• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bədəninizdəki bu hissələrin tez-tez tərləməsi nədən XƏBƏR VERİR?

Araşdırma

11-12-2022, 00:55

Bədəninizdəki bu hissələrin tez-tez tərləməsi nədən XƏBƏR VERİR?


Dəri çox mürəkkəbdır. O, insan orqanizminin tamlığını və normal həyat fəaliyyətini təmin etmək üçün çox mühüm funksiyalara malikdir. Dəridə baş verən bütün fizioloji və patoloji proseslər demək olar ki, mərkəzi sinir sistemi ilə bağlıdır. Odur ki, orqanizmin digər orqanlarında baş verən patoloji proseslər, dəridə müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Bu daha çox tərləmə ilə müşahidə olunur.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hər bir insan az da olsa tərləyir. Ancaq bəzilərində tərləmə hədsiz dərəcədə çox olur ki, bu da müxtəlif xəstəliklər nəticəsində yaranır. Tərləməyə səbəb sinir sisteminin simpatetik hissəsinin hədsiz dərəcədə çox işləməsi ilə əlaqədardır. İnsanların bir faizində bu sistem normal işləyir. Bu simpatetik hissənin hədsiz dərəcədə çox işləməsinin səbəbi tibb elminə hələ də məlum deyil. Bu, insanda anadangəlmə olur.

Çox tərləməyə tibb elmində «hipehidrozis» deyilir. Hipehidrozis insanın gündəlik həyatındakı aktivliyinə mənfi təsir edən, onu insanlardan uzaqlaşdıran bir xəstəlikdir. Tərləməyə qarşı müalicəyə başlamazdan əvvəl onun səbəbləri araşdırılmalıdır. Tərləmə problemi olan şəxsin əvvəlcə çəkisi, qəbul etdiyi dərmanlar, klimaks dövründə olub-olmadığı öyrənilir.

Dərinin ifrazat funksiyası

Dəri örtüyünə külli miqdarda səpələnmiş sinir reseptorları orqanizmin xarici mühitlə qarşılıqlı əlaqələrini təmin edir. Belə ki, xarici mühitdən orqanizmə bir çox qıcıqlandırıcılar (fizioloji, infeksion, mexaniki, kimyəvi və s.) daxil ola bilər. Onların hamısı haqqında məlumat sinir reseptorları vasitəsilə mərkəzi sinir sisteminə çatdırılır. Bu zaman tərləmə baş verir. Normal şəraitdə dərinin ümumi səthindən sutka ərzində 400-600 ml. tər ifraz olunur. Qəbul edilmiş xörəyin və mayenin miqdarından və iş xüsusiyyətlərindən asılı olaraq, ifraz edilən tərin miqdarı bir litrə çata bilər. Tərlə insan xeyli su, bir çox duzlar və zülal itirir. Tərin tərkibinin 98-99 faizi su, qalan hissəsi duz və zülaldan ibarətdir. Tər vəzilərinin güclü həyat fəaliyyəti nəticəsində tər ifrazı xeyli artır və buna müvafiq olaraq, xaric olunan sidiyin miqdarı azalır. Bu halda dəri qismən böyrəkləri əvəz edir.

Əlin tərləməsi:

Müasir dövrdə əlin tərləməsinə ən çox gənclərdə rast gəlinir. Əlin təkcə isti havada deyil, soyuq havada belə tərləməsi xəstəlik hesab olunur. Bu zamani insan cəmiyyət arasına çıxmağa utanır. Kiminləsə əl verib, görüşməkdən çəkinir. Əlin tərləməsinə stress, zəiflik, vitamin çatışmazlığı, böyrək xəstəlikləri səbəb olur.

Ayağın tərləməsi:

Hazırda təkcə gənclər deyil, digər yaş qrupundan olan insanlarda ayaq tərləməsindən şikayətlənirlər. Bu hal insanlara çox adi görünsə də əslində, ayaqların tərləməsi bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu halda ayaqda göbələk xəstəliyi yaranır. Bu xəstəlik zamanı ayaqlar daim quru qalmalıdır, çünki onların tərləməsi göbələk xəstəliyinin daha sürətlə artmasına və bədənin digər hissələrinə yayılmasına da səbəb olur. Belə xəstələrə pambıq corab geyinmələrini məsləhətdir.

Ayaqları tez-tez tərləyənlərə məsləhəti:

Hər gün su və sabunla yuyub, kalium-permanqanat məhlulunda vanna edib, qurulayıb, kirşanlayın. Bundan başqa ayaqları hər gün 3-5 faizli formalin məhlulu yaxud 70 faizli spirtlə ovuşdurmaq da yaxşı nəticə verir. Bu müalicə üsulu orqanizmin həddindən artıq tərləyən digər hissələrində də aparıla bilər.

Qoltuq altının tərləməsi:

Qoltuqaltının tərləməsi zamanı hidrodenit xəstəliyi əmələ gəlir.

Apokrin vəzilərinin irinli iltihabına hidrodenit deyilir. Xəstəlik qoltuqaltı çuxurda əvvəlcə yüngül qaşınmanın, sonra isə ağrı hissinin əmələ gəlməsi ilə başlanır. Qoltuq altında bir neçə düyünlər əmələ gəlir. Bu zaman dəridə qızartılar görünməyə başlayır. Nəticədə, abseslər (qovucuqlar) meydana çıxır, bir müddət sonra bu qovucuqlar irinli qovucuqlarla əvəz olunur. Hidrodenit güclü ağrılara, qolun hərəkətinin məhdudlaşmasına gətirib çıxarır. Əzginlik, qızdırma ilə müşayiət olunan bu xəstəliyinin inkişaf dövrü adətən 10-15 gündür. Lakin ayrı-ayrı hallarda təzə abseslərin əmələ gəlməsi nəticəsində xəstəlik həftələr və aylarla çəkə bilər. Bu, hal həddindən artıq dərəcədə zəifləmiş şəxslərdə və qocalarda özünü büruzə verir.


Ağciyər xərçəngi zamanı insan tərləmir. Bu, anhidroz adlanır.

· Qoz ağacının yarpağını qırıb, üzərinə bir az su töküb dəmləyin. Soyuduqdan sonra həmin suyla əlinizi yuyun. Bu, əl tərləməsinin qarşısını alır.

· Gecə yatmazdan əvvəl ayağınızı ilıq su ilə yuyub, barmaqlarınızın arasına limon sürtün. Bu üsulu bir həftə təkrarlayın. Bu, ayaqdan iy gəlməsinin və tərləmənin qarşısını alır.

· Nanə, solmazçiçəyi və sürvə (şalfey) qurusunu barmaqların arasına qoyub, corab geyinin, gün ərzində belə gəzin. Ot quruları un halına gəlib, dəriyə hopur. Bu, ayaq tərləməsinin qarşısını alır.

· Çobanyastığını dəmləyib, suyunu soyudun. Hər gün əlinizi bu suyla vanna edin.

· 1 çay qaşığı naşatır spirtini 1 litr suya töküb, əllərinizi tez-tez bu suda yuyun. Bu, əl tərləməsinin qarşısını alır.

· 100 qram sirkəyə 1 çay qaşığı soda, 30 qram qliserin və yarım stəkan su əlavə edin. Əlinizə çəkib, 2-3 saat saxladıqdan sonra yuyun. Sonra əllərinizə yumşaldıcı uşaq kremi çəkin.

· 1 litr suya 50 qram palıd ağacının qabığını töküb qaynadın. Su qaynayandan sonra 1 xörək qaşığı alma sirkəsi tökün. Gündə bir dəfə yatmazdan əvvəl əllərinizə sürtün.

· Qatırquyruğu otunun üzərinə 1 miqdar araq töküb, bədəninizin tərləyən yerlərini onunla silin.

· Əgər üzünüz tərləyirsə, onu gündə 2-3 dəfə soyuq çayla yuyun. Yuduqdan sonra üzünüzü silməyin, öz-özünə qurumasını gözləyin.

· Qoz ağacı yarpağını 2 stəkan suda qaynadın. Çimdikdən sonra bu qarışığı su ilə doldurulmuş vannaya töküb, 15-20 dəqiqə uzanın. Bu prosedur bədən tərləməsinin qarşısını alır.

Oxunub: 1 948
Paylaş:
Digər xəbərlər

Maraqlı

2-03-2022, 22:27

Çox tərləmə nədən xəbər verir? - Gizlin inkişaf edən xəstəliklər

Araşdırma

24-08-2020, 10:24

Çox tərləmə nədən xəbər verir? - Gizlin inkişaf edən xəstəliklər

Araşdırma

23-06-2020, 10:07

Çox tərləmə nədən xəbər verir? - Gizlin inkişaf edən xəstəliklər

Səhiyyə

31-07-2019, 18:08

Həddindən çox tərləmənin 7 gizli səbəbi

Maraqlı

4-07-2019, 09:48

Çox tərləmə nədən xəbər verir? - Gizlin inkişaf edən xəstəliklər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Son xəbərlər
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə