• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası
Niyə hemofiliya kişilərdə daha çox olur?
Vuçiç NATO ilə müharibədən imtina etdi
“Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
Ayaqlardakı ağrının 7 əsas səbəbi
Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
Güclü külək əsəcək – Xəbərdarlıq edildi
Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
İsti havalarda ayaqlar niyə şişir?
Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Adəm və Həvva təkzib olunur? - İnsan nə vaxt və necə yaranıb? - MARAQLI FAKTLAR

Maraqlı

21-08-2023, 21:15

Adəm və Həvva təkzib olunur? - İnsan nə vaxt və necə yaranıb? - MARAQLI FAKTLAR


150-200 il əvvəl insanın meymundan əmələ gəlməsini iddia edən Darvin nəzəriyyəsi böyük populyarlıq qazanmışdı.

Lakin yeni arxeoloji kəşflər alimlərin Darvinin fərziyyələrinə də şübhə ilə yanaşmalarına ciddi əsaslar verdi.

Milli.Az olaraq tarixdən qabaqkı insanların həyatının sirr pərdəsini açan 10 müdhiş arxeoloji tapıntını, alimlərin rəylərini icmalımızda təqdim edirik:

1. Ardi

Təqribən 4,4 milyon il əvvəl Efiopiyada yaşamış ardipithecus ramidus tayfaları məşhur qocaman hominidlərdir. Arxeoloqlar Ardi adlandırdıqları bir qadının skeletini tapmışlar. Sözügedən bu skelet kəllə sümüyü və dişlər də daxil olmaqla, 125 ayrı-ayrı hissələrdən ibarət idi.

Qədim qadının boyu cəmi 1,2 metr, çəkisi isə 50 kiloya yaxın idi. Onun bapbalaca beyni, çox uzun əl barmaqları və yastı dişləri var idi ki, bu da ardipiteklərin qida rasionunun bitkilərdən, meyvələrdən və xırda məməlilərdən ibarət olduğuna dəlalət edir.

Hələ insan olmayan Ardi artıq şimpanze deyil. Ardinin skeletinin tapılması insanların ibtidai şimpanzelərdən əmələ gəldiyini iddia edən nəzəriyyəni təkzib etdi. Ardinin skeleti Efiopiyanın Milli Muzeyində saxlanılır.

2. Lüsi

1974-cü ildə Efiopiyada aşkar edilmiş Lüsi, bəlkə də, insan əcdadının ən məşhur qalığıdır. Bu tapıntı insan təkamülü nəzəriyyəsində əsl inqilab oldu. 1974-cü ilə qədər antropoloq-alimlər insan dərrakəsinin iki ayaq üstə yerimək qabiliyyətindən əvvəl yarandığını zənn edirdilər, Lüsi isə bunun əksini sübut etdi.

3,2 milyon yaşı tamam olmuş Lüsi insan əcdadının məşhur ulu skeleti idi (2009-cu ildə Ardi aşkar edilənə qədər). Lüsinin xırda beyni, uzun əlləri, gödək ayaqları və böyük qarnı var imiş. Boyu cəmi 1 metr, cəkisi isə 27 kiloya yaxın idi. Lüsinin omba və diz sümüklərinin strukturu onun iki ayağı üzərində yeridiyini göstərmişdi. Onun qalıqları Efiopiyanın Milli Muzeyinin xüsusi otağında saxlanılır.

3. X-qadın

Adının Marvell komikslərinin qəhrəmanlarının adına bənzədiyinə baxmayaraq, X-qadın heç də uydurma deyil. X-qadın təqribən 40 000 il bundan əvvəl Sibirdə yaşamışdır. Skeletindən yalnız balaca uşağın çeçələ barmağının aşkar edildiyinə görə, onu "qadın" adlandırmaq o qədər də doğru olmazdı. Bununla belə, X-qadın yeni, əvvəllər məlum olmayan bir insan növüdür ki, bu da yalnız DNT analizindən sonra məlum olmuşdu.

Əvvəllər alimlər düzyeriyən insanın təqribən iki milyon il öncə Afrikanı tərk etdiyini hesab edirdilər, lakin növbəti 1,5 milyon il ərzində baş verənlərə dair heç bir məlumat yox idi. X-qadının əcdadları, böyük ehtimalla, bir milyon il öncə Afrikanı tərk edibmiş. Onun sümüklərindən götürülmüş DNT neandertal adamın və ya müasir insanın DNT-sindən fərqlənir ki, bu da üçüncü növun mövcudluğuna dəlalət edir.

4. Kürən ledi

Kürən ledi İspaniyanın şimalındakı El-Miron mağarasında aşkar edilmişdi. O, təqribən 18700 il əvvəl, axırıncı Buzlaq dövrünün sonlarında yaşamışdır. Sümükləri qırmızı piqmentə boyanmış olduğu səbəbindən, ona "Kürən qadın" adı verilmişdi. Piqmentin kimyəvi analizi onun həmin ərazidə götürülməsinin mümkünlüyünü inkar etmişdi ki, bu da hansısa bir qədim ticarət formasının olduğunun ehtimalıdır. Piqment ya müəyyən bir ayinin tərkib hissəsidir, yaxud da konservant kimi istifadə olunmuşdu.

5. Hobbit

2003-cü ildə arxeoloqlar İndoneziyanın Flores adasında cırtdan-insanlar növünü aşkar etmişdi. 18000 yaşı olan "hobbit" qadın müasir insanın qalan dünyanı müstəmləkələşdirdiyi dövrdə yaşamışdı.

Flores insanının boyu cəmi 1 metr idi və bu insan növü bioloji baxımdan müasir insanlarla sıx əlaqədar ola bilər. Bu ixtira əvvəllər Homo Sapiyensin on min illiklər öncə bütün digər insanları sıxışdırdığını hesab edən alimləri heyrətə gətirmişdi. Görünür, bu fərziyyə yanlış imiş. Flores insanının beyni qreypfrut boyda idi ki, bu da insanlardan daha çox, bugünkü şimpanzelərin beyninə daha uyğun ölçü sayılır. Bununla belə, Flores insanı ocaq qalamağı, daş alətlər düzəltməyi və qrup şəklində quş ovlamağı bacarırdı.

6. Arlinqton-Sprinq. Kişi, yoxsa qadın?

1959-cu ildə Kaliforniyanın Santa-Roza adasında "Arlinqton-Sprinqsli oğlan" adlandırılmış qədim bir skelet tapıldı. Onun təqribən 10 minə yaxın yaşı var. Bir neçə il keçdikdən sonra sümüklərinin qadın sümükləri kimi müəyyən olunduğu səbəbindən, "Arlinqton-Sprinqsli oğlan" dəyişib "Arlinqton-Sprinqsli qız" oldu.

Müasir texnologiyalar bu tapıntının 13 min il əvvəlki dövrə aid olunduğunu müəyyən etmişdi ki, bu da onların həmin vaxt Amerikada aşkar edilmiş ulu insan qalıqları olduğuna dəlalət edir. 2006-cı ildə bu tapıntının 40 il əvvəl qadın olduğunu müəyyən etmiş alimlər yanıldıqlarını və sümüklərin 70 %-lik ehtimalla kişi cinsinə məxsus olduğunu bəyan etdikləri üçün, qız yenidən oğlan oldu.

7. Minnesotalı qadın

8 000 il yaşı olan "Minnesotalı qadın"ın qalıqları 1931-ci ildə Minnesota ştatında, Pelikan Repids yaxınlığına yeni yolun inşa edildiyi zaman aşkar edilmişdi. Bu, 16 yaşlı bir qızın skeleti idi. Onun üzərində, böyük ehtimalla, ov aləti kimi istifadə olunan sığın buynuzundan düzəldilmiş xəncər var idi. Həmçinin, skeletin yanında mollyusk çanağından düzəldilmiş və bəlkə də tilsim rolunu oynayan bir kulon tapılmışdı. Sonralar bu mollyusk növünün yalnız Florida sularında yaşadığı məlum olmuşdu.

8. Ana

7700 yaşı olan ananın skeleti 1997-ci ildə Sibirdə aşkar edilmişdi. Əlində sıxıb saxladığı xırda sümüklərə kimi ideal şəkildə qalmış bu skelet doğuş zamanı ölən qadının ən erkən nümunəsi kimi tanınmağa başladı. Sibir skeletinin bətnində iki körpənin sümükləri aşkar edilmişdi. Sibir şəhəri olan İrkutsk ətrafında artıq 100-ə yaxın qəbir aşkar edilmişdi ki, bu da həmin regionda əvvəllər zənn edildiyindən daha çox inkişaf etmiş bir mədəniyyətin mövcudluğuna dəlalət edir. Qəbirlərin böyük qisminin şəhər ərazisində yerləşməsi, təəssüf ki, qazıntı işlərini çətinləşdirir.

9. Taua

Karib adalarında məskunlaşmış bir tayfaya məxsus Taua qadını təqribən 1000 il əvvəl Vest-Hindin Nevis adlı adanın qərb sahilində həlak olub. Onun demək olar ki, toxunulmamış skeleti 2011-ci ildə Ağ körfəz yanındakı bir çimərlikdə aşkar edilmişdi.

Karib hövzəsinin həmin dövrünə aid məlumatları azsaylı, ziddiyyətli və müxtəlifdir ki, bu da belə bir ixtiranın region tarixçilərinin böyük diqqətinə səbəb olduğunu göstərir. Tauanın bir neçə dişi yox idi. Alimlər bu qadının qida rasionunda şəkərin (bəlkə də qarğıdalının) çox olduğu qənaətinə gəlmişlər.

10. Penon qadın

Axırıncı Buzlaq dövründə yaşamış Penon qadın təqribən 13 000 min il öncə, 26 yaşında ölüb. Onun skeleti hazırda Mexikonun şəhərətrafı qəsəbələrindən birinin tərkib hissəsi olan nəhəng, tarixdənöncəki bir gölün qırağında aşkar edilib.

Demək olar ki, bütöv bir skelet 1959-cu ildə aşkar edilib və o vaxtlar bu tapıntının yaşının 5 min ildən artıq olmadığı hesab edilirdi. Onun həqiqi yaşı yalnız 2002-ci ildə müəyyən edilmişdi. Maraqlıdır ki, Penonun uzun və ensiz kəllə sümüyü müasir hindilərin kəllə sümüyünə bənzəmir. Arxeoloqlar bu qadının Amerikaya, böyük ehtimalla, Sakit okeandan qayıqla gəlib çıxdığı fərziyyəsini irəli sürmüşlər.

Digər bir fərziyyəyə əsasən, Penon qadın və Kennevik kişi (onun yanında aşkarlanan kişi skeleti) bu və ya digər şəkildə Atlantikanı yarıb keçən erkən avropalılar qrupuna aiddir. Lakin 2014-cü ildə, arxeoloqlar Meksika mağarasında Naya kimi tanınmış və təqribən 13 000-ə yaxın yaşı olan daha bir qadın skeleti aşkar etdikdən sonra, bu nəzəriyyə şübhə doğurmağa başladı. Nayanın da üzünün strukturu Penon qadınının üz strukturu kimi qeyri-adi idi.

Qeyd edək ki, səmavi kitab sayılan Tövrata görə isə Allahın yaratdığı ilk insan nəslinin ulu baba və nənəsi - Adəm və Həvvanın yaranması bizim eramızdan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Arxelooji tapıntılar, sümüklərin tədqiqatı ilk insanın Tövratda və İncildə yazılanlardan daha əvvəl təkamül yolu ilə yarandığını diqtə edir. Bu halda inancla elmin yolu ayrılır.

Oxunub: 521
Paylaş:
Digər xəbərlər

Səhiyyə

28-11-2022, 17:37

Qədimdə dişlər niyə sağlam olurdu? - Nə məcun vardı, nə fırça

Bioqrafiya

17-01-2020, 10:45

104 il yaşamış məşhur professor

Xəbərlər

27-08-2019, 15:18

İnsan maksimum nə qədər yaşaya bilər? ALİMLƏRİN RƏYİ

Əfsanələr və miflər

17-09-2018, 14:19

Titanlar, atlantlar və Tanrı övladları — Arxeoloji qazıntılarda tapılan nəhənglər hansı qövmə məxsusdur?

Manşet / Əfsanələr və miflər

9-07-2018, 11:38

ADƏM və HƏVVA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası
Niyə hemofiliya kişilərdə daha çox olur?
Vuçiç NATO ilə müharibədən imtina etdi
“Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
Ayaqlardakı ağrının 7 əsas səbəbi
Son xəbərlər
  • Bu gün, 17:54
    Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
  • Bu gün, 16:22
    Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası
  • Bu gün, 15:39
    Niyə hemofiliya kişilərdə daha çox olur?
  • Bu gün, 14:43
    Vuçiç NATO ilə müharibədən imtina etdi
  • Bu gün, 13:11
    “Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
  • Bu gün, 12:45
    Ayaqlardakı ağrının 7 əsas səbəbi
  • Bu gün, 11:05
    Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
  • Bu gün, 10:23
    Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
  • Dünən, 22:48
    İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
  • Dünən, 21:24
    Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
  • Dünən, 20:32
    Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
  • Dünən, 19:45
    Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
  • Dünən, 18:31
    Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
  • Dünən, 17:55
    Güclü külək əsəcək – Xəbərdarlıq edildi
  • Dünən, 16:51
    Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
  • Dünən, 15:33
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Dünən, 14:29
    ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
  • Dünən, 13:16
    İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
  • Dünən, 12:22
    İsti havalarda ayaqlar niyə şişir?
  • Dünən, 11:50
    Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
  • Dünən, 10:24
    ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 8-08-2026, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • 8-08-2026, 20:57
    Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
  • 8-08-2026, 19:38
    Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
  • 8-08-2026, 17:41
    Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
  • 8-08-2026, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • 8-08-2026, 14:25
    4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
  • 8-08-2026, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • 8-08-2026, 11:33
    Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə