• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dünya elitasının diqqəti Azərbaycana yönəlib - Davos Forumunun gedişatı haqqında

Araşdırma

19-01-2023, 21:42

 Dünya elitasının diqqəti Azərbaycana yönəlib - Davos Forumunun gedişatı haqqında


Yanvarın 16-da İsveçrənin Davos şəhərində açılan 53-cü Dünya iqtisadi forumu dünyanın 50-dən çox ölkəsinin nüfuzlu liderinin iştirakı ilə dünya iqtisadiyyatında kəskin olaraq qalan mövzuların müzakirəsi ilə davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Davos Forumu mövcud çağırışların həll yollarını tapmaq üçün imkanlar yaratmaqla ölkələr arasında əməkdaşlığı gücləndirir. Bu, həmçinin, təkcə ölkələrlə deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrindəki qabaqcıl şirkətlərlə yeni əlaqələrin qurulması və mövcud qarşılıqlı əlaqələrin çərçivəsinin genişləndirilməsi üçün səmərəli platformadır. Bu baxımdan, Azərbaycan parlaq nümunə kimi çıxış edə bilər. Yanvarın 17-də forumun işində iştirak etmək üçün Davosa gələn Prezident İlham Əliyev dünya liderləri və qabaqcıl şirkətlərin rəhbərləri ilə məhsuldar görüşlər keçirərək hazırkı əməkdaşlıq səviyyəsini və gələcək perspektivləri müzakirə edir.

Prezident İlham Əliyev Davosa səfərinin ilk günü Niderlandın Damen Shipyards Group şirkətinin icraçı direktoru və səhmdarı olan Arnaut Damenlə görüşüb. Görüşdə şirkət tərəfindən Azərbaycanda daha geniş həcmdə işlərin görülməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Həmçinin, Azərbaycan Hərbi dəniz qüvvələri üçün müxtəlif növ gəmilərin istehsal imkanları müzakirə olundu.

CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixlə görüşdə Azərbaycan məktəblərindən birində rəqəmsallaşma layihəsinin reallaşdırılmasından xəbər verildi. Söhbət zamanı Azərbaycanda su resurslarının istifadəsində CISCO şirkətinin texnologiyalarının istifadəsindən danışıldı, təhsil və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu.

Həmçinin, Fortesque Future Industries şirkətinin sədri Endryu Forest ilə danışıqlar qeyd olunmalıdır. Danışıqlar zamanı ötən ay Azərbaycanın Energetika Nazirliyi ilə Fortesque Future Industries şirkəti arasında imzalanmış memorandumun ölkəmizdə 12 min meqavatlıq külək və günəş enerjisinin istehsalı üzrə layihənin reallaşdırılmasını nəzərdə tutduğu qeyd olundu. Eyni zamanda Buxarestdə imzalanmış "İnkişaf sahəsində strateji tərəfdaşlıq və Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl" enerjinin ötürülməsi haqqında Razılaşma"nın əhəmiyyəti vurğulandı. Gələcəkdə bu layihə çərçivəsində Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropa bazarına çıxarılmasının əhəmiyəti qeyd olundu.

Kromatix SA şirkətinin icraçı direktoru Rafik Hanbali ilə görüş zamanı o, dövlət başçısına şirkətin ölkəmizdə, xüsusən də Ələt azad iqtisadi zonasında müəssisə açmaq planlarından xəbər verdi. Cəbrayıl rayonunda Kromatix SA tərəfindən pilot layihə qismində həyata keçirməyi planlaşdırdığı məktəb binasının üzlənməsi layihəsinin vacibliyi qeyd olundu. Bunun gələcəkdə digər məktəblərdə də həyata keçirilməsinin planlaşdırıldığı vurğulandı.

Signify (əvvəlki adı Philips Lighting) şirkətinin icraçı direktoru Erik Rondolatla görüşdə Prezident İlham Əliyev Signify şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək xüsusən qeyd etdi ki, 11-dən çox şəhərin, o cümlədən, Bakı, Sumqayıt və Gəncənin işıqlandırma sistemi ağıllı layihələrlə, ağıllı həllərlə həyata keçirilib və bu Azərbaycanın son illərdə "yaşıl" enerji siyasətini dəstəkləməyə yönəlmiş ciddi addımlarından biridir. Həmçinin, bu yeni texnologiyaların tətbiqi nəticəsində elektrik enerjisinin istehlakına əhəmiyyətli dərəcədə qənaət olunacağı vurğulandı.

Davosda, həmçinin, Prezident İlham Əliyevin Carlsberg Group şirkətinin icraçı direktoru Kes t'Hart ilə görüşü baş tutdu. Şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirildi. Söhbət zamanı Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ildə fəaliyyətə başlayacağı və ölkəmizdə yeni investisiyaların yatırılmasının planlaşdırıldığı vurğulandı.

Prezident İlham Əliyevin BP Qrupun icraçı direktoru Bernard Luni ilə görüşü zamanı bəhs edilən Azərbaycanda enerji layihələrinin genişləndirilməsi məsələləri xüsusən qeyd olunmalıdır. Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcmlərinin artırılması, BP şirkətinin bərpa olunan enerji layihələrində daha fəal iştirakı və reallaşdırılmaqda olan layihələrin genişləndirilməsi məsələləri müzakirə olundu.

Bundan başqa, The Goldman Sachs Group Inc. şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koen ilə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterinklə, Adani Group şirkətinin təsisçisi və sədri Qautam Adani ilə, həmçinin Latviya Respublikasının Prezidenti Egils Levits və Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə səmərəli müzakirələr aparıldı.

Bütün bu görüş və müzakirələr Azərbaycana qarşı artmaqda olan maraqdan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində etibarlı tərəfdaşa çevrilən ölkəmizlə əməkdaşlığa can atıldığından xəbər verir.

Azərbaycan liderinin sıx qrafiki, iki gün ərzində keçirdiyi onlarla görüş və danışıqlar dünyada Azərbaycana olan marağın necə böyüdüyünü göstərir. Qabaqcıl iş adamları, məmurlar, beynəlxalq strukturların nümayəndələri, dövlət və hökumət başçıları Prezident İlham Əliyevin liderliyi və nüfuzu sayəsində Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Çünki məhz onun səyləri nəticəsində son 19 ildə Azərbaycan nəinki özünü etibarlı tərəfdaş olaraq təsdiqlədi, həm də qarşılıqlı səmərəli əməkdaşlıq üçün imkanlar təklif edir.

Heç vaxt ölkəmizin gücü və beynəlxalq nüfuzu bugünkü kimi yüksək səviyyədə olmamışdı.

Oxunub: 2 136
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-01-2023, 19:55

İlham Əliyev: “Biz üçtərəfli əməkdaşlıq formatının bəhrəsini görürük”

Xəbərlər

9-03-2022, 21:20

Davos Dünya İqtisadi Forumu Rusiya ilə münasibətləri dondurur

Xəbərlər

24-02-2022, 21:05

Dünya İqtisadi Forumu Azərbaycanda IV Sənaye İnqilabı Mərkəzinin açılmasından yazıb

Xəbərlər

24-06-2019, 10:36

Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində

Xəbərlər

22-05-2019, 16:32

Bakıda BMT-nin forumu keçiriləcək

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Son xəbərlər
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə