• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şeyx Heydər

Bioqrafiya

10-05-2021, 18:56

Şeyx Heydər


Şeyx Heydər (1460, Ərdəbil - 1488 Tabasaran, Şirvan) — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı.
Atası Şeyx Cüneyd
Anası Xədicə bəyim (Uzun Həsənin bacısı)

Həyatı
Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir.

Siyasi və hərbi mübarizəsi
Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu.

Şirvan maraqları
Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. 1487-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.

Növbəti səfər zamanı Şeyx Heydər atasının qisasın almaq üçün Şirvanşaha müharibə elan etdi. Şirvanşah Fərrux Yasar qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü, özü isə qızılbaşlar ilə döyüşə yollandı, ancaq Şeyx Heydər öz qoşunları ilə üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan Şeyx Heydər Şamaxıda çoxlu adam qırdı və Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə aldı. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün sultan Yaquba müraciət etdi.

Sultan Yaqub qayınatası olan Şirvanşaha yardım etmək qərarına gəldi. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx Heydər tələsik Şamaxının ətrafını tərk edərək Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabaniyə çəkildi və oradan Dərbəndə tərəf yollandı. Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən, Şirvanın müxtəlif yerlərinə dağılmış əmirlər Şirvan əyanlarından Kiçi Bəyin başçılığı altında toplaşaraq, üləmaların və zahidlərin razılığı ilə Şirvan qoşunlarından və əhalisindən 1000000 nəfərədək adam (mənbədəki rəqəm görünür şişirdilib) yığıb Şeyx Heydərə qarşı cihad elan etdilər. Ancaq Şeyx Heydər Gülüstan qalasının mühasirəsindən əl çəkib, əksərən Şirvan kəndlilərindən ibarət bu qeyri-nizami qoşunu darmadağın etdi. Qızılbaş qoşunlarının tələsik getmələrini görən Fərrux Yasar Şeyx Heydərin qorxudan və ərzaq qıtlığından geri çəkildiyini güman etdi və onu təqib etmək məqsədilə qaladan çıxdı. Lakin onun qələbə çaldığını və qayıdıb Gülüstanın mühasirəsini davam etdirmək niyyətində olduğunu biləndə, Şirvanşah Şamaxıdan 20 km şimal-qərbdə yüksəklikdə yerləşən əlçatmaz Sulut qalasına sığınmağa məcbur oldu. Bu vaxt başda sərkərdə əmir Süleyman bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək etmək üçün Şirvana yollandı. Şeyx Heydər isə Dərbəndə doğru hərəkət edərək, onu mühasirəyə aldı.

Əmir əl-üməra Süleyman bəy Bicanoğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Şah Sulut qalasını tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Süleyman bəy qoşunları ilə Şeyx Heydərin ordusu Təbərsəranda qarşılaşdı. 9 iyul 1488-ci il Şirvanşahın və Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlılarına hücum etdi. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb, döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların qüvvələri tükənmişdi və əmirin qoşunları onların cərgələrini pozdu. Qapıçı Əli ağa Şeyx Heydərin başını kəsərək əmirə gətirdi. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına (Uzun Həsənin bacısına) verməyi əmr etdi.

Ailəsi
1471-ci ildə Aləmşah bəyim ilə evlənmiş və üç oğlu doğulmuşdu:
Şeyx İbrahim
Şeyx Sultan Əli
Şeyx İsmayıl
Şeyx Heydərin Aləmşah bəyimdən 3 oğlu olmaqla yanaşı, digər bir arvaddan daha 4 oğlu olmuşdur. Onunla 1473-cü ildə evlənmişdi, öz əmisi Şeyx Fəridəddin Cəfər ibn Xacə Əlinin qızı idi:

Seyid Həsən mirzə (1473-1525) - Ərdəbil hakimi
Seyid Süleyman mirzə - 1513-cü ildə Şah İsmayıl tərəfindən edam edilmişdir.
Seyid Davud mirzə
Seyid Mahmud mirzə
Qızları:
Fəxr Cahan xanım
Mələk xanım - Abdı bəy Şamlı ilə evlənmişdi.
Fatma sultan - Hüseyn bəy Şamlı ilə evlənmişdi.
Dilşad sultan - Şah Əli bəy (ö. 1540) ilə evlənmişdi.

Oxunub: 1 719
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-04-2021, 18:46

“Bunu Paşinyanın dostu Şahbazdan soruşun” - Dilqəm Əsgərov ƏSƏBLƏŞDİ

Bioqrafiya

1-04-2021, 17:15

Şeyx Cüneyd

Xəbərlər

24-05-2019, 15:30

Prezident: Şeyx həzrətlərinin yubileyi dövlət səviyyəsində qeyd ediləcək

Xəbərlər

18-05-2019, 15:30

Prezident: Şeyx həzrətlərinin yubileyi dövlət səviyyəsində qeyd ediləcək

Manşet / Bioqrafiya

29-06-2018, 10:12

Şah İsmayıl Xətai

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Bu gün, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Bu gün, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Bu gün, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Bu gün, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Bu gün, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Bu gün, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Bu gün, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Bu gün, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Bu gün, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Bu gün, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Bu gün, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Bu gün, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Bu gün, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Bu gün, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • Dünən, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • Dünən, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • Dünən, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • Dünən, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • Dünən, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • Dünən, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Dünən, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • Dünən, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • Dünən, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə