Dietoloq Starodubova hamilə qadınları manqal yeməkləri yeməkdən çəkinməyə çağırıb.
Publika.az xəbər verir ki, kababın klassik bişirmə üsulu hamilə qadınlara və uşaqlara məsləhət görülmür.
Starodubovanın sözlərinə görə, kabab bişirən zaman bir tikə ət və ya quş ətinin içərisində temperatur 65-70 dərəcədən yuxarı qalxmır. Bu da ətin tam bişməməyinə səbəb olur.
Dietoloq əlavə edib ki, kabab yağlı və həzm olunmayan yeməkdir. Bundan əlavə, ətin növünə diqqət yetirməlisiniz: nə qədər yağlı olarsa, porsiya bir o qədər kiçik olmalıdır.