• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sürətli arıqlama insanı xəstə edir

Gözəllik və təbabət

24-06-2019, 23:23

Sürətli arıqlama insanı xəstə edir

Hal hazırda arıqlama dəbdədir. Qadınlar (və bəzən də kişilər) kütləvi şəkildə müxtəlif pəhrizlər, "möcüzəli" arıqladan həblər, arıqladan çaylar və qəhvələri sınaqdan keçirirlər.

Qadınların əksəriyyəti az bir müddət ərzində çox çəki atmaq istəyir. Ailehekimiklinikasi.az saglamolun.az-a istinadən xəbər verir ki, çoxsaylı İnternet saytları 1 aya 10-15 kq arıqlamış insanlardan bar-bar bağırır. Lakin, təəssüf ki, belə sürətli arıqlamanın böyük təhlükələrindən İnternetdə məlumat tapmaq çox çətindir. Bu təhlükələr hansılardır?

- Kəskin arıqlama orqanizmin hormonal fonuna çox mənfi təsir edir. Qadınlarda menstrual dövr pozula bilər və ya menstruasiyalar tamamilə kəsilə bilər. Qalxanvari vəzinin və böyrək üstü vəzilərin fəaliyyəti pozula bilər.

- Ürək-damar sistemində müxtəlif pozulmalar inkişaf edə bilər. Təzyiq gah qalxır, gah da düşür, ürək nahiyəsində ağrılar olur, insanı tez-tez təkrarlanan baş ağrıları və başgicəllənmələr narahat edir.

- Sürətli arıqlama nəticəsində immun sistemi çox kəskin şəkildə zəifləyir. Bu səbəbdən hətta yüngül soyuqlama və ya infeksiya ağır xəstəliyin inkişafına təkan verə bilər. Həmçinin immunitetin zəifləməsi insanda olan xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. İmmun sisteminin kəskin zəifləməsi fonunda insanda hətta xərçəng xəstəliyi inkişaf edə bilər.

- Sürətli arıqlama sinir sisteminin vəziyyətinə də olduqca mənfi təsir edir. İnsan əsəbi, gərgin olur, depressiyaya düşür, onun yuxusu tamamilə pozula bilər. İnsanda anoreksiya kimi ağır psixiki pozulma inkişf edə bilər. Anoreksiyadan əziyyət çəkən insan hətta çox arıq olduqda özünü kök hesab edir, qida qəbulundan imtina edir, qida qəbul etdikdən sonra özünü zorla qusdurur və s. Ağır anoreksiya insanın ölümünə səbəb ola bilər.

- Mədə-bağırsaq sistemi sürətli arıqlamadan xüsusilə çox əziyyət çəkir. İnsanda arıqlama fonunda qastrit, mədə və 12 barmaq bağırsağı xorası kimi xəstəliklər inkişaf edə bilər (və ya kəskinləşə bilər).

Kəskin arıqlama bağırsaqların da fəaliyyətini pozur.

Orqanizmin filtri olan qara ciyər güclü yükləmələrə məruz qalır. Çünki, sürətlə və xeyli dərəcədə arıqlama zamanı, bədəndən xaric edilməli olan artıq piy toxumaları qanın tərkibinə sovrularaq, emal edilmək üçün, qara ciyərə tərəf "hücuma keçirlər". Qara ciyər, xeyli miqdarda parçalanmış olan bu piy toxumasının emal edilməsinin öhdəsindən gələ bilmədiyi üçün, artıq məhsulların bir hissəsi onun özündə toplanmağa başlayır. Bu isə qara ciyərin fəaliyyətində müxtəlif pozulmalara səbəb olur.

Əgər insan arıqlamaq üçün hər hansı dərman preparatı (hətta otlar əsasında) istifadə edirsə, bu daha da təhlükəlidir. Bu preparatların bir çoxusu heç bir kliniki testlərdən keçməliyib və onların orqanizmə olan təsiri məlum deyil. Bu isə zəhərlənmələrin, ağır allergik reaksiyaların, mədədə və 12 barmaq bağırsağında xoraların, qara ciyərdə ağır pozulmaların riskini kəskin şəkildə artırır.

Beləliklə, sürətli arıqlama insana yalnız və yalnız ziyan verə bilər. Bunu istənilən həkim və dietoloq təsdiq edəcək. Əgər siz arıqlamaq istəyirsinizsə, bunu savadlı şəkildə tədriclə etmək lazımdır. Normal sağlam arıqlamanın qaydası - 1 ayda bədən çəkisinin 2-3%-nin itirilməsidir. Əgər insanın bədən çəkisi, misal üçün, 70 kq-dırsa, 1 ay ərzində 1,4-2,1 kq çəki itirə bilər. Bu onun sağlamlığına ziyan gətirməyəcək.

Bir çox psixoloqlar arıqlama epidemiyasının səbəbini müasir insanların özünə olan inamsızlıqla nə özündən narazılıqla əlaqələndirirlər. Müasir insanların bir çox hissəsi özündən, ailəsindən, işindən və s.-dən narazıdır. Bu narazılıq özünü müxtəlif formalarda büruzə verir - bəziləri arıqlayır, digərləri burunlarını, dodaqlarını, sinələrini və s. plastik əməliyyat etdirir və s. Lakin istədiyi çəkiyə, buruna, dodaqlara və s. nail olduqdan sonra insanlar hiss edir ki, bu onlara nə xoşbəxtlik, nə sevinc, nə sevgi, nə..., bir sözlə - heç nə gətirməyib. Beləliklə, səbəb kilolarda, burunda, sinədə və s.-də deyil, səbəb insanın beynində, insanın qəlbindədir. İnsan özünü kök, arıq, uzunburun, nazikdodaq və s. qəbul etməli və sevməlidir. Yalnız özünə olan inam və özünə olan sevgi insanı xoşbəxt edə bilər və yalnız belə insan ətrafdakıları da xoşbəxt edəcək.

Beləliklə, arıq və bədbəxt olmaqdansa, kök və xoşbəxt olmaq daha yaxşıdır. Təbii ki, söhbət həddən artıq köklükdən getmir.

Oxunub: 1 377
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

14-06-2019, 23:44

Yaşıl kokteyl - həm detoks, həm də arıqlama. RESEPTLƏR

Gözəllik və təbabət

29-05-2019, 20:33

Yaşıl kokteyl - həm detoks, həm də arıqlama - RESEPTLƏR

Səhiyyə

27-05-2019, 11:40

Zoba işarə edən 6 gizli simptom

Maraqlı

26-04-2019, 10:37

Sürətli arıqlama insanı xəstə edir

Gözəllik və təbabət

6-03-2019, 11:10

Çox az insanın bildiyi ən effektli arıqlama metodu

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Son xəbərlər
  • Dünən, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • Dünən, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • Dünən, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • Dünən, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • Dünən, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • 1-08-2026, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • 1-08-2026, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə