Yazda dəri solğun və zəif olur, xüsusi baxım tələb edir.
Ailehekimiklinikasi.az saglamolun.az- istinadən sizə bahalı krem və maskalardan heç də geri qalmayan maska reseptini təqdim edir. Bu maskanı tanınmış rus kosmetoloq Svetlana İonova saglamlıq verlişlərindən birində hazırlayıb.
Maska çox sadədir.
2 x.q. zeytun yağı, 2 damcı A vitamini (apteklərdə satılır), 2 damcı C vitamini (ampulda) qarışdırılır və üz, boyun və dekolte nahiyələrinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq suda isladılmış tamponla silin. Belə maskanı həftədə 1-2 dəfə etmək olar. Az bir müddətdən sonra dəri daha cavan, sağlam və baxımlı görünüş alacaq.