• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsan həftədə 50 müxtəlif qida yeməlidir - SƏBƏB
Necə yatdığınıza diqqət edin: Onurğa əyriliyinə səbəb olur
İrəvandan Putin-Paşinyan mübahisəsinə rəsmi münasibət - Kim düz deyir?
Azərbaycanda yeni nazirliyin yaradılması təklif edildi – İlginc ad
Beyində tromb olmasını göstərən – 4 təhlükəli əlamət
Lukaşenko: SSRİ-nin “iqtisadi məkanını” qoruyaq
Qəzzada son vəziyyət: Fələstinlilər qayıdır, İsrail bu ərazilərə nəzarət edəcək - XƏRİTƏ
Qeysəriyyə üsulu ilə ana olanların nəzərinə!
Rusiya hücum edərsə... – 3 ölkə hazırlıq görür
Bərzaninin istəyi: Ərdoğan qadağanı ləğv etdi
Uzunmüddətli öskürəklə bağlı şikayətlər çoxalıb - Pediatrdan məsləhət
Böyük müharibə yaxınlaşır: tarix verildi – NATO ölkəsindən çağırış
Bakıdan iki fərqli gediş: Əvvəl Ankaradan, sonra Peterburqdan səs gəldi
Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?
Evliliyin hansı ili ən xoşbəxtdir?
İnsult riski yüksək olan insanlar kimlərdir?
Putindən İlham Əliyevə: “Faciənin baş verdiyi gün…”
Fələstini tanıdı, amma İsrailə silah satışında rekord qırır
Öskürək zamanı qabırğalar qırıla bilər
Erməni deputatlar 4 gün Türkiyədə qalacaq – Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İştahasızlıq - SƏBƏBLƏRİ VƏ HƏLL YOLLARI

Maraqlı

21-07-2020, 19:02

İştahasızlıq - SƏBƏBLƏRİ VƏ HƏLL YOLLARI


İştaha latınca "appetitus" sözündən götürülüb. Anlamı arzu, istək deməkdir. Bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır və orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir.

İştahanın artıb-azalması həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı tərəfindən idarə olunur. İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, həmçinin şərti-reflektor fəaliyyətlə, yəni yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s. ilə bağlıdır. İştahanın tormozlanması isə yemək aktı zamanı mədə divarının qida məhsulları ilə dartılması, yeyilmiş məhsulların həzmi, həzm olnumuşların qana sorulması, hormonal fonun dəyişməsi vaxtı baş verir. İştahanın azalması "anoreksiya", patoloji artması isə "bulimiya" adlanır.

Çox zaman insanlar iştahanın az olmasından şikayət edirlər. İlk öncə müalicəyə başlamazdan əvvəl iştahanın azalma səbəbləri araşdırılmalıdır, bunun üçün həkimə müraciət edilməlidir. İştahanın azalması əsasən müəyyən xəstəliklərlə bağlı ola bilir – həzm traktının patologiyaları, onkoloji xəstəliklər, depressiya və stress halları, müxtəlif psixi pozulmalar, virus mənşəli infeksion xəstəliklər, alkoqol və siqaretdən sui-istifadə, antibiotik və təzyiq əleyhinə qəbul edilən dərman preparatları və s.

Sizə iştahanı artıran reseptləri təqdim edirik.

Qoz, bal və limon

Uzun illər bal iştahaartırıcı vasitə kimi tətbiq edilmişdir. Uşağın iştahasını bərpa etmək üçün ona hər gün 1 çay qaşığı bal vermək kifayətdir. Zamanla veridiyiniz balı artıra bilərsiniz.

- 0,5 kq qoz, 300 qr bal, 4 ədəd limonun şirəsi və 100 ml aloye şirəsi qarışdırılıb yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.

- 1 ədəd limon əvvəlcə suda saxlanıb isladılır, bundan sonra blenderdən keçirilib üzərinə bir qədər şəkər tozu əlavə edilir. Gündə 1 dəfə yeməkdən əvvəl 1/2 xörək qaşığı daxilə qəbul edilir.

Günəbaxan çiçəkləri və çəmən yoncası

- 1 xörək qaşığı günəbaxan çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib gündə 3 dəfə 1/2 xörək qaşığı içilir.

- Çəmən yoncasının hamaşçiçəkləri 500 ml araqla birgə 5-6 dəqiqə müddətinə zəif odun üzərində bişirilir. Bundan sonra soyudulub süzülür, alınmış məhluldan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.

Cövhərlər

- Jenşenin kökü və kökümsovundan hazırlanmış cövhərdən 25 damcı 1/3 stəkan suya əlavə edilib gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.

- Kəcəvərdən əldə edilmiş cövhər gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan daxilə qəbul edilir.

Bitki dəmləmələri

- 2 xörək qaşığı bədrəncin üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmə qoyulur, alınmış dəmləmə süzülüb gündə 4 dəfə yeməkdən əvvəl 1/2 stəkan daxilə qəbul edilir.

- Bir neçə xörək qaşığı göyçiçək çiçəkləri 2 xörək qaşığı qaynar su ilə qarışdırılıb dəmlənilir, bundan sonra alınmış dəmləmə 3 yerə bölünərək gün ərzində yeməkdən əvvəl içilir.

- Xırdalanmış bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmlənilir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.

- 2 xörək qaşığı yatıqqanqal bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 35 dəqiqə müddətinə dəmə qoyulur, süzüldükdən sonra gündə 4 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

- 10 qr acı yovşan bitkisinin üzərinə 200 qr qaynar su əlavə edilib dəmlənilir. Alınmış dəmləmə gündə 3 dəfə yeməkdən əvvəl 15-20 damcı daxilə qəbul edilir.

- 1 xörək qaşığı zəncirotu kökü, hərəsindən 2 xörək qaşığı olmaqla acı yovşan otu və boymadərən bitkiləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə tam dolu olmayan 1 stəkan qaynar su əlavə edilir. 20 dəqiqə dəmlədikdən sonra süzülüb hər gün 4 saatdan bir yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.

Tərəvəzlər

- Hər gün 4 ədəd kök və 1 dəstə vəzəri şirəçəkəndən keçirilib alınan miqdar qədər su ilə durulaşdırılır. Bu qarışım yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.

Məsləhətlər

- Gün ərzində ədviyyatlı çay içməyə çalışın, xüsusilə də zəncəfilli və itburnulu çayı iştahanı artırır.

- Aktiv həyat tərzi keçirməyə çalışın. Pis vərdişləri özünüzdən uzaqlaşdırın.

- Gün ərzində çalışın ki, çoxlu maye, adi su qəbul edəsiniz.

- Turş dadlı meyvə və giləmeyvələrə üstünlük verməyə çalışın. Sevdiyiniz hər hansı bir yeməyi az porsiyalarda tez-tez yeyin.

- Yediyiniz yeməyin xarici görünüşünə önəm verib onu hər dəfə müxtəlif formalarda bəzəyin.

Zümrüd Rəhimova,

Həkim-terapevt

Mənbə: "Herba Flora" jurnalı

Oxunub: 731
Paylaş:
Digər xəbərlər

Maraqlı

30-05-2020, 14:33

İştahanın artmasının 10 TƏHLÜKƏLİ SƏBƏBİ

Maraqlı

14-02-2020, 15:12

İştahasızlıq. SƏBƏBLƏRİ VƏ HƏLL YOLLARI

Maraqlı

12-06-2019, 14:25

İştahanın artmasının 10 TƏHLÜKƏLİ SƏBƏBİ

Maraqlı

17-05-2019, 16:27

İştahasızlıq - SƏBƏBLƏRİ VƏ HƏLL YOLLARI

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:20

Leykositlərin artması və azalması

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsan həftədə 50 müxtəlif qida yeməlidir - SƏBƏB
Necə yatdığınıza diqqət edin: Onurğa əyriliyinə səbəb olur
İrəvandan Putin-Paşinyan mübahisəsinə rəsmi münasibət - Kim düz deyir?
Azərbaycanda yeni nazirliyin yaradılması təklif edildi – İlginc ad
Beyində tromb olmasını göstərən – 4 təhlükəli əlamət
Lukaşenko: SSRİ-nin “iqtisadi məkanını” qoruyaq
Son xəbərlər
  • Dünən, 22:31
    İnsan həftədə 50 müxtəlif qida yeməlidir - SƏBƏB
  • Dünən, 21:22
    Necə yatdığınıza diqqət edin: Onurğa əyriliyinə səbəb olur
  • Dünən, 20:25
    İrəvandan Putin-Paşinyan mübahisəsinə rəsmi münasibət - Kim düz deyir?
  • Dünən, 19:09
    Azərbaycanda yeni nazirliyin yaradılması təklif edildi – İlginc ad
  • Dünən, 18:19
    Beyində tromb olmasını göstərən – 4 təhlükəli əlamət
  • Dünən, 17:26
    Lukaşenko: SSRİ-nin “iqtisadi məkanını” qoruyaq
  • Dünən, 16:51
    Qəzzada son vəziyyət: Fələstinlilər qayıdır, İsrail bu ərazilərə nəzarət edəcək - XƏRİTƏ
  • Dünən, 15:27
    Qeysəriyyə üsulu ilə ana olanların nəzərinə!
  • Dünən, 14:32
    Rusiya hücum edərsə... – 3 ölkə hazırlıq görür
  • Dünən, 13:00
    Bərzaninin istəyi: Ərdoğan qadağanı ləğv etdi
  • Dünən, 12:07
    Uzunmüddətli öskürəklə bağlı şikayətlər çoxalıb - Pediatrdan məsləhət
  • Dünən, 11:38
    Böyük müharibə yaxınlaşır: tarix verildi – NATO ölkəsindən çağırış
  • Dünən, 10:17
    Bakıdan iki fərqli gediş: Əvvəl Ankaradan, sonra Peterburqdan səs gəldi
  • Dünən, 09:05
    Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?
  • 9-10-2025, 22:24
    Evliliyin hansı ili ən xoşbəxtdir?
  • 9-10-2025, 21:43
    İnsult riski yüksək olan insanlar kimlərdir?
  • 9-10-2025, 20:04
    Putindən İlham Əliyevə: “Faciənin baş verdiyi gün…”
  • 9-10-2025, 19:24
    Fələstini tanıdı, amma İsrailə silah satışında rekord qırır
  • 9-10-2025, 18:37
    Öskürək zamanı qabırğalar qırıla bilər
  • 9-10-2025, 17:23
    Erməni deputatlar 4 gün Türkiyədə qalacaq – Səbəb
  • 9-10-2025, 16:04
    Əminə Yusifqızı vəfat etdi
  • 9-10-2025, 15:33
    Qan şəkərini tənzimləyən əvəzolunmaz meyvə
  • 9-10-2025, 14:13
    Makron üçün geri sayım başladı: 3 yolu var
  • 9-10-2025, 13:36
    Atəşkəs razılaşması bu saatda qüvvəyə minəcək
  • 9-10-2025, 12:15
    Saçlarımızda niyə kəpək yaranır?
  • 9-10-2025, 11:08
    Əliyevlə Putinin Düşənbə görüşü: Moskvanın yeni planı nədir?
  • 9-10-2025, 10:32
    Qəbələdə qərar verildi: Nüvə dövləti TDT-yə qoşula bilər
  • 9-10-2025, 09:09
    Səhər yeməyində turşu yeməyin 5 faydası
  • 8-10-2025, 22:19
    Nobel qalibləri bu xəstəliklər üzrə inqilabi kəşf ediblər
  • 8-10-2025, 21:31
    Qaraciyəri təmizləyən və fəaliyyətini gücləndirən qidalar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə