• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? – beynəlxalq təcrübə və çıxış yolları
Tiroid xəstəlikləri gizli şəkildə inkişaf edə bilər - Xəbərdarlıq
İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı
Merts: Fransa ilə nüvə əməkdaşlığı yeni doktrinaya yol aça bilər
Uşaqlarda qıcolma zamanı nə etməli?
Polşa müharibəyə hazırlaşır? - Proses başladı
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
Bu qidalar demensiyaya səbəb olur və orqanizmi iflic edir
Ən saf 5 bürc açıqlandı - Siz onların arasında varsınız?
Əllərdə və ayaqlarda gecə "yanma hissi" nədən olur?
Oman sahillərində tanker vuruldu
50 yaşdan yuxarı insanlar üçün yuxusuzluqla mübarizə
Sistitin müalicəsində ən təhlükəli 4 səhv
Meksikada 7,4 bal gücündə zəlzələ baş verdi
Günəş vurması zamanı ilk tibbi yardım necə göstərilir?
Qonşularda 6% və 19% artım, bizdə niyə 11% azalma?
Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək
KT müayinəsi çox nadir aparılmalıdır – Mümkün qədər keçməyin
İran bu ölkəni ilk dəfə vurdu?
Bu çay qan təzyiqini aşağı salmağa kömək edir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

Bioqrafiya

17-05-2022, 15:16

Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür


Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, o, 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində doğulub. Tələbəlik dövrü azad müdavim kimi universitetin şərq fakültəsinin dinləyicisi olub. Onda ədəbiyyata güclü meyl oyanıb. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan ittifaq” (1896) əsərlərini yazıb. “Dağılan ittifaq” (1899) Peterburqda nəşr edilib.

Ali təhsil alıb Şuşaya qayıdıb, burada tamaşalar təşkil edib. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilib. Burada ilk hekayələrini yazıb. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilib, Peterburqa gedib. O, Azərbaycanın birinci diplomatlarından hesab olunur. Burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplayıb, İrana — Mazandaran vilayətinə səyahət edib. “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunub. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq edib. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub, elmi kadrların hazırlanmasında iştirak edib. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923–1925) olub. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışıb.

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. Şərq fakültəsinin katibi (1922–1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931–1932) olub. Azərbaycan Xalq Komissarlar Şurasının 6 fevral 1929-cu il tarixli qərarı ilə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına, 1933-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülüb. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb, M.F. Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” (1884) adlı kiçik bir pyes yazıb. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan ittifaq” (1896) faciəsini yazıb.

1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib. “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə “Həyat” qəzetində hekayələr və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib.

“Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.

1933-cü il dekabrın 12-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Oxunub: 1 056
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

12-05-2022, 17:11

“Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilir

Bioqrafiya

31-01-2022, 09:15

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür – 138 il

Maraqlı

16-09-2018, 19:55

Bu gün Culyettanın doğum günüdür!

Manşet / Xəbərlər

26-08-2018, 14:24

Mehriban Əliyevanın doğum günüdür

Manşet / Gündəm / Xəbərlər

24-06-2018, 09:18

Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? – beynəlxalq təcrübə və çıxış yolları
Tiroid xəstəlikləri gizli şəkildə inkişaf edə bilər - Xəbərdarlıq
İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı
Merts: Fransa ilə nüvə əməkdaşlığı yeni doktrinaya yol aça bilər
Uşaqlarda qıcolma zamanı nə etməli?
Polşa müharibəyə hazırlaşır? - Proses başladı
Son xəbərlər
  • Bu gün, 16:09
    Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? – beynəlxalq təcrübə və çıxış yolları
  • Bu gün, 15:56
    Tiroid xəstəlikləri gizli şəkildə inkişaf edə bilər - Xəbərdarlıq
  • Bu gün, 14:37
    İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı
  • Bu gün, 13:18
    Merts: Fransa ilə nüvə əməkdaşlığı yeni doktrinaya yol aça bilər
  • Bu gün, 12:38
    Uşaqlarda qıcolma zamanı nə etməli?
  • Bu gün, 11:36
    Polşa müharibəyə hazırlaşır? - Proses başladı
  • Bu gün, 10:14
    Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
  • Bu gün, 09:07
    Bu qidalar demensiyaya səbəb olur və orqanizmi iflic edir
  • Dünən, 22:27
    Ən saf 5 bürc açıqlandı - Siz onların arasında varsınız?
  • Dünən, 21:13
    Əllərdə və ayaqlarda gecə "yanma hissi" nədən olur?
  • Dünən, 19:22
    Oman sahillərində tanker vuruldu
  • Dünən, 18:53
    50 yaşdan yuxarı insanlar üçün yuxusuzluqla mübarizə
  • Dünən, 18:21
    Sistitin müalicəsində ən təhlükəli 4 səhv
  • Dünən, 17:24
    Meksikada 7,4 bal gücündə zəlzələ baş verdi
  • Dünən, 15:24
    Günəş vurması zamanı ilk tibbi yardım necə göstərilir?
  • Dünən, 14:40
    Qonşularda 6% və 19% artım, bizdə niyə 11% azalma?
  • Dünən, 13:29
    Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək
  • Dünən, 12:28
    KT müayinəsi çox nadir aparılmalıdır – Mümkün qədər keçməyin
  • Dünən, 10:17
    İran bu ölkəni ilk dəfə vurdu?
  • Dünən, 09:00
    Bu çay qan təzyiqini aşağı salmağa kömək edir
  • 16-07-2026, 22:26
    Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
  • 16-07-2026, 21:52
    II tip diabet sonradan I tipə çevrilə bilərmi?
  • 16-07-2026, 19:47
    Qrehemin sanksiya layihəsi: Rusiyaya necə təsir edəcək?
  • 16-07-2026, 19:09
    Rusiya bu iki ölkəyə hücum edə bilər, daha sonra isə...
  • 16-07-2026, 18:25
    Stresi, nevrozu dərmansız necə azaldaq?
  • 16-07-2026, 17:41
    Pentaqondan “F-35″lərlə bağlı qadağa: ABŞ-da nə baş verir?
  • 16-07-2026, 16:03
    Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
  • 16-07-2026, 15:12
    Gündə neçə tikə şokolad yemək olar?
  • 16-07-2026, 14:18
    Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
  • 16-07-2026, 13:38
    Metroda köhnə qatarlar nə vaxt xətdən çıxarılacaq? – Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə