Alimlər kişiləri cavanlaşdırmağın yeni üsulunu açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ-ın Kaliforniya universitetinin tədqiqatçıları keçirdikləri təcrübə əsasında iştirakçıların bioloji yaşını dərmanların köməyi ilə DNT səviyyəsində endirə biliblər.
İştirakçılardakı hüceyrələrin cavanlaşma prosesi test nəticələri ilə təsdiqini tapıb.
Tədqiqatda 51-65 yaşlı 9 ağdərili kişi iştirak edib. Onların hər biri antidiabet həb olan prasteron və metformin qəbul edib. İştirakçılara eyni zamanda böyümə hormonu olan somatotropin də vurulub.
Dərmanların qəbulundan 1 il sonra bioloji yaş 2,5 il azalıb, həmçinin immun sistemi bərpa olunub.