Karan/Caranus/Karanos/Coiranos- Heraklın nəslindən gələn, e.ə. IX əsrdə Arqead dinastiyasının əsasını qoyan, Makedon çarlığını yaratmış şəxsdir, ilk çardır. Karan adı “Koiranos” sözündən götürülüb və knyaz mənasında işlədilir. Makedon çarlarına çox fərqli adlar verilməyib.Belə ki, Makedon çarlarında II Filippə qədər 5 Filipp, 5 Aleksandr, 3 Amint, 3 Perdikka olub. Böyük İsgəndər, yəni III Aleksandrın nəsli Herakldan başlayan, Arqos çarları və ilk Makedon çarıKaranla bağlıdır. Şərqdə III Aleksandr, yəni Böyük İskəndər Zul– Karnayn adlanır. Ərəb dilində “Zu” “sahib və malik”, “karn” buynuz, “eyn” isə iki mənasının verir. Yəni “iki buynuzlu İsgəndər” deməkdir. Tanrı və tanrıçaları , Musa peyğəmbəri buynuzlu təsvir etmək, həqiqətən də onların buynuzlu olması deyil. Sadəcə onların böyüklüyünün, hakimliyinin rəmzi idi. Zulkarnayn adı Hor tanrı ilə bağlı ola bilməzdimi? Böyük İskəndərin dövründə basılmış pullarda onun Qoç buynuzlu təsviri həkk edilib. Bəs nə üçün daha əzəmətli, möhtəşəm görünən buğa, maral buynuzlu deyil, məhz qoç buynuzlu təsvir edilib? Düşündürücü məqamlardandır. Böyük İskəndər, yəni Zulkarneyn Zeusun oğlu Heraklın nəslindən idi, öz oğlunun adını da Herakl qoymuşdu. Eyni zamanda Zulkarneyn Zeusun oğlu sayılırdı. Zeus həm Tanrıları və insanları yaradan Gök Tanrı idi, həm də şimşəyi, ildırımı idarə edirdi. Zeus sözü “parlaq və ya səma” deməkdir. Bu gün dilimizdə olan “Ziya” sözü; işıltı, işıq vermək, nur, şölə, aydınlıq deməkdir. Osmanlı türkcəsində isə “Zu” kimi tələffüz edilən və işıq mənasında işlədilən söz vardır. Osmanlı türkcəsində: “zu' zû' (Çoğulu: Azvâ'-Ziyâ') Işık, aydınlık” deməkdir. “Su” Hamburq, Mursi, Suri, Kati(Əfqanıstan), “Suu” Lombard dilində, “So” Liquriya dilində , “Zu” Niger dilində, “Sol“ Qədim Latın, İsland, İsveç, Dat, Araqon, Qalisiya, İsland, İspan, İtalyan, Katalon, Kastil, Ladino, Farer, Venesiya, Neapolitan (“Solntse” rus d .) dillərində “günəş” deməkdir. İnək buynuzu həm günəşin, həm də ayın rəmzi hesab edilib. 21 martda Günəş Qoç bürcünə daxil olduqda işıqlı, günəşli günlərin artması ilə yeni il gəlmiş sayılır və qoç buynuzu yalnız günəş rəmzi hesab edilib. Günəş tanrısı olan Ranın Qoç buynuzlu təsviri var. İskəndərin Günəş Tanrısı və Zeusun oğlu olan Heliosun görkəmində də təsviri var. Heliosun isə yeddi sürü inəyi, yeddi sürü də qoyunu var idi. Buradan da yenə “qoyunun/qoçun” günəş rəmzu olması aşkarlanır, həm də inək yalnız ayın deyil, həm də günəşin rəmzi olması görünür. “İli” Qədim Yunan dilində günəş deməkdir.
Qədim Türk əfsanələrində “Kuyaş” adlı Günəş Tanrısı var. Koyaş, Kuyoş yəni Günəş bəzi türk boylarında gənc oğlan olaraq təsvir edilib; gümüşü, ağ yeləli atını hər gün doğudan batıya sürər. Anlam: “Kuy/Koy “Günəş deməkdir. “Gün-Kün-Kun-Kuy“ sözlərinin birinin digərindən yaranması aydın görünür. Bəlkə “qoyun/koyun” sözünün kökü olan “Kuy” elə Göy/Səma deməkdir? “Qoy/Koy” həm də Özbək, Qırğız və Qazax d.“Qoyun - Koyun” deməkdir. Qədim Misirdə “Qoç” yaradıcılıq gücünü, Günəş enerjisini, yaradıcı istiliyi ehtiva edir. Tanrıların Tanrısı Amonun, Su basqını, Şəlalələrin Lordu və Yaradılış Tanrısı Xnumun, ölülər aləminin Tanrısı Osirisin yardımçısı Akenin qoç başlı təsvirləri var. Mendes Qoyunu/Qoçu Osirisin atributu idi. Günəş Tanrısı “Ra”- da Qoç başlı təsvir edilib. Qoç “Amon – Ra” tanrısının simvoludur. Qoyun/Qoç başlı “Kxem” tanrısı, sonradan “Kxem-Ra” – ya çevrildi. “Ra, sən Qoçsan, yaradılmışların ən güclüsüsən!”. Günəşin rəmzlərindən biri də “Qoyundur/Qoçdur”. Müxtəlif Türk xalqlarında “Gün/Kün/Kun/Kuy “; ”Gün/Günəş” deməkdir. Monqol d. qoyun “Xon” adlanır. İnklər günəşə “Kon”, Mayyalar, Krım Tatarları “Kin”, German, hind avropa d. “Kann”, Qazaxlar isə ”kün”deyir. Qədim Türklər həm günəşə, həm də işığa “kün” demişlər. Ərəb dilində isə “Kün”; “Ol”, Qafqaz xalqlarında “Hurgun/Xurqun” şəxs adı var ki, mənası “Quzu”deməkdir. Hur Talış d. Allah mənasını verir. Xur - Osetinlərdə günəş tanrısıdır. Qor/Kor həm də istiliklə bağlıdır. Gün/Kon/Xon/Kün/Kin/Kun sözünün həm, gün/günəş, baharın gəlməsini bildirən qoç/qoyun bürcü, həm də Ərəb dilində Allahın dünyanı yaratmaq istəyəndə dediyi “Ol/Kün” kimi mənaları var. Ol/Al/İli/İlu/Alu/ Hili/Heli/Helios həyat mənbəyi olan günəşin adlarıdır. “Qoç” Qədim Yunanıstanda məhsuldarlıq və yaradıcı güc olaraq Zeus– Sabaziyaya həsr edilmişdi. İslamda qurbanlıq heyvandır. Kiprdə Afrodita ilə bağlıdır. Şumerlərdə okeanların və insan taleyinin himayədarı olan Tanrı “Ea” ilə bağlıdır. Skandinav Tanrısı Torun arabasına “Qoç”lar qoşulmuşdu. Finikiyada Gök/Göy və Məhsuldarlıq Tanrısı Vaal-Xamon, müharibə, ildırım və silahların himayədarı olan, Amoreylərin Tanrısı “Raşap”Qoç buynuzlu təsvir edilərdi və onun taxt tacı Qoçlar tərəfindən qorunardı. Qoyun Keltlərdə məhsuldarlıq simvolu, Qoç isə döyüşkənliyinə görə müharibə tanrısının atributudur. Həm də Qoyun, Qoç başlı, ilan Buynuzlu Tanrı Kernun ilə bağlıdır. Məlum olur ki, Qoç günəş rəmzidir. Amon Ra oğlu Böyük İskəndər! İskəndər Kraliça Olimpiasın və Kral II Filipin oğlu idi, Aristo/Aristoteldən dərs almışdı. İlk hərbi yürüşünü Delfiyə edən İskəndər, orada ən böyük bir kəhanət mərkəzinə gəlir və kahin ona çox böyük bir hökmdar olacağını, amma ömrünün çox qısa olacağını bildirir. Eyni zamanda kahin İskəndərin atasının adi insan deyil, Tanrı olduğunu deyir. Saraya dönən İskəndər bu mövzuda anası Olimpiasla danışır. Olimpias deyir ki, bir dəfə onların sarayına bir firon ziyarətə gəlir. Həmin firon Böyük Maq və Olimpiası otağında ziyarət edən, Amon Raya təcəssüm etmiş Nectanebu olur... Və Olimpias deyir ki, İskəndəri doğanda onun bir Tanrı oğlu olduğunu bilirmiş... İskəndər anasının dediklərinin, kahinin dedikləri ilə üst üstə düşdüyünü gördü və onu narahatçılıq daha da bürüdü;ömürü çox qısa olacaqdı... Herakl da yarıtanrıydı; anası ölümlü qadın Alkmena, atası isə Zeus idi. Ölümsüzlük axtarışına çıxan Şumer qəhrəmanı Gılgamış da yarı tanrıydı... “Yerüzündə insanlar çoxalmağa başladı, qızlar doğuldu. İlahi varlıqlar insan qızlarının gözəlliyini görüncə bəyəndikləriylə evləndilər. Tövrat, Genesis 6/1.“ İskəndər Amon Radan ölümsüzlük və ya üzün ömür diləmək üçün Misirə getmək qərarına gəldi. E.ə. 539-cu ildə perslər Babili, Misiri, Yaxın Şərqi işğal etmişdilər və yüz illərdir hakimiyyətlərini davam etdirirdilər. İskəndər ordusuyla ilk dəfə Anadoluya gəldi, Çanaqqala boğazını keçərək Troyaya getdi. Özü kimi yarı tanrı olan Axillin qəbrini ziyarət edib çələng qoydu. Bigada Perslilərlə qarşılaşdı və ordularını darmadağın etdi. Sonra Gordiona gedərək Asiyaya hökm edəcək kişinin çözə biləcəyinə inanılan “Qordi düyünü”nü kəsdi ve daha böyük bir inamla Misirə doğru ordularını çəkməyə başladı. İskəndər Misiri idarə edən Pers Valilərinin müqaviməti ilə qarşılaşacağını düşünürdü, lakin bu böyük ölkədə heç bir maneəyə rast gəlmədən xilaskar kimi qarşılandı. İskəndər vaxt itirmədən Böyük Vahəyə, Amon Ra kəhanət mərkəzinə getdi. Oradakı kahinlər artıq İskəndərin Amon Ranın oğlu olduğunu bilirdilər. Bəzi qaynaqlar İskəndərin hətta atası Amon Ra ilə qarşılaşdığını yazır. İskəndər Misirdə basılan pulların üzərində Qoç buynuzlu, Zeus– Amon Ra kimi təsvirləri həkk edildi. Daha sonra Böyük İskəndər Karnakdakı Amon Ra məbədinə getdi. Misirdə heroqliflərlə İskəndərin adının yazılışı; 1- Ranın oğlu . 2-ci Ranın seçimi olan Çar . 3-cü isə Hor/Kor Misirin müdafiəçisi. Zulkarneyn – İki buynuzlu İskəndər!
Bəlkə Amon Ra, yəni Günəş tanrısının oğlu, eyni zamanda Qartal simvollu, Gök Tanrı Zeusun nəslindən və Günəş tanrısı Hora təcəssüm etmiş, Misirin müdafiəçisi olan Zulkarneyn/Zulkarnayn?! Zeusu təmsil edən simaların içərisində Tanrılar Çarı, şimşək, ildırım, məhsuldarlıq, günəş tanrısı kimi adlardan başqa “Zeus Xorkios” adı da var ki, mənası andların və əhdlərin qoruyucusu, himayədarı deməkdir. Z-Ze-Zu-Zeus, Kor – Qor-Hor tanrı, Eyn/Ayn sözünün mənası “Seçilmiş adam”; (“Eyn Sof” kabalada Allahın adıdır). Türkcə Etimolojidə; ” Ərəb dilində ˁyn kökündən gələn ˁayn عين "sözünün mənası; 1. göz, 2. Gözə, pınar, 3. seçkin kimsə, zat, 4. bir şeyin eynisi, müəyyən və məxsus olan şey, 5. İslam hüququnda maddi dəyəri olan mal sözündən alıntıdır. Ərəb dilində olan söz İbrani dilində ˁayin עין "göz" sözü ilə, Akkad dilində isə eyni anlama gələn īnu sözü ilə eyni kökdəndir”.
Daha sonra isə İskəndər Babil şəhərinə Esagila məbədinə getdi. Esagila məbədi isə Mardukun evi və ya Amon Ranın ikinci evi hesab edilirdi. Ölümsüzlük dalınca gedən Böyük İskəndər Babildə, 32 yaşından bir ay ötmüş, e.ə.13 iyun 323- cü ildə dünyasını dəyişdi.
F. Rüstəmova
[/b][b]