• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf
Kartof qabığı bu ağır xəstəliyi sağaldır?
SEPAH-ın Azərbaycana yeni hücum cəhdi… – Tehrandan Bakıya zəng
İran Türkiyəyə növbəti raket atdı – Təcili
Burun tutulmasına diqqət! - Qoxu itkisinin səbəbi ola bilər
Yaxın Şərqdə gərginlik: Avropada qaz kəskin bahalaşdı
30 gün gül yağı qoxlayın, faydası çoxdur
Pezeşkiandan qonşu ölkələrə ultimatum: “Cavab verəcəyik!”
DİQQƏT! Boşanmaq istəyənlər cərimə oluna bilər: Səbəb
Ürəyə stent hansı hallarda qoyulur?
İsrail Türkiyə istehsalı olan bombalarla İrana hücum edir - DETALLAR
Kürdlər İrana qarşı üsyandan niyə imtina etdilər?
Limonlu çay soyuqdəymə zamanı həqiqətən faydalıdırmı? Həkimdən gözlənilməz açıqlama
Kişilər hansı qadınlardan qorxur?
Miasteniya qaraciyərdə yağ yığılmasından ola bilər
İran yeni dini liderini seçdi
Naxçıvanla İğdır arasında reyslər ödənişsizdir - AYNA
Sevdiyiniz yemək xarakterinizdən xəbər verir
Azərbaycanla problemimiz yoxdur, lakin… - Laricani
Tramp hədəfi dəyişdi: bu, III Dünya müharibəsidir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Koronavirusdan sonra niyə yorğun oluruq?

Araşdırma

21-02-2022, 09:28

Koronavirusdan sonra niyə yorğun oluruq?


Qışda, xüsusən fevral-mart aylarının əvvəllərində çoxları daimi nasazlıq hiss edir: bir yerimiz ağrımasa da, iş görməyə gücümüz olmur, yorğunluq hər zaman hiss olunur, hətta sadə və tanış hərəkətləri belə yerinə yetirməkdə çətinlik çəkirik. Bu nədir - yazdan əvvəl tükənmişlik sindromu, ya post-koronavirus sindromu? Bu vəziyyətin öhdəsindən gəlmək olarmı?

Publika.az xəbər verir ki, “Lab4U” onlayn laboratoriyasının tibbi məsləhətçisi, fəlsəfə doktoru Yekaterina Qerqesova adi yorğunluğu COVID-19-dan fərqləndirməyin yollarından danışıb.

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) və G.N.Qabriçevski adına FBUN MNIIEM-in rəsmi məlumatlarına görə, post-koronavirus sindromu COVID-19-dan əziyyət çəkdikdən və müalicəni tamamladıqdan sonra baş verən simptomlar kompleksidir. Keçirilən koronavirusdan təxminən 10-12 həftə sonra inkişaf edir. Bir insanda ya bir, ya da bir neçə simptom ola bilər: təngənəfəslik (ağciyərlərin və ya ürək-damar sisteminin pozulması nəticəsində), qoxubilmə, dadbilmə və həzm sisteminin pozulması, həm də nevroloji simptomlar - yorğunluq və əsəbilik.

Bu, ilk ştamlardan sonra hiss olunan əlamətlərdir. Həkimlərin sözlərinə görə, “omikron”da vəziyyət bir qədər fərqlidir, bu ştamdan sonra asteniya (şiddətli yorğunluq və ya sürətli yorulma) üzə çıxır.

Rospotrebandzor nümayəndəsi, epidemioloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelovun sözlərinə görə, post-koronavirus həm ağır xəstəlik keçirənlərdə, həm də heç bir simptom hiss etməyənlərdə inkişaf edir. Və hər yaşda olan insanlara təsir göstərir. Artıq həkimlər post-koronavirus səbəbilə 16 nevroloji problemi qeydə alıb. Onların arasında asteniya birinci yeri tutur. Bu vəziyyətdə hətta divandan qalxmaq da çətinləşir - dərhal yorulursunuz.

Yekaterina Qerqesovanın sözlərinə görə, COVID-19-dan sonra diaqnostikadan imtina etməməlisiniz - koronavirus bütün sistemlərə və orqanlara mənfi təsir göstərir, problemə laqeyd olsanız, çox ciddi nəticələri ola bilər.

Post-koronavirus sindromu ilə nə etməli?

Koronavirus ən çox ağciyərlərə, ürəyə, damarlara və sinir sisteminə təsir göstərir. Bütün bunlar koqnitiv funksiyaların pozulmasına gətirib çıxarır - yaddaş pisləşir, diqqətin konsentrasiyası, cəld düşüncə, işləmək və öyrənmək qabiliyyəti azalır. Bu, sizin üçün nə qədər çətin olursa, bir o qədər çox yorulursunuz, çünki post-koronavirus sindromu səbəbindən adi işləri belə yerinə yetirmək üçün daha çox enerji sərf edirik.

Bərpa COVID-19 sonrası dəyişikliklərin şiddətindən asılıdır. Həkim xəstənin vəziyyətinə, sağlamlığına, xroniki xəstəliklərin mövcudluğuna əsaslanaraq tövsiyələr verə bilər. Yükün tədricən artması ilə fizioterapiya məşqlərində çox yaxşı nəticələr əldə etmək olar. Kifayət qədər proteinlə balanslaşdırılmış pəhriz vacibdir: yağlar, karbohidratlar, liflər, vitaminlər və minerallar, lakin yağlı, qızardılmış yeməklərdən və alkoqoldan çox istifadə etməyin. COVID-19-dan sonra yaddaşı bərpa etmək və sinir sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün həkim dərman təyin edə bilər.

Qış yorğunluğu

Xroniki yorğunluğun başqa bir səbəbi noyabr ayından bəri günəşin olmaması və gündüz saatlarının qısalmasıdır. Mövsümi melanxoliklik bəzən martın sonuna qədər davam edir və o, əhval-ruhiyyənin dəyişməsi və süstlük ilə xarakterizə olunur. Nəticədə konsentrasiyanın itirilməsi, yaddaşın pozulması, stress, koqnitiv pozuntular müşahidə olunur.

İlk baxışdan hər şey post-koronavirus sindromu ilə eynidir, lakin fərq səbəblərdədir.

Mövsümi yorğunluğun 3 əsas amili:

Günəşin olmaması - payız və qışda gündüz saatlarının qısalması və buludlu hava psixikaya depressiv təsir göstərir. Həmçinin günəş işığının ultrabənövşəyi hissəsinin təsiri ilə dərimizdə vitamin D3 (xolekalsiferol) əmələ gəlir. Az işıq az vitamin deməkdir və bu, xroniki yorğunluğa, depressiv vəziyyətə, yuxu pozğunluğuna, yaddaş və diqqətin pozulmasına səbəb olur;

Günəş işığı melatonin və serotonin istehsalına təsir edir, onlar əhvalı formalaşdıran, yuxu və oyanma dövrlərini tənzimləyən hormonlardır. Qaranlıq düşəndə serotonin melatoninə çevrilir və yuxu yaradır. Demək olar ki, qaranlıq düşən kimi həmişə həddindən artıq melatonin istehsal olunur və emosional fon azalır, əhval-ruhiyyə pisləşir;

Qışda meyvə-tərəvəz yeməyimizə baxmayaraq, onlarda daha az qida maddəsi var. Bədən nə qədər az faydalı maddələr alırsa, onun işləməsi bir o qədər ağırlaşır və bu, sinir sisteminə də aiddir.

Yorğunluq əleyhinə tədbirlər

Əvvəlcə həkimə müraciət etməlisiniz. Yorğunluq sözün həqiqi mənasında bədənə zərər verir, orqanizmin normal işləməsi üçün həm D vitamini, həm də melatonin ilə serotonin balansı lazımdır. Həkim hansı testləri təyin edə bilər?

1. Melatonin və serotonin səviyyəsi

Melatoninin tərkibi gün ərzində dəyişir, əsasən gecə istehsal olunur, buna görə də analiz səhər tezdən aparılır. Səhərlər melatoninin normal səviyyəsi 15-30 pq/ml təşkil edir. Serotoninin norması 50-220 nq/ml təşkil edir. Melatoninin artması və serotoninin azalması depressiv vəziyyəti göstərə bilər.

2. D vitamini (25-OH Vitamin D) səviyyəsinin araşdırılması

Günəş işığından məhrum olan insanlar bu vitamin çatışmazlığından əziyyət çəkirlər. Bununla belə, mümkünsə, analiz verməyə dəyər. Bu vitaminin həddindən artıq dozası sağlamlığa mənfi təsir göstərir. D vitamini hər kəs tərəfindən ən azı profilaktik dozada qəbul edilməlidir. 18-50 yaşlı şəxslər üçün D vitamininin (xolekalsiferol D və erqokalsiferol D) gündəlik qəbulu 600-800 IU, 50 yaşdan yuxarı insanlar üçün - 800-1000 IU, hamilə və südverən analar üçün - 800-1200 IU-dur.

3. Həkim post-koronavirus sindromunda olduğu kimi, vitaminlərin tərkibinə dair analizlər kompleksini də seçə bilər!

Diaqnozdan sonra ixtisaslaşdırılmış mütəxəssis vəziyyəti düzəltmək üçün dərmanlar seçir - hormon səviyyəsini tənzimləyən dərmanlar, vitamin D3 çatışmazlığı olan vitamin kompleksi, sinir sisteminin işləməsi üçün zəruri olan B qrupu vitaminləri.

Oxunub: 858
Paylaş:
Digər xəbərlər

Səhiyyə

10-02-2022, 10:30

"Heç kəsi qorxutmaq istəmirəm, amma..." - Həkim uşaqlarda post-COVID sindromu haqqqında

Xəbərlər

22-10-2021, 15:43

COVID-19 öskürəyini fərqləndirməyin yolu açıqlanıb

Xəbərlər

9-05-2021, 19:10

SON DƏQİQƏ: Koronavirusdan sağalanların 70 faizində... - XƏBƏRDARLIQ

Səhiyyə

19-05-2020, 11:37

COVID-19 xəstələri virusun daşıyıcısı olaraq qala bilər

Xəbərlər

15-03-2020, 09:05

Qrip ilə koronavirusun fərqi nədir? - MÜTLƏQ BİLMƏLİSİNİZ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf
Kartof qabığı bu ağır xəstəliyi sağaldır?
SEPAH-ın Azərbaycana yeni hücum cəhdi… – Tehrandan Bakıya zəng
İran Türkiyəyə növbəti raket atdı – Təcili
Burun tutulmasına diqqət! - Qoxu itkisinin səbəbi ola bilər
Yaxın Şərqdə gərginlik: Avropada qaz kəskin bahalaşdı
Son xəbərlər
  • Dünən, 22:32
    İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf
  • Dünən, 21:09
    Kartof qabığı bu ağır xəstəliyi sağaldır?
  • Dünən, 20:31
    SEPAH-ın Azərbaycana yeni hücum cəhdi… – Tehrandan Bakıya zəng
  • Dünən, 19:06
    İran Türkiyəyə növbəti raket atdı – Təcili
  • Dünən, 18:27
    Burun tutulmasına diqqət! - Qoxu itkisinin səbəbi ola bilər
  • Dünən, 16:23
    Yaxın Şərqdə gərginlik: Avropada qaz kəskin bahalaşdı
  • Dünən, 15:37
    30 gün gül yağı qoxlayın, faydası çoxdur
  • Dünən, 14:33
    Pezeşkiandan qonşu ölkələrə ultimatum: “Cavab verəcəyik!”
  • Dünən, 13:09
    DİQQƏT! Boşanmaq istəyənlər cərimə oluna bilər: Səbəb
  • Dünən, 12:21
    Ürəyə stent hansı hallarda qoyulur?
  • Dünən, 11:53
    İsrail Türkiyə istehsalı olan bombalarla İrana hücum edir - DETALLAR
  • Dünən, 10:21
    Kürdlər İrana qarşı üsyandan niyə imtina etdilər?
  • Dünən, 09:09
    Limonlu çay soyuqdəymə zamanı həqiqətən faydalıdırmı? Həkimdən gözlənilməz açıqlama
  • 8-03-2026, 22:54
    Kişilər hansı qadınlardan qorxur?
  • 8-03-2026, 21:36
    Miasteniya qaraciyərdə yağ yığılmasından ola bilər
  • 8-03-2026, 20:25
    İran yeni dini liderini seçdi
  • 8-03-2026, 19:40
    Naxçıvanla İğdır arasında reyslər ödənişsizdir - AYNA
  • 8-03-2026, 18:41
    Sevdiyiniz yemək xarakterinizdən xəbər verir
  • 8-03-2026, 17:17
    Azərbaycanla problemimiz yoxdur, lakin… - Laricani
  • 8-03-2026, 16:50
    Tramp hədəfi dəyişdi: bu, III Dünya müharibəsidir?
  • 8-03-2026, 15:16
    Dünyada insan orqanlarının qiyməti: - ən bahalı orqan hansıdır?
  • 8-03-2026, 14:49
    Ərəb ölkələri çəkilir, İsrail təklənir - Türkiyə ordusu girməsə...
  • 8-03-2026, 13:03
    Nüvə silahı ilə bağlı gizli qanun - Rusiyanın sərhədində nə baş verir?
  • 8-03-2026, 12:27
    Xərçəng kişilərdə sonsuzluğa səbəb olur?
  • 8-03-2026, 11:04
    İranın qonşu ölkələrə hücum strategiyası: üç taktika...
  • 8-03-2026, 10:25
    Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?
  • 8-03-2026, 09:00
    Qızardılmış qidalarda gizli təhlükə - Akrilamid nədir?
  • 7-03-2026, 21:34
    40-50 yaşda yedikləriniz 70 yaşdakı beyninizə təsir edir
  • 7-03-2026, 20:28
    “Türk axını”nı bu ölkənin ordusu qoruyacaq – Nə baş verir?
  • 7-03-2026, 19:11
    Orban: “Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə