Süd məhsullarının ət yeməkləri ilə birlikdə istifadə olunması zərərlidir.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə endokrinoloq, qidalanma üzrə mütəxəssis Tatyana Boçarova danışıb. O bildirib ki, ət və süd məhsulları eyni yeməkdə bir yerdə olmamalıdır.
"Həqiqət budur ki, pendirdə, qaymaqda, süddə və qatıqda olan kalsium dəmirin udulmasını orta hesabla 50-60% azaldır. Uşaqların, hamilə qadınların, anemiya diaqnozu qoyulmuş xəstələrin qidalanmasından danışarkən bunu nəzərə almaq vacibdir", - ekspert əlavə edib.
Eyni zamanda qəhvə, çay, çörək, kartof, qarğıdalı və makaron da ətdə olan dəmirin sovrulmasını azaldır. Nişasta ilə zəngin qidalarla ət yemək sürətli kökəlməyə səbəb olur. (publika.az)