• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Azərbaycanda elektron siqaret qadağan edilir
Möhkəm sümüklər üçün vacib məsləhətlər - 35 yaşdan sonra
İranda Zəngəzur qarşıdurması: Xameneinin müşaviri niyə hərəkətə keçdi?
Ukraynaya vaxt verildi: Ya təklifi qəbul et, ya da...
Mikrobioloq ayaq qoxusundan qurtulmağın yollarını açıqlayıb
Bu işçilərə ödənilən müavinət artırılacaq
Avropanın xilası üçün NATO dağılmalıdır: İngiltərədən sensasion iddia
Səhər beyninizi oyandırmaq üçün sadə zehni məşq
Qocalıqda eşitmə itkisinin qarşısını almaq üçün 5 məsləhət
Həkim baş ağrısına ən çox səbəb olan 3 içkini açıqlayıb
ABŞ-dan İsrailə sərt təpki: Netanyahuya şəxsi mesaj göndərildi
Məsələ aydındır: Ukrayna üçün həlledici həftə başladı - Ya sülh, ya da...
Ürək sağlamlığı üçün ideal şam yeməyi açıqlandı
Azərbaycanla bu ölkələr arasında viza rejimi ləğv edildi
Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsi ilə bağlı YENİ QƏRAR
Baş ağrısını tez aradan qaldırmaq üçün sadə ÜSUL
Prezidentdən amnistiya təşəbbüsü: Kimlərə şamil olunacaq?
Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq
Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır
Rusiya Cənubi Qafqazı da işğal edəcək? - Merzdən sensasiya
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Gözətrafı sahələrin dərisinə qulluq edilməsi

Maraqlı

20-11-2019, 15:24

Gözətrafı sahələrin dərisinə qulluq edilməsi


Göz ətrafının dərisi nazik, həssas və ən zəif yerdir. Əlbəttə ki, strukturu digər sahələrdə olan dəridən fərqlənməsə də, göz qapaqları dərisinin altında praktiki olaraq əzələ və piy toxuması yoxdur.

Məhz buna görə o daha çox gərilmə qabiliyyətinə malikdir. Bundan savayı, gözətrafı sahənin dərisi gün ərzində daimi olaraq yüklənmiş olur – mimiki hərəkətlər, gözlərin qırpılması. Buna görə də ilk dəri qırışları məhz bu sahədə yaranmış olur.

Üzün digər sahələri kimi, gözətrafı sahələrdə də dəri qırışlarının yaranmasının qarşısını tam şəkildə almaq mümkün deyil. Çünki bu, dərinin təbii qocalma prosesidir. Ancaq dərinin cavanlığını və təravətliliyini daha uzun müddət ərzində saxlamaq mümkündür. Göz ətrafında erkən dəri qırışlarının yaranmasında irsi amil, qadınların bir sıra xəstəlikləri (allergiya, ürək, böyrək, endokrin sistemi xəstəlikləri və s.), günəş şüaları, siqaret çəkilməsi, streslər, yuxusuzluq və s. bu kimi faktorlar əsas rol oynayır. Gözətrafı sahənin dərisi heç də ona həddən artıq aktiv şəkildə təsir göstərilməsini “sevmir”. Ona görə də gözlərinizi ovuşdurmayın və ümumiyyətlə, müvafiq vacib tələbat olmadan bu sahəyə (ümumiyyətlə, üz nahiyəsinə) toxunmayın. Gözətrafı sahənin dərisində erkən qırışların əmələ gəlməsi səbəblərindən biri də gözlərin daha çox yüklənməsi ilə əlaqəli iş şəraitinin (kompüterdə işləmək, kargüzarlıq və s.) olmasıdır.

Gözətrafı sahələrin dərisində erkən qırışların əmələ gəlməsinin əsas səbəblərindən biri – bu sahənin dərisinə ya heç bir qulluq edilməməsi, ya da pis qulluq edilməsidir. Gözətrafı sahələrin kifayət qədər nəmlilik almayan dərisi tezliklə öz möhkəmliyini və elastikliyini itirərək daha çox quru olur, asanlıqla dartıldığı üçün üzərində qırışlar əmələ gəlməyə başlayır. Buna görə də gözətrafı sahələrin dərisində erkən qırışların əmələ gəlməsinin qarşısını almaq üçün, həmin sahənin dərisinə artıq cavan yaşlarından etibarən qulluq etmək tələb olunur. Bu məqsədlə, məhz gözətrafı sahələrin dərisi üçün nəzərdə tutulan yüngül nəmləndirici gel və kremlərdən istifadə edilməsi tövsiyə olunur. 25 yaşınadək, hətta daha yaxşı olar ki, 30 yaşınadək (əgər sizin gözətrafı sahələrdəki dəriniz çox pis vəziyyətdə deyilsə) yaş əleyhinə olan vasitələrdən istifadə edilməsi məsləhət görülmür.

Dərini dartmadan gözətrafı sahələrə gel və kremin düzgün çəkilməsinin də böyük əhəmiyyəti vardır. Kosmetik vasitə az miqdarda olmaqla, adsız barmaqla gözün kənar küncündən daxili küncünə doğru çəkilir. Onu dəriyə yaxmaq yox, adsız barmaqların yastıqçaları ilə sanki dəriyə yüngülcə vurmaq, daha sonra isə gözləri bir neçə dəfə qırpmaq lazımdır. Bu zaman krem öz-özünə qapaq səthi üzrə bərabər səviyyədə yayılacaqdır. Yaş əleyhinə effekti olan kremlər gözətrafı sahələrin dərisinə ancaq axşam saatlarında dəri ilkin olaraq çirklənmədən və makiyajdan təmizləndikdən sonra, yatmamışdan 2 saat əvvəl çəkilir. Çəkilmiş kremi səhərədək dəridə saxlamayın – səhər gözlərinizin altında şişkinlik yarana bilər! Dəriyə çəkildikdən 30 dəqiqə sonra kremin qalıqlarını pampıq disk və ya yumşaq salfetlə yüngül qurutma toxunuşları ilə mütləq xaric etmək lazımdır.

Yüngül nəmləndirici kremlər gözətrafı sahələrin dərisinə səhər saatlarında - dərinin səhər təmizlənməsindən sonra çəkilir. Bunun üçün ancaq bu sahə üçün nəzərdə tutulmuş kremlərdən istifadə etmək lazımdır. Yalnız bundan sonra dəriyə kosmetika da çəkmək olar.

Gözətrafı sahələrə heç bir halda, hətta ən qiymətli və effektli hesab edilən üz kremlərini çəkmək olmaz! Bu kremlər həmin sahəyə yalnız zərər verərək dərinin qırışmasına səbəb ola bilər.

Əgər siz hər gün gözətrafı sahələrə makiyaj edirsinizsə, onu necə etdiyinizə də fikir vermək lazımdır. Makiyajı edərkən gözlərinizi çox qıymayın, qapaq dərisi isə mümkün qədər sərbəstləşmiş şəkildə olmalıdır. Özünüzü buna öyrəşdirməyə çalışın. Kosmetik vasitələri göz qapağı dərisinə yalnız yüngül hərəkətlərlə və onun dartılmasına yol verməyərək sürtmək lazımdır.

Yatmamışdan qabaq mütləq gözətrafı və kirpiklər sahəsindən makiyajı təmizləmək lazımdır! Bu, gözətrafı incə sahədə erkən qırışların əmələ gəlməməsi üçün vacib hesab edilən şərtlərdən biridir. Göz sahəsindəki makiyajı xaric etmək üçün, məhz bu sahə üçün nəzərdə tutulmuş təmizləyici vasitədən istifadə edin (heç bir halda üz makiyajının silinməsi üçün nəzərdə tutulan kosmetik süddən istifadə etməyin!). Məhz gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün nəzərdə tutulmuş xüsusi təmizləyici vasitələr çox yüngül, həmçinin çox intensiv şəkildə təsir edirlər – sizə gözətrafı sahələri sürtüb ovuşdurmaq lazım gəlməyəcək. Təmizləyici vasitəni 2 pambıq diskin üzərinə çəkərək, yumulmuş olan gözlərinizin üzərinə qoyun, 1 dəqiqə keçdikdən sonra yüngül quruducu hərəkətlərlə onları geri götürün. Kirpiklərə sürtülmüş yuyulmayan tuş, yalnız tərkibində yağ olan xüsusi vasitələrlə xaric edilə bilər. Gözətrafı sahələrdən makiyajı xaric etmək üçün pambıqdan istifadə etməyin. Onun lifləri gözünüzə düşərək qıcıqlanmaya səbəb ola bilər. Bu məqsədlə birdəfəlik pampıq disklərdən istifadə etmək daha yaxşıdır.

Əgər siz dekorativ kosmetik vasitələrdən istifadə etmirsinizsə, istənilən halda, bütün üz və gözətrafı sahələri, gün ərzində onun üzərinə yığılmış toz, çirk və s.-dən təmizləmək lazımdır.

Gözətrafı sahələrin gündəlik olaraq aparılan axşam masajları bu sahənin zərif dərisinin cavan şəkildə saxlanmasına kömək edir. Gözətrafı sahələri təmizləyin, göz qapaqlarına qidalandırıcı krem çəkərək onları masaj etməyə başlayın. Onların masajı 1-2 dəqiqə ərzində olmaqla, barmaq yastıqçaları ilə, çox yumşaq döyəcləyici hərəkətlərlə yerinə yetirilir. Masaj əvvəlcə gözün iç küncündən başlayaraq yuxarı göz qapağı boyunca gicgahlara doğru, sonra isə aşağı göz qapağı boyunca buruna tərəf olmaqla aparılır.

Dərinin səhər təmizlənməsindən sonra kosmetik buzdan istifadə edilməsi gözətrafı sahələrin dərisinə yaxşı tonuslandırıcı təsir edir. Bu məqsədlə, saat əqrəbi istiqamətində olmaqla,10-20 saniyə ərzində kub şəklində olan buzu göz qapaqlarının üzəri ilə yüngülcə sürüşdürmək lazımdır.

Heç bir halda günəşdən qoruyucu eynək geyinmədən günəşli havada çölə çıxmayın. Əks halda, günəş şüalarının təsiri altında gözləriniz daimi olaraq qıyılmış olur ki, bu da bilavasitə, gozətrafı sahələrdə qırışların əmələ gəlməsinə səbəb olur. Bundan başqa, günəşin aktiv saatlarında gözətrafı sahələrin həssas dərisinə tərkibində ultrabənövşəyi filtrlər olan (UV-filtr) kremlər çəkmək vacib hesab edilir.

Gözətrafı sahələrin dərisini maksimal şəkildə daha uzun müddət ərzində cavan saxlamaq üçün bir neçə məsləhətləri də nəzərinizə çatdırırıq:

- “Üzünüz yastığa olmaqla” yatmayın. Çalışın ki, üzünüz yuxarı və ya böyrü üstə yatasınız. Axşam yatmamışdan qabaq sakitləşdirici vanna (şam ekstraktı, çobanyastığı, cökə ağacı çiçəyi, nanə, pişikotu kökü otları ilə) qəbul edin, 1 stəkan bal qarışdırılmış ilıq süd için.

- Hündür yastıqdan istifadə etdikdə, göz qapaqlarının dərisində qan axını pozulur və bunun nəticəsində göz qapaqları altında “kisə şəkilli” şişkinliklər əmələ gələ bilər. Nazik yastıqlardan istifadə etmək daha xeyirli hesab edilir.

- Gözlərinizin altında erkən qırışların yaranmasının qarşısını almaq üçün qidanıza daha tez-tez təzə meyvə və tərəvəzlər daxil edin; düzgün şəkildə qidalanın, kəskin dietik rejimlərdən istifadə etməyin.

Oxunub: 1 010
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-11-2019, 19:29

Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri

Gözəllik və təbabət

21-10-2019, 23:40

Yaşlanmanın İLK ƏLAMƏTLƏRİ - Plastik cərrahdan VACİB MƏSLƏHƏT

Gözəllik və təbabət

8-10-2019, 12:20

Gözlərin altında göy kölgələr - SƏBƏBLƏR

Maraqlı

9-08-2019, 10:11

Dərinin rəngi xəstəliklərə işarə edə bilər

Gözəllik və təbabət

18-05-2019, 20:32

Sızanaqlar niyə əmələ gəlir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Azərbaycanda elektron siqaret qadağan edilir
Möhkəm sümüklər üçün vacib məsləhətlər - 35 yaşdan sonra
İranda Zəngəzur qarşıdurması: Xameneinin müşaviri niyə hərəkətə keçdi?
Ukraynaya vaxt verildi: Ya təklifi qəbul et, ya da...
Mikrobioloq ayaq qoxusundan qurtulmağın yollarını açıqlayıb
Bu işçilərə ödənilən müavinət artırılacaq
Son xəbərlər
  • Bu gün, 16:04
    Azərbaycanda elektron siqaret qadağan edilir
  • Bu gün, 15:25
    Möhkəm sümüklər üçün vacib məsləhətlər - 35 yaşdan sonra
  • Bu gün, 14:09
    İranda Zəngəzur qarşıdurması: Xameneinin müşaviri niyə hərəkətə keçdi?
  • Bu gün, 13:30
    Ukraynaya vaxt verildi: Ya təklifi qəbul et, ya da...
  • Bu gün, 12:42
    Mikrobioloq ayaq qoxusundan qurtulmağın yollarını açıqlayıb
  • Bu gün, 11:25
    Bu işçilərə ödənilən müavinət artırılacaq
  • Bu gün, 10:24
    Avropanın xilası üçün NATO dağılmalıdır: İngiltərədən sensasion iddia
  • Bu gün, 09:09
    Səhər beyninizi oyandırmaq üçün sadə zehni məşq
  • Dünən, 22:31
    Qocalıqda eşitmə itkisinin qarşısını almaq üçün 5 məsləhət
  • Dünən, 21:48
    Həkim baş ağrısına ən çox səbəb olan 3 içkini açıqlayıb
  • Dünən, 20:34
    ABŞ-dan İsrailə sərt təpki: Netanyahuya şəxsi mesaj göndərildi
  • Dünən, 19:22
    Məsələ aydındır: Ukrayna üçün həlledici həftə başladı - Ya sülh, ya da...
  • Dünən, 18:02
    Ürək sağlamlığı üçün ideal şam yeməyi açıqlandı
  • Dünən, 17:55
    Azərbaycanla bu ölkələr arasında viza rejimi ləğv edildi
  • Dünən, 16:48
    Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsi ilə bağlı YENİ QƏRAR
  • Dünən, 15:05
    Baş ağrısını tez aradan qaldırmaq üçün sadə ÜSUL
  • Dünən, 14:38
    Prezidentdən amnistiya təşəbbüsü: Kimlərə şamil olunacaq?
  • Dünən, 13:06
    Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq
  • Dünən, 12:43
    Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır
  • Dünən, 11:07
    Rusiya Cənubi Qafqazı da işğal edəcək? - Merzdən sensasiya
  • Dünən, 10:33
    Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar
  • Dünən, 09:15
    Soyuqdəymə üçün təbii həll - Diabet xəstələrinə faydalı meyvə
  • 14-12-2025, 21:42
    Şüşə su çubuqlarındakı təhlükə
  • 14-12-2025, 20:11
    İki nəhəng üz-üzə: 50 illik gizli sənədlər üzə çıxdı – İnanılmaz ssenari
  • 14-12-2025, 19:24
    Almaniyada təyyarə küçəyə düşdü: yaralılar var
  • 14-12-2025, 18:39
    Müharibədən 7 gün öncə Kreml ABŞ-a hansı ultimatumu vermişdi?
  • 14-12-2025, 17:40
    ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir
  • 14-12-2025, 16:25
    Hava ilə bağlı xəbərdarlıq: Leysan olacaq
  • 14-12-2025, 15:46
    Çox saqqız çeynəmək dişlərdəki plombları boşaldır
  • 14-12-2025, 14:08
    Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə