• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Stressdən azad olmağın sadə və sürətli yolu
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Qırmızı turp bu qadınlar üçün zərərlidir
Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Bu işdə çalışanlar diqqətli olsun – əməkhaqqı düzgün hesablanmaya bilər
İnsanı iynə-dərmana möhtac edən məhsullar
Arakçı Tayani ilə danışdı: Müharibənin nəticələri...
Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!
Qadınları narahat edən problem – Zamana buraxmayın
NATO-nun “gizli silahı” ifşa edildi – Çoxunun ağlına belə gəlməz
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Seçkini pozmaq planı: təxribatçılar Qərbdən hansı tapşırıqları alıb? - DETALLAR

Araşdırma

7-02-2024, 13:37

Seçkini pozmaq planı: təxribatçılar Qərbdən hansı tapşırıqları alıb? - DETALLAR



Azərbaycan müstəqillik tarixinin ən mühüm təqvimini yaşayır: prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazisində - işğal taleyi ilə üzləşən və nəhayət azadlığına qovuşan torpaqlarda baş tutur, Şuşada, Xankəndində, Xocalıda, Zəngilanda, Qubadlıda... bir sözlə azad edilmiş ərazilərdə səsvermə prosesi keçirilir, illərlə məcburi köçkün həyatı yaşayan insanlar seçici kimi öz evlərində səsvermə hüququndan istifadə edirlər;

“Zəfər seçkisi” olaraq da adlandırılan bu seçkilər həm də demokratik prinsiplərin və beynəlxalq standartların qorunması ilə da diqqət çəkir. Seçki prosesinin ilk günündən səsvermə gününə qədər baş verənlər bunun isbatıdır:

- Namizədlərin təşviqat kampaniyası paritet şəkildə təmin olundu, heç bir neqativ hal yaşanmadı;

- Seçki komissiyalarının beynəlxalq standartlara uyğun təşkili, seçki məntəqələrinin tam hazır vəziyyətdə olması səsvermənin yüksək səviyyədə təşkilinə imkan yaradır;

- 1000 seçki məntəqəsinə veb-kamera quraşdırılıb və səsvermə prosesini onlayn izləməyə imkan verən bu addım şəffaflığın təmin edilməsinə mühüm töhfə verir;

- Seçkiyə beynəlxalq diqqət böyükdür: 90 min 372 müşahidəçi qeydiyyatdan keçib, onlardan 89 min 366-sı yerli, 790-ı isə beynəlxalq müşahidəçidir; 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi seçkini işıqlandırır;

Seçki prosesini izləyən müşahidəçi missiyaların açıqladığı aralıq hesabatlarında hər şeyin qanunvericilik çərçivəsində həyata keçirildiyi xüsusi vurğulanır. Dünyada seçki üzrə ixtisaslaşmış əsas qurum olan ATƏT-in Beynəlxalq Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aralıq hesabatında da müsbət məqamlar kifayət qədərdir.

Azərbaycanın “Zəfər seçkisi” demokratik prinsiplər əsasında baş tutur. Və məhz bundan narahat olanlar var. Qərb ölkələri, xüsusilə anti-Azərbaycan şəbəkəsi beynəlxalq standartlara uyğun təşkil edilən seçkini həzm edə bilmir. Amma və lakin, onlar üçün ciddi problemlər yaranıb.

Birincisi, seçkiöncəsi prosesdə “bəhanə” kimi istifadə edə biləcəkləri heç bir neqativ tapa bilmədilər: ATƏT/DTİHB-yə böyük “ümidlər” bəsləyirdilər, lakin aralıq hesabat onların ürəyincə olmadığı üçün artıq bu təşkilatı tənqid etməyə başlayıblar. Misal üçün, bu şəbəkənin daxili uzantıları – Əli Kərimli və dəstəsi – DTİHB-ə hücuma keçib, çünki təşkilat onların arzuladığı “hesabatı” verməyib.

İkincisi, indiyə qədər ölkədə keçirilən seçkilərdə bu və ya digər formada neqativlər tapır, bunun üzərindən kampaniya aparırdılar, indi təkcə “neqativ tapmaq” problemləri yoxdur, həm də ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanda xalqın yekdil seçimi qarşısına heç bir bəhanə, heç bir iddia ilə çıxa bilməyəcəklərini də anlayırlar;

Bu reallıq fonunda Qərb həmişə istifadə etdiyi “siyasi mühəndislik” - əgər problem yoxdursa, onu süni şəkildə yaradır və bundan “arqument” kimi istifadə edirlər - taktikasını işə salıb. Artıq “neqativ məqamlar”ın yaradılması və “arqument” kimi istifadə edilməsi məqsədilə seçkiləri pozmağa hesablanmış təxribatların hazrlandığına dair məlumatlar var.

Qərbdə hazırlanan seçki təxribatını Azərbaycandakı şəbəkə həyata keçirmək istəyir. Məlumatlara görə, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDTM) sədri, özünü “seçki eksperti” kimi təqdim edən Anar Məmmədli təxribat planının əsas icraçılarındandır. A.Məmmədlinin Qərbdə Azərbaycana qarşı planlar quran qüvvələrlə əməkdaşlığı sirr deyil. Onun 2001-ci ildə təsis etdiyi SMDTM-nin fəaliyyəti də iki istiqamətdə qurulub:

- birincisi, Azərbaycanda nə vaxt seçki keçirilirsə, bu təşkilat qondarma iddialarla “hesabatlar” hazırlayaraq, donor aldığı şəbəkəyə ötürür və bu iddialardan ölkəmizə qarşı qarayaxma kampaniyasında istifadə edilir;
- ikincisi, bu təşkilat belə demək mümkünsə, “maliyyə körpüsü” rolunu oynayır: Qərbdə müxtəlif donorlar təşkilata “layihə” adı altında pullar ayırır və bu pulların böyük hissəsi radikal müxalifətə - Əli Kərimliyə çatdırılır;

2013-cü ildə bununla bağlı ciddi faktlar da ortaya çıxıb. Anar Məmmədli Əli Kərimlinin “kadrı” kimi tanınır, SMDTM də AXCP sədrinin donor adı ilə Qərb maliyyəsini əldə etmək üçün yaratdığı QHT-lərdən biridir.

2013-cü il prezident seçkilərində A.Məmmədli ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla 276 min ABŞ dolları alıb. Bu pullar seçkini gözdən salmağa sərf olunub, bir qismi isə AXCP sədrinə çatdırılıb. Həmin vaxt A.Məmmədli bu maxinasiyalara görə həbs olundu. Daha sonra Prezidentin fərmanı ilə azadlığa buraxıldı, lakin “missiyasını” davam etdirdi. 2018, 2019 və 2020-ci ildə ölkədə keçirilən seçkilərin gözdən salınması və Azərbaycana qarşı aparılan kampaniyalar üçün “hesabatların” hazırlanması prosesini həyata keçirən A.Məmmədli bu seçkiləri də sabotaj etmək planını icra edir. Seçkiyə qarşı təxribat planının maliyyəsini isə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), “German Marşal” fondu verir. A.Məmmədli bu təşkilatların daimi “müştərisi” və planlarının icraçılarından biridir. SMDTM sədri fəaliyyətində ABŞ-ın ölkəmizdəki səfirliyi ilə də sıx əməkdaşlıq edir.

Yayılan məlumatlar təxribat planı ilə bağlı müəyyən detalları ortaya çıxarır: Qərbin təxribat planının icrasını üzərinə götürən A.Məmmədli 500 nəfərlik qrup yaradacağı və əksər seçki məntəqəsinə girəcəyi vədini verib, lakin cəmi 50-60 nəfərlik qrup yarada bilib.

Bunun birdən çox səbəbi var:

Birincisi, A.Məmmədlinin əvvəlki maxinasiyaları ona inamı azaltdığı üçün artıq onunla işləmək istəyənlərin sayı xeyli azalıb;
İkincisi, təxribat planı A.Məmmədli ilə yanaşı, “Toplum Tv” və bu medi orqanında çalışan Xədicə İsmayıla da həvalə edilib; plana görə bütün şəbəkə bir yerdə işləyəcək və koordinasiya ediləcəkdi, lakin tərəflər (A.Məmmədli və X.İsmayıl) arasında maliyyənin bölüşdürülməsi üzərində fikir ayrılığı yaşandığı üçün “birləşmə” baş tutmayıb;
Üçüncüsü, A.Məmmədli seçkini sabotaj etməsi üçün ayrılan pulları daha çox adamın adına yazaraq, “silmək” və işi daha az adamla yerinə yetirmək taktikasından istifadə edir: məlumatlara görə, o, “müşahidəçi” kimi istifadə etdiyi şəxslərə 50 manata qədər pul verdiyi halda, sənədlərdə şişirdilmiş məbləğ göstərir;

Məlumatlara görə, təxribatların iki qrup tərəfindən – A.Məmmədlinin rəhbərliyi altında SMDTM, X.İsmayılın rəhbərliyi altında “Toplum Tv” – həyata keçirilməsi planlaşdırılır. Təxribatların detalları da bəllidir:

- Seçki məntəqələrində səsvermə prosesinə bu və ya digər formada müdaxilə etmək, “saxtakarlıq” görüntüləri yaradaraq, onu foto və videoçəkilişlə “faktlaşdırmaq”;
- Məntəqə əməkdaşları, xüsusilə sədrlərlə qarşıdurmaya getmək, onları “saxtakarlıqda” ittiham etmək;
- Polis əməkdaşları ilə maksimum qarşıdurma yaratmaq və bunu lentə almaq;
- Seçki məntəqələrində səsvermə prosesi ilə bağlı maksimum foto və videogörüntü əldə etmək, daha sonra montajla “saxtakarlıq faktları” düzəltmək: hətta bu işi həyata keçirəcək, montaj qruplarının yaradıldığı deyilir;

Ümumilikdə əsas hədəfləri seçkini sabotaj etmək, “seçki saxtakarlığı” atmosferi yaratmaqdır. Bu, “siyasi mühəndislik”, yəni problem tapılmayanda, onun süni şəkildə yaradılması taktikasıdır.

Yayılan məlumatlar və təxribat gözləntiləri təkcə hüquq-mühafizə orqanlarını yox, hər kəsi ayıq olmağa, sabotaj hallarının qarşısını almağa məcbur edir. Azərbaycanın hər bir insanı bu "Zəfər seçkisi"nin xarici qüvvələrin təxribat planı ilə pozulmasına imkan verməməli, seçkinin yekununda xalqın iradəsinin nəticəsini qorumalıdır. Çünki məsələ sadəcə seçki deyil, Azərbaycanın taleyi və gələcəyidir.

Publika.az Analitik Qrup

Oxunub: 313
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-02-2024, 12:31

Bülletenlərin MnSK-lara verilməsi başa çatdırıldı

Xəbərlər

8-12-2023, 15:33

Növbədənkənar prezident seçkisi: Şərtlər və tələblər

Manşet / Gündəm / Xəbərlər

11-04-2018, 10:15

Ombudsman: Seçicilər arasında səsvermə prosesi aktivdir

Manşet / Gündəm / Xəbərlər

9-04-2018, 08:06

Sabah seçkiqabağı təşviqat başa çatır

Manşet / Gündəm / Xəbərlər

24-03-2018, 11:26

Seçki bülletenlərinin çapına başlanılıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Stressdən azad olmağın sadə və sürətli yolu
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Qırmızı turp bu qadınlar üçün zərərlidir
Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Son xəbərlər
  • Bu gün, 22:43
    Stressdən azad olmağın sadə və sürətli yolu
  • Bu gün, 18:28
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • Bu gün, 17:33
    ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
  • Bu gün, 16:15
    Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
  • Bu gün, 15:23
    Qırmızı turp bu qadınlar üçün zərərlidir
  • Bu gün, 14:12
    Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
  • Bu gün, 13:39
    Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
  • Bu gün, 12:06
    Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
  • Bu gün, 11:46
    Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
  • Bu gün, 10:32
    ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
  • Bu gün, 09:21
    Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
  • Dünən, 22:20
    Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
  • Dünən, 21:30
    Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
  • Dünən, 20:09
    SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
  • Dünən, 19:33
    Bu işdə çalışanlar diqqətli olsun – əməkhaqqı düzgün hesablanmaya bilər
  • Dünən, 18:34
    İnsanı iynə-dərmana möhtac edən məhsullar
  • Dünən, 17:18
    Arakçı Tayani ilə danışdı: Müharibənin nəticələri...
  • Dünən, 16:27
    Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!
  • Dünən, 15:48
    Qadınları narahat edən problem – Zamana buraxmayın
  • Dünən, 14:22
    NATO-nun “gizli silahı” ifşa edildi – Çoxunun ağlına belə gəlməz
  • Dünən, 13:45
    Erməni hüquq müdafiəçisi: "Azərbaycan müharibə edəcək, bizim üçün fəlakətli olacaq"
  • Dünən, 12:17
    Böyrəkdəki urat daşlarını parçalayan - Möcüzəvi bitki
  • Dünən, 11:04
    Kiyevlə Afina arasındakı saziş dalana dirənib: Türkiyə amili
  • Dünən, 10:21
    Rusiya sərhədində aktivlik: iki ölkədən hücum anonsu gəldi
  • Dünən, 09:06
    Qoz onkoloji xəstəliklərdən qoruyur? - Həkimdən açıqlama
  • 2-05-2026, 22:02
    İnsan hansı yaşda ən xoşbəxt olur?
  • 2-05-2026, 21:59
    Tibbdə inqilab: bu yenilik insult ölümlərini 40% azaltdı
  • 2-05-2026, 20:10
    5000 hərbçi ilə bağlı əmr verildi – Avropanın gözlədiyi proses başlayır
  • 2-05-2026, 19:31
    Bu ailələrə uşaqpulu belə ödəniləcək – Yeni qayda
  • 2-05-2026, 18:14
    Sarımsaq və yod - Oynaq ağrılarına təbii məlhəm
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə