• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
ABŞ və İsrailin başı dərddə - Elə peyk görüntüləri üzə çıxdı ki...
Azərbaycanda bu ailələrə hər ay “uşaqpulu” verilir – Məbləğ açıqlandı
BMT Təhlükəsizlik Şurası təcili toplanır - Tarix açıqlandı
Baş nazirdən müharibə xəbərdarlığı – 27 ölkəyə çağırış etdi
Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı
Azərbaycan üzərindən qurulan plan: Rusiyanı ciddi itki gözləyir
İsrail ordusuna növbəti tapşırığım… - Netanyahu
Hər il buna görə 7 milyon insan ölür - ÜST
Afinadan etiraf: Türkiyə 2030-cu ilə qədər...
İran Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq etdi
Bu təbii resept damarları tər-təmiz edir - Mütləq SINAYIN!
Öz-özünə danışmaq - xəstəlikdir, yoxsa normal hal?
Yuxusuzluq üçün kəklikotu çayının möcüzəvi faydaları
Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
3 ölkədə müəmma yaşanır: Qırıcılar havaya qalxdı, Rusiya hədəf göstərildi
Bel ölçüsü ürək xəstəliklərinin ən güclü xəbərçisi ola bilər
Rusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir
Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan
Öd kisəsi üçün 10 faydalı qida və qaydalar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ananın körpə ilə ilk tanışlığı

Maraqlı

7-03-2019, 16:12

Ananın körpə ilə ilk tanışlığı

Əmizdirmə prosesi uşağa yalnız mürəkkəb tərkibli ana südünün ötürülməsi deyil, eyni zamanda ana-körpə münasibətlərində möhkəm emosional bağlılığı formalaşdıran vacib amillərdəndir. Hamiləlik zamanı ana bətnindəki övladı ilə ünsiyyətini səsi, ürək döyüntüsü, hətta yediyi yeməklərlə belə bu münasibətlərin təməlini qoyur.

Ana bətnində olduğu zaman son aylarda körpə bir saat ərzində 15 ml-dən 40 ml-ə qədər amniotik (ana bətnindəki dölyanı) sulardan içir. Bu suyun tərkibi ananın hormonları, zülallar, duzlar, vitaminlər, qlukoza və digər körpəyə lazım olan maddələrlə zəngin olur. Alimlərin fikrinə görə uşaqların amniotrof qidalanması (amniotik sular ilə qidalanma) doğuşdan sonra formalaşan laktotrof (ana südü ilə) qidalanmaya öyrəşməyə kömək olur. Amniotik suların iyi döşün tünd hissəsində (areolada) yerləşən vəzlərin ifrazının iyinə bənzəyir, və bu iy uşağa öz anasını tanımağa yardım edir.

Təsəvvür edin, körpə doğuldu. Onun ananın qarnının üzərinə qoydular. Körpə doğuş zamanı çox çətinliklərdən keçir və yorulur. Ananın bətnindəki temperatur təqribən 37 dərəcə təşkil edir. Körpənin dogulduğu otağın temperaturu fərqlənə bilər (20-22 dərəcə). Yenə nə qədər də olsa belə temperatur fərqi, üstəlik su mühitindən quru mühitə keçid yeni doğulan körpənin stress halı yaşamağına səbəb olur. Ana bətnində amniotik sular xaricdən gələn səsləri tənzimləyir. Müasir şəraitdə uşaq həddindən artıq işıqlı, müxtəlif səslərlə dolu bir şəraitdə doğulur. Uşağı həmən doğulandan sonra ananın qarnına qoymaq, ananın ürək döyüntüsü, istiliyi, doğma səs və anadan gələn doğma iylər uşağı ana bətnindəki şəraiti xatırladaraq, stress halını azaldır və yeni həyata alışmağa imkan yaradır. Alimlər uşağı həmən doğulan kimi döşə qoymağı məsləhət görmürlər. Çağanı ananın qarnına qoyandan sonra körpə bir az dincələndən sonra axtarış refleksinin əlamətlərini göstərməyə başlayır. Uşaq bütün bədənin hərəkətləri ilə, üz mimikası, ağzını açmaqla, baş hərəkətləri ilə ana döşündən ona doğma gələn iyləri hiss etməyə başlayır. Körpələr doğulduqda yaxından görmə qabiliyyətinə malik olurlar. Əslində bu onların analarını görmək üçün bəs edir. Ana döşündə yerləşən giləətrafı hissə (areola) körpəyə bir işarə olmaqla ana döşünü tapıb, ilkin əmmə bacarığını təcrübədən keçirməyə yardım edir. Doğuşdan sonra ananın orqanizmində prolaktin hormonunun səviyyəsi qalxır və ana rahatlıqla öz körpəsini ilkin süd-ağuz südü və əhəmiyyətinə görə “ilkin immunizasiya” adlandırılan süd ilə əmizdirməyə qadir olur.

Tədqiqatlar göstərir ki, uşağın doğuşdan dərhal sonra və ilk günlərdə anası ilə təmasda olma müddətindən və bu müddətin keyfiyyətindən uşağın ilk 2 il ərzində ağlamağı, ana ilə bağlılığı və erkən uşaqlıqda yaranan müxtəlif psixoloji problemləri asılıdırlar.

Ümumdünya Səhiyyə Təşkilati və UNİCEF əmizdirmənin əsas uğurlu qaydalarından körpənin doğuşdan sonra ilk saat ərzində əmizdirilməsi, ana ilə bir otaqda olmasını qeyd edirlər. Uşağın ana ilə sıx təmasda olması körpəyə öz bədən temperaturunu, maddələr mübadilə proseslərini, hormon və fermentlərin səviyyəsini, ürək döyüntüsünü, nəfəs hərəkətlərini idarə etməyə yardım edir.

Ana və körpə arasında sıx əlagə ilk dəqiqələrdən, ilk baxışdan formalaşır. Bu vacib məqam bondinq (ingilis dilindən tərcümədə bağlanma) adlandırılır. Ilk dəfə bu termin pediatrlar Marshall Klaus və John Kennell tərəfindən qeyd olunmuşdu. Əmizdirməyə dəstək verən yeni perinatal texnologiyaların nəticələrinə görə körpə ilə ananın təması 30 dəqiqədən az olmamalıdır. Körpə həyatının ilk saatları analıq hissinin formalaşması, kamil və uzunmüddətli əmizdirmənin qurulması üçün həlledici əhəmiyyət kəsb edir. Çağanın beynində ən yüksək fəallıq məhz həyatının ilk saatının ikinci yarısında əmələ gəlir. Uşaq həyacanının yüksək səviyyəsi ana-körpə arasında möhkəm emosional bağlılığın fizioloji əsasını təşkil edir.

Bu bağlılıq şübhəsiz ki, uşağın harmonik inkişafına çox böyük təsir göstərir. Beləliklə, əmizdirmə yalnız körpənin qidalanması deyil, eyni zamanda uşağın psixoloji inkişafına təsir göstərən ilk qeyri-verbal ünsiyyət formasıdır.

Körpə anasını necə tanıyır?
Körpələr doğulanda onların iybilmə hissiyatı kəskin şəkildə inkişaf etmiş olur. Bu xüsusiyyətə məməli heyvanlarda da rast gəlmək olar. Məməlilər analarını iylər vasitəsi ilə ayırd edə bilirlər. Kaliforniya Universitetinin Tibb məktəbinin tədqiqatçıları Kevin Franks və Jeffry İsaacson iybilmənin yeni doğulan heyvanların anaları ilə möhkəm əlaqələrin qurulmasına yardım edən vasitələrdən biri olduğunu qeyd edirlər. Onların fikrincə, körpə heyvanlar ananın döşünü axtarmağa çalışarkən, iybilmə və onların arasında əlaqə, ana və körpə arasında möhkəm bağlılığın təməlini qoyur”.

Altı günlük, hətta bəzi tədqiqatlara görə 3 günlük körpələr öz analarının döşlərini yad anaların döşlərindən fərqləndirə bilirlər. Bu məhz iybilmə nəticəsində əldə olunur (Kohl və Francoeur, 1995). Maraqlısı odur ki, yenidoğulan məməlilər analarının bir neçə döşü olduğu halda spesifik iyə malik olan döşə daha çox üstünlük verib onu əmirlər. Döşlərdən gələn bu iyin olması o qədər vacibdir ki, əgər o iylər dəyişdirilsə, körpələr ölə bilər. İy vasitəsi ilə onlar analarını tapıb, əmə bilir və öz həyatda qalmaq şanslarını artırırlar.

Bəzi heyvanlara xas olan bu xüsusiyyətlər eyni ilə insan balalarına da aid etmək olar. Elə bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı analara əmizdirmədən qabaq və ondan sonra döşlərini yumağı tövsiyə etmir. Areola (giləətrafı dairə) altında Montqomeri adlandırılan vəzilər var. Bu vəzilərin ifrazat kanalları giləətrafı hissədə yerləşərək kiçik qovurcuqlar şəklində yer alırlar.

Montqomeri vəzilərinin xüsusi rolu haqqında müxtəlif versiyalar irəli sürülür. Bəzi alimlər bu vəzilərin ifrazat nəticəsində lipoid (piy əmələ gətirmə) faktora malik olaraq areolanı quruluqdan qorumasını və zəif antibakterial xüsusiyyətlərə malik olduğunu qeyd edirlər. Bu səbəbdən döşün tez-tez yuyulması həmin giləni və onun ətrafında olan hissəni quruluqdan qoruyan piy təbəqəsinin pozulmasına və həmin hissədə çatların və digər problemlərə gətirə bilər.

Müasir tədqiqatlar arasında Fransa Dijon Milli Araşdırmalar Mərkəzinin Professoru Benoist Schaal tədqiqatlarını qeyd etmək olar. Bir qrup alimlər təcrübə nəticəsində Montqomeri vəzilərinın sayı və uşaqların fiziki inkişaf tempi arasında əlaqələrın olduğunu müəyyən etdilər (Montqomeri vəzilərinin çoxluğu körpənin daha aktiv qidalanmasına və çəki almasına gətirir).

Ehtimal olunur ki, uşağın iybilmə reseptorları Montqomeri vəzilərinin ifraz etdiyi xüsusi maddəni seçə bilir. Bu iylər böyüklər tərəfindən hiss olunmasada, körpələrin incə iybilmə duyğusu onu təyin edə bilir. Beləliklə, bu iy uşaqlara qida mənbəyinin yerləşməsi barəsində siqnal verməklə yanaşı, eyni zamanda körpələrin iştahasını stimullaşdırmaq xüsusiyyətinə malikdir.

Bu tədqiqatın müəllifləri öz tədqiqatlarının praktiki dəyər kəsb etdiyini düşünürlər. Əgər həmin maddəni müəyyənləşdirmək və sintez etmək mümkün olarsa, onda gələcəkdə onu vaxtından əvvəl doğulan körpələrin ana südünə alışdırmaq üçün istifadə etmək olacaqdır.

Körpənin doğuşdan sonra ilk saatlarda anayla təması ana iyinin daha möhkəm və uzunmüddətli yadda qalmasına səbəb olur. Buna səbəb yeni doğulan körpələrin noradrenalin hormonunun yüksək səviyyəsi olduğu zaman öz hissiyatlarından daha yaxşı istifadə etməsi ilə bağlıdır. Bu hal isə onlarda doğulandan bir neçə saat ərzində müşahidə olunur.

Təbii ki, körpələrə müxtəlif iyləri tanımaq üçün təcrübə toplamaq lazımdır. Amma ilk onların tanıdığı və doğma gələn iy ana ilə bağlı olur. Əmizdirmə prosesi isə bu münasibətləri daha da möhkəmlədərək, onlarda həyata alışma və stressin azalmasında böyük rol oynayır.

Bütün qeyd olunanları nəzərə alaraq analara aşağıdakı məsləhətləri vermək olar:

• Ana yeni doğulan körpəsini başqa insanların himayəsinə buraxmamalıdır. Körpə ananın iyini hiss etməyib, narahat ola bilər. Nəticədə yuxu pozuntuları, uzun müddət ağlamalar, hətta döşdən imtina etmə halları yarana bilər. Anaya yardım etmək istəyən insanları (ana, qaynana, bacı və s.) ev işlərinə cəlb etmək olar.
• Ananın ətirlərdən, ətirli qoltuqaltı və sabunlardan istifadəsi məsləhət görülmür. Özgə iylər anadan gələn təbii iyləri poza bilər və uşaqda həyacan və narahatçılığa səbəb ola bilər. Eyni zamanda ətirlər uşaqlarda allergik reaksiyaların, öskürmənin yaranmasına da səbəb ola bilər.
• Körpələrin nəfəs sisteminin kamil şəkildə inkişaf etməməsini nəzərə alaraq, onları müxtəlif kimyavi maddələrdən gələn iylərdən, efir yağlarından, tütün, tüstü və bu kimi iylərdən qoruyun.
• Ananın təbii iyləri qoruması və təmizliyə riayət etməsi üçün duş aldığı zaman dekolte hissəni adi su ilə yuması kifayət edər.
• Ana eyni zamanda geyiminə də diqqət verməlidir. Ətirli paltarın iyi uşağın narahatlığına səbəb ola bilər.
• Ana ilə yanaşı uşağa qulluq edən insaların ətirlərdən istifadə etməməyini xahiş etmək olar.

Oxunub: 1 480
Paylaş:
Digər xəbərlər

Maraqlı

2-03-2019, 13:53

Əmizdirən ana südü sağmalıdırmı?

Səhiyyə

25-02-2019, 13:59

Dölün ana bətnindəki həyatı

Araşdırma

24-12-2018, 00:50

Yeni doğulan körpənin doyduğu necə anlaşılır

Səhiyyə

30-11-2018, 00:22

Körpə uşağa çay vermək olarmı?

Manşet / Maraqlı

11-04-2018, 17:25

Ana südü körpə üçün həyat eliksiridir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
ABŞ və İsrailin başı dərddə - Elə peyk görüntüləri üzə çıxdı ki...
Azərbaycanda bu ailələrə hər ay “uşaqpulu” verilir – Məbləğ açıqlandı
BMT Təhlükəsizlik Şurası təcili toplanır - Tarix açıqlandı
Baş nazirdən müharibə xəbərdarlığı – 27 ölkəyə çağırış etdi
Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı
Son xəbərlər
  • Dünən, 21:18
    Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
  • Dünən, 20:05
    ABŞ və İsrailin başı dərddə - Elə peyk görüntüləri üzə çıxdı ki...
  • Dünən, 19:23
    Azərbaycanda bu ailələrə hər ay “uşaqpulu” verilir – Məbləğ açıqlandı
  • Dünən, 17:23
    BMT Təhlükəsizlik Şurası təcili toplanır - Tarix açıqlandı
  • Dünən, 16:30
    Baş nazirdən müharibə xəbərdarlığı – 27 ölkəyə çağırış etdi
  • Dünən, 15:17
    Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı
  • Dünən, 14:40
    Azərbaycan üzərindən qurulan plan: Rusiyanı ciddi itki gözləyir
  • Dünən, 13:53
    İsrail ordusuna növbəti tapşırığım… - Netanyahu
  • Dünən, 12:38
    Hər il buna görə 7 milyon insan ölür - ÜST
  • Dünən, 11:42
    Afinadan etiraf: Türkiyə 2030-cu ilə qədər...
  • Dünən, 10:21
    İran Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq etdi
  • Dünən, 09:03
    Bu təbii resept damarları tər-təmiz edir - Mütləq SINAYIN!
  • 30-05-2026, 22:30
    Öz-özünə danışmaq - xəstəlikdir, yoxsa normal hal?
  • 30-05-2026, 21:23
    Yuxusuzluq üçün kəklikotu çayının möcüzəvi faydaları
  • 30-05-2026, 20:12
    Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
  • 30-05-2026, 19:21
    3 ölkədə müəmma yaşanır: Qırıcılar havaya qalxdı, Rusiya hədəf göstərildi
  • 30-05-2026, 18:36
    Bel ölçüsü ürək xəstəliklərinin ən güclü xəbərçisi ola bilər
  • 30-05-2026, 17:34
    Rusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir
  • 30-05-2026, 16:08
    Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan
  • 30-05-2026, 15:47
    Öd kisəsi üçün 10 faydalı qida və qaydalar
  • 30-05-2026, 14:34
    Şotlandiya məşhur təşəbbüsü dəstəklədi – Birləşmiş Krallıqda nə baş verir?
  • 30-05-2026, 13:22
    Ermənilərin qərarı Putini məcbur buraxa bilər – Paşinyana qarşı Qarabağ planı
  • 30-05-2026, 12:51
    Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?
  • 30-05-2026, 11:33
    Razılaşma üçün ilk addımı ABŞ atmalıdır – Qalibaf
  • 30-05-2026, 10:20
    Ermənistanı İranla qarşı-qarşıya qoyacaq tələb: Cənubi Qafqazda ŞOK ssenari işə düşür
  • 30-05-2026, 09:08
    Çobanyastığı, itburnu və nanə çayı - ağır xəstəlik riskini azaldır
  • 29-05-2026, 22:49
    Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? - Alimlərin cavabı
  • 29-05-2026, 22:44
    Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
  • 29-05-2026, 21:32
    Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
  • 29-05-2026, 21:32
    Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə