəqiqəyə şəkəri salan 2 manatlıq vasitə
  • Bu gün, 11:04
    Yaponiyada İLK: hökumət ona həvalə edilir
  • Bu gün, 10:31
    Oğlu qucağında maşın sürən ata qəza törətdi, övladı öldü
  • Bu gün, 09:05
    Antidepressant təsirli ən ucuz tərəvəz
  • Dünən, 22:36
    Tənbəl insanların 10 ortaq xüsusiyyəti - Psixoloqların izahı
  • Dünən, 21:25
    Qadınlarda bioloji yaşı cavanlaşdıran amil
  • Dünən, 20:12
    İsrail hərbçiləri buradan çıxır, Azərbaycan Ordusu daxil olur – KİV
  • Dünən, 19:40
    Yağış yağacaq, külək əsəcək – Sabahın havası
  • Dünən, 18:16
    Bu bitki təbii ağrıkəsicidir
  • Dünən, 17:28
    Xocavənddə mina partladı: yaralanan var
  • Dünən, 16:17
    NATO iki ölkədə təlimlərə başladı
  • Dünən, 15:50
    Hər gün bir kök yeyin - İnanılmaz faydaları
  • Dünən, 14:49
    AZAL təyyarəsinin qəza enişi etməsi ilə bağlı rəsmi açıqlama
  • Dünən, 13:21
    Ankara Putin-Tramp görüşündən nə gözləyir?
  • Dünən, 12:43
    Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı
  • Dünən, 11:05
    Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR
  • Dünən, 10:43
    Münhen hava limanı təcili bağlandı - Nə baş verir?
  • Dünən, 09:10
    Səhər yeməyində bunları heç vaxt yeməyin: Zərərli 5 qida
  • 19-10-2025, 22:31
    Ən cansıxıcı BÜRCLƏR: onlarla 1 saat bir il kimidir
  • 19-10-2025, 21:39
    2-ci tip diabetin 8 əsas əlaməti – Varsa, təcili analiz ver
  • 19-10-2025, 20:02
    ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi
  • 19-10-2025, 19:28
    Xərçəngə qarşı yeni dərman yaradılır – Mühüm araşdırma
  • 19-10-2025, 18:19
    Niyə həkimlər hər gün nar şirəsi içməyi məsləhət görürlər?
  • 19-10-2025, 17:21
    Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var
  • 19-10-2025, 16:24
    Netanyahu son nöqtəni qoydu: Rəfah açılmayacaq!
  • 19-10-2025, 15:15
    Sarımsaq və soğandan 10 qat daha faydalıdır - Ömrü uzadır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə