• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hansı halda xaldan qurtulmaq olar? - ARAŞDIRMA

Gözəllik və təbabət

19-06-2023, 11:09

Hansı halda xaldan qurtulmaq olar? - ARAŞDIRMA


Bəzən deyirlər ki, xalı çox olan adamın düşməni də çox olar. Bu, əlbəttə ki, xalq deyimidir. Bəs doğrudan da, xalların çox və ya az, böyük və ya balaca, müxtəlif rəngdə və ölçüdə olmağı nəyin göstəricisidir? Biz hansı hallarda narahat olmalıyıq. Bütün bu suallara gəlin birlikdə aydınlıq gətirək. Ondan başlayaq ki, xallar, müasir dildə desək, nevus melanositdən ibarət piqment ləkələri və düyünləridir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov deyir ki, bütün insanların bədənində xal var:

“Xalın az olması da, çox olması da normal haldır və bundan narahat olmağa dəyməz. Xallar – törəmələri xoşxassəli, xərçəngönü və artıq dəri xərçənginə keçən törəmələr kimi üç qrupa bölünür. Xoşxassəli xallar simmetrik, eyni rəngli olur. Amma bir də var ulduz kimi, kələ-kötür xallar. Bu cür xalların artıq bədxassəli olmasına şübhə var. Bundan başqa, xoşxassəli xallar qanaxmaya meyilli, ağrılı, göynəməli deyil. Amma bədxassəlidə ağrıma, göynəmə, qaşınma ola bilər. Bunlar ilkin simptomlardır. Hər bir insan bunlara diqqət yetirməli, xallarını nəzarət altında saxlamalıdır. Əgər bədəndə uzun müddət olan xalın üstündə heç bir dəyişiklik yoxdursa, qaşınma, göynəmə vermirsə, qanaxmaya meyilli deyilsə, bu, xoşxassəli xaldır. Amma qısa müddət ərzində ölçüsü böyüyürsə, rəngində dəyişiklik baş verirsə, artıq narahat olmaq lazımdır. Rəng dəyişikliyi deyəndə nəyi nəzərdə tuturuq? Qəhvəyi, qara, göy, mavi və s. rəngli xallar var. Xal bütövlükdə eyni rəngdədirsə, bundan qorxmaq lazım deyil. Amma bəzən bir xalın içində bir neçə rəngin çalarını görürük. Məsələn, qara fonun içində göy və ya qəhvəyi rəng müşahidə edirik. Yəni bir xalda bir neçə rəng çaları görürüksə, artıq şübhələnmək, həkimə müraciət etmək lazımdır. Əgər xalın simmetriyası pozulubsa, (xalı sanki gözlərinizlə tən ortadan bölün və “hissələrinə” diqqətlə baxın. Əgər hissələr bir-birindən fərqlənirsə), kənarları nahamar olub, dalğavari və dişli şəkil alıbsa, rəngi dəyişilibsə, birdən-birə böyüyübsə, üzərində çatlar, qabıqlar əmələ gəlibsə, qanamağa başlayıbsa, bu, təhlükə simptomudur”.

Həkim bəzən insanların xallardan qurtulmaq istəyindən də danışdı:

“Xoşxassəli xallar əgər insanda hər hansı bir kompleks yaratmırsa, qala bilər. Məsələn, üz nahiyəsində olan və görünüşü ilə bağlı kompleks yaradan xallar götüzdürülə bilər. Amma heç bir narahatlıq yaratmırsa, qalsın. Kişilər hər gün üzlərini təraş edir. Əgər üzündə xoşxassəli xal varsa, təraş vaxtı qıcıqlanmaya məruz qalır, zədələnir, mikro və böyük travmalar da alır. Bu da xalın növbəti mərhələyə keçməsinə səbəb olur. Yəni xoşxassəli olmasından, kompleks yaratmasından asılı olmayaraq, gündəlik qıcıqlanmaya məruz qalan xalların götürülməsi məsləhətdir. Günəş şüası da xala birbaşa qıcıqdır. Solyari şüasının gücü isə günəş şüasının gücündən min dəfə çoxdur. Bu da dərini (xalları) qıcıqlandırır, həm də dəri xərçənginin yaranması üçün şərait yaradır. Təsəvvür edin, biz dənizə getməyi – günəş şüalarının qəbulunu səhər saat 7-11 arası, bir də axşam saat 5-7 arası tövsiyə edirik. Qalan vaxtlar günəş şüası ziyandır, o ki ola solyari. Xanımlar lazer epilyasiyasından istifadə edirlər. Lazerin işi dəridə tünd nöqtələri – tükləri tapıb vurmaqdır. Xallar da tünddür, deməli, onları da vurur və xallar qıcıqlanır. Geyimin özü də qıcıq mənbəyi sayıla bilər”.

Həkim xalların müayinəsi ilə bağlı tövsiyələrini də verdi:

“Xallar bir neçə üsulla müayinə olunur. Birincisi görüntü – vizual üsulla olan müayinədir. Yəni gözlə görünməsi mümkün olan müayinə edilir. Amma bir də var konkret müayinə. Konkret müayinə dermatoskopla aparılır. Xala dermaskopla baxılır, diaqnoz qoyulur. Lap dəqiq müayinəyə ehtiyac yarananda, o xaldan nümunə götürüb biopsiya edilir. Yəni xal hüceyrə səviyyəsində yoxlanılır. Bu, düzgün diaqnoz qoymaq üçün vacibdir. Xalın götürülmə üsulu məhz müayinədən və qoyulan diaqnozdan asılıdır. Əgər xal bəd xassəlidirsə, götürəndə xal ətrafındakı 1 sm normal dəri ilə bir yerdə götürülməlidir. Əgər xal xoşxassəlidirsə, onda ancaq özü, ətrafa dəymədən götürülür. Xalın götürülmə üsulları da müxtəlifdir. Lazerlə, kaoqulyatorla və s. ilə yanaşı, cərrahi üsul da tətbiq olunur. Cərrahi üsula o halda müraciət edirik ki, xalın əsası, bünövrəsi dərinin aşağı qatlarından başlayır. Amma səthdə olan xalları götürmək üçün digər üsullar tətbiq olunur. Xalın xərçəngönü mərhələsində çox ehtiyatlı olmaq lazımdır. Çünki xal artıq xərçəngə keçmək üzrədir. Belə xalı nə qədər tez götürsək, o qədər yaxşıdır. Xərçəng mərhələsində isə aşkarlanan kimi dərhal götürülməlidir. Gecikdirilərsə, orqanizmə yayılması baş verəcək. Bu baxımdan xalların götürülməsi üçün ilk növbədə peşəkar diaqnoz qoymalıdır ki, ona əsasən götürülmə üsulu seçilsin. İkincisi, götürəndən sonrakı mərhələ düzgün aparılsın. Düzdür, indi kim, harada, necə gəldi bu işi görür. Bu cür qeyri-peşəkar işin fəsadları dərhal bilinmir. İllər sonra müxtəlif fəsadlar yaranır ki, onda da gec olur”.

Oxunub: 590
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

8-06-2023, 14:31

Hansı xallar xərçəngin əlamətidir?

Gözəllik və təbabət

28-07-2022, 08:16

Dəridəki qara izin xal və ya dəri xərçəngi olmasını necə ayırd etmək olar?

Araşdırma

21-08-2020, 12:40

Xallar nə zaman təhlükəli olur?

Səhiyyə

10-01-2020, 16:41

Bədəndəki xalların xərçəng əlaməti olduğunu necə təyin etmək olar?

Səhiyyə / Maraqlı

15-02-2019, 00:57

Bədəndəki xalları kəsdirmək təhlükəlidirmi? - Dermatoloq açıqladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
Son xəbərlər
  • Dünən, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • Dünən, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • Dünən, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • Dünən, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • Dünən, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Dünən, 17:04
    Asiyada yeni müharibə başlayır
  • Dünən, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • Dünən, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • Dünən, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • Dünən, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • Dünən, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Dünən, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • Dünən, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • Dünən, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • 31-07-2026, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • 31-07-2026, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • 31-07-2026, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • 31-07-2026, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • 31-07-2026, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • 31-07-2026, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • 31-07-2026, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • 31-07-2026, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • 31-07-2026, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • 31-07-2026, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • 31-07-2026, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • 31-07-2026, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • 31-07-2026, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • 31-07-2026, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə