• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Onlar pensiya ala bilməyəcək - RƏSMİ
Səhər baş və boyun ağrısı ilə oyanmağınızın səbəbi bu ola bilər
Bakının qərarı Moskvanı təşvişə saldı: İrəvan da razıdır – Putinə ikitərəfli zərbə
Şagirdlər tədris vaxtı telefondan istifadə edə bilər? - Rəsmi
Yuxu həbləri yaddaşa ciddi ziyan vurur - Elmi tədqiqat
Türkiyə Təl-Əvivə hərbi müdaxiləyə hazırlaşır? – İsrailli ekspertdən EKSKLÜZİV
Qanınızdakı kofein bədən çəkisi və diabet riskinə təsir edə bilər - ARAŞDIRMA
Türkiyədən hücum xəbərdarlığı: Bu ölkəyə zərbələr endiriləcək – SİYAHI YAYILDI
Sensasiya: Rusiya PUA-ları birbaşa NATO bazasına uçurmuş...
Gündüz yuxusu zamanı 4 səhv
Rusiya Avropaya hücum edə bilər - Putin ilk anonsu verdi
İrəvan 50 illik xəritəni açdı, Bakı yanaşmanı dəyişdi – Sərhəddə kritik gəlişmə
Beyin buna görə yaşlanırmış - Alimlər ilk dəfə səbəbini tapdı
Marsda həyat olması ilə bağlı sübutlar tapıldı
Əncir qabığının dəriyə faydası sizi təəccübləndirəcək
Ölən şəxsin kredit borcunu ailəsi ödəməlidir? – Qanunda açıq yazılıb…
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Qarını şişirdən şəkərdir – Bağırsaqlarınız zəhərlə doludur
Dünya üçün arzuolunmaz ssenari işə düşür? – Ciddi təhlükə siqnalı verildi
Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Arterial təzyiqlə bağlı bilmədiyimiz nüanslar

Maraqlı

21-05-2021, 13:31

Arterial təzyiqlə bağlı bilmədiyimiz nüanslar


Məsələn, maraqlıdır ki, niyə həkimlər xəstəni müayinə edəndə mütləq təzyiqini ölçürlər, təzyiq aparatındakı "yuxarı" rəqəm nədən xəbər verir, "aşağı" rəqəm hansı təhlükəni göstərir - Sputnik Azərbaycan bu suallara cavab axtarıb.

Arterial təzyiq - sağlamlığın mühüm göstəricisi sayılır. Pasiyent xəstəxanaya hansı vəziyyətdə daxil olursa-olsun, istər öz ayağı ilə gəlsin, istərsə də təcili yardım maşınında, fərqi yoxdur, ilk növbədə onun təzyiqini ölçürlər. Bəs bu göstərici niyə belə əhəmiyyətlidir?

Sistoloji və diastoloji: "yuxarı" və "aşağı" təzyiq nəyə "cavabdehdir"

Arterial təzyiq sağlamlığımızın ilk ən vacib göstəricisidir. Əgər təzyiq normadan kənara çıxırsa, bu bədənimizin verdiyi SOS siqnalıdır: deməli, orqanizmdə nəsə yolunda getmir, problem yaranmağa başlayıb.

Bəs təzyiq aparatındakı bu rəqəmlər nəyi göstərir? Hər şey çox sadədir. Havadakı oksigen suda həll olur və müəyyən fizioloji təzyiq altında (iki rəqəmlə təyin olunur və kəsrlə yazılır, məsələn, 120/80 normal təzyiq sayılır) qana daxil olur, qırmızı qan kürəcikləri olan eritrositlər onu bədənin bütün hüceyrələrinə çatdırır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, arterial təzyiq sistoloji (ürək təzyiqi və "yuxarı" təzyiq) və diastoloji (böyrək təzyiqi və ya "aşağı" təzyiq) olur. Ümumilikdə isə qan təzyiqi yüksək, aşağı və qeyri-sabit şəklində qeyd olunur.

"Yuxarı" və "aşağı" təzyiq arasındakı fərq

Arterial təzyiqin yüksəlməsi bir çox xəstəliyin simptomu hesab oluna bilər. Bəzən "yuxarı" və "aşağı" təzyiq arasındakı yüksək fərq də müşahidə olunur ki, bu da orqanizmin stressə, həddən artıq fiziki hərəkətə və ya aclığa təbii reaksiyasıdır. Ancaq "istirahət vəziyyətində" də belə sıçrayışlar müşahidə edilərsə, bu, həyəcan təbili çalmaq üçün səbəb sayıla bilər.

"Yuxarı" və "aşağı" təzyiq arasındakı fərq (bunu "nəbz təzyiqi" də adlandırırlar) ideal vəziyyətdə 40-50 vahiddən çox olmamalıdır. Əgər bu göstəricilər bir-birindən xeyli fərqlənirsə, xəstə bunu dərhal hiss edir: başı ağrımağa başlayır, süstlük yaranır, diqqəti zəifləyir, özünü gərgin hiss edir.

"Yuxarı" və "aşağı" təzyiq arasındakı fərq 40-50 vahidi əhəmiyyətli dərəcədə ötərsə, bu ateroskleroz, aortanın, arteriyaların, ürəyin sol mədəciyinin patologiyaları ilə əlaqədar ola bilər.

Yox, əgər tonometr "yuxarı" və "aşağı" təzyiq arasındakı fərqin çox kiçik olduğunu göstərirsə, bu zaman mütləq həkimə müraciət edib ciddi müayinədən keçmək lazımdır: çünki sözügedən göstərici hipoksiya, görmə qabiliyyətinin itməsi, hətta bəzən ürəyin dayanmasına gətirib çıxara bilər.

Bəs "yuxarı" və "aşağı" təzyiq arasındakı fərq nədən xəbər verir? Bu, ürəyin sol mədəciyinin iflici, miokardit, taxikardiya, aorta darlığı, ürək çatışmazlığı, kardioskleroz və bir çox başqa patologiyaların simptomu ola bilər. Beləliklə, "yuxarı" və "aşağı" təzyiq arasındakı fərqin çox olması kimi az olması da təhlükəlidir.

Təzyiqdə təhlükəli göstərici

"Yuxarı" və "aşağı" təzyiq arasında fərq 50 vahiddən çoxdursa, bu artıq təhlükəli göstərici hesab olunur. Bunun əsas səbəbi ilk növbədə yaşla bağlıdır. İnsan yaşlananda ürək və qan damarları öz funksiyalarını daha zəif şəkildə yerinə yetirir. Mütəxəssislər, həmçinin bu təzahürün səbəbləri sırasında həzm orqanları, öd kisəsi, böyrəklər, damarlar və beyin mərkəzi ilə bağlı problemləri də sadalayırlar.

Hər bir halda, bu durumda özünümüalicə ilə məşğul olmamaq, ixtisaslı həkimə müraciət etmək lazımdır.

Qan təzyiqinə təsir göstərən amillər çoxdur, onlardan ən əsaslarını nəzərdən keçirək.

Qan təzyiqi stress nəticəsində necə artır

Qan təzyiqinin yüksəlməsinin ilkin səbəbi stressdir, daha doğrusu, stress və ya qorxu hissi nəticəsində ayrılan adrenalin hormonudur. Belə ki, bu maddə damarları daraltmaq gücünə malikdir. Bu, səfərbəredici hormondur. İnsanın yaradılışından belə nəzərdə tutulub ki, əgər sizi kimsə hirsləndiribsə, qorxudubsa və siz də hücum etməyə, yaxud bu qorxudan qaçmağa hazırlaşırsınızsa, o zaman qan damarları həddən artıq daralır ki, zədə və ya yara zamanı qan itkisi az olsun.

Lakin qana çoxlu miqdarda adrenalin daxil olması yalnız həyati təhlükə olan kritik anlarda yaxşıdır. Həmin hormon stressdən sonrakı bir saat ərzində orqanizmi tərk etməlidir, əks təqdirdə, adrenalinin spazm yaratma təsiri insana xeyli zərər vura bilər.

Bu hal əslində hamıya məlumdur. Məsələn, tutaq ki, siz pis xəbər almısınız, nəticədə qan ani olaraq başa vurur, təzyiqi ölçdükdə isə onun kəllə-çarxa çıxdığı məlum olur.

Əgər buna qarşı hər hansı tədbir görülməsə, bu, infarktla nəticələnə bilər. Ürək əzələsində damar həddən artıq daraldıqda, onun qanla təchiz etdiyi hüceyrələr kifayət qədər oksigen ala bilmir. Bu hal uzun müddət davam etdikdə hüceyrələrin oksigen tələbatı artır, uzun müddət oksigen aclığı isə həmin damar ətrafındakı toxumaların nekrozuna (ölməsinə) gətirib çıxarır. Əgər bu zaman orqanizmin fiziki yükü artarsa, daralmış damar öhdəsindən gələ bilmədiyi yükə tab gətirməyərək partlaya bilər.

Ürəyin özünün vəziyyəti burada heç bir əhəmiyyət kəsb etmir. Bu hallar cavan adamlarda da baş verə bilər. Məsələ qanın qatılaşmasındadır. Onun qatılaşmasının səbəbi isə düzgün qidalanmamaq, oturaq həyat tərzi, düzgün fiziki yüklənmələrin olmaması, kifayət qədər su içilməməsində ola bilər.

Yaşlandıqca orqanizmdə damarların vəziyyəti pisləşir - onlara adrenalinin təsiri artdıqda isə arterial təzyiq yüksəlir. Əgər bu halda insan birdən-birə ayağa qalxarsa (fiziki yükü artırarsa), bu zaman qan damarı partlaya, qan sıza bilər. Özü də sızmanın harada baş verməsinin əhəmiyyəti yoxdur (baş beyin, ürək, böyrək). İstənilən halda nəticə eynidir - infarkt, insult.

Sakit stress, yəni uzun müddət gərginlikdə olmaq da təhlükəlidir. Əslində az miqdarda, lakin davamlı olaraq adrenalin axması da təzyiqin artımına səbəb ola bilər. Bundan sonra isə hadisələr artıq yuxarıda qeyd olunduğu kimi cərəyan edəcək.

Təzyiqi necə aşağı salmaq olar?

Stress vəziyyətində qanda adrenalinin miqdarını azaltmaq lazımdır. Bu hormon orqanizmdən aşağıdakı yollarla çıxarılır:

1. Tərləməklə. İnsan nədənsə qorxanda və ya qaçanda tərləyir;

2. Sidik ifrazı yolu ilə. Uşaqlarda, adətən qorxu zamanı qeyri-iradi olaraq sidik ifrazı baş verir;

3. Göz yaşı ilə. Bu cür hallarda qadınların köməyinə göz yaşları gəlir, ona görə də infarkt halları qadınlarda kişilərə nisbətən daha az baş verir.

Əgər qaçmaq və ya ağlamaq imkanı yoxdursa, stressin öhdəsindən başqa yolla da gəlmək olar - yarım litr az qələvili, isti (təqribən 40°C) su içmək lazımdır. Bu, damarları genişləndirəcək, insan tərləyəcək və ayaqyoluna gedəcək.

Yadda saxlayın, adrenalin qana təkcə pis xəbər alan zaman daxil olmur. Bu hormon, həmçinin narkotik sərxoşluq halına yaxın ekstaz vəziyyətində yarana bilər. Bu isə istənilən ekstremal əyləncələr zamanı baş verir: paraşütlə tullanmaq, avtomobil yarışı, slalom və s. Odur ki, ekstremal əyləncələrə onun mümkün nəticələrini anlayaraq baş vurmaq məsləhətdir.

"Aşağı" təzyiq nə deməkdir?

Qan böyrəklərə müəyyən təzyiq altında daxil olur. Bura gələn qan duru və tərkibində qələvi miqdarı az olmalıdır (qanda normal рН turşu-qələvi balansı 7,43-dür) ki, böyrək onu özündən keçirərək asanlıqla və faydalı şəkildə təmizləsin.

Sidik özü də müəyyən təzyiq altında filtrdən keçir. Bir saat ərzində böyrəklərdən təqribən 100 litr qan keçir. Əgər insanın qida rasionunda fast-fud yeməklər, emal olunmuş ət məhsulları, sirkəli məhsullar çoxluq təşkil edirsə, əgər insan kifayət qədər su içmirsə, alkoqollu içkilər qəbul edirsə, tez-tez angina xəstəliyinə tutulursa - qan qatılaşır, yapışqanlığı artır, рН müvazinətini itirir.

Nəticədə qan böyrək kanallarını doldurur (qapayır). Deməli, böyrəkdən bir saatda 100 litr qan keçməsi üçün orqanizm təzyiqi artırmalıdır ki, filtrlənmə prosesinin sürəti pozulmasın və qan vaxtında ürəyə qayıtsın. Buna cavabdeh orqan isə böyrəküstü vəzilərdir.

Təzyiq yüksək olduqda böyrək uzun müddət işləyə bilməyəcək və fiziki cəhətdən əziyyət çəkəcək. Kanallar tədricən partlayacaq, nəticədə orqanizm üçün vacib olan zülal, şəkər sidiyə axacaq. Əgər bu prosesə bakteriyalar da qoşulsa, pielonefritlər və digər fəsadlar meydana çıxa bilər.

Təzyiq artdıqca insanlar hipotenziv vasitələr qəbul edir, təzyiq aşağı düşür. Lakin əgər səbəb aradan qaldırılmayıbsa, böyrəküstü vəzilər təzyiqi yenidən artıracaq, çünki qan yenidən müəyyən sürətlə ürəyə qaytarılmalıdır. Axı ürək prinsipial olaraq qansız qala bilməz: 15 dəqiqə qansız qalarsa, ürək dayanar.

Beləliklə, arterial təzyiq göstəricilərində yuxarı rəqəmlər həddən artıq yüksəkdirsə, məsələn, 165/85 - bu, damarlarda spazm nəticəsində yaranan stress təzyiqidir. Yox, əgər aşağı göstəricilər həddən artıq yuxarıdırsa, məsələn 120/100, o zaman qanın və ya böyrəyin yapışqanlığını yoxlamaq lazımdır.

Qan təzyiqi niyə aşağı düşür

Qan təzyiqi damarların tonusdan düşdüyü, qanın durulduğu hallarda azalır. Əsas səbəbi aradan qaldırmadan təzyiqi qaldırmaq çətindir.

Aşağı təzyiq zamanı adətən adoptogen preparatlar köməyə gəlir. Lakin onlardan müvəqqəti vasitə kimi istifadə etmək olar. Klimakterik dövrdə olan qadınlar özlərinə daha çox qayğı göstərməli və hormonların səviyyəsini nəzarətdə saxlamalıdırlar.

Təzyiq niyə "tullanır"?

A/T qeyri-sabitliyi (vegetativ damar dəyişikliyidir) - vegetativ sinir sistemində pozuntudur. Vegetativ sinir sistemi onurğa sütunu boyunca yerləşir. Vegetativ damar distoniyasının (VDD) əsas əlamətləri hamıya məlumdur - baş gicəllənməsi, qeyri-sabit təzyiq, yalançı baş ağrıları. Burada qan dövranını yaxşılaşdıran preparatlar kömək etməyəcək. VDD zamanı orqanizmə əsas kömək onurğanın əzələ karkasının möhkəmləndirilməsidir. Bu mənada, onurğa üçün gimnastika, ortopedik yastıq üzərində yatmaq orqanizmin köməyinə gələ bilər.

Qan təzyiqini necə normallaşdırmalı?

Bir məsələni başa düşmək lazımdır ki, orqanizmdə təzyiq həmişə ona salamat qalmaq lazım olan qədər olur. Onu insan deyil, orqanizm özü korreksiya edir. Siz daha çox nəticəni deyil, səbəbi aradan qaldırmaq barədə düşünməlisiniz. Əgər təzyiqinizin yuxarı rəqəmləri yüksəkdirsə, deməli, bu, adrenalinin təsiridir. Odur ki, stressə gülün, su için, düzgün nəfəs alın, görəcəksiniz ki, hər şey heç də pis deyil.

Yox, əgər aşağı rəqəmlər yüksəlibsə, böyrəklərinizin qayğısına qalın. Qanınız duru olmalıdır, odur ki, orqanizmdə su balansına riayət edin. Böyrəklərinizi su ilə yuyun, bu orqan orqanizmdən maddələri xaric edən orqandır. Sink, selenium, C vitamini böyrəklərin xoşuna gəlir.

Qanın "yağlı" olmaması üçün yemək rasionunuzu nəzərdən keçirin, qaraciyərinizə izafi xolesterini neytrallaşdırmaqda kömək edin. Çox doymamış yağ turşuları qəbul edin. Yemək yeyilmə prosesinə diqqət yetirin - səhər və ya şam yeməyi üçün süfrəni qəşəng düzəldin. Faydalı yemək çox dadlı olur və insana xoş əhval bəxş edə bilər.

Düzgün fiziki yüklənmələri də seçmək lazımdır - üzgüçülük və ya Skandinaviya yerişi ilə məşğul olun, qida rasionunuza kalium, sink və selenium əlavə edin. Xolesterin kürələrini əritmək üçün bitki fermentləri lazımdır: banan, ananas, papayya, qreypfrut və s.

Əgər qida rasionunuza Q10 kofermentini də əlavə etsəniz, ürəyiniz sizə minnətdar olar.

Səhhətinizə şüurlu, sistemli şəkildə və ən əsası qayğı ilə yanaşın!

Oxunub: 485
Paylaş:
Digər xəbərlər

Araşdırma

2-08-2020, 16:34

Hansı qan təzyiqi normal, hansı yüksək sayılır? İZAH

Maraqlı

12-07-2020, 15:46

Arterial təzyiq kimlərdə daim ölçülməlidir?

Maraqlı

18-05-2020, 10:44

Arterial təzyiq kimlərdə daim ölçülməlidir?

Səhiyyə

21-12-2019, 17:16

AŞAĞI və YUXARI təzyiq nə deməkdir?

Manşet / Araşdırma

2-11-2018, 00:04

Aşağı təzyiq əlamətləri, müalicəsi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Onlar pensiya ala bilməyəcək - RƏSMİ
Səhər baş və boyun ağrısı ilə oyanmağınızın səbəbi bu ola bilər
Bakının qərarı Moskvanı təşvişə saldı: İrəvan da razıdır – Putinə ikitərəfli zərbə
Şagirdlər tədris vaxtı telefondan istifadə edə bilər? - Rəsmi
Yuxu həbləri yaddaşa ciddi ziyan vurur - Elmi tədqiqat
Türkiyə Təl-Əvivə hərbi müdaxiləyə hazırlaşır? – İsrailli ekspertdən EKSKLÜZİV
Son xəbərlər
  • Dünən, 22:26
    Onlar pensiya ala bilməyəcək - RƏSMİ
  • Dünən, 21:30
    Səhər baş və boyun ağrısı ilə oyanmağınızın səbəbi bu ola bilər
  • Dünən, 20:13
    Bakının qərarı Moskvanı təşvişə saldı: İrəvan da razıdır – Putinə ikitərəfli zərbə
  • Dünən, 19:46
    Şagirdlər tədris vaxtı telefondan istifadə edə bilər? - Rəsmi
  • Dünən, 18:24
    Yuxu həbləri yaddaşa ciddi ziyan vurur - Elmi tədqiqat
  • Dünən, 16:09
    Türkiyə Təl-Əvivə hərbi müdaxiləyə hazırlaşır? – İsrailli ekspertdən EKSKLÜZİV
  • Dünən, 15:25
    Qanınızdakı kofein bədən çəkisi və diabet riskinə təsir edə bilər - ARAŞDIRMA
  • Dünən, 14:50
    Türkiyədən hücum xəbərdarlığı: Bu ölkəyə zərbələr endiriləcək – SİYAHI YAYILDI
  • Dünən, 13:48
    Sensasiya: Rusiya PUA-ları birbaşa NATO bazasına uçurmuş...
  • Dünən, 12:38
    Gündüz yuxusu zamanı 4 səhv
  • Dünən, 11:43
    Rusiya Avropaya hücum edə bilər - Putin ilk anonsu verdi
  • Dünən, 10:22
    İrəvan 50 illik xəritəni açdı, Bakı yanaşmanı dəyişdi – Sərhəddə kritik gəlişmə
  • Dünən, 09:02
    Beyin buna görə yaşlanırmış - Alimlər ilk dəfə səbəbini tapdı
  • 11-09-2025, 22:24
    Marsda həyat olması ilə bağlı sübutlar tapıldı
  • 11-09-2025, 21:17
    Əncir qabığının dəriyə faydası sizi təəccübləndirəcək
  • 11-09-2025, 20:36
    Ölən şəxsin kredit borcunu ailəsi ödəməlidir? – Qanunda açıq yazılıb…
  • 11-09-2025, 19:21
    Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
  • 11-09-2025, 18:25
    Qarını şişirdən şəkərdir – Bağırsaqlarınız zəhərlə doludur
  • 11-09-2025, 17:44
    Dünya üçün arzuolunmaz ssenari işə düşür? – Ciddi təhlükə siqnalı verildi
  • 11-09-2025, 16:11
    Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
  • 11-09-2025, 15:31
    Tahini və qara zirənin faydaları
  • 11-09-2025, 14:23
    Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
  • 11-09-2025, 13:35
    İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
  • 11-09-2025, 12:03
    Əllər və biləklər niyə ağrıyır?
  • 11-09-2025, 11:42
    Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
  • 11-09-2025, 10:20
    Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...
  • 11-09-2025, 09:09
    B12 vitamini aşağıdırsa xərçəng riski var - Neçə olmalıdır?
  • 10-09-2025, 21:44
    Ayrana zəncəfil əlavə edib için - Faydaları
  • 10-09-2025, 20:39
    Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
  • 10-09-2025, 19:14
    Polşa Belarusla sərhədləri bağlayır: yalnız bu halda açılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə