• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşağın immun sistemini məktəbdən əvvəl necə gücləndirmək olar? Həkim tövsiyələri

Maraqlı

26-08-2020, 13:38

Uşağın immun sistemini məktəbdən əvvəl necə gücləndirmək olar? Həkim tövsiyələri


Növbəti tədris ilinin başlaması uşaqlar üçün sevinc mənbəyidir. Uşaqlar sinif yoldaşları ilə dərslərdə iştirak edir, dostları ilə oynayır, maraqlı vaxt keçirirlər.

Lakin tədris ilinin başlaması payızın gəlişinə, havaların soyumasına təsadüf edir. Bu zaman isə immun sistemlərinin onsuz da zəif olduğu bəzi uşaqlar mövsümi respirator infeksiyalara daha həssas olurlar. Bundan əlavə hazırda daha ciddi virus infeksiyası olan – koronavirus pandemiyası ilə əlaqədar olaraq vəziyyət bir qədər də çətinləşir.

Bildiyimiz kimi, istənilən infeksiyalarda olduğu kimi koronavirus infeksiyası ilə mübarizədə vacib şərt gigiyena qaydalarının gözlənilməsi və xəstə şəxsin izolyasiyasının təşkil edilməsidir. Lakin, tədris müddətində uşaqların və tədris işçilərinin dərs otaqlarında, uşaqların kütləvi toplaşdığı digər yerlərdə (yeməkxana, idman zalı və s.) gün ərzində bir neçə saat müddətində vaxt keçirtmək məcburiyyətində olmalarını nəzərə alsaq, özünü virusdan qorumaq bir qədər də çətinləşir və yoluxma ehtimalı daha da artır.

Həmçinin uşaqlar (xüsusən də kiçik yaşlı uşaqlar) virus, yoluxma və pandemiyanın nə olduğunu tam anlamırlar. Buna görə də valideynlərin və tədris işçilərinin bu sahədəki işi daha da artır. Onların əsas vəzifəsi uşaqlara gigiyena qaydalarının vacibliyini başa salmaq, tədris mərkəzlərində bu qaydaların gözlənilməsi üçün maarifləndirici təlimləri təşkil etmək, tədris ocaqlarını lazımi gigiyenik vasitələrlə (əsasən etil spirti tərkibli dezinfeksiyaedici maddələr və məhlullar, sabun, kağız salfetlər və s.) təmin etmək və tədris ocaqlarının dezinfeksiyası tədbirlərinin lazımi qaydada aparılmasına nəzarət etməkdir.

Uşaqlar və böyüklər arasında yoluxma hallarının azaldılması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası ilə mübarizədə gigiyena qaydalarının və izolyasiyanın vacibliyini qeyd edir və bu məqsədlə aşağıdakı sadə və effektli tövsiyələri verir:

- tibbi maskalardan istifadə edin;

- dezinfeksiyaedici maddə ilə (tibbi spirt əsaslı) əllərinizi müntəzəm təmizləyin və ya sabun ilə yuyun;

- ətrafdakı şəxslərlə arasında ən azı 1 metr məsafə saxlayın;

- insanların kütləvi toplaşdıqları məkanlarda olmaqdan qaçının;

- üzünüzə, xüsusən də burun və ağzınıza, gözlərinizə toxunmayın;

- öskürərkən və ya asqırarkən dəsmaldan (birdəfəlik salfetdən istifadə daha yaxşıdır) istifadə edin və ya dirsəyinizlə ağzınızı və burnunuzu örtün;

- əgər uşağınızda (və ya özünüzdə) hətta zəif dərəcədə belə ifadə olunmuş baş ağrısı, halsızlıq, yüngül hərarət, öskürək və s. simptomları hiss edirsinizsə, uşağınızı təcrid edin, məktəbə buraxmayın. Ola bilsin ki, bu yüngül simptomlar xəstəliyin başlanğıc əlamətləridir və uşağınız artıq yoluxub. Bu halda uşağınız ətrafdakı digər şəxsləri də yoluxdura bilər;

- əgər hərarətiniz varsa, öskürürsünüz və nəfəs almaqda çətinlik çəkirsinizsə, özünüzü izolyasiya edin, karantin qaydalarına və ölkənizdəki səhiyyə sisteminin təşkil etdiyi tibbi xidmət qaydalarına əsasən həkimlə əlaqə saxlayın və müayinə olunun.

ÜST koronavirus infeksiyası ilə mübarizədə hansısa qidaların, qida əlavələrinin, probiotiklərin, bitki çaylarının və s. effektli rolunun olması haqda sübuta yetirilmiş tədqiqatların olmadığını bildirir. İnfeksiya ilə mübarizədə yalnız gigiyena qaydalarının gözlənilməsinin və xəstə şəxsin izolyasiyasının vacibliyini bir daha qeyd edir!

Lakin o da məlumdur ki, uşaqların qida rasionunu, rejimini düzgün təşkil etməklə immun sisteminin fəaliyyətinə dəstək olmaq olar. Bu məqsədlə aşağıdakı tövsiyələrə riayət edə bilərsiniz:

- Gündəlik yuxu rejiminin təşkilinə nəzarət etmək lazımdır. Yuxu və immunitetin biri biri ilə sıx əlaqəli olması, normal yuxu almayan və daimi yorğun olan şəxslərin müxtəlif infeksiyalara qarşı daha həssas olmaları müxtəlif tədqiqatların verdiyi məlumatlarda sübuta yetirilmişdir. Buna görə də uşaqlarda gündəlik rejimin, xüsusən də yuxunun düzgün təşkili vacibdir. Aşağı yaşlı uşaqlarda və körpələrdə ən azı 14, yeniyetmələrdə isə 8-10 saata qədər gecə yuxusunun olması tövsiyə edilir.

- Hər gün nizamlı şəkildə, orqanizmi həddən artıq yormadan müəyyən saat müddətində fiziki aktivliklə məşğul olmaq lazımdır.

- Uşaqların gündəlik rasionunda vitaminlər (xüsusən də vitamin D və C), mikroelementlər və antioksidantlarla zəngin qidalara, meyvə və tərəvəzlərə yer verilməlidir. Uşaqda analiz nəticəsində D vitamininin defisiti aşkar olunduqda həkimin təyinatı ilə bu vitamini vermək lazımdır.

Həkim tövsiyəsi olmadan sağlam şəxslərin profilaktika məqsədilə özbaşına hər hansısa preparatları, xüsusən də immunostimulyatorlar, steroidlər (hormonlar), damardaxili infuziyaları və s. dərman preparatlarının qəbulu qəti şəkildə tövsiyə edilmir.

Oxunub: 718
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-08-2020, 12:44

"15 sentyabrda başlanan dərslər belə keçirilməlidir" — AÇIQLAMA

Xəbərlər

5-06-2020, 12:53

Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Xəbərlər

9-05-2020, 00:16

SON DƏQİQƏ: “Növbəti ildə də dərslər başlamaya bilər...” - AÇIQLAMA

Araşdırma

18-03-2020, 10:26

Koronavirusa ən az uşaqlar və yeniyetmələr yoluxur

Xəbərlər

3-09-2019, 20:32

Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Son xəbərlər
  • Bu gün, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Bu gün, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Bu gün, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Bu gün, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Bu gün, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Bu gün, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Bu gün, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Bu gün, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • Dünən, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • Dünən, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • Dünən, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • Dünən, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • Dünən, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • Dünən, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • Dünən, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • Dünən, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • Dünən, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • Dünən, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • Dünən, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • Dünən, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • Dünən, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • Dünən, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
  • 18-06-2026, 16:31
    Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
  • 18-06-2026, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə