• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Maduro Azərbaycandan sığınacaq istəyib? – AÇIQLAMA
44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan
Gözlərdə quruluq niyə yaranır və necə aradan qaldırmaq olar?
Türkiyəyə xoş xəbər: döyüşlər gedən ərazi azad edilir
Müəllimlər nə vaxtdan tamştat işləyəcək? - Nazirdən açıqlama
Stresdən çıxaran qidalar
Rusiyaya işarə: Sərhəddə NATO təlimləri başladı
Zəvvarlar Ərəbistanda qəzaya düşdülər: 42 ölü
Təzyiqi salmaq üçün qatığa iki inqrediyent əlavə edin
Qoz qabığını atmayın: Məişətdə 6 effektiv istifadə üsulu
Dünya bu qərardan danışır: Ukraynalılara qəzəblənib Zelenskini hədəfə aldılar
Kirayə evlərlə bağlı mühüm proqnoz verildi – Yeni qərardan sonra…
Şəkər xəstəliyini məğlub etməyin yeni yolu tapıldı
Kaya Kalas: Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlayır
5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər
Eyni anda 9 uşağa hamilə qaldı
Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?
Qriqoryandan qeyri-adi elan: Azərbaycanlıların gözlədiyi tarix bilindi, lakin…
Emosional ağrının öhdəsindən necə gəlmək olar? - Psixoloqdan məsləhət
Kritik dövr başlayır: Neft gəlirləri azalır – çıxış yolu nədir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Körpəmin suya ehtiyacı varmı?

Maraqlı

19-08-2020, 19:49

Körpəmin suya ehtiyacı varmı?


Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir?

Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətər yetirə bilər. Körpələrə su, çay, şəkər suyu və şirələr kimi digər mayelərin verilməsi təcrübəsi, həyatın ilk aylarında bütün dünyada geniş yayılmışdır. Bu təcrübə daha çox körpə həyatının ilk aylarında həyata keçirilir. Lima, Peru ətrafında aparılan araşdırmalar göstərir ki, körpələrin 83 faizi həyatın ilk aylarında su və çay alır. Qambiya, Filippin, Misir və Qvatemalanın bir sıra icmalarında aparılan tədqiqatlar göstərdi ki, yenidoğulanların 60 faizi şəkər suyu və ya çay alır.

Körpələrə su əlavə etmək üçün gətirilən səbəblər müxtəlif mədəniyyətlərdə fərqlənir. Ən ümumi səbəblərdən həyat üçün zəruri olduğu, susuzluğun yatırılması üçün, ağrıları azaldır (kolik və ya qulaq ağrısından), soyuqdəymə və qəbzliyin qarşısını alır və qıcıqlanmanı sakitləşdirir kimi səbəblər göstərilmişdi.

Mədəni və dini inanclar da erkən uşaqlıq dövründə su qəbuluna təsir göstərir. Nəsildən-nəslə ötürülən atalar sözləri analara uşaqlara su verməyi məsləhət görür. Su həyat mənbəyi kimi qəbul edilir, mənəvi və fizioloji ehtiyacın ödənilməsi kimi göstərilir. Bəzi mədəniyyətlər yenidoğulana suyun verilməsi aktını bu dünyada uşağı salamlamaq üçün bir yol kimi nəzərdən keçirirlər.

Tibb işçilərinin tövsiyələri də bir çox icma və xəstəxanalarda suyun istifadəsinə təsir göstərir. Məsələn, Qana şəhərlərindən birində aparılan tədqiqat göstərmişdir ki, tibb bacılarınn 93 faizi hesab edir ki, həyatın ilk günündən başlayaraq suyun bütün körpələrə verilməsi lazımdır. Misirdə bir çox tibb bacısı analara doğuşdan sonra şəkər suyu verməyi məsləhət görürlər.

Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə düzgün əmizdirməyə dair 10 məcəlləsinin 6-cı maddəsində “Tibbi göstəriş istisna olmaqla, yeni doğulmuşlara ana südündən başqa heç bir qida və mayenin verilməməsi” qeyd olunur.

Niyə ilk 6 ay ərzində müstəsna olaraq südəmizdirmə tövsiyə olunur?

Beynəlxalq qaydalar, körpələrin sağlam yaşaması, böyüməsi və inkişafı üçün ilk altı ay ərzində yalnız ana südü ilə bəslənməsini məsləhət görür. Ana südü körpəni həyatının ilk altı ayı üçün lazım olan bütün enerji və qida maddələri ilə təmin edir. Müstəsna südəmizdirmə ishal və sətəlcəm xəstəliyi kimi ümumi uşaq xəstəliklərinə yaxalanmış körpələrin ölüm hallarını azaldır, xəstəlik zamanı sağalma prosesini sürətləndirir.

Sent-Luis Uşaq Xəstəxanasının Diaqnostika Mərkəzinin keçmiş direktoru, tibb elmləri doktoru Ceyms P. Kitinqın fikrincə, həddindən artıq su uşağın orqanizmində natriumun normal səviyyəsini durulaşdırır və qıcolmalara, komaya, beyin pozğunluğuna və ölümə gətirib çıxara bilər.

Yenidoğulanlar üçün (xüsusilə 4-5 həftəyə qədər) əlavə suyun verilməsi riskli ola bilər. Əlavə suyun verilməsi bilirubin (sarılıq) səviyyəsinin artması, çəki itkisi və yenidoğulmuşların xəstəxanada uzun müddət qalması ilə əlaqələndirilir.

Həddindən artıq çox su Oral Su intoksikasiyası adlanan ciddi vəziyyətə gətirib çıxara bilər. Su ilə digər mayelər kalori əlavə etmədən körpəni doydururlar, buna görə əlavə suyun verilməsi körpə üçün kilo itkisinə (və ya kifayət qədər çəki yığmamasına) səbəb ola bilər. Əlavə su içən körpələr, ana südü ilə qidalanmaqda daha az maraqlı olurlar. Və bu səbəbdən sonra körpəni sinəyə qaytarmaq çətinlik yarada bilər.

Ana südü ilə əmizdirilən körpələr necə kifayət qədər su ala bilir?

Yalnız ana südü ilə əmizdirildiyi, ana südünün müstəsna və məhdudiyyətsiz (gündüz və gecə zamanı) verildiyi halda hərarətdən, rütubətdən, və körpənin fəaliyyət səviyyəsindən asılı olmayaraq heç bir əlavə mayelərin verilməsinə ehiyac yoxdur. Gəlin daha ətraflı ana südünün tərkibinə nəzər salaq.

Ana südü 88 faiz sudan ibarətdir. Lakin bu, adi su deyil, bioloji aktiv sudur. Ana südü körpə orqanizmi tərəfindən tam mənimsənilir və onun suya olan ehtiyacını tam ödəyir. Yalnız körpənin ana südü ilə əmizdirildiyi halda ana südünün tərkibində olan su miqdarı körpənin su tələblərinə cavab verir və əhəmiyyətli dərəcədə təhlükəsizlik təmin edir. Yeni doğulmuş körpələr bəsləndikləri qatı sarımtıl ilk südün (kolostrum) tərkibində az su olur, körpələr doğulduğu zaman əlavə su ilə anadan olurlar, beləliklə bu halda onlara əlavə suyun verilməsi tələb olunmur. Daha yüksək su tərkibi olan süd, adətən, üçüncü və ya dördüncü günə "gəlir".

Ana südündə həll olunan maddələr az sayda olur.

Suyun əsas funksiyalarından biri sidikdə artıq həll olunan maddələrin çıxarılmasıdır. Həll olunan maddələrə məsələn, natrium, kalium, azot və xlorid kimi maddələr aiddir. Təxminən üç aya qədər böyrəklər tam inkişaf etməmiş olsa da, bədənin sağlam, balanslı kimyasını təmin etmək üçün sidikdə həll olunan maddələrin konsentrasiyasını nizamlaya bilirlər. Ana südündə həll olunan maddələrin sayı az olduğundan, körpələr böyük uşaqlar və ya böyüklər kimi suya ehtiyac duymurlar.

Altı aya qədər uşağa su vermək zərərli ola bilərmi?

Altı ayına çatana qədər suyun təklif edilməsi sağlamlıq üçün əhəmiyyətli təhlükə yarada bilər.

- Suyun əlavə edilməsi ana südünün azalma riskini artırır

Ana südünün yüksək və ya ümumən qida dəyəri olmayan maye ilə qarışdırılması uşağın qida statusuna, onun hər hansı bir xəstəlikdən sağalmasına, böyüməsinə və inkişafına mənfi təsir göstərə bilər. Hətta az miqdarda su və ya digər mayelər uşağın kiçicik mədəsini dolduraraq, tərkibi qidalı maddələrlə zəngin ana südü ilə bəslənməyə mane olur. Araşdırmalar göstərir ki, körpəyə 6-cı ayına qədər suyun verilməsi, ana südünün qəbulunu 11%-ə qədər azalda bilər. Həyatının ilk həftəsində suya qlükoza əlavə edilməsi isə körpənin daha çox çəki itirməsinə və xəstəxanada daha uzun müddət qalması ilə nəticələnir.

- Əlavə suyun verilməsi xəstəliyin yaranma ehtimalını artırır.

Su və suyu vermək üçün müxtəlif vasitələr patogenlərin yayılması üçün bir yoldur. Xüsusilə pis gigiyena və sanitariya şəraitində körpələrin diareyaya səbəb olan orqanizmlərə yoluxma halları daha da artır. Ana südü uşağa təmiz suyun kifayət qədər və asan əldə edilə bilən ehtiyatını təmin edir. Filippində aparılan tədqiqatlar yalnız ana südü ilə qidalanmanın üstünlüklərini və diareya xəstəliklərinə qarşı qeyri-qidalandırıcı mayelərlə erkən əlavələrin zərərli təsirini təsdiq edir. Körpələrin yaşından asılı olaraq, ana südü ilə yanaşı əlavə su, çay və dərman preparatları verilən uşaqlarda, yalnız ana südü ilə qidalanan körpələrlə müqaisədə iki-üç dəfə çox ishal halları ilə qarşılaşması müşahidə olunmuşdu.

- Qızmar və quraq şəraitdə müstəsna ana südü ilə əmizdirilən körpələrin əlavə su ilə qidalanmasına ehtiyac yoxdur.

İlin ən isti və quraq mövsümündə, yalnız ana südü ilə qidalanan körpələrin son dərəcə isti və quru iqlim şəraitində əlavə suya ehtiyacı olub-olmadığını müəyyən etmək üçün bir sıra araşdırmalar aparılıb. Belə ki, Hindistanın 4 kəndində bu məqsədlə xüsusi tədqiqatlar aparılmışdır. Səhərin erkən saatları istisna olmaqla, ətraf mühitin temperaturu 35-40 dərəcə, nisbi rütubət 10-35 faiz təşkil etmişdir. Yaşı 6 aydan aşağı 31 körpədən 63 sidik nümunəsi və 6-10 aylıq 13 körpədən 28 nümunə götürülüb. Onların hamısı ana südündən başqa heç bir şey almırdı. Alınan nəticələr göstərib ki, bu uşaqlarda sidiyin konsentrasiyası aşağı səviyyədədir. Beləliklə, ən isti və quru iqlim şəraitində belə sağlam ana südü ilə qidalanan körpələrə əlavə su tələb olunmur. Buna görə ilk 4-6 ay ərzində eksklüziv ana südü ilə qidalanma, ictimai səhiyyənin məntiqli tövsiyəsidir; çirklənmiş içməli suyun körpələrin xəstəliklərinə, xüsusən ishal xəstəliyinə səbəb ola biləcəyi yerlərdə daha vacibdir.

Xəstəlik zamanı əlavə su istənilə bilər. Diareya xəstəliyi tez-tez çirklənmiş su ilə əlaqələndirilir. Buna görə, əlavə suyun təhlükəsiz olacağı ehtimalı olmayan ərazilərdə ilk 4 ay ərzində yalnız ana südü ilə qidalanma tövsiyə edilməlidir.

Araşdırmalar əsasında əldə etdiyimiz nəticələr:

- Müstəsna ana südü ilə bəslənmənin əhəmiyyəti

“Müstəsna ana südü” yalnız ana südü vermək deməkdir. Bu, ilk altı ay ərzində suyun, mayelərin, çayların, bitki mənşəli preparatların və ya qida məhsullarının olmaması deməkdir. Ağuz südü yenidoğulanlar üçün arzu olunan bir qidadır. Eyni zamanda uşaqları xəstəliklərdən qoruyan ilk immunizasiyadır. Kolostrum yenidoğulanların mədəsini təmizləyir, ilkin mekoniumun çıxmasına səbəb olur, bilirubin səviyyəsini azaldır. Beləliklə, körpələrə adi su və şəkər suyunun verilməsinə ehtiyac qalmır. Ana hər dəfə əmizdirdikdə, ana südü vasitəsilə körpəsinə su da verir. Ana südündə, susuzluğu yatırmaq və aclığı yatırmaq üçün uşağa lazım olan hər şey var. Bu, uşağın güclü və sağlam böyüməsi üçün ən yaxşı yemək və içkidir.

- Körpələrə suyun verilməsi onlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Körpələrə su vermək onlar üçün zərərli, ishal və digər xəstəliklərə səbəb ola bilər. Ana südü isə əksinə tam təhlükəsiz şəkildə xəstəliklərə qarşı sipər rolunu oynayaraq, körpənin qorunmasına səbəb olur.

- Körpələrin mədəsinin həcmi kiçik olur. Körpə su içdikdə, güclü və sağlam böyüməsi üçün, zəruri olan ana südünə mədəsində daha az yer qalır.

- Ana öz körpəsinin susadığını düşündükdə, dərhal onu əmizdirə bilər. Ana südü uşağı lazımi miqdarda su ilə təmin edəcək.

- Ana öz körpəsini nə qədər tez-tez əmizdirsə, südü bir o qədər çoxalacaq və körpə daha çox su içmiş olacaq. Bunu xüsusilə yay aylarında tətbiq etmək məqsədəuyğundur.

Gülarə Rüstəmova,

uşaq psixoloqu, əmizdirmə məsləhətçisi

Oxunub: 819
Paylaş:
Digər xəbərlər

Maraqlı

3-02-2020, 14:15

Körpəyə neçə aylığından su verilməlidir?

Xəbərlər

9-07-2019, 12:04

Azərbaycanda körpələrə qoyulan qəribə adlar - Siyahı

Xəbərlər

3-05-2019, 12:41

Körpəyə neçə aylığından su verilməlidir?

Araşdırma

22-11-2018, 11:17

Hər il 15 milyondan çox uşaq...

Maraqlı

30-09-2018, 20:38

Doğulmayan körpələrə abidə!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Maduro Azərbaycandan sığınacaq istəyib? – AÇIQLAMA
44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan
Gözlərdə quruluq niyə yaranır və necə aradan qaldırmaq olar?
Türkiyəyə xoş xəbər: döyüşlər gedən ərazi azad edilir
Müəllimlər nə vaxtdan tamştat işləyəcək? - Nazirdən açıqlama
Stresdən çıxaran qidalar
Son xəbərlər
  • Bu gün, 17:25
    Maduro Azərbaycandan sığınacaq istəyib? – AÇIQLAMA
  • Bu gün, 16:13
    44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan
  • Bu gün, 15:09
    Gözlərdə quruluq niyə yaranır və necə aradan qaldırmaq olar?
  • Bu gün, 14:57
    Türkiyəyə xoş xəbər: döyüşlər gedən ərazi azad edilir
  • Bu gün, 13:02
    Müəllimlər nə vaxtdan tamştat işləyəcək? - Nazirdən açıqlama
  • Bu gün, 12:29
    Stresdən çıxaran qidalar
  • Bu gün, 11:47
    Rusiyaya işarə: Sərhəddə NATO təlimləri başladı
  • Bu gün, 10:51
    Zəvvarlar Ərəbistanda qəzaya düşdülər: 42 ölü
  • Bu gün, 09:07
    Təzyiqi salmaq üçün qatığa iki inqrediyent əlavə edin
  • Dünən, 21:50
    Qoz qabığını atmayın: Məişətdə 6 effektiv istifadə üsulu
  • Dünən, 20:49
    Dünya bu qərardan danışır: Ukraynalılara qəzəblənib Zelenskini hədəfə aldılar
  • Dünən, 19:21
    Kirayə evlərlə bağlı mühüm proqnoz verildi – Yeni qərardan sonra…
  • Dünən, 18:10
    Şəkər xəstəliyini məğlub etməyin yeni yolu tapıldı
  • Dünən, 17:54
    Kaya Kalas: Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlayır
  • Dünən, 16:12
    5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər
  • Dünən, 15:19
    Eyni anda 9 uşağa hamilə qaldı
  • Dünən, 14:05
    Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?
  • Dünən, 13:41
    Qriqoryandan qeyri-adi elan: Azərbaycanlıların gözlədiyi tarix bilindi, lakin…
  • Dünən, 12:20
    Emosional ağrının öhdəsindən necə gəlmək olar? - Psixoloqdan məsləhət
  • Dünən, 11:39
    Kritik dövr başlayır: Neft gəlirləri azalır – çıxış yolu nədir?
  • Dünən, 10:13
    Macarıstan Aİ-nin qərarlarına veto qoyacaq
  • Dünən, 09:03
    Ürək üçün faydalıdır deyə ovuc-ovuc yeyilir - Qaraciyəri məhv edirmiş
  • 15-11-2025, 22:23
    47 min insanın "ChatGPT" söhbəti yoxlanıldı - Süni intellektə verilən suallar
  • 15-11-2025, 21:12
    Retinol şirəsi: Bir stəkan için və cavanlaşın
  • 15-11-2025, 20:36
    ABŞ hələ qadın prezidentin idarəçiliyinə hazır deyil – Mişel Obama
  • 15-11-2025, 19:11
    Rusiyanı təşvişə salan razılaşma: İki düşmən hərəkətə keçdi, gözlənilməz hücum olacaq
  • 15-11-2025, 18:02
    Hər gün bişmiş sarımsaq yeyin
  • 15-11-2025, 17:42
    İran neft tankerinə əl qoyduğunu təsdiqlədi
  • 15-11-2025, 16:40
    ABŞ icazə verdi: 3,5 milyardlıq raket satışı...
  • 15-11-2025, 15:56
    H3N2 xəbərdarlığı: Virus çox sürətlə yayılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə